Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-772/2022 11.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X3 iştirakı ilə Ərizəçi «şəxsin ölmüş elan edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin ölmüş elan edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 29.08.1974-cü ildə Füzuli rayonunda doğulmuş X1nun 14.02.2014-cü il tarixdən ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçinin nümayəndəsi məhkəmə iclasında ərizə ilə müraciət edərək iddia tələbinə dəqiqləşdirmə verərək,iddia ərizəsindən 14.02.2014-cü il tarixli sözün çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X2 onun atasıdır və 29.09.1974-cü ildə Füzuli rayonunda doğulmuşdur.Atası 2008-ci ildə əvvəl İrana,sonra isə Əfqanıstana getmiş və orada qanunsuz silahlı qüvvələrin tərkibində vuruşmüş,onlar altı aya yaxın əlaqə saxlamamışlar.Sonradan 2014-cü ildə vəfat etdiyi xəbərini almışlar.Bu barədə İnterpolun rəsmi saytına istinadla internet saytında xəbər verilmişdir.X1 ilə anası X5 arasında nikah 10-cu ildə pozulmuşdur.Hazırdaona və azyaşlı bacısı Xədicəyə sənədləşmə işinin aparılması üçün ölüm haqqında şəhadətnaməs lazımdır.Bacısı bu il orta məktəbi bitirir və ailə məktəbə sənəd verilmişdir.Ali məktəbə qəbul olunacağı təqdirdə ölüm haqqında şəhadətnamə mütləq lazımdır.Atası ölmüş elan edildiyindən o ölüm haqqında şəhadətnaməni başqa cür ala bilmir.Qaradağ rayon məhkəməsinin 25 may 2021-ci il tarixli qətnaməsi ilə atasının xəbərsiz itkin düşmüş hesab edilmişdir.Göründüyü kimi X1nun qanunsuz silahlı qüvvələrin tərkibində vəfate etməsi müəyyən olmuşdur.Ona görə də atasının ölmüş elan edilməsi üçün məhkəməyə müraciət etməyə məcbur qalmışdır.Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, yoldaşı ilə 2008-0ci ildən artıq məlumatlarının olmadığını, uşaqlarının sənədləşmə işlərində ata kimi onun da imzası, razılığı zəruri olur, qızı institua qəbul olunduğu zaman da atası barədə sənədlərin tələb eidldiyini, ona görə də ərizə ilə məhkəməyə mürcaiət etmək məcburiyyətində qaldıqlarını, yoldaşının ölümü ilə bağlı məlumat 2014-cü ildə artıq məlum olmuşdur, indiyə kimi də heç bir başqa məlumat almamışlar. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli 2(002)-1487/2021 saylı qətnaməsinin sürətindən görünür ki,Ərizəçi Müşvq oğlunun atası 29.08.1974-cü il tarixdə Füzuli rayonunda anadan olmuş X4 xəbərsiz itkin düşmüş hesab edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, şəxsin ölmüş elan edilməsi tələb edilən şəxs ərizəçinin atasıdır. İş materiallarına əlavə edilmiş, internet xəbər saytlarından, beynəlxalq axtarış saytlarından çıxarışdan görünür ki, həmin məlumatlarda beynəlxalq axtarışda olan bir azərbaycanlının (Bayramov Mushviq date of birth (doğum tarixi) 29.08.1974) öldüyü bildirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.4.-cü maddəsinə əsasən 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, 29.08.1974-ci il təvəllüdlü X4 müvafiq məhkəmə qətnaməsi əsasında xəbərsiz itkin düşmüş elan edilmiş və həmin məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan indiyədək altı aydan çox müddət keçməsinə baxmayaraq, onun barəsində heç bir xəbər çıxmamışdır. Bu halda, məhkəmə mülki qanunvericiliyin tələbini əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla, təmin eidlməlidir. Həmçinin, məhkəmə onu qeyd edir ki, hazırki mülki iş üzrə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Azərbaycan Respublikasının MPM-nin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra həkimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Həmin Məcəllənin 316-cı maddəsinə görə isə xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə yeni qətnamə ilə özünün əvvəlki qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20.-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 33, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası 29.08.1974-cü il tarixdə Füzuli rayonunda anadan olmuş X4 ölmüş elan edilsin. 29.08.1974-cü il təvəllüdlü Ərizəçi ölmüş elan edilməsi haqqında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-772/2022 saylı 11.04.2022-ci il tarixli məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gün X2 ölüm günü sayılır. Qətnamə müvafiq qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-772/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-772/2022
11.04.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver