Məhkəmə qərarları › İş №2(002)-859/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-859/2022

18.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-859/2022 18.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 Cavabdeh və cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 600 saylı Hərbi hissəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “xüsusi təyinatlı mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri,Qaradağ rayonu “Puta” hərbi şəhərciyi 57/4,mənzil 50 ünvanından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş,kapitan N nömrəli hərbi hissənin Xüsusi Təyinatlı Gəmilər Divizionun komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmiş Cavabdeh2 22.08.N-ci il tarixli raportla N nömrəli hərbi hissə komandirinə müraciət edərək ailə vəziyyətini əsas gətirərək “Puta” hərbi şəhərciyində yerləşən xüsusi təyinatlı yaşayış binasından onun mənzillə təmin edilməsinə göstəriş verilməsini xahiş etmişdir.Cavabdeh2 N nömrəli hərbi hissənin Xüsusi Təyinatlı Gəmilər Divizionunun komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etməsi, eləcə də onun ailə vəziyyəti, yəni digər cavabdeh İbrahimova (Kazımova)Yeganə İntiqam qızı ilə nikahda olması, onların birgə nikahlarından 21.12.2005-ci il, 17.10.2009-cu il və 24.08.2013-cü il təvəllüdlü övladlarının olması nəzərə alınmaqla, Cavabdeh2 yuxarıda sözügedən raportuna istinadən ailə üzvləri ilə birlikdə yaşamaları üçün Bakı şəhəri, Qaradağ rayonu, “Puta” hərbi şəhərciyində, ona 57/4 saylı binadan 110,39 kv.metr sahədən ibarət 3 (üç) otaqlı xüsusi təyinatlı yaşayış sahəsi olan 50 saylı mənzil ayrılmışdır.Cavabdeh2 N nömrəli hərbi hissəyə verdiyi N dekabr N-ci il tarixli yazılı iltizamla (təsdiq olunmuş surəti əlavə olunur) ona ayrılmış yuxarıda sözügedən xidməti təyinatlı yaşayış sahəsi fonduna aid olan hərbi şəhərciyin 57/4 saylı ünvanında yerləşən 50 saylı mənzili, xidməti yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə şərtsiz olaraq N nömrəli Mənzil İstismar Xidmətinə yararlı vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür.Cavabdeh Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 11.09.2020-ci il tarixli müvafiq nömrəli əmri ə xidmət yeri dəyişdirilmiş, Azərbaycan Respublikasının Müdafiə nazirinin 16.10.2021- ci il tarixli müvafiq saylı əmri ilə Cavabdeh2, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və Müdafiə Nazirliyinin 04 fevral 2022-ci il tarixli müvafiq saylı əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır.Cavabdeh2 xidməti yeri dəyişdirildikdən sonra ona yuxarıda sözügedən xüsusi təyinatlı yaşayış sahəsi fonduna aid mənzili boşaltması və aidiyyatı üzrə təhvil verilməsi barədə Cavabdeh2 müvafiq bildiriş göndərilsə də o, həmin mənzili boşaltmamışdır. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, öz izahatında cavabdehin güzəştli şərtlərlə yaşa gör pensiyaya çıxdığını, bu isə yaşa görə pensiya hesab edilmədiyini, çünki yaşa görə pensiya 48 yaş nəzərdə tutulub, ona görə də həmin əsası qəbul etmədiklərini bildirərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və cavabdehin nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında izahatında iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, o 22 il hərbi xidmətdə qulluq etmiş, 4 fevral 2022-ci il tarixdə təxris olunmuş, ona güzəştli şərtlərlə 22 il qulluq etdiyində görə pensiya düşdüyünü Mdüfaiə Nazirliyində bildirdiklərini, onun pensiya alması üçün sənədləri də Nazirlik tərəfindən özlərinin DSMF-yə göndərildiyini, o sadəcə şəxsiyyət vəsiqəsi və ərizə ilə mürcaiət edərək, pensiyta kartını aldığını, 1400 manat civarında aylıq pensiya aldığını bildirərək, bu halın nəzərə alınaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını və cavabdeh tərəfin izahat və etirazlarını, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsasız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh2 N nömrəli hərbi hissəyə verdiyi N dekabr N-ci il tarixli yazılı iltizamda ona ayrılmış yuxarıda sözügedən xidməti təyinatlı yaşayış sahəsi fonduna aid olan hərbi şəhərciyin 57/4 saylı ünvanında yerləşən 50 saylı mənzili xidməti yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, eləcə də iş yerindən (vəzifəsindən) azad edildiyi təqdirdə şərtsiz olaraq N nömrəli Mənzil İstismar Xidmətinə yararlı vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 28.09.2021-ci il tarixıli bildirişdən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 600 saylı Hərbi Hissəsi Puta Hərbi şəhərciyinin 57/4 nömrəli binanın, 50 nömrəli mənzilin sakini Cavabdeh2 təxris olunduğunuz üçün yaşadığınız mənzildən 10(on) gün müddətinə Mənzil-istismar xidmətinə təhvil vermələri tələb olunuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 600 saylı Hərbi Hissəsi Puta Hərbi şəhərciyinin 57/4 nömrəli binanın, 50 nömrəli mənzili Cavabdeh2 təhvil verilmişdir. İş materiallarında olan 600 № li Hərbi Hissənin Mənzil Komissiyasının15.09.2021-ci il tarixli 7527 № li protokolun məzmunundan görünür ki, Komissiya Cavabdeh2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 600 saylı Hərbi Hissəsi Puta Hərbi şəhərciyinin 57/4 nömrəli binanın, 50 nömrəli mənzilin boşaldılması barədə qərar qəbul etmişdir. İş materiallarında olan 600 saylı Hərbi Hissənin Mənzil Komissiyasının 11.07.2016-c il tarixli 10№ li Protokolunun məzmunundan aydın olur ki,Cavabdeh2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 600 saylı Hərbi Hissəsi Puta Hərbi şəhərciyinin 57/4 nömrəli binanın, 50 nömrəli mənzilin verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ seriyalı 100666 nömrəli nikah haqqında şəhadətnamədən görünürki, Cavabdeh2 ilə X1 arasında 12.07.2004-cü il tarixdə nikah bağlanmış və bu barədə Naxçıvan şəhər VVADQ şöbəsində 148 nömrəli akt ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ seriyalı 340324 nömrəli, AZ-İ seriyalı 791206 və AZ-İİ seriyalı 859835 nömrəli doğum haqqında şəhadətnamələrdən görünürki Cavabdeh2 və Cavabdeh1 birgə nikahdan 24.08.2013-cü il təvəllüdlü X3,17.10.2009-cu il təvəllüdlü X4 və 21.12.2005-ci il təvəllüdlü X5 adlı övladları var. İş materiallarından görünür ki, İbrahimovRahin Fikrət oğlu güzəştli şərtlərlə (22 il hərbi xidmətdə hərbi qulluqçu kimi qulluq etdiyindən) yaşa görə əmək pensiyaçısıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 97-cı maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. 97.2-cı maddəsinə əsqasən xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşların kateqoriyaları qanunvericiliklə müəyyən edilir Həmin Məcəllənin 92-cı maddəsinə əsasən Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsaəsn xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasn Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1- ci maddəsinə görə hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2-ci maddəsinə görə yaşa görə pensiyaçılar; 102.2.- ci maddəsinə görə. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4-ci maddəsinə görə işəgötürənin təqsiri üzündən baş vermiş əmək xəsarəti nəticəsində əlilliyi müəyyən edilmiş İ və ya İİ dərəcə əlilliyi olan şəxslər, əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar peşə xəstəliyinə tutulma nəticəsində əlilliyi müəyyən edilmiş İ və ya İİ dərəcə əlilliyi olan şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində İ və ya İİ dərəcə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. Həmin Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir. Həmin Məcəllənin 102.4. Bu Məcəllənin 101.2-ci maddəsində nəzərdə tutulmuş hallarda digər yaşayış sahələri verilməklə vətəndaşların xidməti yaşayış sahələrindən və ya yataqxanalarda yaşayış sahələrindən çıxarılması müvafiq yaşayış sahələrini verən əvvəlki mülkiyyətçi və ya dövlət (bələdiyyə) orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 101.1-cı maddəsinə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir.101.2-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. Azərbaycan Respublikası “Hərbi qulluqçuların statusu" haqqında qanunun 12-ci maddəsinə əsasən Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Azərbaycan Respublikasının “Əmək pensiyaları” haqqında Qanun 9.5-cü maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 600 saylı Hərbi Hissəsi tərəfindən Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, “Puta” hərbi şəhərciyində, ona 57/4 saylı binadan 110,39 kv.metr sahədən ibarət 3 (üç) otaqlı xüsusi təyinatlı yaşayış sahəsi olan 50 saylı mənzili ilə təmin olunmuşdur. İddiaçı cavabdehin hərbi xidmətdən tərxis olunması-qanunvericiliyin tələbini rəhbər tutaraq, cavabdehlərin mənzildən çıxarılmaısna dair iddia tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir.Cavabdehlər isə iddia tələbinə etiraz edərək onun yaşa görə pensiyaçı olunduğunu əsas gətirərək, qanunvericiliyin müvafiq maddələrinə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir Məhkəmə iclasında tədqiq edilmiş N nömrəli Hərbi hissə komandirinin 04.02.2022-ci il tarixli, 01553 nömrəli əmrindən görünür ki, N nömrəli hərbi hissənin hərbiçisi Cavabdeh2 600 saylı Hərbi hissənin komandirinin 04.02.2022-ci il tarixli, 01553 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Həmçinin, məhkəmə iclasında tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Cavabdeh2 22 il hərbi xidmətdə hərbi qulluqçu kimi xidmət etmişdir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən (9.5.1-ci maddəsinə əsasən) 20 ildən artıq hərbi xidmətdə qulluq etdiyində görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olduğundan, onun barəsində əmək pensiyası təyin eidlmişdir. Göründüyü kimi, cavabdeh hərbi xidmətdən öz arzusu ilə təxris olunsa da, hazırda məhz hərbi xidmətdə 20 ildən artıq qulluq etdiyində görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyaçısıdır. Mənzil Məcəlləsinin 102.2.2-ci maddəsinə görə yaşa görə pensiyaçılar xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz. Göründüyü kimi Mənzil Məcəlləsinin 102.2.2-ci maddəsi şərt kimi yaşa görə hərbi xidmətdən təxris olunması kateqoriyası kimi deyil, yaşa görə pensiyaçılar kateqoriyasını ayırmışdır. İndiki halda isə cavabdeh yaşa görə pensiyaçı qimsində çıxış etdiyindən, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə Mənzil Məcəlləsinin 102.2.2-ci maddəsi tətbiq eidlməlidir. Həmçinin, məhkəmə araşdırması zamanı, cavabdehlərin başqa mənzillə təmin edilməsi halı da müəyyən eidlməmişdir. Bu halda, məhkəmə,cavabdehlərin Mənzil Məcəlləsinin 102-ci maddəsində qeyd olunmuş hərbi qulluqçular (sosial-təyınatlı yaşayış sahələrindən çıxarıla bilməyənlər) kateqoriyasına aid olmasını, onların başqa mənzillə təmin edilməsi halının müəyyən edilməməsini və yuxarıda sadalanan qanunvericilk normalarını nəzərə alararaq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, habelə mənzil qanunvericiliyinin tələblərini əsas götürərək, belə qənaətə gəlir ki,iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı”mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı”mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar