Məhkəmə qərarları › İş №2(002)-760/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-760/2021

18.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-760/2021 18.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sökülmüş tikilinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız iddiası nəticəsində sökülmüş tikilinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh Babadadaş oğlu ilə qonşuluqda yaşayır. O, daima torpaq sahəsi ilə əlaqədar cavabdehlə aralarında olan mübahisəni barışıq yolu ilə həll etməyə cəhd etsə də, onun tərəfindən bununla əlaqədar heç bir təşəbbüs göstərməmiş, əksinə onun barəsində müxtəlif təşkilatlara şikayətlə müraciət olunmuşdur. Həmçinin cavabdeh tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20.10.2015-ci il tarixli qətnaməsi ilə iddia qismən edilərək, onun və cavabdehin faktiki sahibliyi nəzərə alınmaqla, mübahisəli torpaq sahəsində mişar daşından tikintisi başa çatdırılmamış hasarın tikilərək, qonşu torpaqlar arasında mərz kimi müəyyən edilməsi qət edilmişdir. Belə bir qətnamənin qəbul edilməsinə baxmayaraq cavabdeh tərəfindən yenə də qanunsuz hərəkətlər davam etdirilmiş və əsassız olaraq onun inşa etdiyi tikilinin sökülməsi ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16.08.2017-ci il tarixli, 2(002)-337/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin mərz nişanının üstünə düşən tikilinin sökülməsi qət edilmişdir. O, bu qətnaməni rəsmi qaydada aldıqdan sonra apellyasiya şikayəti ilə məhkəmə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10.08.2018-ci il tarixli, 2(103)-8117/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16.08.2017-ci il qətnaməsi ləğv edilmiş, Cavabdeh iddiası rədd edilmişdir. Bu qətnamə apellyasiya məhkəməsi tərəfindən ləğv edilsə də, əfsuslar olsun ki, apellyasiya şikayəti verməzdən öncə həmin qətnamənin icrası mərhələsində tikili sökülmüşdür. Cavabdehin əsassız iddiası nəticəsində ona xeyli miqdarda maddi ziyan dəymiş, həmçinin o, sahibliyində olan əmlakdan məhrum olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkilki X2 iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili X1 izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8117/2018 saylı, 10 avqust 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-887/2017 saylı 16 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İdidaçı Cavabdeh (3-cü şəxs Qaradağ rayon İcra şöbəsi cəlb olunmaqla) cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Mənzil-İstismarı İdarəsinin Salyan rayon Mənzil İstismar Hissəsinə qarşı bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20.10.2015-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar cavabdeh tərəfindən icraya qəsdən maneçilik məqsədilə özbaşına, qanunsuz tikilmiş otağın sökülməsi” barədə iddiası rədd edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2779/2016 saylı, 26 iyul 2016-cı il tarixli qərardadına əsasən iddiaçı Cavabdehlər İddiaçı və Salyan rayon Mənzil İstismar İdarəsinə qarşı torpaq sahəsinə faktiki sahiblik nəzərə alınmaqla, mərz kimi müıyyən edilmiş əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası üzrə mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. 13 oktyabr 2016-cı il tarixli akta əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4719/2015 saylı, 20 oktyabr 2015-ci il tarixli qətnaməsi üzrə 23 noyabr 2015-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən cavabdehin evinin mübahisəli əraziyə düşən hissəsinin sökülməsi qətnamədə öz əksini tapmadığından icra sənədinin icrası təmin edilməmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsininin 2(002)-4719/2015 saylı, 20 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh və İddiaçı faktiki sahibliyi nəzərə alınmaqla, mübahisəli torpaq sahəsində mişar daşından tikintisi başa çatdırılmamış hasar tikilərək qonşu torpaqlar arasında mərz kimi müəyyən olunmuşdur. İddiaçı cavabdehin qeyd olunan qətnamənin icrası hüdudlarından kənara çıxaraq mənzilin üzərində tikili inşa etməsinə istinad etməklə, həmin tilikinin sökülməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmə iddianı qismən təmin edərkən hesab etmişdir ki, cavabdeh qətnamənin icrası hüdudlarından kənara çıxaraq mərzin üzərində tikili inşa etməsinə istinad etməklə, həmin tikilinin sökülməsini tələb etmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edilməsindən ibarət qənaəti düzgün olmamışdır. Belə ki, iddiaçı tərəf sökülməsini tələb etdiyi tikilinin məhz cavabdeh tərəfindən məhz məhkəmə qətnaməsi ilə müəyyən edilmiş mərzin üzərində inşa edilməsini sübut edə bilməmişdir. Apellyasiya baxışı zamanı sorğuya əsasən hasarın çəkilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4719/2015 saylı mülki iş tələb edilərək tədqiq edilmişdir. Həmin mülki işin materiallarından, habelə qətnamənin məzmunundan isə tikilməsi müəyyən edilmiş hasarın koordinatlarının, yəni dəqiq şəkildə hansı ölçülərdə və hər hansı mövcud tikililərə münasibətdə hansı məsafədə tikilməsinin qeyd edildiyi müəyyən edilməmişdir. Göründüyü kimi, işin araşdırılmış halları ilə cavabdeh tərəfindən tikilisi qanuni qüvvəsini almış qətnamənin icrası hüdudlarından kənara çıxaraq məhz çəkiləcək mərzin üzərində tikilməsi halı müəyyən edilməmişdir. Bu baxımdan iddia tələbinin əsasları öz təsdiqini tapmadığından iddia əsassız hesab edilməklə rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q. Teryoxinin şikayəti üzrə qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulması ilə nəticələnə bilər.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı sökülmüş tikilinin bərpa edilməsi tələbinə dair iddiası əsaslı hesab edilərək təmin olunmalı, Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan ünvan 1 ünvanda tikilmiş və cavabdehin əsassız iddiası nəticəsində sökülmüş tikili bərpa edilməlidir. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia tələbi təmin edilsə də, İddiaçı dövlət rüsumunun tutulması ilə bağlı tələbi olmadığından, ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97, 98, 255, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan ünvan 1 ünvanda tikilmiş və cavabdehin əsassız iddiası nəticəsində sökülmüş tikili bərpa edilsin. Məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar