Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-806/2022 25.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq 20.06.2014-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinin xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 izahat verərək bildirdi ki, iddiaçı onun qızıdır, iddiaçı pandemiya dövründə 190 manat maddi yardım almaq üçün müraciət etdiyi zaman ona verilən imtinada əsas iş yeri üzrə əmək müqaviləsinin mövcud olduğu göstərilmişdir. İddiaçı bu məlumatı öyrəndiyi zaman çox böyük təəccüb keçirmişdir. Çünki iddiaçı indiyə kimi hər hansı yerdə işləməmişdir. Bununla əlaqədar iddiaçı X7 müraciət edərək həmin qurumdan adına aktiv əmək müqaviləsinin olmasının araşdırılmasını xahiş etmişdir. Həmin qurumdan iddiaçıya 11.11.2021-ci il tarixdə verilən məktubda göstərilmişdir ki, fiziki şəxs Cavabdeh rəsmi məktub göndərilmiş, lakin bu günədək məktuba cavab verilməmişdir. Daha sonra iddiaçı mediasiyaya müraciət etmiş, mediator Günay Abbasova tərəfindən 21.01.2022-ci il tarixli MŞB/2-00141 nömrəli "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. İddiaçı cavabdehi ümumiyyətlə tanımır. İddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarının cavabdeh tərəfindən hansı formada əldə edilməsi naməlumdur. İddiaçı faktiki olaraq heç bir zaman cavabdehin yanında işləməmişdir. Elektron hökümət portalından əldə edilən məlumata əsasən, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi guya 20.06.2014-cü il tarixdə müddətsiz bağlanmışdır, əmək müqaviləsi üzrə iddiaçının əmək haqqı 200 manat qeyd edilmişdir. Həmin əmək müqaviləsinə xitam verilməsi barədə iddiaçı rəsmi qaydada X8 Xidmətinə müraciət etmiş, lakin ona izah edilmişdir ki, əgər işəgötürən tərəfindən həmin vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X8 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin X8 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının qəbul edilməsi tələbi irəli sürülməlidir. Ona görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd olunanlara əsasən, iddia tələblərinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki, iddiaçının müraciəti ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi üçün fiziki şəxs Cavabdeh ünvanına məktub göndərilmiş, lakin cavabdeh məktuba hər hansı münasibət bildirməmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X8 Xidmətinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin “h” bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Eyni zamanda, iş materiallarından məlum olur ki, cavabdeh ölkə ərazisindədir. Qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməsini, əmək müqaviləsinin xitam verilmiş hesab edilməsini və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarışdan görünür ki, işəgötürən Cavabdeh və işçi İddiaçı arasında 20.06.2014-cü il tarixdə əmək müqaviləsinin bağlandığı barədə bildiriş qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin İddiaçı ünvanladığı 11.11.2021-ci il tarixli məktubdan görünür ki, müraciətdə qeyd olunan məsələyə münasibət bildirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı fiziki şəxs Cavabdeh ünvanına rəsmi məktub göndərilmiş, lakin bugünədək məktuba cavab verilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X8 Xidmətinin səlahiyyətləri xaricindədir. Eyni zamanda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin “h” bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı müəyyən edilməklə X8 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X8 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarının alınması tələbi irəli sürülməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanladığı 11.04.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X4 2014-cü ildən hazırki vaxtadək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyət və Statistik İnformasiya İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış 04.04.2022-ci il tarixli məktubdan görünür ki, sorğuda qeyd olunan xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 11.02.2020-ci il tarixdən Qaradağ RPİ tərəfindən axtarışdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İV-cü hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin ikinci bəndinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 12-ci maddəsinin “h” bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Beləliklə, məhkəmə izahatları dinləyib, yuxarıda qeyd olunan yazılı sübutları və qanunvericiliyin sadalanan normalarını nəzərə alaraq müəyyən edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının məlumatı olmadan qanunsuz olaraq bağlanaraq qeydə alınmış 20.06.2014-cü il tarixli əmək müqaviləsi xitam verilmiş hesab edilməli və müvafiq bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi dövlət orqanına deyil, Cavabdeh həvalə olunmalıdır. Belə ki, həmin vəzifənin cavabdeh tərəfindən icra edilməsinin hazırda mümkünsüz olduğu müəyyən edilmir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 20.06.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsi xitam verilmiş hesab edilsin və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Cavabdeh həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-806/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-806/2022
25.05.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver