Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-945/2023 12.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X12 oğlunun katibliyi, Ərizəçinin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Ərizəçi «uşağın doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi qanuni nümayəndəsi Qanuni nümayəndə Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu ildə Naxçıvan MR, Babək rayonunda anadan olmuş Ərizəçi doğumunun qeyd edilmə faktını müəyyən edilməklə doğum akt qeydi bərpa edilməsi, doğum şəhadətnaməsi verilərkən adı Şüküfə, soyadı Quliyeva, ata adı İbrahim, doğum tarixi xx xxxxx 1959-cu il, doğum yeri Naxçıvan MR Babək rayonu, ata qrafasında “X3”, ana qrafasında “X7”, milliyəti azərbaycanlı kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qanuni nümayəndəsi Qanuni nümayəndə daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1959-cu ildə Naxçıvan MR Babək rayonunda anadan olmuş Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum şəhadətnaməsi verilərkən adının Şüküfə, soyadının Quliyeva, ata adının İbrahim, doğum tarixi xx xxxxx 1959-cu il, doğum yeri Naxçıvan MR, Babək rayonu, ata qrafasında “X3”, ana qrafasında “X7”, milliyəti “azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni belə əsaslandırmışdır ki, onun bacısı Ərizəçi xx.xx.1959-cu ildı Naxçıvan MR Babək rayonunda doğulmuşdur. Bacısı fəaliyyət qabiliyyətli olmamaqla Qaradağ Rayon İcra Hakimiyyətinin 04 iyul 2022-ci il tarixli sərəncamına əsasən o qəyyum təyin edilmiş, hazırda da onunla birlikdə yaşayır və bacısına o baxır. Bacısı doğularkən onun doğum akt qeydi olmuş və həmin qeyd əsasında da doğum şəhadətnaməsi verilmiş, həmin şəhadətnamə əsasında da şəxsiyyət vəsiqəsi almışdır. Hazırda bacısı doğum haqqında şəhadətnamə almaq istəyərkən ona rəsmi surətdə bildirmişlər ki, bacısı Naxçıvan MR Babək rayon qeydiyyat şöbəsində bacısının doğum haqqında akt qeydi haqqında məlumat aşkar edilməmişdir. Lakin bacısı doğum haqqında şəhadətnaməsi olmuş, həmin şəhadətnamə əsasında da digər sənədlərini əldə etmişlər. Hazırda doğumun qeyd edilməsi ona bəzi hüquqi sənədləşmə aparılması üçün lazımdır.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və bildirdi ki, Ərizəçi onun bacısıdır, bacısı fəaliyyət qabiliyyətsiz olduğu üçün özü onun qəyyumu təyin edilmişdir. Ərizəçi Naxçıvan MR Babək rayonunda doğulmuşdur, doğum haqda şəhadətnaməsi olmuş, həmin şəhadətnamə əsasında şəxsiyyəti vəsiqəsi almışdır. Hazırda müəyyən sənədləşmə işlərini aparmaq məqsədilə, bacısına Dövlət Sosial Müdafiə Fondundan sosial yardım almaq üçün doğum haqqında şəhadətnaməsi tələb edildiyi üçün və bacısının doğum haqda şəhadətnaməsini arxiv məlumatlarından əldə etmək mümkün olmadığından hazırkı tələb ilə müraciət etmişdir. Göstərilənlərə əsasən ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məktubla müraciət edərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan İ-ИЕ 502138 nömrəli Evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 ilə X8 arasında nikah xx.xx.1965-ci il tarixdə qeydə alınmışdır. İşdə olan, AA33346143 nömrəli, FİN xxxxxxx şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə doğulmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. İşdə olan, AZE ******** nömrəli, xx.xx.2015-ci il tarixli şəxsiyyət vəsiqəsinin və Naxçıvan MR Buzqov kənd icra nümayəndəliyi tərəfindən verilmiş АЗ 274404 doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətlərindən görünür ki, Qanuni nümayəndə xx.xx.1963-cü il tarixdə, doğulmuşdur, atası X3, anası X4r. İşdə olan AZ-İ 871838 nömrəli Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.1973-cü il tarixdə Naxçıvan MR babək rayonu Gərməçataq kəndində ölmüş, bu barədə Naxçıvan MR, Buzqov kənd icra Nümayəndəliyi tərəfindən qeydə alınmışdır. İşdə olan AZ-İ 871839 nömrəli Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.1985-ci il tarixdə Naxçıvan MR babək rayonu Gərməçataq kəndində ölmüş, bu barədə Naxçıvan MR, Buzqov kənd icra Nümayəndəliyi tərəfindən qeydə alınmışdır. İş materiallarında olan, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli Sərəncamından görünür ki, Quliyev X6 Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli 2(002)-570/2022 nömrəli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxxs hesab olunan xx xxxxx 1959-cu il təvəllüdlü Ərizəçi üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Babək Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/15-308 nömrəli məktubu və arayışından görünür ki, ərizəçinin şöbəyə təkrar doğum haqda şəhadətnamə almaq məqsədilə müraciətinə cavab olaraq bildirilmişdir ki, doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq aktının qeydiyyatı aktı məhkəmə qaydasında müəyyən edilir. İş materiallarında olan, Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/Q-1423/15 saylı məktubundan görünür ki, Naxçıvan MR, Babək rayon qeydiyyat şöbəsinə Ərizəçi doğumu haqqında akt qeydinin istənilməsi barədə sorğu göndərilmiş lakin doğum haqqında məlumat aşkar edilməmiş və qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan, Şahbuz rayon Qeydiyyat Şöbəsinin xx.xx.2013-cü il tarixli 69№-li məktubundan görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X1 doğum akt qeydi Şahbuz rayon Qeydiyyat şöbəsinin arxivində tapılmamışdır. Azərbaycan Respublikasının DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Ərizəçi məxsus olan AA33346143 nömrəli, FİN xxxxxxx şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlər aşağıdakılar olmuşdur: Qanuni nümayəndə mülkiyyətində olan ünvan 1 ünvanına Ərizəçi yaşayış yeri üzrə qeydiyyata alınmasına razılıq verməsinə dair xx.xx.2021-ci il tarixli ərizəsi, Ərizəçi məxsus Seriya AZE 14420092 nömrəli şəxsiyyət vəsiqəsi, müvafiq dövlət rüsumunun ödənilməsi barədə qəbz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür Həmin Qəraraın 4.1-ci bəndinə əsasən, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.3-cü bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, ərizəçi doğum faktının qeydə alınması üçün müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona doğum faktını, yerini və vaxtını təsdiq edən sənədi olmadığı üçün doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, ərizəçinin qanuni nümayəndəsi doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, ərizəçinin qanuni nümayəndəsi doğum faktının müəyyən edilməsi və ərizəçinin adına doğum haqqında şəhadətnamənin verilməsinin social təminat hüquqlarının təmin edilməsi üçün lazım olduğunu əsas gətirmişdir. Məhkəmədə iclasında tədqiq olunmuş sənədlər, məhkəmə sorğusuna verilmiş cavablar, ərizəçinin qanuni nümayəndəsinin izahatları və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, ərizəçi xx xxxxx 1959-cu il tarixdə Naxçıvan MR Babək rayonunda cinsi qız olan uşaq anadan olmuş, uşağın valideynləri X8 və atası X2r. Ona görə də məhkəmə qeyd olunan halları əsas gətirərək, hər bir halda ərizəçinin üstün mənafeyinin təmin edilməsi, habelə ərizəçinin digər hüquqlarının və üstün maraqlarının təmin edilməsi prinsipini rəhbər tutaraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutları məcmu halda hüquqi qiymət verərək, habelə ərizəçinin qeyd edilən faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiyini əsas götürərək, ərizəçinin üstün maraq və mənafeyini rəhbər tutaraq hesab edir ki, ərizəçinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi əsaslı olduğundan təmin olunmalı, xx.xx.1959-cu ildə Naxçıvan MR, babək rayonunda doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməli, ərizəçinin adına doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə ərizəçinin soyadı Quliyeva, adı Şüküfə, ata adı İbrahim, doğum tarixi xx xxxxx 1959-cu il, doğulduğu yer Naxçıvan MR, Babək rayonu, ata qrafasında atasının adı X5, ana qarfasında anasının adı X10, milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 285, 296-300-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxx 1959-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Babək rayonunda doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə ərizəçinin soyadı Quliyeva, adı Şüküfə, ata adı İbrahim, doğum tarixi xx xxxxx 1959-cu il, doğulduğu yer Naxçıvan Muxtar Respublikası Babək rayonu, ata qrafasında atasının adı X3, ana qarfasında anasının adı X11, milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilsin. Qətnamə ərizəçinin adına doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-945/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-945/2023
12.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver