Məhkəmə qərarları › İş №2(002)-94/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-94/2020

15.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-94/2020 15.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh və Həsənov Məhərrəm Bayram oğlunun, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə, əmlak üzərində payların müəyyən edilməsi vəəşyaların mühafizə olunması tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh və X2 İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, əşyaların götürülməsi və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakışəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə Cavabdeh adına alınmış“Vaz-21074” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2/3 hissəsinə onun, 1/3 nissəsinə Cavabdeh payının müəyyən edilməsi, ona çatası payın dəyərinin Cavabdeh alınaraq ona ödənilməsi, birgə nikahdan olan xx xxxxxxx 2005-ci il təvəllüdlü X5 və xx xxxx 2007-ci il təvəllüdlü X6 onunla birlikdə Bakışəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolu, 4 saylı evin 5 saylı mənzilinə köçürülmələri və həmin mənzildə olan ona məxsus əmlakın mühafizə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxxxx 2005-ci il tarixdə nikaha daxil olaraq, cavabdehin istifadəsində olan Bakışəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolu, 4 saylı evin 5 saylı mənzilinə gəlin köçmüşdür. Birgə nikahdan xx xxxxxxx 2005-ci il təvəllüdlü X5 və xx xxxx 2007-ci il təvəllüdlü X8 anadan olmuşdur. Nikahlarının ilk illərində münasibətləri yaxşı olsa da, sonradan cavabdeh heç bir əsaslı səbəb olmadan evdə söz-söhbət salmağa başlamış, valideynləri ilə görüşməsinə qadağalar qoymuş, xx xxxxxx 2018-ci ildə onu mənzildən qovmuşdur. Bakışəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-599/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan olan xx xxxxxxx 2005-ci il təvəllüdlü X5 və xx xxxx 2007-ci il təvəllüdlü X9 onun yanında saxlanılmışdır. Göstərilən səbəblərə görə hazırda uşaqları ilə birgə Salyan rayonu, Parçaxalac kəndində, valideynlərinin evində yaşayır. O, 2005-ci ildə Bakışəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolu, 4 saylı evin 5 saylı mənzilinə gəlin köçüb cavabdehlə birgə təsərrüfat aparmış, uşaqları həmin mənzildə anadan olmuşlar. Bundan başqa, onun bütün cehiz əşyaları və birgə nikah dövründəəldə edilmişəşyaları həmin mənzildədir. Digər tərəfdən birgə nikah dövründə, xx xxxxxxx 2015-ci il tarixdə Cavabdeh adına “Vaz-21074” markalı, **-UO-*** dövlət qeydiyyat nişanlı avtomobil alınmışdır ki, həmin minik avtomobili də tərəflər arasında bögüsü aparılmalıdır. Belə ki, həmin avtomobil yəni xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh adından qeydiyyatdan çıxarılaraq, qardaşı X3 adına qeydiyyata alınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh və X4 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1560 manat məbləğində kompensasiya verilməklə, onun Bakışəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolu, 4 saylı evin 5 saylı mənzilinə istifadə hüququna xitam verilməsi, ona məxsus əşyaların mənzildən götürülməsi, birgə nikah dövründəəldə edilmiş mebel və məişət əşyalarının bölünməsi, kredit müqaviləsi üzrəödənilməli 2667,85 manat məbləğində pulun İddiaçı tutularaq, Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh və X4 iddia tələblərini onunla əsaslandırmışlar ki, ilkin iddia üzrə İddiaçı Etibar qızının uşaqları ilə köçmək istədiyi mənzil 2 iç-içə otaqdan ibarət olmaqla, 1981-ci ildən iddiaçı X2 istifadəsində və mülkiyyətindədir. Həmin evdə hazırda onun özü, arvadı və Cavabdeh yaşayır. Bundan başqa, 1 ədəd 104 ekranlı“LG” markalı televizor və 1 ədəd “LG” markalı paltaryuyan maşın “Sədərək” Ticarət mərkəzindən, 1 ədəd divan-kreslo dəsti Sahil qəsəbəsindəki mebel mağazasınsan və 1 ədəd şifoneri də həmin yerdən almışlar. Həmin əşyalar birgə nikah dövründəəldə edildiyindən hazırkı qalıq qiyməti hesablanmaqla tərəflər arasında bölünməlidir. Bundan əlavə, birgə nikah dövründə, yəni xx.xx.2018-ci ildə Cavabdeh adına “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən 5000 manat məbləğində kredit götürülmüşdür ki, həmin məbləğin ½ hissəsi İddiaçı tutularaq, Cavabdeh ödənilməlidir. Məhkəmə iclasında tərəflər iddia tələbləri üzrə məhkəməyə barışıq sazişi təqdim edərək, onun təsdiq olunmasını xahiş etdilər. Tərəflərin barışıq sazişi məhkəmə iclas protokoluna əlavə olunmaqla, məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinəəsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyrimüəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinəəsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinəəsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda işüzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinəəsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim işüzrə icraata xitam verir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinəəsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflər barışıq sazişi bağladığından və həmin saziş məhkəmə tərəfindən təsdiq edildiyindən mülki işüzrə icraata xitam verilməlidir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə, əmlak üzərində payların müəyyən edilməsi vəəşyaların mühafizə olunması tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh və X2 İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, əşyaların götürülməsi və pul tələbinə dair qarşılıqlı iddiasınadair mülki işüzrə tərəflər arasında bağlanılmış və məhkəməyə təqdim edilmiş barışıq sazişi təsdiq edilərək, işüzrə icraata xitam verilsin. Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilir: Tətəflər, yəni İddiaçı, Cavabdeh və X4 aşağıdakışərtlərlə bu Barışıq Sazişini bağladılar:

1. Cavabdeh və X4 4000 manat məbləğində pulu, 1 ədəd "Nord" markalı soyuducunu, 1 ədəd "LG" markalı, 107 ekran ölçüdə plazma televizoru, 1 ədəd "LG" markalı paltaryuyan maşını, 1 ədəd divan-kreslo dəstini, 1 ədəd şifoneri, 1 ədəd 5X3 ölçüdə xalçanı, 1 ədəd stol-stul dəstini 10 (on) gün müddətində İddiaçı verirlər. Bundan başqa, 2500 manat məbləğində pulu bu barışıq təsdiq efdildiyi gündən başlayaraq 6 ay müddətində İddiaçı ödəyirlər.

2. Cavabdeh və X4 müəyyən olunan pulu vəəşyaları qaytarmadığı təqdirdə İddiaçı Ehtiram qızının yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə ünvan 1 ünvanına köçürülmələrini təmin edirlər.

3. İddiaçı uşaqları ilə birlikdə ünvan 1 ünvanına köçürülməkdən imtina edir və yuxarıda qeyd edilən pul məbləği ona tam ödənildikdən sonra həmin ünvandan qeydiyyadan çıxır. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən və ya tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Bakışəhəri Qaradağ Rayon Məhkəməsinəşikayət verə bilərlər.

Hakim:Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar