Məhkəmə qərarları › İş №2(002)-841/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-841/2024

23.07.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-841/2024 23.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X14 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı Bəxtiyarova (Quliyeva) Əntiqə Səttar qızının Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli “28/67” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh2 arasında sosial kirayə müqaviləsi bağlanmış və Bakı şəhəri Qaradağ rayonu, Qobu Park 3, 28 saylı binanın 67 nömrəli 4 otaqlı yaşayış sahəsi Cavabdeh2 və ailə üzvlərinin istifadəsinə və sahibliyinə verilmişdir. Kirayəçinin ailə üzvləri: X12; Cavabdeh1; X6; X13.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-447/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X6 ilə Cavabdeh1 arasında 25 fevral 2012-ci il tarixdə Nizami rayon Qeydiyyat Şöbəsində 156 saylı akt qeydi ilə bağlanmış nikah pozulması, xx.xx.2019-cuil təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X13 iddiaçı X1 yanında və himayəsində saxlanılması, xx.xx.2019-cuil təvəllüdlü X2 xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında məbləğində aliment Cavabdeh1 tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir.

3. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Lökbatan-2 Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixi 132 nömrəli məktubuna əsasən, Məcburi Köçkün Cavabdeh2 4 nəfərli ailə üzvləri ilə birlikdə, yəni gəlini Quliyeva (Bəxtiyarova) Əntiqə Səttar qızı daxil olmaqla 11 iyun 2020-ci il tarixli 28/67 №-li müqavilə ilə X23 Kompleksinin 28 №-li Binanın 67-ci mənzilinə köçürülmüşdür. Qaradağ Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən X6 ilə həyat yoldaşı Cavabdeh1 nikahına 09 aprel 2021-ci ildə xitam verilmişdir. Hazırda Quliyeva (Bəxtiyarova) Əntiqə Səttar qızı yuxarıda göstərilən mənzilin qeydiyyatındadır.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/227170/2024 nömrəli məktubuna əsasən, İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İddia tələbi

5. İddiaçı Bəxtiyarova (Quliyeva) Əntiqə Səttar qızı Cavabdeh1 vəə Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, övladı xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X10 ili birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-X24 3, bina 28, mənzil 67 ünvanında yerləşən yaşayış evinə-mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o Bəxtiyarova (Quliyeva) Ontiqə Səttar qızı Cavabdeh1 ilə 25 fevral 2012-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü Qulizadǝ Hiranur Anar qızı adlı iki övladı doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət normal münasibətdə münasibətdə yaşamışlar lakin sonradan münasibətləri kəskinləşmiş, xasiyyətləri bir-birinə uyğun gəlməmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-447/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X10 anaları Bəxtiyarova (Quliyeva) əntiqə Səttar qızının himayəsində saxlanılması qət edilmişdir. O ailə qurarkən gəlin kimi fərdi məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış evinə gəlin gəlmişdir. Ailə tərkibinin artımına görə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu, Bakı-X24 3, bina 28, mənzil 67-yə 4 otaqdan ibarət məcburi köçkünlər üçün salınmış eva köçmüşlər. Qeyd edir ki, verilmiş evin 4 otaqlı olmasına səbəb onun cavabdehlə nikahda olmağı və birgə nikahdan övladının olması səbəb olmuşdur. Belə ki, əgər cavabdehlə nikah olmasa idi 3 nəfərlik ailəyə 1 otaqlı, maksimum, 2 otaqlı ev verilərdi. Möhtərəm Məhkəmə! O sözü gedən ünvanda 2021-ci ilin əvvəlinə qədər həmin evdə yaşamışdır. Aralarında sonuncu mübahisədən sonra cavabdeh onu və uşaqlarını evdən çıxarılmışdır. Cehiz əşyalarının bəziləri cavabdehin səhlənkarlığı ucbatından və baxımsızlıqdan korlanmaq üzrədir. Hazırda onun yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

7. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215, 215.3, 215.3.1, 215.3.2, 215.4, 215.5, 215.6, 135.4; Mənzil Məcəlləsinin 30.2-ci maddələrinə istinad etmişdir. İddia tələbinə etiraz

8. Cavabdeh X16 iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.

9. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı ilə 25 fevral 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. xx.xx.2021-ci il tarixdə isə nikahın pozulmasına dair qətnamə çıxıbdır. Birgə nikahdan 2 qız övladı dünyaya gəlmişdir. xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X6 ilə Cavabdeh1 arasında 25 fevral 2012-ci il tarixdə Nizami rayon Qeydiyyat Şöbəsində 156 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Sonradan İddiaçı alimentin miqdarının artırılması tələbinə dair məhkəməyə müraciət etmiş, Qaradağ Rayon Məhkəməsinin 17.xx.xx/2021 saylı qətnaməsi 021-ci il tarixli 2(002)-44 ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay qazancın (başqa gəlirlərin) sabit pul 1/3 hissəsi miqdarında həmçinin, hər uşağa görə 35 manat cəmi 70 manat məbləğində alimentin tutulmasına dair 12 avqust 2021-ci il tarixli qətnamə qət edilmişdir. İddaçının iddia tələbi əsassız oldugu ücün, hesab edir ki, təmin edilməməlidir. Belə ki, iddiaçının atası onlar ailə quran vaxtı qızının yataqxanada yaşamaması üçün, ona məxsus Bakı şəhəri Qara Qarayev metrosu yaxınlığında yerləşən 2(iki) otaqlı mənzildə yaşamağı təklif etdi. O iddacçının atasının adına Ramanı qəsəbəsində olan 4(dört) sot torpaq sahəsində iki mərtəbəli və 7 (yeddi) otaqlı ev tikmişdi. Boşandıqdan sonra o evini 95.000(doxsan beş min) manata satdı. 20.000 (iyirmi min) manat İddiaçı atasına topragının pulunu verdi. 20.000 (iyirmi min) manatdan əlavə də 37.500 (otuz yeddi min beş yüz) manat pulu isə iki qız övladları olduguna görə və başqasının qoltuğunda yaşamaması üçün, ev almaq məqsədi ilə ümumilikdə 57.500 (əalli yeddi min beş yüz) manat pul ödədi. Çünki həmin vaxtlarda Zabrat qəsəbəsində 35.000 (otuz beş min) manata 3(üç) otaqlı həyət evi almaq olurdu. İddiaçı atası da ona verdiyi 57.500(ǝlli yeddi min beş yüz) manat məbləğə 4(dört) otaqli həyət evi aldı. İddiacı iddia tələbində guya əşyaların onda qalmasını bildirir. Əlavə olaraq bildirir ki, o evi satanda əşyaları ilə birlikdə satmışdır. O evdən tək bir televizor götürdü qısa müdətdə iddaçıya televizoru tələb etdi o ona geri qaytardı və televizor aldı. Ancaq iddiaçı Baxtiyarova Əntiqə, “Qobu-Park" da olan mənzili tanımır orda bir saat da olsun ki yaşamayıbsa hansı evə və ya mənzilə köçürülməni tələb edir? Əlavə olaraq bildirir ki, o xx.xx.2021-ci il tarixdə X5 ilə rəsmi nigaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nigahından iki övladı var. Hal-hazırda onun ailə tərkibi 6(altı) nəfərdən ibarətdir. Ailə tərkibi 6 nəfər dan ibarət olan ailǝyǝ 4 otaq verilir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir.

10. Qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. Cavabdeh iddiaçının keçmiş həyat yoldaşı olub. Onların birgə nikahından iki uşaqları doğulub. Onların nikahı 2021-ci ildə pozulub. İddiaçı mübahisəli evə gəlin gəlib, övladlarına görə onlara dörd otaqlı ev verilib. Əgər iddiaçı və onun uşaqları olmasaydı Cavabdeh2 daha az otaqlı ev veriləcəkdi. Cavabdehin atası Cavabdeh2 da mübahisəli mənzildə yaşamasına iddiaçıya mane olur. Belə ki cavabdeh mənzilin kirayə müqaviləsinin onunla bağlandığından evin ona məxsus olduğunu və onun həmin mənzildə yaşamağına mane olacağını bildirmişdir. İddiaçının bəzi əşyaları cavabdehin evində qalıb. İddiaçı evi ona təsvir edib. İddiaçının cavabdehə qarşı cehiz əşya tələbi olmayıb, çünki iddiaçı cehiz əşyalarının çoxunu evdən götürüb. İddiaçı və uşaqlarına görə cavabdehlərə dörd otaqlı ev verilib. Çünki ailə üzvlərinin sayı altı nəfərə çatdığına görə cavabdehə dörd otaqlı ev verilib. İddiaçı evdə bir il yaşamayıb. Cavabdeh Anar ona xəyanət etdiyinə görə iddiaçını evdən qovublar. Anar yenidən ailə həyatı qurub. İddiaçıda evin sənədləri var. İddiaçının əşyaları evdədir. İddiaçı cavabdehdən boşandıqdan sonra evdə yaşamayıb. İddiaçı 2021-ci ilin əvvəllərinə qədər evdə yaşayıb. İddiaçı ilə evli olduğu müddətdə cavabdehin başqa xanımdan uşağı var idi. Cavabdehin bildirdiyi Qara Qarayev metrosu tərəfdə yerləşən ev iddiaçının atasına aiddir. Həmin evin və torpaq sahəsinin çıxarışını məhkəməyə təqdim edib. İddiaçı hazırda Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı, bina 9, mənzil 27-də yaşayır. Həmin mənzil iddiaçının atasına məxsus olmaqla sahəsi 29 kv.m-dir. Mənzildə iddiaçı, atası, anası, qardaşı və onun ailəsi yaşayırlar. İddiaçının mübahisəli mənzildə yaşamağa ehtiyacı var. Onun başqa mənzili yoxdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

12. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı heç vaxt Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park-3, bina 28, mənzil 67-də yaşamayıb. İddia tələbinə etiraz ərizəsini müdafiə edir. İddiaçı ilə 2012-ci ildə ailə həyatı qurub. Birgə nikahlarından iki uşaqları doğulub. İddiaçı ilə evləndikdən sonra Qara Qarayev metrosu yaxınlığında yerləşən evə köçdülər, uzun müddət orada yaşadılar. 2019-cu ildə onlar Ramana qəsəbəsinə köçdülər və 2021-ci ildə boşanana qədər orada yaşadılar. Cavabdehin evdə heç bir əşyası qalmayıb, hamısını geri qaytarıb. Arayışda adları qeyd edilən şəxslər atası, anası, həyat yoldaşı və uşaqlarıdır. Yenidən ailə həyatı qurub, yeni nikahından iki uşağı doğulub. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə bir neçə günə yenidən müqavilə bağlayacaq. Mənzildə yaşayanlar və qeydiyyatda olanlar yeni ailə tərkibidir. Yeni ailə üzvlərinin sənədlərini məhkəməyə təqdim edib. İddiaçı ilə 2020-ci ildə faktiki ayrılıb. Evin dəhlizinin sol tərəfində iki otaq yoxdur. Evin dəhlizinin sol baş tərəfində mətbəx var. Mətbəxdən eyvana keçid var. Mətbəxin yanında hamam var. İddiaçının nümayəndəsi və vəkili evin sol tərəfində iki otaq olduğunu bildirir və evin planlaşdırılmasını düzgün bilmir. Bu da onu göstərir ki, iddiaçı orada yaşamamışdır. Ramana qəsəbəsində yerləşən ev qaynatasının adına olub. Məcburi köçkün olduğuna görə adına mülkiyyət ola bilməz. İddiaçıdan ayrılan zaman uşaqlar ana babalarının himayəsində ümidinə qalmasına deyə həmin evdən özü getdi. Amma qaynatası onu aldadaraq Ramana qəsəbəsini və torpaq sahəsini satdırdı. Həmin satışdan 7500 manatı qaynatasına verdi. Sonra qalan 37500 manatın yarısını yenə də qaynatasına verdim. Belə ki qaynatası ona dedi ki, “Ramana qəsəbəsində yerləşən evi sat, qızıma və nəvələrimə ev alım, gözümün qabağında olsunlar”. O, Zabrat qəsəbəsində yaşayırdı. Ona verdiyi pulla Zabrat qəsəbəsində iki ev aldı. O, bir evi özünə, digər evi isə iddiaçıya və uşaqlarına aldı. İddiaçıya aldığı evi daha sonra satdı. Çünki iddiaçı şəhərdə müəllimə işləyirdi. İddiaçıdan 2021-ci ildə rəsmi olaraq boşanıb. İddiaçı evdə heç vaxt yaşamadığına görə evin konstruksiyasını bilmir. İddiaçı hazırda Qara Qarayev metrosu, Əliyar Kürçaylı küçəsi, ev 9, mənzil 27-də uşaqlarla birlikdə yaşayır. Vəkilin adlarını çəkdiyi şəxslər 27 saylı mənzildə yaşamırlar. Onlar Zabrat qəsəbəsində yerləşən ikimərtəbəli evdə yaşayırlar. 2020-ci ildə ikinci dəfə ailə həyatı qurub. Yeni ailəsi ilə birlikdə mübahisəli evdə yaşayır. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş edir.

13. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. 2014-cü ildə məcburi köçkünlər üçün nəzərdə tutulmuş X23 kompleksinə köçüblər. Evə o, oğlu Anar, onun ikinci həyat yoldaşı və nəvələri köçüblər. İddiaçı mübahisəli evə köçməyib və həmin evdə də yaşamayıb. Ev dörd otaqlı evdir. Cavabdeh tərəf iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

14. Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin (səlahiyyətli nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsasları Azərbaycan Respublikasının Konstitusiyası:

15. Maddə 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

16. Maddə 91.1. Xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir: 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri;

17. 20. Maddə 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.

18. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.

19. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.

20. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.

21. Maddə 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.

22. Maddə 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir.

23. Maddə 68.1 Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər;

24. Maddə 68.2 Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər.

25. Maddə 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər.

26. Maddə 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır.

27. Maddə 100.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər.

28. Maddə 100.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər.

29. Maddə 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.

30. Maddə 82.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə istənilən vaxt ləğv edilə bilər.

31. Maddə 82.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisi onunla birlikdə yaşayan ailə üzvlərinin yazılı razılığı ilə istənilən vaxt sosial kirayə müqaviləsini ləğv etmək hüququna malikdir.

32. Maddə 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir.

33. Maddə 82.4. Kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 82.4.1. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 82.4.2. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 82.4.3. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. 82.5. Sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir.

34. Maddə 101.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir.

35. Maddə 101.2. Xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir.

36. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.

37. Maddə 102.2. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

38. 9.1-ci Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

39. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

40. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

41. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

43. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

45. Maddə 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

46. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”:

48. 1.4. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir.

49. 2.8. Məcburi köçkün kirayə müqaviləsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə, bu Qaydaya, onunla bağlanılmış kirayə müqaviləsinə və qanunvericiliklə müəyyən edilmiş digər qaydalara əsasən mülki məsuliyyət daşıyır.

50. 2.9. Kirayə müqaviləsi məcburi köçkünün ona verilmiş yaşayış sahəsində qalma müddətinə şamil edilir və məcburi köçkün yaşayış sahəsindən çıxdıqda və ya çıxarıldıqda, onunla bağlanılmış kirayə müqaviləsi ləğv edilir.

51. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. b) Əsaslandırma

52. İddia qismən əsaslıdır.

53. İşin faktiki halları bundan ibarətdir ki, tərəflər keçmiş ər-arvaddırlar. Bakı şəhəri, Qaradağ rayonu, Bakı-X24 3, bina 28, 67 nömrəli mənzil dövlət mənzil fonduna aid olmaqla xx.xx.2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında Cavabdeh2 və ailə üzvləri qismində iddiaçı Quliyeva (Bəxtiyarova) Əntiqə Səttar qızının istifadəsinə verilmişdir. İddiaçı aralarında olan nikahın pozulmasından sonra mənzildə yaşamaq hüququnun cavabdehlər tərəfindən pozulduğunu iddia edərək mənzilə köçürülmək tələbini irəli sürmüşdür.

54. Məhkəmə qeyd edir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: - iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa -iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa, iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa və s.

55. Məhkəmə mənzil qanunvericiliyinin xüsusi təyinatlı yaşayış sahəsinin verilməsi, həmin mənzilə dair kirayəçinin ailə üzvlərinin hüquqları, həmin hüquqların hansı hallarda xitam edilib-edilməməsi ilə bağlı normalarının təhlilindən bu nəticəyə gəlir ki, qanunverici kirayə müqaviləsində göstərilən və kirayəçi ilə birlikdə yaşayan ailə üzvlərinin bərabər hüquqlara malik olduğunu (Mənzil Məcəlləsi 99.5; 68.2; 68.4) qeyd etmişdir.

56. Bundan əlavə, Mənzil Məcəlləsinin 100.3-cü maddəsinin tələbinə görə, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 3.7-ci bəndinə əsasən, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir.

57. Hazırkı iş üzrə Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə kirayəçi Cavabdeh2 arasında bağlanmış, xx.xx.2020-ci il tarixli “28/67” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi qüvvədə olmaqla, cavabdeh tərəfindən iddiaçıya münasibətdə mübahisələndirilməmiş, kirayə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilməmiş və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən ev boşaldılaraq digər məcburi köçkün ailəsinin müvəqqəti istifadəsinə verilməmişdir.

58. Məhkəmə araşdırması zamanı cavabdeh iddiaçının və iddiaçı ilə birgə nikahdan doğulmuş övladlarının mübahisəli mənzildə yaşamadıqlarını, onların yaşamaları üçün öz vəsaitləri hesabına ev aldığını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, məhkəmə tərəfindən verilmiş sorğular əsasında iddiaçı Əntiqə Quliyevanın mülkiyyətində hər hansı daşınmaz əmlak olmadığı müəyyən olmuşdur; və Lökbatan-2 Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 132 nömrəli məktubuna əsasən, məcburi köçkün Cavabdeh2 11 iyun 2020-ci il tarixli 28/67 №-li müqavilə ilə 4 nəfərli ailə üzvləri ilə birlikdə, yəni gəlini Quliyeva (Bəxtiyarova) Əntiqə Səttar qızı daxil olmaqla X23 Kompleksinin 28 №-li Binanın 67-ci mənzilinə köçürülmüşdür.

59. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı Quliyeva (Bəxtiyarova) Əntiqə Səttar qızı və övladı X13 hazırda qüvvədə olan xx.xx.2020-ci il tarixli “28/67” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri qismində göstərildikləri və həmin müqavilə əsasında mənzildən istifadə hüququna malik olduqlarından onların həmin mənzilə köçürülməsi üçün hüquqi əsaslar vardır. Odur ki, iddia Quliyeva (Bəxtiyarova) Əntiqə Səttar qızı və övladı X7 münasibətdə təmin edilməli, X2 adı isə həmin müqavilədə nəzərdə tutulmadığından sonuncuya münasibətdə təmin edilməməlidir. Məhkəmə xərcləri

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

61. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

62. Hazırkı iddia tələbinin irəli sürülməsi üçün 100 manat dövlət rüsumunun ödənilməsi (qiymətləndirilməyən iddialar üzrə) nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat ödəniş etmiş və buna görə ödənilməli olan dövlət rüsumundan həmin hissədə azad edilməklə yalnız 50 manat dövlətt rüsumu ödəmişdir.

63. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumu ilə bağlı tələbi olmadığından 50 manat dövlət rüsumu onun özünə aid edilməli və dövlət rüsumunun iddiaçının azad edildiyi 50 manat hissəsi, ödənilmiş tələblərin məbləğinə münasib olaraq (MPM 119.1) 15 manat hissədə iddiaçıdan, 35 manat hissədə cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə

64. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Bəxtiyarova (Quliyeva) Əntiqə Səttar qızı və xx.xx.2013-cü il təvəllüdlü qızı X13 Bakı şəhəri, Qaradağ rayonu, Bakı-X24 3, bina 28, mənzil 67-ə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir.

65. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı Bəxtiyarova (Quliyeva) Əntiqə Səttar qızı və övladı X13 Bakı şəhəri, Qaradağ rayonu, Bakı-X24 3, bina 28, 67 nömrəli mənzilə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş dövlət rüsumunun (50 manat) ödənilmiş tələblərin məbləğinə münasib olaraq 35 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 15 manat hissəsi iddiaçı Quliyeva (Bəxtiyarova) Əntiqə Səttar qızından tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar