Məhkəmə qərarları › İş №2(002)-723/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-723/2023

12.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-723/2023 12.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Əriçənin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq faktının müəyyən olunması tələbi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi ilə X1 qohumluq münasibətlərinin, yəni bacı olmaları faktını müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixində bacısı X3 “ürəyin kəskin işemik xəstəliyindən "rəhmətə getmişdir.Bacısı rəhmətə getdikdən sonra onunla bağlı vərəsəlik və digər məsələləri həll etmək çətin olmuşdur.Belə ki,Radilənin onunla bacı olmasını sübut edən doğum haqqında məlumatların olmamasıdır. Mərhum bacısı Radilə ilə o ana bir, ata ayrı bacılardır. Onun atası Simrza 1937-ci ildə bədbəxt hadisə nəticəsində öldükdən sonra mərhum anası Gülnaz Əhmədxan qızı əmisi Mirzəbalaya ərə gedir. Anasının bu nikahından xx.xx.1940-cı ildə mərhum bacısı Radilə dünyaya gəlir. Tərəflərin prosesin digər iştirakçılarının izahat və ifadələri: Məhkəmə baxışı zamanı ərizəçinin vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, ərizəni müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. . Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxışının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə məhkəmə baxışının maraqlı şəxsin iştirakı olmadan keçırılməsi mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, Ərizəçi onun anasıdır, Radilə xalasıdır. Xalası Radilənin anası, o və onun bacısından başqa qohumları yoxdur. Anası evləndiyindən onun soyadı xalasının soyadından fərqlənir. Lakin onların anaları bir, ataları fərqli olmuşdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, Ərizəçi onun anasıdır, rəhmətli Radilə isə onun xalasıdır. Xalası Radilənin onlardan başqa qohumları yoxdur. Anası ilə xalasının anaları bir, ataları fərqli olmuşdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, X3 ilə qonşu olduğunu bildirərək əlavə etdi ki, ərizəçi Emma və onun iki qızları rəhmətlik Radiləni teztez ziyarət edirdilər, hətta yas mərasimlərini də onlar vermişdir. Rəhmətlik Radilə tibb bacısı işləyirdi, onun Emma və onun iki qızından başqa qohumları yox idi. Əsaslandırma hissəsi: Mülki işin halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunun məzmunundan aydın olur ki, X2 doğumu haqqında məlumatın istənilməsinə dair müraciətə baxılmışdır.Bildirmişdir ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 38.3-cü maddəsinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1 -ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur.“Fərdi məlumatlar haqqında” Qanunun 2.1.6-cı və 13.1 -ci maddələrinə uyğun olaraq ailə həyatına aid olan məlumatlar xüsusi kateqoriyalı fərdi məlumatlardır və həmin Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir.Qeyd edilən Qanunun 8.3-cü bəndinə görə isə subyekt vəfat etdikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş elan edildikdə, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, habelə yetkinlik yaşına çatmadığı, özü razılıq vermək iqtidarında olmadığı hallarda həmin Qanunla tələb olunan razılıq müvafiq olaraq onun vərəsələri, qanuni nümayəndələri, valideynləri və ya himayəçilərindən biri tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası’nın tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktları haqqında məlumatın alınması üçün ölən şəxsin qanuni vərəsəsi şəxsiyyətini və qohumluq faktını təsdiq edən sənədi təqdim etməklə yaşadığı və ya müvafiq qeydin olduğu yerin qeydiyyat orqanına, şəxsən gələ bilmədikdə isə notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli nümayəndə vasitəsi ilə qeydiyyat şöbəsinə müraciət etməlidir.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə qanun üzrə mövcud olan 5 növ vərəsəlik növbəsindən birincisi üzrə ölənin uşaqları, mərhumun ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (ər), valideynlər (övladlığa götürənlər), ikincisi üzrə isə ölənin bacıları və qardaşları sayılır. Əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmçinin bildiririk ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Hazırda vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Xidmətin arxivində 1947-ci ildən saxlanılır.Məsələ ilə bağlı Sizinlə əlaqə saxlanılarkən barəsində sorğu edilən şəxslərin birinci növbə vərəsələrinin olmadığını, lakin bununla bağlı hər hansı sənəd təqdim edə bilmədiyinizi vurğulamısınız.Göstərilənlərə əsasən izah edirik ki, adlarıçəkilən şəxslərin doğumu haqqında məlumatın əldə etmək üçün onun qanun üzrə birinci növbə vərəsələri olmadığı halda digər növbə üzrə vərəsələri şəxsiyyətini və mərhumla qohumluq faktını təsdiq edən sənədləri təqdim etməklə özləri və ya notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli nümayəndəsi olaraq Sizin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət etməlidir.Eyni zamanda qeyd edirik ki, müvafiq məlumatları məhkəmə sorğusu vasitəsilə əldə edə bilərsiniz. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunun məzmunundan görünür ki ,X8 ilə Ərizəçi nikahı haqqında məlumatın istənilməsinə dair müraciətə əsasən bildirilmişdir ki, H.Allahyarov ilə Ərizəçi nikahı xx.xx.1959-cu il tarixdə Sabunçu rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, X1 (xx.xx.1940-cı il təvəllüdlü) doğumu haqqında akt qeydinin surətinin istənilməsinə dair müraciətə baxılmışdır.Ədliyyə Nazirliyinin 'Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən R.Abdullayevin doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır.Məlumat üçün bildirir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir.Hazırda vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Xidmətin arxivində 1948-ci ildən saxlanıldığından və R.Abdullayevin doğumu haqqında sənəd qeyd edilən ildən əvvəlki dövrə təsadüf etdiyindən məsələ ilə bağlı Milli Arxiv İdarəsinə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZE 18571450 nömrəli şəxsiyyət vəsiqəsindən surətindən görünür ki, X3 xx.xx.1940-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı 2 saylı “Asan Xidmət” Mərkəzindən daxil olan 14 noyabr 2021-ci il tarixli ərizəyə cavab olaraq bildiririk ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1933- 1934-cü illərə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu və qismən qəbul olunmuş Balaxanı qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında Allahyarova-Abdullayeva Emma (Həlimə) Simrza qızının təvəllüdü haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ №008391 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Gülnaz Əhmədxan qızı xx.xx.1981-ci il tarixdə vəfat etmişdir. Bu barədə Bakı şəhəri Maraqlı şəxsndə ölüm haqqında akt qeydləri kitabında 57 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ № 035552 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bu barədə Bakı şəhəri Maraqlı şəxsndə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 1462 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ No 370300 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 1933-cü il tarixində vəfat etmişdir. Bu barədə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 1001 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixdə verdiyi arayışından görünür ki , X8 ilə X9 arasındakı nikah Sabunçu rayonu Balaxanı qəsəbə icra nümayəndəliyində xx.xx.1959-cu il tarixdə 13 nömrəli akt qeydi ilə bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki , Sizin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə ünvanladığınız xx.xx.2023-cü il tarixli, 2(002)-723/2023 Nsli (daxilolma xx.xx.2023-cü il, Nfi-3-48/1- 1953/23) sorğunuza cavab olaraq bildiririk ki, sorğuda axtarış məlumatları (vətəndaşların doğum tarixləri və yerləri) qeyd edilmədiyinə görə sorğunuzu icra etmək imkan xaricindədir.Eyni zamanda nəzərinizə çatdırırıq ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları barədə sənədlər 75 il müddətinə (dövlət arxivlərinə verilənə qədər) həmin sənədlərin yaranmış oiduğu döviət idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur.Əlavə olaraq bildiririk ki, WAQ orqanlarının sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə yalnız 1946-ci ilə qədər təhvil verilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPMnin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.1-ci bəndində qeyd edilmişdir ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd eidlmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1159.2-ci maddəsində ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini nəzərə alaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, həmin sübutlar əsasında Ərizəçi X1 ilə qohumluq münasibətinə (bacı olması) dair hüquqi əhəmiyyəti fakt öz təsdiqini tapması halını əsas götürərək, sadalanan hüquq normalarını rəhbər tutaraq, habelə qeyd edilən hüquqi əhəmiyyəti faktın müəyyən edilməsinin məhz vərəsəlik işi ilə (mirasdan pay almaq üçün) əlaqədar olduğunu, məhkəmə araşdırması zamanı X1 birinci növbə üzrə vərəsələrinin olmamasını nəzərə alaraq, hesab edir ki, ərizə təmin edilməli, X1 Ərizəçi ilə qohumluq (bacı olması) faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1935-ci il təvəllüdlü Ərizəçi xx.xx.1940-ci il təvəllüdlü X3 ilə qohum – bacı olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar