Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-732/2021 10.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1 Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “evə köçürülmə və bölünmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “evə köçürülmə və bölünmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanını cavabdehlərlə aralarında bölünməsi və onu həmin mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını xahış etmişdir. İddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır,o , Cavabdeh1 qəzə ilə xx xxxxxx 1987-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Birgə nikahdan iki uşaqları doğulmuş, hazırda onlar yetkinlik yaşına çatmışlar. Cavabdeh1 ilə birgə yaşadıqları dövrdə valideynləri tərəfindən ona Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev 2,mənzil 5 ünvanını alınmışdır.Onlar bir müddət həmin evdə yaşadıqdan sonra o, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 4, keçid 2, ev 19 ünvanında sərəncan əsasında torpaq sahəsi alıb, üç yataq otağı, bir qonaq otağı və bir mətbəxdən ibarət ev tikdirmişdir. 2005-ci il tarixdən ailəsi ilə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 4, keçid 2, ev 19 ünvanında qeydiyyatsız yaşamışlar. Cavabdeh1 ilə aralarında olan nikah 2013-cü ildə məhkəmə qaydasında pozulmaqla o, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 4, keçid 2, ev 19 ünvanında, cavabdehlər isə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev 2,mənzil 5 ünvanında yaşamışlar. Bir müddətdən sonra cavabdehlərlə aralarında razılaşma olmuş və cavabdehlər onun icazəsi ilə gəlib onunla birlikdə yaşamışlar. Əvvəllər cavabdehlərlə mehriban yaşasalarda sonradan cavabdehlər onunla yola gedə bilməmiş və 2019-cu ilin mart ayında cavabdehlər onu qovaraq evdən çıxartmışlar. Həmin vaxtdan da o,müvəqqəti olaraq bacısıgildə yaşayır. Onun başqa yerdə yaşamağa evi yoxdur. Cavabdehlər hazırda onu evə buraxmaq istəmir. Həmin evə onun yeganə yaşayış yeri olmaqla başqa yerdə qalmağa evi yoxdur.Cavabdehlər onu yaşadığı evə buraxmamaqla onun qanunla qorunan hüquqlarını pozur və onun öz evindən istifadə etməyinə əngəllər yaradır.Mübahisəli ev onun əməyi hesabına tikilməklə cavabdehlərlə birgə yaşamaları qeyrimümükündür. Bu səbəbdən də Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 4, keçid 2, ev 19 ünvanında yerləşən evin cavabdehlərlə onun arasında bölünməsi zərurəti yaranmışdır. AR MPM, MM və Mənzil Məcəlləsinin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı və onun nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və 2000-ci ildə tikilmiş xüsusi tikili olan mübahisəli evdə 2003-ci ildən 2019-cu il tarixinə kimi yaşadığnı bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, iddianı qismən qəbul edirlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iddiaçının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 4, keçid 2, ev 19 ünvanına yalnız köçürülməsinə razıdırlar. Evin bölünməsi hissəsində iddanın rədd edilməsini xahiş edirlər. Əlavə olaraq qeyd etdilər ki, mübahisəli ev birgə nikah dövründə iddiaçının maddi vəsaiti hesabına tikilsə də, evi tikintisində cavabdehlər də iştirak etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi “eve köçürülmə” hissəsində əsaslı olduğundan və həmçinin, cavabdehlər iddianı həmin hissədə etiraf etdiyindən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Bələdiyəsinin xx.xx.2021-ci il tarixli 06/12 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev 2,mənzil 5 ünvanı və Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 4, keçid 2, ev 19 ünvanı üzrə torpaq və əmlak vergiləri İddiaçı tərəfindən ödənilmişdir . İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən mübahisəsiz hallarından görünür ki, cavabdehlər iddiaçının keçmiş arvadı və övladlarıdır, mübahisəli ev özbaşına tikilidir, iddiaçı ilə cavabdeh birgə nikah dövründə tikilmişdir və iddiaçı və cavabdehlər həmin evdə qeydiyyatsız yaşayıblar. Hal hazırda həmin özbaşına tikili olan evdə cavabdehlər yaşayırlar. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 atası, Cavabdeh1 həyat yoldaşıdır. O, 2019-cu ilin mart ayınadək həmin evdə cavabdehlərlə birlikdə yaşamış, sonradan aralarında mübahisələr olduğu üçün evdən çıxarılmışdır. Hazırda iddiaçı mübahisəli mənzilə köçürülməyini və evin onlar arasında bölünməsini tələb edir, cavabdehlər iddia tələbini mənzilə köçürülmə hissəsində qəbul edir və məhkəmədən iddianın qismən təmin edilməsini ərizə təqdim etməklə xahış edirlər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı qanunvericilik normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli ev özbaşına tikili mübahisə edilən hüquq münasibətlərini bilavasitə tənzimləyən hüquq norması yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərini nəzərə almadan iş üzrə düzgün nəticəyə gəlmək mümkün deyildir. Belə ki, həmin maddənin (MPM-nin 13.4-cü maddəsi) tələbinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Bundan başqa, Mülki Məcəllənin 11.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 2005-ci ildə yarandığından, İddiaçı münasibətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin predmeti “evə köçürülmə və bölünmə” barədə tələb olduğu üçün ilk öncə iddiaçının həmin mənzilə istifadə hüququnun olub-olmaması araşdırılmalıdır. Məhkəmə qeyd edir ki, işin tərəflər arasında mübahisələndirilməyən hallarından göründüyü kimi mübahisəli özbaşına tikili olan yaşayış evi tərəflərin birgə nikah dövründə, birgə əldə olunan vəsait hesabına tikilən evdir və iddiaçının həmin evdən istifadə hüquqları vardır. Həmçinin cavabdehlər iddianın evə köçürülmə hissəsində iddianə etiraf edirlər və iddia həmin hissədə əsaslı olduğundan və cavabdehlər tərəfindən etiraf edildiyindən təmin edilməli, iddiaçı mübahisəli yaşayış evinə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ünvan 1 ünvanında olan mənzilə istifadə hüququ tanınmaqla köçürülməlidir. Məhkəmə iddia ərizəsinin evin bölüməsinə dair hissəsini əsassız hesab edərək qeyd edir ki, işin mübahisəsiz hallarından göründüyü kimi, hazırda mübahisəli ev özbaşına tikilidir və tərəflərdən heç birinin həmin evə mülkiyyət hüququ yoxdur, bu səbəbdən həmin özbaşına tikili hesab olunan ev tərəflər arasında paylara bölünə bilməz. Tərəflərə izah edilir ki, mübahisəli yaşayış evinin dövlət reyestrindən qeydiyyatdan keçməməsi əsası ilə əmlak bölgüsü barədə hazırkı iddia rədd edilsə də, gələcəkdə mübahisəli yaşayış evinin dövlət reyestrindən qeydiyyatdan keçməsi halında, əmlakın birgə nikah dövründə əldə edilməsinə dair sübutları təqdim etməklə həmin iddia yenidən qaldıra bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.2. maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 1 ünvanlı mənzilindən istifadə hüququ tanınmalı, İddiaçı ünvan 3 ünvanlı mənzilə istifadə hüququ tanınmaqla köçürülməlidir. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı ünvan 3 ünvanlı mənzilindən istifadə hüququ tanınsın. İddiaçı ünvan 3 ünvanlı mənzilinə köçürülsün. İddia qalan hissədə rədd olunsun. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-732/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-732/2021
10.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver