Məhkəmə qərarları › İş №2(002)-864/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-864/2022

30.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-864/2022 30.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi ilə, X6 oğlunun katibliyi, İddiaçıların vəkili və nümayəndəsi Nümayəndə3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3, Cavabdehlərin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların və İddiaçı1 ilə Cavabdeh2 rəsmi nikahlarından anadan olmuş iki nəfər uşaqları-20 iyun 2007-ci il təvəllüdlü Cavabdeh1 Azər oğlu və və 30 iyul 2012-ci il təvəllüdlü X5 ilə birlikdə hazırda cavabdehlərin yaşadıqları Bakı şəhəri,Qaradağ rayonu,Sahil qəsəbəsi,M.Seyidov küçəsi,ev 21A ünvanında yerləşən 4 otaqdan ibarət 23 nömrəli mənzilə köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 Cavabdeh2 ilə 15 fevral 2002-ci ildə el adəti ilə evlənərək ailə qurmuş Nikahları 21 dekabr 2002-ci ildə Qaradağ rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından üç nəfər uşaqları-xx xxxxxx 2002-ci ildə İddiaçı2, 20 iyun 2007-ci ildə Cavabdeh1 Azər oğlu və 30 iyul 2012-ci ildə X5 anadan olmuşdur.Övladlarından İddiaçı2 18 yaşı tamam olmaqla yetkinlik yaşma çatmışdır. Cavabdeh2 ilə evlənəndən sonra onlara məxsus olub Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində Cavabdeh2 kirayə tutduğu mənzilə köçmüş və 2010-cu ilədək həmin mənzildə yaşamışlar. Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti başçısının 09 iyul 2010-cu il tarixli 145 nömrəli Sərəncamı ilə onların ailəsi, yəni cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, biz iddiaçılar və azyaşlı Cavabdeh1 Azər oğlunun istifadəsinə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 21A nömrəli binanın 2-ci girişinin 3-cü mərtəbəsində yerləşən 4 otaqdan ibarət 23 saylı mənzil verilmişdir. Bu barədə adına 005676 saylı 19 iyul 2010-cu il tarixli Order verilmişdir və onlarla müqaviləsi bağlanmışdır. Bundan sonra onlar cavabdehlərlə birlikdə həmin mənzilə köçmüşlər. Cavabdeh2 ilə İddiaçı1 birgə nikahından anadan olmuş X5 həmin mənzildə anadan olmuşdur.Onlar iddiaçılar hə iki nəfər azyaşlı uşaqlar həmin mənzildə qeydiyyatdadırlar. Cavabdeh2 ilə İddiaçı1 ailə münasibətləri pisləşdiyindən ayrılmışlar və aralarında qeyd edilmiş nikah Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, nikah pozulan zaman üç nəfər uşaqlar İddiaçı1 yanında və himayəsində saxlanılmışdır. Cavabdeh2 ilə İddiaçı1 arasında qeyd edilmiş nikah pozulduqdan sonra cavabdehlər onlar iddiaçıları qeydiyyatda olduqları mübahisəli mənzildən mənzildən çıxarmışlar. Hazırda onlar iddiaçılar iki nəfər azyaşlı uşaqlarla birlikdə müvəqqəti olaraq yuxarıda göstərdiyi ünvanda valideynlərinə məxsus olan, uşaqlarının normal şəraitdə sağlam böyüməsi və təhsil almaları üçün şəraiti olmayan fərdi yaşayış evində yaşamağa məcbur olmuşdur. Dəfələrlə onlar iddiaçılar Bakı şəhəri, Səbail RİHB-nin Sərəncamı və Orderlə onlar iddiaçıların və cavabdehlərin ümumi istifadəsinə verilmiş, qeydiyyatda olduqları və bir neçə il yaşadıqları mənzildə onların da yaşamaq və mənzildən istifadə hüquqlarının olmasını və cavabdehlərin nəzərinə çatdırsalar da, onlar onların köçüb həmin mənzildə yaşamağına imkan vermirlər. "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən cavabdehələ aralarında yaranmış mənzilə köçürülmə barədə mübahisənin həlli ilə bağlı mediatora müraciət etmiş, mediasiyaya dəvət zamanı mediator tərəfindən Cavabdeh1 ilə telefon əlaqəsi saxlanılan zaman bildirmişdir ki, onların onlara birlikdə yaşamaqları qeyri-mümkündür. Əgər onlar iddiaçılar və iki azyaşlı uşaqlar mübahisəli mənzildən qeydiyyatdan çıxarlarsa və həmin mənzilin satılmasına razılıq verərsə, cavabdehlər mənzili satdıqdan sonra ümumi müəyyən məbləğdə pul ver bilərlər. Təbii ki, onlar bununla razılaşa bilməzdi. Cavabdehlərlə ümumi razılığa gələ bilmədiklərinə görə ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Onlar iddiaçılar mübahisəli mənzildən cavabdehlərlə bərabər istifadə hüquqlarının olmasını cavabdehlərin nəzərinə çatdırmaqla həmin mübahisəli mənzilə köçməyə təşəbbüs göstərsələr də, cavabdehlər buna razı olmamışlar. Cavabdehlərlə aralarında yaranmış mənzil mübahisəsini məhkəmədənkənar həll etmək mümkün olmadığına görə onlara qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edirlər. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəf məhkəməyə iddia tələbinə yazılı etiraz ərizəsi təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və digərlərinə qarşı “mənzilə köçürülmə tələbi’hə dair iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıların və İddiaçı1 ilə Cavabdeh2 rəsmi nikahlarından anadan olmuş iki uşağı - 20.06.2007-ci il təvəllüdlü Cavabdeh1 Azər oğlu və 30.07.2012-ci il təvəllüdlü X5 ilə birlikdə hazırda cavabdehlərin yaşadıqları ünvan 2 ünvanda yerləşən, 4 otaqdan ibarət 23 nömrəli mənzilə köçürülmələri barədə qətnamə qət edilməsini xahiş etmişlər.Aşağıda qeyd edilmiş səbəb və əsaslara görə iddianı əsassız hesab edir və hesab edirik ki, iddia tələbi rədd edilməlidir. Məhkəmənin nəzərinə çatdıraq ki, İddiaçı1 öz istəyi ilə 2019-cu ilin dekabr ayında ünvan 2, mənzil 23-dən uşaqlan ilə birlikdə köçüb getmişdir. Onu mübahisəli mənzildən çıxaran olmayıb. Gedərkən bütün əşyalarını da özü ilə aparmışdır. Həmin vaxtdan indiyə kimi İddiaçı1 mübahisəli mənzildə yaşamamış və həmin mənzildə ona aid heç bir əşya qalmamışdır. Hal- hazırda iddiaçılar İddiaçı1 anasına məxsus Ağdaş rayonunda yerləşən, yaxşı şəraiti olan 6 otaqlı evində yaşayırlar.Səbail rayon İcra Hakimiyyəti Başçısının 09.07.2010-cu il tarixli, 145 nömrəli sərəncamına əsasən verilmiş 19.07.2010-cu il tarixli, 005676 nömrəli orderə əsasən Cavabdeh1 ünvan 2, mənzil 23 verilmişdir. Hesab edirik ki, bu mənzilə dair hüquq münasibətlərinin yaranma tarixi 2010-cu ilə təsadüf etdiyindən, aramızda yaranan mübahisə hal- hazırda qüvvədə olan sonuncu Mənzil Məcələsinin normalarına uyğun olaraq həll edilməlidir.Yaranan mübahisənin həlli üçün Azərbaycan Respubkilasının Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad etməyi zəruri hesab edirik. Qanunun bu normasına diqqət yetirdikdə aydın olur ki, həmin normada yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri sadalanmış və onların sırasında keçmiş gəlin və nəvələr qeyd edilməmişdir. Belə olan halda iddiaçılar Cavabdeh1 münasibətdə onun ailə üzvü hesab edilmirlər. Qanunun bu normasından da aydın olur ki, burada söhbət məhz mülkiyyətçinin ailə üzvlərindən gedir, hansı ki, hazıki iş üzrə iddiaçılara heç bir aidiyyəti yoxdur. Əgər iddiaçılar mülkiyyətçinin keçmiş ailə üzvləri olmuş olsaydılar belə, bu zaman yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyinə görə onların həmin mənzildən istifadə etmək hüquqları olmayacaqdı. ünvan 2, mənzil 23-ün hüquqmüəyyənedici sənədinin order olmasına münasibət bildirmək üçün qeyd edək ki, Order sənəd olaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən Çıxarışa bərabər bir sənəddir. Həmin order əsasında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması və müvafiq çıxarışın alınması mümkündür. Mübahisəli mənzilin hüquqmüəyyənedici sənədinin order olması iddiaçılara əsas vermir ki, həmin mənzilə köçürülüb orada yaşasınlar. Ona görə də İddiaçıların və İddiaçı1 ilə Cavabdeh2 rəsmi nikahlarından anadan olmuş iki uşağı - 20.06.2007-ci il təvəllüdlü Cavabdeh1 Azər oğlu və 30.07.2012-ci il təvəllüdlü X5 ilə birlikdə hazırda cavabdehlərin yaşadıqları ünvan 3 ünvanda yerləşən, 4 otaqdan ibarət 23 nömrəli mənzilə köçürülmələri” barədə İddiaçı1 və İddiaçı2 iddiasının rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında mübahisə predmeti olan mənzilin order əsasında verildiyini, həmin vaxtı onlar ailəli olduğundan otaq sayı məhz oğlunun həyat yoldaşı və uşaqları nəzərə alınmaqla, 4 otaq veridliyini, orderə iddiaçıların da adının qeyd eidliyini, mənzil qanunvericiliyinin tələbinə əsasən onların həmin mənzildə istifadə etmək hüququnun olduğunu hesab etdiklərini, cavabdehlərdən Cavabdeh5 adı orderə olmasa da, həmin şəxs iddiaçının keçmiş qaynı olmaqla, ona həmin mənzilə köçməsində maneçilik törətdiyindən həmin şəxsində cavabdeh qimsində qeyd eidliyini bildirərək, bu halların nəzərə alınaraq, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iştirak edərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, həmin ev order əsasında ona verilmiş, oğlunun ailəsi olduğuna görə 4 otaq verildiyini, gəlinin uşaqları da könüllü olaraq evi tərk etidyini, gəlinin və nəvəsinin həmin orderdə adının yazıldığını, orderin əslini tapa bilmədiyini, ona görə də surətini təqdim etdiyini, orderin əslinin onda olduğunu, keçmiş gəlini onlarla necə gəlib bir evdə yaşayacağını bidlirərək, iddia tələbinin təmin eidlməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 digər cavabdehin izahatının məzmununa uyğun izahat verərərk, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndə və vəkili iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin dəlillərinə və məzmununa uyğun izahat verərək, öz izahatında mənzil Cavabdeh1 verilmiş, iddiaçıların adları həmin orderə olsa da, onlar evi könüllü tərk etdiyindən, onların istifadə hüquqlarının aradan qalxdığını, artıq həmin sosial kirayə müqvailəsi ləğv edilməli olduğundan, iddiaçıların həmin mənzilə köçməsi üçün heç bir əsasın olmadığını bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barəəd məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə digər cavabdelərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 005676 saylı 19.07.2010-cu il tarixli orderin məzmunundan aydın olur ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi ev 21a mənzil 23 saylı mənzil Cavabdeh1 Hacıməhəmməd oğluna verilmiş, ailə tərkibi qismində özü, həyat yoldaşı, oğlu, gəlini Muradova aytəkin və nəvələri qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Qaradağ Rayon Məhkəməsinin 27.05.2019-cu il tarixli 2(002)-718/2019 saylı qətnaməsinin sürətindən görünür ki,X2 ilə Cavabdeh2 arasında 21.02.2002-ci il tarixdə Qaradağ rayon VVAQ şöbəsində 484 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun,xx xxxxxx 2002-ci ildə anandan olmuş İddiaçı2,20 iyun 2007-ci ildə anadan olmuş Cavabdeh1 Azər oğlu və 30 iyul 2012-ci ildə anadan olmuş X5 iddiaçı X1 himayəsində və yanında saxlanılsın, xx xxxxxx 2002-ci ildə anandan olmuş İddiaçı2,20 iyun 2007-ci ildə anadan olmuş Cavabdeh1 Azər oğlu və 30 iyul 2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 29.01.2019-cu İş Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Konstitusiyanın 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi almağa hüquq verən əsasların və halların dəyişməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas deyil. Həmin Məcəllənin 59.4-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulması ilə nəticələnə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Akimova Azərbaycana qarşı» işi üzrə 2007-ci il 27 sentyabr tarixli qərarında bir daha xatırlatmışdır ki, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və həmin maddənin məqsədləri üçün «mülkiyyət» kimi qəbul edilə bilər. İşin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisə predmeti olan mənzil order əsasında Cavabdeh1 Hacıməhəmməd oğluna verilmiş, orderdə iddiaçı ailə üzvi kimi qeyd edilmiş, iddiaçı və uşaqları cavabdehlərlə birlikdə həmin mənzildə yaşamışdır (ailə münsibətlərinin pozulması vaxtadək), ailə münasibətlərinin pozulduğu vaxtdan iddiaçı həmin mənzili tərk etmişdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, mənzil qanunvericiliyin qeyd edilən normalarının tələbinə əsasən, iddiaçıların kirayəçinin ailə üzvi kimi müvafiq orderdə adları qeyd edildiyindən,kirayəçinin ailə üzvi qismində çıxış etdiyindən, kirayəçi ilə birlikdə həmin mənzildə yaşadığından, mənzil qanunvericiliyinə əsasən kirayəçinin ailə üzvlərinin tərkibindən çıxıb, həmin yaşayış sahəsində istifadəni davam etdirdikdə, kirayəçi ilə eyni hüquqlara malik olduğundan, indiki halda isə iddiaçıların həmin mənzili məcburiyyət qarşısında tərk etdiyindən (ailə münasibətlərinin pisləşməsi) iddiaçıların həmin mənzilə dair kirayəçi ilə birlikdə istifadə etmək hüququ yaranmışdır. Məhkəmə cavabdeh tərəfin etirazın əsasları ilə bağlı onu qeyd edir ki, cavabdeh tərəf iddiaçıların mənzili könüllü tərk etdiyini, başqa yaşayış sahəsində yaşadığını bildirsə də, həmin hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, mənzil qanunvericiliyinin tələblərini nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin eidlməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Qeyd edilən normanın tələbini əsas götürərək, məhkəmə hesab edir ki, iddia tələbi yetkinlik yaşına çatmayan uşaqların mənzilə köçürülmə hissəsində də əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, qeyd olunan normalarını əsas götürərək, hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı1, İddiaçı2, 20.06.2007-ci il təvəllüdlü Cavabdeh1 Azər oğlu və 30.07.2012-ci il təvəllüdlü X5 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi,M.Seyidov küçəsi,ev 21A,23 nömrəli mənzilə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı1, İddiaçı2, 20.06.2007-ci il təvəllüdlü Cavabdeh1 Azər oğlu və 30.07.2012-ci il təvəllüdlü X5 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi,M.Seyidov küçəsi,ev 21A,23 saylı mənzilə köçürülsün. Ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar