Məhkəmə qərarları › İş №2(002)-752/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-752/2022

03.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-752/2022 03.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlu, Ərizəçi Qaradağ rayon Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli olan “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin mümkünlüyünü Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında yoxlayaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi Ağayev X2 rayon Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli olan “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, Ərizəçi ərizəsi qaytarılmalıdır. Belə ki, ərizəçi ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etsə də, həmin rüsum ərizəçi tərəfindən deyil, ərizəyə aidiyyəti olmayan kənar şəxs, yəni X1 tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150.0.1,152.2.4, 263- 264, 266-267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Qaradağ rayon Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli olan “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi geri qaytarılsın. Ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, onun rəsmi qaydada veriliyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar