Məhkəmə qərarları › İş №2(002)-873/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-873/2025

07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-873/2025 07.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğumun qeyd edilmə faktının müəyyən olunması tələbi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı doğumun qeyd edilmə faktının müəyyən olunması tələbi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onun 05 avqust 1957-ci il tarixdə Oğuz rayonu, Xaçmaz-Qışlaq kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməklə doğum şəhadətnaməsi verilərkən ata qrafasında “X7”, ana qrafasında “X13” qeyd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, o, xx.xx.1957-ci ildə Oğuz rayonu, Xamaz-Qışlaq kəndində doğulmuşdur. Bu barədə qeydiyyat aparılmaqla ona doğum haqqında şəhadətnamə verilmiş, həmin doğum şəhadətnaməsinə əsasən Qaradağ RPİ tərəfindən şəxsiyyət vəsiqəsi almışdır. Hazırda o, doğum şəhadətnaməsini itirmişdir, doğum akt qeydinin bərpası üçün ərizə ilə Qeydiyyat şöbəsinə müraciət etsə də, ona bildirmişlər ki, onun adına Qeydiyyat şöbəsinin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Bu barədə ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Onun doğum akt qeydi olmuş, həmin akt qeydinə əsasən ona doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi verilmişdir. Hazırda həmin şəhadətnamə ona bəzi hüquqi sənədləşmə aparılması üçün lazımdır. Ondan sonra digər bacı-qardaşları doğulmuşdur və onların doğum akt qeydləri mövcuddur. Hamısında da ata qrafasında “X7”, ana qrafasında “X13” qeyd olunmuşdur. Odur ki, məcburiyyət qarşısında qalaraq ərizə ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə istinad edərək, ərizəyə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, ərizəçi onun qaynıdır, ərizəçinin bacısı Rübabənin həyat yoldaşıdır. Ərizəçi xx.xx.1957-ci il tarixdə Oğuz rayonu, Xaçmaz-Qışlaq kəndində anadan olmuşdur, atası Nurəliyev Fərəculla, anası Nurəliyeva Məsturədir. Ərizəçinin atası 1983-cü il tarixdə, anası isə 1994-cü il tarixdə vəfat etmişdir. Digər bacı və qardaşlarının hamısının doğum haqqında şəhadətnamələri vardır. Ərizəçinin də bütün sənədləri olmuşdur, lakin doğum haqqında şəhadətnaməsi itmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X15 ifadə verərək bildirdi ki, o, ərizəçinin həmkəndlisi, həm də qonşusudur. Ərizəçi xx.xx.1957-ci il tarixdə Oğuz rayonu, Xaçmaz-Qışlaq kəndində anadan olmuşdur, atası Nurəliyev Fərəculla, anası Nurəliyeva Məsturədir. Ərizəçini və ailəsini çoxdan tanıyır. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İ-İE seriyalı, 548715 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Nurəliyev Rasimin atası Nurəliyev Fərəculla, anası X8r. İş materiallarında olan V-BD seriyalı, 749391 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nurəliyeva Güleyfə xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. Nurəliyeva Güleyfənin atası X5, anası X6. İş materiallarında olan AZ seriyalı, 630902 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. Nurəliyeva Rübabənin atası X7, anası X9r. İş materiallarında olan İİ-JQ seriyalı 372550 saylı ölüm haqqında surətindən görünür ki, X1 xx.xx.1983-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan İМ-JQ seriyalı 265978 saylı ölüm haqqında surətindən görünür ki, X2 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Oğuz rayonu, Xaçmaz-Qışlaq kəndində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon MKTB 132 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi, 23 saylı evin 6 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-16-5/7-N-70-1263/2024 saylı arayışdan görünür ki, 05 avqust 1957-ci ildə Oğuz rayonunun Xaçmazqışlaq kəndində anadan olmuş Ərizəçi barəsində Oğuz rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Oğuz rayon qeydiyyat şöbəsi üzrə 1952-1962-ci illərə dair akt qeydləri üzrə yoxlanılmışdır. Doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan NZ seriyalı ******* saylı hərbi biletin, İT-İ seriyalı ******* saylı əmək kitabçasının və JT seriyalı 016931 saylı diplomun surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Qaradağ rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.2009-cu il tarixdə şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlanma müddəti beş il olduğu üçün həmin sənədlər müvafiq komissiya tərəfindən məhv edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 4-cü bəndinə əsasən, məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndinə əsasən, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışını) tələb etməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, 05 avqust 1957-ci il tarixdə Oğuz rayonu, Xaçmaz-Qışlaq kəndində anadan olmuş ərizəçinin adının “Nazim”, soyadının “Nurəliyev”, ata adının “Fərəculla”, doğum yerinin “Oğuz rayonu, Xaçmaz-Qışlaq kəndi”, doğum tarixinin “05 avqust 1957-ci il”, atasının “X7”, anasının “X13” olduğu müəyyən edilir, ona görə də ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 05 avqust 1957-ci il tarixdə Oğuz rayonu, Xaçmaz-Qışlaq kəndində anadan olmuş Ərizəçi doğumunun qeyd edilmə faktı müəyyən edilsin. 05 avqust 1957-ci il tarixdə Oğuz rayonu, Xaçmaz-Qışlaq kəndində anadan olmuş Ərizəçi adının “Nazim”, soyadının “Nurəliyev”, ata adının “Fərəculla”, doğum yerinin “Oğuz rayonu, Xaçmaz-Qışlaq kəndi”, doğum tarixinin “05 avqust 1957-ci il”, atasının “X7”, anasının “X13” qeyd edilməklə həmin şəxsin adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar