Məhkəmə qərarları › İş №2(002)-974/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-974/2020

05.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-974/2020 05.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası ƏƏSMN-nin Dövlət X8 X5 İdarəsinin maraqlı şəxs olduğu əmək stajınınbərpa olunmasına dair faktın müəyyən olunması tələbinə dair ərizəsinə dair mülki işəBakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Zəngilan Rayonu X6-Təchizat Birliyini maraqlı şəxs olduğu əmək stajının bərpa olunmasına dair faktın müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1976-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayonu X6-Təchizat Birliyində 6-cı dərəcəli sürücü-qaynaqçı vəzifəsində (zərərli iş sahəsində) işləməyi və buna aid ümumi əmək stajının olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi məhkəməyə maraqlı şəxsin dəyişdirilməsi barədə yazılı ərziə təqdim edərək, hazırki iş üzrə maraqlı şəxsin Azərbaycan Respublikası ƏƏSMN-nin Dövlət X8 X5 İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir və məhkəmə tərəfindən maraqlı şəxsin dəyişdirilməsi qərara alınmışdır. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1993-cü ilin 29 oktyabr tarixində Zəngilan rayonuişğal olundu və bütün əhali qaçqın və didərgin düşmüşdür. Həmin vaxtdan o da ailəsi ilə birlikdə çıxıb Bakıya gəlmişdir və Qaradağ rayonu Lökbatan qəsəbəsində məskunlaşmışdır. Hazırda da qaçqın kimi ailəsi ilə birlikdə S.Orucov küçəsi ev 19, mənzil 16 ünvanında yaşayır. Onun xx xxxxxx 1976-cı il tarixdə Zəngilan rayonu X6-Təchizat Birliyində 6-cı dərəcəli qaynaqçı-sürücü vəfisəniə daxil olduğunu,əmək fəaliyyətinə bağlamışdır. xx.xx.1977-ci ilxx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuşdur və təxris olunduqdan sonra, yəni xx.xx.1979-cu il ildən yenədə Zəngilan rayonu X6-Təchizat Birliyində 6-cı dərəcəli qaynaqçı-sürücü vəzifəsində işə qəbul olunaraq, fasiləsiz olaraq xx.xx.1993-cü il tarixədək həmin sahədə işləmişdir. o Qarabağ hadisələri ilə əlaəqdar Zəngilan rayonundan qaçqın düşərkən, əmək kitabçasının həmin idarədə qaldığını bildirmişdir. Həmçinin, Zəngilan rayonu işğal olunduqdan sonra Zəngilan rayonu X6-Təchizat Birliyi ləğv olunmuşdur. və həmin vaxtdan heç bir fəaliyyət göstərməmişdir. hazırda hüquqi varisi də yoxdur. 1993-cü ilin 29 oktyabr tarixindən, o Bakı şəhərində yaşamağa başlamışdır, fərdi qaydada qeyri-rəsmi əmək fəaliyyəti ilə məşğul olduğunu başlamışdır. 2013-cü ildə insult keçirmişdir. Daha o vaxtdan işləyə bilməmişdir.Əmək kitabçasının işğal olunmuş Zəngilan rayonunuun ərazisində qalmasını, bu halın isə onun əmək və pensiya hüquqularını pozduğunu bildirmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburioyyətində qalmışdır. Ona görə də qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək,ərizəni müdafiə edərək, hazırki iş üzrə sübut qismində yalnız onunla birgə işləyən iki nəfər şahidin olduğunu, başqa sübutlarının olmadığını bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində ərizəçi ilə birlikdə işlədiyini, həmin idarədə mühasib olduğunu, ərizəçinin həmin idarədə sürcü işlədiyini, 1976-ci ildən 1993-cü ilə kimi həmin idarədə işlədiyini, onun özünün də əmək kitabçasının Zəngilan rayonunda qaldığını, həmin idarədə işləməsinə dair heç bir sənədinin olmadığını bildirdi. Məhkəmə iclaısnda şahid qismində dindirilmiş X3 öz ifadəsində ərizəçi ilə birlikdə işlədiyini, ərizəçinin həmin idarədə sürcü işlədiyini, onun zöünün də əmək kitabçasının olmadığını, Zəngilan rayonu işğal olunarkən orada qaldığını, başqa heç bir sənədinin olmadığını bildirdi. İş materiallarında olan Zəngilan rayonu Dövlət Arxiv İdarəsinin xx.xx.2020-ci il tarixli Arayışının məzmunundan aydın olur ki, Zəngilan rayonu 1993-cü ilin oktyabr aynının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində almışdır, qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssisəsinin o cümlədən Zəngilan Rayon X6-təchizat birliyinin sənədləri Arxivə daxil olmadığı üçün sorğunun cavablandırılması mümkün olmadığı qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN-nin DSMF-nin Zəngilan Rayon Şöbəsinin xx xxx 2020-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, Sizin X5 İdarəsinə müraciətinizə baxılmaq üçün göndərilmişdir, Zəngilan rayonunun işğalı ilə əlaqədar olaraq, arxiv sənədlərinin işğal zonasında qaldığı üçün sizin xx.xx.1976-xx.xx.1993-cü il tarixədək Zəngilan rayonu X7 Təchizat birlioyində olan iş stajı ilə bağlı arayışın verilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Dövlət X8 Kollegiyasının xx.xx.2007-ci il tarixli, Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 3.2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun xx xxxxx 2019-c il tarixli Qəraraının 13.1-ci bəndinə əsaəsn “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 13.4-cü bəndinə əsaəsn əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə ərizəçinin iddia tələbi əmək stajına dair hüquqi əhəmiyyəti faktın təsdiq olunmasına aiddir. Ərizəçi xx.xx.1976-xx.xx.1993-cü illərdə Zəngilan rayonu X7- Təchizat birliyində 6-cı dərəcəli sürücü-qaynaqçı vəzifəsində çalışdığını, buna dair əmək kitabçasının olduğunu, lakin həmin rayonun məlum səbəblərdən işğal olunduğundan, həmin sənədlərin işğal zonasında qaldığından onun həmin vəzifədə çalışması ilə bağlı mövcud olan əmək stajını başqa qaydada təsdiq edə bilmədiyini əsas gətirərək, belə bir iddia tələbi ilə məhkəməyə müraciət etdiyini bildirmiş, iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə ərizəçi iddia tələbinin əsasını və istinad etdiyi halların sübut edilməsinə dair yalnız iki nəfər şahid ifadəsini məhkəməyə təqdim etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı tədiqiq edilmiş şahid ifadələrinin məzmunundan aydın olur ki, şahid qismində dindirilmiş hər iki şəxs ərizəçi ilə birlikdə işlədiklərini, 1976-1993-cü illərdə ərizəçinin həmin idarədə qeyd olunan vəzifədə işlədiyini bildirmişlər. Lakin şahid qismində dindirilmiş şəxslərin özlərinin həmin müddətdə həmin idarədə işləmələirnə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu hal isə öz növbəsində qeyd olunan şahid ifadələrinin mötəbərliyini şübhə altına almış olur. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin yeganə sübut qismində təqdim etdiyi qeyd olunan şahid ifadələri iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, hazırki iş üzrə sübut etmə yükü məhz bilavasitə ərizəçinin üzərinə düşür. Belə ki, məhz ərizəçi iddia tələbinin əsası kimi istinad etdiyi halları və faktları sübut etməlidir. Deməli bu halda məhz ərizəçi iddia tələbinin əsası kimi istinad etdiyi hallarını sübut etməli və buna dair mötəbər sübutları məhkəməyə təqdim etməlidir. Məhkəmə bununla əlaqədar onu qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1976-xx.xx.1993-cü illərdə Zəngilan Rayonu X6-Təchizat birliyində sürcü-qaynaqçı vəzifəsində işlədiyini bildirsə də, məhz həmin halın müəyyən olunmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə tərəfindən qeyd edilən hüquqi faktın müəyyən edilməsi mümkün olmamışdır. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, hazırki iş üzrə iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X11 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, ərizəçinin “əmək stajının təsdiq olunmasına dair faktın müəyyən olunması” tələbinə dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi Azərbaycan Respublikası ƏƏSMN-nin Dövlət X8 X5 İdarəsinin maraqlı şəxs olduğu əmək stajının bərpa olunmasına dair faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada tərəflərə verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar