Məhkəmə qərarları › İş №2(002)-843/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-843/2022

05.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-843/2022 05.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı Tyurina Maksim Vladimirovna, X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və onları vəkili və nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdehlər X13,Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüququnun itirilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X13,Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzildən istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavbdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3a Ruslanovna Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi,Emin Quiyev küçəsi,52 saylı evin 66 saylı mənzilə istifadə hüquqlarının itirilməsi və qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Vladirmirovna iddia ərizəsini onunla əsaslandırmışdır ki,Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi,Emin Quliyev küçəsi,ev 52,mənzil 66 onun xüsusi mülkiyyətindədir.Həmin mənzilə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir.Mənzil atası tərəfindən növbə əsasında alınmış və ona hədiyyə verilmişdir.Mənzil ata tərəfindən növbə əsasında alınmış və ona hədiyyə olunmuşdur.İş üzrə olan Cavabdeh2 Timoyeyevna onun qardaşının həyat yoldaşı olub,lakin onların xasiyyətləri düz gəlmədiyindən 07.05.2012-ci il tarixdə məhkəmənin qətnaməsi ilə nikahları ləğv olunmuşdur.Boşandıqdan sonracavabdeh ona məxsus evdən çıxıb gedib və yaşadıqları qəsəbədə Damitriy adlı şəxslə faktiki nikah münasibətlərində olmuşdur.X20 Vladimroviç isə 25 noyabr 2021-ci il tarixdə vəfat etmişdir.Lakin onun mülkiyyətində olan mənzildə iş üzrə olan cavabdehlər qeydiyyatda formal olaraq qalmışdır.Cavabdehlərin mübahisəli mənzildə yaşamamasına baxmayaraq,həmin mənzildə pasport qeydiyyatında qalması onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək,öz izahatında həmin evin atasının adına olduğunu, order əsasında atasına verildiyini, 2005-ci ilədək order olduğunu, 2005-ci ildə atasının adına mülkiyyət hüququ haqqında şəhadətnamə aldıqlarını, daha sonra atası vəfat etdikdə, vərəsələr onun xeyrinə imtina etdiklərindən həmin evi o öz adına rəsmiləşdirmiş, hazırda da tam mülkiyyət hüquq əsasında ona məxsusdur, cavabdehlər onların keçmiş gəlini və qardaşının uşaqlarıdır, qardaşı onunla 1999-cu ildə evlədikdə onlar o evə köçüb yaaşmışlar, uşaqların ikisi də həmin evdə doğulub, lakin sonradan qardaşı ilə o 2012-ci ildə boşanmışlar,qardaşı 2021-ci ildə vəfat edib, boşansalar da, həmin evdə yaşayırdılar, sonra isə onlar kirayə tutub, kirayə qalıblar, indi də həmin evdə yaşamırlar, ev onundur, ona görə də istiyir ki onların o evə istifadə hüquqlarına xitam verilsin, bu halın nəzərə alınaraq, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və cavabdehin qanuni nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında iştirak edərək, iddia tələbinə etiraz edərək, etirazı onunla əsaslandırmışlar ki, həmin ev qaynatasının olub, o evə 199-cu ildə iddiaçının qardaşı ilə evlənib gəlin köçüb, həmin ev order əsasında qaynatasına verilib, iddiaçının qardaşı ilə 2012-ci ildə boşansa da indiyədək həmin evdə yaşayır, hətta keçmiş ərinə o qulluq edirdi, sadəcə əri çox istidyindən boşanmışdı, yenə də bir evdə yaşayırdılar, uşaqları körpə olduğundan o isə işə getdiyindən anası gəlib uşaqlara baxırdı bu zaman keçmiş əri onunla pis rəftar etməsin deyə çünki içki içirdi, anası uşaqlarla qonuşulqda tək qadın var onunla qalırdı, o özü növbəli işdə işlədiyindən neçə gün işdə olurdu, dəfn zamanı da o keçmiş ərinin yanında olub, indiyə kimi də həmin evdə yaşayırlar, oğlu isə əsgərlikdə olub, döyüşdə iştirak edib, həmin vaxtı o evdə olmuyub, qalan vaxtlar həmin evdə yaşayıb, indi də orada yaşayır, bu halların nəzərə alınaraq, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinə etiraz edəərk, etirazını onunla əsaslandırmışdır ki, həmin evdə onlar həmişə yaşayıb, indi də yaşayırlar, ona görə də iddianın təmin eidlməməsini məhkəmədən xahiş etdi. Cavabdehlərin vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək,cavabdehlərin etirazının məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbinə etiraz edərək, öz izahatında cavabdehlərin həmin evdə istifadə hüquqlarının olduğunu bildirərək, bu halın nəzərə alınaraq iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək, öz ifadəsində 1 blokda yaşadıqlarını,1987-ci ildən orda qaldığını,hamısının qonşuları olduğunu,Valentinanın hələdə orda yaşadığını, ora gəlin köçdüyünü, Maksimində hərbi xidmətdən gəldikdə hamısı birlikdə onu alqışlarla qarşıladıqlarını, onlar boşansa da Valentina orada yaşayırdı, hətta ərinə də o baxırdı, əri içki içən idi, Valentina onun yeməyini, hər bir şeyini etdiyini, hətta əri öləndə bütün dəfni onun özü etdiyini, hazırda da orada yaşadıqlarını, onun harsa köçməsi ilə bağlı heç bir şeyə şahid olmadıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək, öz ifadəsində Valentinanın həmin evə gəlin gəldiyini və 20 ildir qonşu olduqlarını,hələdə orada yaşadıqlarını, kirayədə yaşamadığını,boşansalarda birlikdə yaşadıqlarını,Valentinanın dəfndə iştirak etdiyini, bütün dəfn xərcini Valentina etdiyini, adamları o yola saldığını, qarşıladığını, gəlin köçdüyü gündən indiyə kimi də orada yaşadıqlarını, heç bir yerdə kirayə qalmasını görmədiyini, başqa yaşayış yeri də olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək, öz ifadəsində 1984-cü ildən orada yaşadığını,Valentinanın sonra gəlin gəldiyini,həmin vaxtdan orada yaşadığını, cavabdehlərin hələdə orada yaşadıqlarını,Ruslan vəfat edəndə Valentinanın orada olduğunu, boşansalar da hələdə birlikdə yaşadıqlarını və kirayə qalmadıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək, öz ifadəsində qonşuları olduğunu,1978-ci ildən orada yaşadığını, Valentinanın ora gəlin köçdüyün,həmişə orada yaşadığını,uşaqlarında orada doğulduğunu, onların birgə yaşadığını və Ruslan vəfat edəndə Valentinanında orada olduğunu, indi də orada yaşadıqlarını, Ruslan müharibə vaxtı döyüşdə iştirak etmişidi, qayında hamının onun necə sevinclə qarşıladığını bildirdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhər,Qaradağ rayon,Sahil qəsəbəsi,Emin Quliyev küçəsi,ev 52,mənzil 66 xüsusi mülkiyyət formasında İddiaçı adına 22.07.2010-cu il tarixdə (vərəsəlik hüququ əsasında ) qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş **********559 nömrəli notarial ərizənin məzmunundan görünür ki, X5,X6,X7 və X12 Bakı şəhər,Qaradağ rayon,Sahil qəsəbəsi,Emin Quliyev küçəsi,ev 52,mənzil 66 ünvanında yaşayan İddiaçı və onun ailəsini yaxından tanıdığını və onların 2000-ci ilin iyununda gəldiyini və 2019-cu ildən bu günə kimi orada yaşamdığını bildirərək öz imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş 109 saylı MKİS-nin 07.01.2022-ci il tarixli 1439 nömrəli arayışından görünür ki, Cavabdeh1 03.03.2001-ci il tarixdən,Cavabdeh2 10.06.200-ci il tarixdən və Cavabdeh3 08.01.2011-ci il tarixdən Bakı şəhər,Qaradağ rayon,Sahil qəsəbəsi,Emin Quliyev küçəsi,ev 52,mənzil 66 ünvanında daimi pasport qeydiyyatdadırlar. İş materiallarında olan AZ-İİ 235765 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki,X8 28.12.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə bununla əlaqədar ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında mübahisə predmeti olan mənzillə bağlı hüquq münasibətləri cavabdehlər Cavabdeh2 ilə bağlı 10.06.2000-ci il tarixdən yarandığından,Cavabdeh1 ilə bağlı 03.03.2001-ci il tarixdən (orderli ev olduğundan) hazır ki iş üzrə qeyd edilən cavabdehlərlə bağlı mövcud mübahisəli hüquq münasibətləri 1982-ci il tarixli Mənzil Məcəlləsinin 123-cü maddəsinin normaları əsasında həll edilməli, Cavabdeh3 isə 08.01.2011-ci il tarixdə pasport qeydiyyatına alındığından,iddiaçının ailə üzvi qismində çıxış etmədiyindən onunla bağlı mübahisəli hüquq münasibəti Mülki Məcəllənin 228-ci maddəsinin normaları əsasında həll edilməlidir. 1982-ci il 08 iyul tarixli Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) 123-cü maddəinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına əsasən ... yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmış və hər iki tərəfin hüquqları üçün qeyri-müəyyənlik yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Həmin maddə qeyri-müəyyən olsa da, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusioya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır İşin mübahisəsiz halları ondan ibarətdir ki,mübahisə predmeti olan mənzilə dair mülkiyyət hüququ 22.07.2010-cu il tarxdən vərəsəlik hüququ əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmış, həmin tarixədək mənzil iddiaçının atasının adına olmuşdur (2005-ci il tarixədək order əsasında, həmin tarixdən sonra xüsusi mülkiyyət hüquq haqqında şəhadətnamə əsasında, orderdə Tyurin Ruslanın adı qeyd edilmişdir). Cavabdeh2 həmin evə 1999-cu il tarixdə gəlin köçmüşdür, iddiaçının X20ın keçmiş arvadıdır (2012-ci ildə aralarında olan nikah pozulmuşdur), uşaqları (Maksim və Viktoriya) həmin evdə anadan olmuşlar, orada yaşamışlar. Mübahisəli hal ondan ibarətdir ki, iddiaçı cavabdehlərin 2019-cu ildən həmin evi daimi tərk etdiklərini, başqa yaşayış yerinə malik olduqlarını, kirayədə qaldıqlarını, həmin evdə yaşamadıqlarını əsas gətirərək, belə bir tələb irəli sürmüşdür. Cavabdeh tərəf isə 1999-cu ildən və uşaqlar isə anadan olduğu vaxtdan indiyədək, hazırda da həmin evdə yaaşdıqlarını əsas gətirərək, iddia tələbinə etiraz etmişdir. Məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh1lə bağlı onu qeyd edir ki, qeyd edilən cavabdehlər həmin mənzildə köçüb icarədar ilə birlikdə yaşadığından, orderdə adı qeyd edilən Tyurin Ruslanın ailə üzvləri olduğundan, habelə həmin mənzil qanunvericiliyinin tələbinə əsasən ailə münasibətlərinə xitam veridiyi halda belə yaşayış sahəsindən istifadə hüququ saxlandığından, həmin cavabdehlərin mübahisəli mənzilə dair istifadə hüququ yaranmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı qeyd eidlən cavabdehlərin həmin yaşayış sahəsinə ehtiyacının olmaması halı müəyyən edilməmişdir. belə ki, iddiaçı cavabdehlərin həmin evi daimi tərk etdiyini, o evdə yaşamadığını bildirsə də, həmin hala dair yeganə sübut qismində notarial təsdiq eidlmiş ərizə təqdim etmişdir. Məhkəmə həmin sübutla bağlı onu qeyd edir ki, qeyd edilən sübut əsasında ərizədə qeyd edilən şəxslərin kim olması,ərizədə qeyd etdikləri halları necə müəyyən etdiklərini aşkar etmək mükün olmadığından, həmin sübut qeyd eidlən halın müəyyən eidlməsi üçün mötəbər sübut qismində qəbul edilə bilməz. Bundan əlavə məhkəmə iclasında dindirilmiş cavabdeh tərəfindən təqdim edilmiş şahid ifadələri (qonşular) əsasında müəyyən edilmişdir ki, cavabdehlər 1999-cu ildən, uşaqlar doğulduğu vaxtdan indiyədək həmin mənzildə yaşayır.Həmçinin, məhkəmə onu qeyd edir ki, həmin mənzildən qeyd edilən cavabdehlərin istifadə hüququna müvafiq məbləğdə kompensasiya ödənilmədən xitam verilməsi qanunvericiliyin tələbinə ziddir. Ona görə də, məhkəmə qeyd eidlən halalrı əsas götürərək, hesab edir ki, iddia tələbi qeyd edilən cavabdehlərə aid hissədə əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh3 aid olan hissəsi ilə bağlı hesab edir ki, qeyd edilən cavabdeh iddiaçının X20 qızı olduğundan, Tyurin Ruslan iddiaçının qardaşı ailə üzvi qismində həmin evdə yaşadığından (vəfat edənədək), mülki qanunvericiliyi tələbinə əsasən onun öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin evə mülkiyyətçinin razılığı olmadan köçürmək ixtiyarına malik olduğundan, habelə Tyurin Ruslan müvafiq orderdə adı qeyd edildiyindən, qeyd edilə cavabdeh həmin evdə anadan olub, hazıradək həmin evdə yaşadığından, indiki halda isə qeyd edidlən Cavabdeh2 himayəsində olduğundan, həmin cavabdehin isə mənzilə dair istifadə hüququ mövcud olduğundan, iddia tələbi qeyd eidlən cavabdehə aid hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.;119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməli, İddiaçı cavabdehlər X13,Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüququnun itirilməsi» iddia tələbi əsassız olduğundan rədd edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar