Məhkəmə qərarları › İş №2(002)-759/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-759/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-759/2021 15.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh4 iştirakları İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Dadaşova (Əliyeva) Günay Həmdulla qızına və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Dadaşova (Əliyeva) Günay Həmdulla qızına və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 İddiaçıASC-nin xeyrinə 18 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 12166.74 manat əsas, 9267.86 manat faiz, 1531.85 manat cərimə və kredit müqaviləsi üzrə 18.07.2019-cu il tarixdən, 19.01.2021 -ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 916 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 23882.45 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən, 1 otaqlı, 34.94 kv.m ümumi, 16.59 kv.m yaşayış, 18.35 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 111 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən, 1 otaqlı, 34.94 kv.m ümumi, 16.59 kv.m yaşayış, 18.35 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 111 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçıASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən, 1 otaqlı, 34.94 kv.m ümumi, 16.59 kv.m yaşayış, 18.35 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 111 nömrəli mənzilinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh1, Dadaşova (Əliyeva) Günay Həmdulla qızının və Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən, 1 otaqlı, 34.94 kv.m ümumi, 16.59 kv.m yaşayış, 18.35 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 111 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4, Cavabdeh1, Dadaşova (Əliyeva) Günay Həmdulla qızının və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2014-cü il 18 iyul tarixli kredit müqaviləsinə əsasən Cavabdeh4 "xxxx" İKB ASC-nin “4 saylı” filialından illik 25%-lə 60 ay müddətinə 14400 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən, 1 otaqlı, 34.94 kv.m ümumi, 16.59 kv.m yaşayış, 18.35 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 111 nömrəli mənzili 2014-cü il 18 iyul tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır . 2014-cü il 18 iyul tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il yanvarın 19-dək Cavabdeh4 2014-cü il 18 iyul tarixli kredit müqaviləsi üzrə banka 12166.74 manat əsas, 9267.86 manat faiz, 1531.85 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 22866.45 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh4 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Bundan başqa 19 yanvar 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh4 19 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 12166.74 manat əsas borc, 9267.86 manat faiz borcu, 1531.85 manat cərimə borcu və kredit müqaviləsi üzrə 18.07.2019-cu il tarixdən 19.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 916 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 23882.45 manat borcu vardır.19 avqust 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, 'kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək Tikanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul əsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki- hüquqi məsuliyyət tədbiridir.Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması,yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh4 məhkəmə iclasında ekspertiza rəyi ilə razı olmadığını bildirərək, yenidən ekspertizanın keçirilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Dadaşova (Əliyeva) Günay Həmdulla qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddia ərizəsi ilə eyni zamanda işin faktiki hallarını araşdıraraq, iddiaçı və cavabdeh tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bağlanmış 2014-cü il 18 iyul tarixli 11-G-1- 0-406-14 nömrəli kredit müqaviləsindən görünür ki, Nikoyl İKB ASC-nin 4 saylı filialı tərəfindən Cavabdeh4 60 ay müddətinə illik 25 faiz ilə ödəmək şərti ilə 14400 manat məbləğində kredit verilmişdir. 2014-cü il 18 iyul tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 2014-cü il 18 iyul tarixli 11-G-1-0-406-14 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh4(alıcı və ipoteka qoyan) kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə onun mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən, 1 otaqlı, 34.94 kv.m ümumi, 16.59 kv.m yaşayış, 18.35 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 111 nömrəli mənzili 2014-cü il 18 iyul tarixli ipoteka müqaviləsi ilə yüklü etmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən, 1 otaqlı, 34.94 kv.m ümumi, 16.59 kv.m yaşayış, 18.35 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 111 nömrəli mənzilin üzərində tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı (Nikoyl İKB ASC-nin 4 saylı filialının xeyrinə yüklü edildiyi) daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən, 1 otaqlı, 34.94 kv.m ümumi, 16.59 kv.m yaşayış, 18.35 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 111 nömrəli mənzili İddiaçı ASC( Nikoyl İKB ASC-nin )-nin xeyrinə yüklü edilmiş, Cavabdeh4 isə hüququ yüklü edilən şəxsdir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən, 1 otaqlı, 34.94 kv.m ümumi, 16.59 kv.m yaşayış, 18.35 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 111 nömrəli mənzili Cavabdeh4 adına qeydiyyata alınmışdır. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 07 sentyabr 2020-ci il tarixli bildirişdən görünür ki, iddiaçı Yelobank ASC tərəfindən Cavabdeh4 60 ay müddətinə 14400 manat kredit verildiyini və 2014-cü il 18 iyul tarixli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən, 1 otaqlı, 34.94 kv.m ümumi, 16.59 kv.m yaşayış, 18.35 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 111 nömrəli mənzilinin Nikoyl İKB ASC-nin xeyrinə yüklü edildiyi və cavabdehlərin kredit üzrə ödəməli olduğu ödənişləri yubatdığını bildirərək, kredit müqaviləsi üzrə cavabdeh Cavabdeh4 öz öhdəliklərini yerinə yetirmədiyi üçün tutmanın ipoteka predmetinə - Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən, 1 otaqlı, 34.94 kv.m ümumi, 16.59 kv.m yaşayış, 18.35 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 111 nömrəli mənzilinə yönəldilməsi barəsində məhkəməyə və ya notariat orqanına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 19.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 18 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 12166.74 manat əsas, 9267.86 manat faiz, 1531.85 manat cərimə və kredit müqaviləsi üzrə 18.07.2019-cu il tarixdən, 19.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 916 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 23882.45 manat borcu vardır . İş materiallarına əlavə edilmiş 2014-cü il 18 iyul tarixli 11-G-1-0-406-14 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə-ödəniş cədvəlindən görünür ki, Cavabdeh4 aylıq 422,66 manat olmaqla, 14400 manat məbləğində krediti ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 2014-cü il 18 iyul tarixli məxaric orderindən görünür ki, iddiaçı Cavabdeh4 hesabına 18.07.2014-cü il tarixdə 14400 manat məbləğində kredit köçürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, Yelobank ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh4 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 2014-cü il 18 iyul tarixli 722 nömrəli arayışdan görünür ki, - Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən, 1 otaqlı, 34.94 kv.m ümumi, 16.59 kv.m yaşayış, 18.35 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 111 nömrəli mənzili Cavabdeh4 mülkiyyətindədir. Cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Dadaşova (Əliyeva) Günay Həmdulla qızı və Cavabdeh4 həmin ünvanda daimi pasport qeydiyyatındadırlar. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16.09.2021-ci il tarixli 2(002)-759/2021 saylı qərardadı ilə təyin edilmiş Hüquq Əmlak Məsələləri Ekspertizası MMC-nin 25 oktyabr 2021-ci il tarixli 11 nömrəli təkrar ekspert rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən, 1 otaqlı, 34.94 kv.m ümumi, 16.59 kv.m yaşayış, 18.35 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 111 nömrəli mənzilinin real bazar qiyməti təqribən 43000 manat, likvid dəyəri isə 40000 manat təşkil etdiyi müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 150(yüz əlli) manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, işdə olan sübutlarla müəyyən olunmuşdur ki, bağlanmış 2014-cü il 18 iyul tarixli 11-G-1-0-406-14 nömrəli kredit müqaviləsinə əsasən Nikoylbank ASC tərəfindən Cavabdeh4 oğluna 60 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 14400 manat məbləğində kredit verilmiş, 2014-cü il 18 iyul tarixdə bağlanmış müqaviləyə əlavədən görünür ki, Cavabdeh4 iddiaçıya 60 ay müddətinə hər ay 422,66 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi 2014-cü il 18 iyul tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh4 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, onun mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən, 1 otaqlı, 34.94 kv.m ümumi, 16.59 kv.m yaşayış, 18.35 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 111 nömrəli mənzili kredit verən Yelobank ASC-nin(Nikoyl İKB ASC) xeyrinə yüklü etmişdir. Cavabdeh4 kredit müqaviləsi şərtlərini pozaraq və ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin və faizlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə kredit alanın banka borcu yaranmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinin tələbinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, iddiaçı bank cavabdehdən kredit müqaviləsi üzrə 18.07.2019-cu il tarixdən, 19.01.2021 -ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 916 manat məbləğində əldən çıxmış fayda tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi, 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna baxmayaraq o, öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, kredit müqaviləsinə əsasən borcun tutulması barədə iddia tələbi qismən təmin edilməli, həmçinin borcun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş, daşınmaz əmlaka tutma yönəldilməli və həmin mənzil açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına borc ödənilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinin məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərməli olmasına dair müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ekspertiza rəyi ilə müəyyən olunmuş likvid qiyməti yəni 40000 manat müəyyən olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3.-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Buna görə də məhkəmə hesab edir ki, ipoteka predmeti satıldıqdan 1 ay sonra cavabdehlər Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən, 1 otaqlı, 34.94 kv.m ümumi, 16.59 kv.m yaşayış, 18.35 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 111 nömrəli mənzili boşaltmalıdır. Məhkəmə iddia tələbinin cavabdehlərin mübahisəli mənzilə (istifadə hüququnun itirilməsi) hissəsində iddia tələbini məhkəmə əsassız hesab edir və qeyd edir ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etrnək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmamamışdır. Həmin hissədə iddia təmin edilməməlidir. Həmçinin məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, 18.07.2014-cü il tarixli kredit müqavilə üzrə 150 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuşolur, həmçinin əsas pul ilə yanaşı, müvafiq olaraq müqaviləyə görə 150(yüz əlli) manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh4 oğlundan Yelobank ASC-nin xeyrinə 18.07.2014-ci il tarixli kredit müqaviləsi üzrə 12166.74 manat əsas, 9267.86 manat faiz, 150 manat cərimə və kredit müqaviləsi üzrə 18.07.2019-cu il tarixdən, 19.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 916 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 22500,6 manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulmalı, tələb üzrə tutma Cavabdeh1, Cavabdeh2nın,Əliyeva (Dadaşova)Günay Həmdulla qızının və Cavabdeh4nın istifadəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən, 1 otaqlı, 34.94 kv.m ümumi, 16.59 kv.m yaşayış, 18.35 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 111 nömrəli mənzilinə yönəldilməli, həmin ev açıq hərracdan satılmalı, evin ilkin satış qiyməti 40000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği "xxxx" ASC-nin xeyrinə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlərə qaytarılmalı, evin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğ Cavabdeh4, tutularaq Yelobank ASC-nin xeyrinə ödənilməli, açıq hərrac keçirildikdən ən geci 1 (bir) ay sonra ev boşaldılmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4 oğlundan "xxxx" ASC-nin xeyrinə 18.07.2014-ci il tarixli kredit müqaviləsi üzrə 12166(on iki min bir yüz altmış altı) manat 74(yetmiş dörd) qəpik əsas, 9267(doqquz min iki yüz altmış yeddi) manat 86(səksən altı) qəpik faiz, 150(yüz əlli) manat cərimə və kredit müqaviləsi üzrə 18.07.2019-cu il tarixdən, 19.01.2021ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 916(doqquz yüz on altı) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 22500(iyirmi iki min beş yüz) manat,60(altmış) qəpik məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Tələb üzrə tutma Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsində yerləşən, 1 otaqlı, 34.94 kv.m ümumi, 16.59 kv.m yaşayış, 18.35 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 111 nömrəli mənzilinə yönəldilsin. Həmin ev açıq hərracdan satılsın. Evin ilkin satış qiyməti 40000(qırx min) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği "xxxx" ASC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh4 qaytarılsın. Evin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğ Cavabdeh4 oğlundan tutularaq "xxxx" ASC -yə ödənilsin. Açıq hərrac keçirildikdən ən geci 1 (bir) ay sonra ev boşaldılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150(yüz əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2,Əliyeva(Dadaşova) Günay Həmdulla qızından və Cavabdeh4 tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar