Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-843/2021 11.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı Cavabdeh qarşı alğı-satqı müqavilələrinin etibarsız sayılması və mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz Əmlakın Reyestr Xidmətindən Çıxarışların ləğv edilməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alğı-satqı müqavilələrinin etibarsız sayılması və mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz Əmlakın Reyestr Xidmətindən Çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanılmış Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin Abşeron rayonu 1 saylı Dövlət Notariat kontorunda reyestr 4Ə/1230 nömrə qeydi ilə, xx xxxx 2011-ci il tarixli Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bilavasitə hazırki alqı satqı müqaviləsi əsasında cavavbdehin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA № 0233718,(torpaq sahəsi 0,0032, bir mərtəbəli, bir otaqlı tam pay mülkiyyətli, yaşayış sahəsi 25.9 m2, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011) əldə edilmiş Çıxarışin ləğv edilməsi; Cavabdeh ilə bağlanılmış Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsində yerləşən 4/66 saylı evin, yaşayış sahəsi 23.89m2, ümumi sahəsi 37.58 m2-dan ibarət 2 otaqlı, 101 nömrəli yaşayış evini Bakı şəhəri, 14 saylı Dövlət Notariat kontorunda reyestr 4 Ə-29 nömrə qeydi ilə, xx xxxxxx 2012-ci il tarixli Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hazırki Alqı-satqı müqaviləsi əsasında əldə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA № 0355965, (mənzil, iki otaqlı tam pay mülkiyyətli, yaşayşz sahəsi 24.3 m2, yardımçı sahə 13.6 m2, ümumi sahə 37.9 m2, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012) Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci və 152.1.7-ci maddələrinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki,hazırki mülki iş üzrə iddiaçının iddia tələblərindən biri Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin alqısatqısına dair müqavilənin (1 saylı notariat Kontorunda təsdiq edilmiş) etibarsız hesab edilməsi və buna dair Çıxarışın ləğv edilməsinə, digər tələbi isə Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsində yerləşən 4/66 saylı evin, yaşayış sahəsi 23.89m2, ümumi sahəsi 37.58 m2-dan ibarət 2 otaqlı, 101 nömrəli yaşayış evinin alqı-satqısına dair müqavilənin ( 14 saylı Notariat Kontorunda təsdiq efilmiş) etibarsız hesab edilməsi və buna dair Çıxarışın ləğv edilməsinə aiddir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi iki iddia tələbinin predmeti qismində ayrı-ayrı əmlaklar və həmin əmlaklara dair müxtəlif alqısatqı müqavilələri çıxış edir. bu halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən mülki prosesussal qanunvericiliklə müəyyən olunmuş bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilməklə iddia ərizəsi ilə bağlı tələblərə riayət olunmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı alğı-satqı müqavilələrinin etibarsız sayılması və mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz Əmlakın Reyestr Xidmətindən Çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-843/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-843/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver