Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-846/2021 10.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı mənzilə olan istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı mənzilə olan istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X5 iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı X5 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 44.5 kv.m olan 14 saylı mənzili 14.07.2020-ci il tarixdə Cavabdeh arasında bağlanmış və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 tərəfindən imzalanan AN seriyalı, ******* saylı alğı-satqı müqaviləsi əsasında almışdır. Sözügedən alğı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 27.07.2020-ci il tarixli, reyestri nömrəsi **********92-05101-093079, qeydiyyat nömrəsi ********** olan çıxarışla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 44.5 kv.m olan 14 saylı mənzilin üzərində onun mülkiyyət hüququ qeydə alınmışdır. Hal-hazırda Cavabdeh sözügedən mənzildə qeydiyyatdadır. Cavabdeh sözü gedən mənzilə qeydiyyatda olsa da bu illər ərzində həmin mənzildə yaşamamışdır. Cavabdehin iddiaçının mənzilində olan qeydiyyatı formal xarakter daşıyır. İddiaçı dəfələrlə cavabdehdən mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmasını tələb etsə də, bunun heç bir faydası olmamışdır. Belə ki, cavabdeh hər dəfə Rusiya Federasiyasının vətəndaşı olduğunu, bütün işlərini bu ölkədə qurduğunu, Azərbaycan Respublikası tərəfindən ona verilmiş şəxsiyyət vəsiqəsinin 2014-cü ildən vaxtının bitdiyini, Azərbaycan Respublikası ilə bütün əlaqələrini kəsdiyini, Azərbaycana gəlmək istəmədiyini bildirərək mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmaqdan imtina etmişdir. Bu hal isə iddiaçının mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuş, mənzildən istifadə hüququ məhdudlaşdırılmışdır. Bu səbəbdən də Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 14 saylı mənzildən istifadə hüququna xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı X2 izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 14 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisi X3r. İş materiallarında olan 14 iyul 2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 14 saylı mənzil Cavabdeh tərəfindən X1. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 1, mənzil 14 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən “Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmədə həmin işə baxıldıqda müəyyən edildi ki, Cavabdeh mübahisəli mənzildə formal olaraq qeydiyyatda olsa da, o həmin mənzildə yaşamır. Belə olan halda onun həmin mənzilə istifadə hüququnun əldə edilməsini zəruri edən əsas da artıq mövcud deyildir. Bu əsasın mövcud olmaması isə mahiyyət etibarılə cavabdehin yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsini istisna etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma üçün əsasdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilə olan istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı X2 Cavabdeh qarşı mənzilə olan istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilə olan istifadə hüququna xitam verilsin. Hazırkı məhkəmə qətnaməsi Cavabdeh həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-846/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-846/2021
10.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver