Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-776/2025 18.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «qohumluq münasibətləri faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd edib, «qohumluq münasibətləri faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1986-cı il tarixdə vəfat etmiş X14 xx.xx.2024-cü il tarixdə vəfat etmiş mərhum X12 atası, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X3 xx.xx.2024-cü il tarixdə vəfat etmiş mərhum X12 anası olmaqla qohumluq münasibətlərinə dair hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, mərhum əri X19 ilə 05 oktyabr 1973cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. X19 xx.xx.1949-cu il tarixdə Şamaxı rayonunda doğulmuş, xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Halhazırda ərinin adına olan evə dair vərəsəlik şəhadətnaməsi almaq istəyirlər, lakin ərinin doğum haqqında şəhadətnaməsi vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində aşkar edilməmişdir. Onlar bu barədə notariat kontoruna müraciət etsələr də, ərinin doğum haqqında şəhadətnaməsi olmaması səbəbindən onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Mərhum ərinin bacı və qardaşlarının sənədlərində atası X25, anası isə X2 qeyd edilmişdir. Bu səbəbdən də, X14 onun mərhum əri X12 atası, X8 isə anası olmasına dair qohumluq faktının təsdiq edilməsi zərurəti yaranmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlmat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, şahid X15 məhkəmə iclasında ifadəsində bildirdi ki, Ərizəçi gəlinləridir. Ələkbərin bacısıdır. X5 Cahangirovun atasıdır. X1 Ələkbərin anasıdır. X6 məhkəmə iclasında ifadəsində bildirdi ki, X19 onun xalası nəvəsidir. Ərizəçi 1973-cü ildə gəlin köçmüşdür. X5 Cahangirovun atasıdır. X1 Ələkbərin anasıdır. X9 məhkəmə iclasında ifadəsində bildirdi ki, X25 qayınatası, X7 qayınanası, X19 qayını, X23 isə həyat yoldaşıdır. Ərizəçi ilə Ələkbər Cahangirov ər-arvad olmuşlar. X5 Cahangirovun atası, X1 Ələkbərin anasıdır. X10 məhkəmə iclasında ifadəsində bildirdi ki, X19 bacanağıdır. Ərizəçi ilə X19 ailə qurduqdan bir müddət sonra Ələt qəsəbəsinə köçmüşlər. X5 Cahangirovun atası, X7 isə Cahangirov Ələkbərin anasıdır. İş materiallarına əlavə olunmuş: - xx.xx.2024-cü il tarixli, 3-16-5/8-69-260/2024 saylı arayışdan görünür ki, X25 ilə X13 arasında nikah 20 fevral 1952-ci il tarixdə Qobustan rayonu Dərəkənd kəndi sovetliyində 01 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlanandan sonra arvada Cahangirova soyadı verilmişdir. - xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı, 04185777 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X19 xx.xx.1949-cu il tarixdə Şamaxı rayonu Nərimankənd kəndində doğulmuşdur. ünvan 1 ünvanda qeydiyyatda olmuşdur. - 21 yanvar 1957-ci il tarixdə verilmiş İ-İE seriyalı, 344039 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X16 06 yanvar 1957-ci il tarixdə doğulmuşdur, atası X25, anası X4r. - xx.xx.2016-cı il tarixli, AZ-İ seriyalı, 813955 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X17 20 sentyabr 2016-cı il tarixdə, Qobustan rayonunda, ketoasidozdan vəfat etmişdir. Bu barədə müvafiq akt qeydləri kitabında 23 sentyabr 2016-cı il tarixdə 60 saylı akt qeydi aparılmışdır. - xx.xx.2022-ci il tarixli AZ-İİ seriyalı, 213425 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X21 17 yanvar 2022-ci il tarixdə, Qobustan rayonunda, durğunluq ürək çatmamazlığından vəfat etmişdir. Bu barədə müvafiq akt qeydləri kitabında 21 yanvar 2022-ci il tarixdə 18 saylı akt qeydi aparılmışdır. - Bakı şəhəri Maraqlı şəxs 08 avqust 2024-cü il tarixli, 218 saylı məktubundan görünür ki, ərizəçinin 08 avqust 2024-cü il tarixli ərizəsinə baxılmışdır. Bildirilmişdir ki, əri, 1949-cu il təvəllüdlü X12 doğum haqqında akt qeydi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat-informasiya sistemində aşkar olunmadığı üçün, doğum haqqında şəhadətnamənin verilməsinin imkan xaricindədir. Ərizəçiyə bununla bağlı Qobustan rayon Qeydiyyat şöbəsinə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Bundan başqa, qeyd edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-in 310-cu maddəsi). İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.1986-cı il tarixdə vəfat etmiş X14 xx.xx.2024-cü il tarixdə vəfat etmiş mərhum X12 atası, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X3 xx.xx.2024-cü il tarixdə vəfat etmiş mərhum X12 anası olmasına dair hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsinə zərurət var. İş materialları ilə tam sübuta yetirildi ki, xx.xx.1986-cı il tarixdə vəfat etmiş X25 xx.xx.2024-cü il tarixdə vəfat etmiş mərhum X12 atası, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X7 isə xx.xx.2024-cü il tarixdə vəfat etmiş mərhum X12 anasıdır. Ərizəçi yuxarıda qeyd olunan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir və bu səbəbdən hazırkı iş üzrə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunan faktın müəyyən edilməsi ərizəçiyə miras əmlakla bağlı hüquqi sənədləşmə işlərinin aparılması üçün zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1986-cı il tarixdə vəfat etmiş X14 xx.xx.2024-cü il tarixdə vəfat etmiş mərhum X12 atası, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X3 xx.xx.2024-cü il tarixdə vəfat etmiş mərhum X12 anası olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1986-cı il tarixdə vəfat etmiş X14 xx.xx.2024-cü il tarixdə vəfat etmiş mərhum X12 atası, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X3 xx.xx.2024-cü il tarixdə vəfat etmiş mərhum X12 anası olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-776/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-776/2025
18.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver