Məhkəmə qərarları › İş №2(002)-753/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-753/2022

06.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-753/2022 06.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi, onun vəkili Vəkil iştirakı ilə, Ərizəçinın maraqlı şəxs Qaradağ rayon Qeydiyyat şöbəsinə qarşı doğumun qeyd edilmə faktının müəyyən olunması tələbi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏ N ETDİ: Ərizəçi maraqlı şəxs Qaradağ rayon Qeydiyyat şöbəsinə qarşı doğumun qeyd edilmə faktının müəyyən olunması tələbi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onun xx xxxxxx 1961-ci il tarixdə Bakı şəhərində doğulmasına dair doğumun qeyd edilmə faktının müəyyən edilməsi, doğum şəhadətnaməsi verilərkən adının “Famil”, soyadının “İslamov”, ata adının “Ağasəlim”, doğum yerinin “Bakı”, doğum tarixinin “xx xxxxxx 1961-ci il”, atasının “X16”, milliyyətinin azərbaycanlı, anasının “X4”, milliyyətinin azərbaycanlı qeyd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, o, xx xxxxxx 1961-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Ona doğum haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında vətəndaşlıq pasportu almışdır. Həmin pasport əsasında da hərbi xidmətdə olmuş, nikaha daxil olmuş və bütün sənədlərində doğum tarixi xx xxxxxx 1961-ci il kimi qeyd edilmişdir. Hazırda onun doğum haqqında şəhadətnaməsi naməlum səbəbdən itmişdir. O, yeni doğum haqqında şəhadətnamə almaq istəyərkən ona rəsmi surətdə 1958-1964-cü illər və 1962-1979-cu illər üzrə doğum haqqında akt qeydinin aşkar edilmədiyi bildirilmişdir. Lakin onun doğum haqqında şəhadətnaməsi olmuş, həmin şəhadətnamə əsasında digər sənədlərini əldə etmişdir. Hazırda şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etmişdir, lakin doğum haqqında şəhadətnaməsi olmadığından şəxsiyyət vəsiqəsi ala bilmir. Hazırda doğumun qeyd edilmə faktının müəyyən edilməsi ona bəzi hüququ sənədləşmə aparılması üçün lazımdır. O, ailədə ikinci uşaq olmuşdur. Ondan böyük bir bacısı X11, ondan balaca beş qardaşı və üç bacısı olmuşdur. Onların doğum haqqında şəhadətnamələri vardır və doğum haqqında şəhadətnamələrində ata qrafasında “X16”, ana qrafasında “X4” qeyd edilmişdir. Onun hərbi bileti vardır, sovet ordusunda hərbi xidmətdə olmuşdur. Sovet pasportu əsasında 12 oktyabr 1984-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Rəsmi nikahdan dörd uşağı doğulmuşdur. Nikah haqqında şəhadətnamədə və uşaqların doğum haqqında şəhadətnamələrində onun adı, soyadı, atasının adı və təvəllüdü qeyd edilmişdir. Odur ki, məcburiyyət qarşısında qalaraq ərizə ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı Ərizəçi vəkili Vəkil ərizəçinin izahatına uyğun izahat verdi və ərizə tələbinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Qaradağ rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPMnin 185-ci maddəsinin tələblərinə istinad edərək, ərizəyə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, o, ərizəçinin qardaşıdır. Ailədə on uşaq olmuşlar. Ərizəçi xx xxxxxx 1961-ci il tarixdə Bakı şəhərində doğulmuş, 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. Digər bütün uşaqların doğum haqqında şəhadətnamələri vardır və doğum haqqında şəhadətnamələrində ata qrafasında “X16”, ana qrafasında “X4” qeyd edilmişdir. Ərizəçinin də bütün sənədləri vardır, lakin doğum haqqında şəhadətnaməsi naməlum səbəbdən itmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, o, ərizəçinin bacısıdır. Ailədə on uşaq olmuşlar, digər bütün uşaqların doğum haqqında şəhadətnamələri vardır və doğum haqqında şəhadətnamələrində ata qrafasında “X16”, ana qrafasında “X4” qeyd edilmişdir. Ərizəçi xx xxxxxx 1961-ci il tarixdə Bakı şəhərində doğulmuş, 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. Ərizəçinin də bütün sənədləri vardır, lakin doğum haqqında şəhadətnaməsi naməlum səbəbdən itmişdir. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ seriyalı, 096601 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 ilə X3 22.11.1963-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Qaradağ rayon Qeydiyyat şöbəsində 48 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “İslamova” soyadı verilmişdir. İş materiallarında olan İV-JQ seriyalı, 447159 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 23.07.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İslamova Nəzakətin atası X16, anası X1r. İş materiallarında olan AZ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 06.01.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İslamov Güloğlanın atası X16, anası X1r. İş materiallarında olan AZ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 11.11.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İslamov Xanoğlanın atası X16, anası X1r. İş materiallarında olan Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportunun surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan HZ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə anadan olmuş, 1980-1982-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur, milliyəti azərbaycanlıdır. İş materiallarında olan AZ seriyalı, İİİ-JQ saylı 422701 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X5 12.10.1984-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Qaradağ rayon VVAQ şöbəsində 631 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “İslamova” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Ələt qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28.12.2021-ci il tarixli, 1010 saylı arayışdan görünür ki, İslamov X14 rayonu, Ələt qəsəbəsi, Salyan yolu küçəsi, 3”B” nömrəli evdə qeydiyyatsız yaşayır. İş materiallarında olan AZ-İ No 937983 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 26.02.2018-ci il tarixdə vəfat etmişdir. Bu barədə 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 542 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İ No 777345 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 08.10.2015-ci il tarixdə vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 494 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 1228/69 saylı, 20.11.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi barəsində Qaradağ rayon Qeydiyyat şöbəsində doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinin 1958-1964-cü illərə dair ilkin, 1962-1979-cu illərə dair bərpa akt qeydləri üzrə yoxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli 03 saylı Qərarının 4cü bəndinə əsasən, məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndinə əsasən, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışını) tələb etməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxxxx 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş ərizəçinin adının “Famil”, soyadının “İslamov”, ata adının “Ağasəlim”, doğum yerinin “Bakı”, doğum tarixinin “xx xxxxxx 1961-ci il”, atasının “X16”, milliyyətinin azərbaycanlı, anasının “X4”, milliyyətinin azərbaycanlı olduğu müəyyən edilir, ona görə də ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuş Ərizəçi doğumunun qeyd edilmə faktı müəyyən edilsin. 23 fevral 1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş Ərizəçi adının “Famil”, soyadının “İslamov”, ata adının “Ağasəlim”, doğum yerinin “Bakı şəhəri”, doğum tarixinin “xx xxxxxx 1961-ci il”, atasının “X16”, milliyyətinin azərbaycanlı, anasının “X4”, milliyyətinin azərbaycanlı olduğu qeyd edilməklə həmin şəxsin adına doğum haqqında şəhadətnamənin verilməsi Qaradağ rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlı̇ k edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar