Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-990/2020 05.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili X8 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə köçürülmə və istifadə hüququnun tanınması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə köçürülmə və istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı qızı X5 ilə birlikdə ünvan 1 ünvanına köçürülməsi və həmin evə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə xx xxxxxxxx 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Rəsmi nikahdan xx.xx.2017-ci il təvəllüdlü qızı X6 dünyaya gəlmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 ilə aralarında nikah pozulmuş və xx.xx.2017-ci il təvəllüdlü qızı X6 onun himayəsində qalması müəyyən edilmişdir. Ailə qurdukdan sonra ünvan 1 ünvanına gəlin köçmüşdür. Gəlin köçdüyü ev özbaşına tikilidir. Ailə qurandan sonra cavabdehlərlə birlikdə həmin özbaşına tikilidə yaşamışlar. Cehiz əşyaları da həmin evdədir. Lakin hazırda onu və azyaşlı qızını həmin evə buraxmırlar. Ev xüsusi mülkiyyətdə olmasa da, cavabdehlər həmin evdə pasport qeydiyyatındadırlar. O, hazırda qızıyla birlikdə valideynlərinin yanında yaşayır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, bildirmişdir ki, cavabdehlə 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 2020-ci il tarixdə boşanmışdır, mübahisə predmeti olan mənzilə 2015-ci ildə köçmüşəm, ayrıldıqları vaxta kimi həmin evdə yaşamışlar, həmin mənzil onların rəsmi nikahından əvvəl mövcud olmuşdur, o həmin evə gəlin köçmüşdür, onların bir neçə evləri var, bu evin də heç bir sənədi yoxdur.özbaşına tikilidir, ona görə də, hesab edir ki, onun azyaşlı uşağı ilə birlikdə həmin evə köçüb yaşamaq hüququ vardır, onlar həmin evdə 1995-ci ildən qeydiyyatdadırlar, o ev həmin vaxtdan var idi, o torpağa dair sərəncam isə 2001-ci ilə aidir, o həmin evin yerləşdiyi torpaq sahəsinə aid deyildir, bütün bu halların nəzərə alınaraq, iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verərk, iddia tələbini müdafiə edərək, mübahisə predmeti olan yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə dair heç bir sənədin olmadığını, həmin sənədin op evin yerləşdiyi torpaq sahəsinə aid olmadığını, onların həmin evdə 1995ci il tarixdən qeydiyyatda olduqlarını, evin yerləşdiyi torpaq sahəsinin ölçüsünün 600 kv metr deyil, 1000 kv metr olduğunu, ev qanunsuz tikilidir, evə dair heç bir sənəd yoxdur, həmin evin və torpaq sahəinin cavabdehə məxsus olmasını təsdiq edən heç bir sənəd yoxdur, iddiaçının 2015-ci ildən həmin evə gəlin kimi köçüb yaşadığınından onun həmin evə istifadə hüququ yaranmışdır, həmin ev iddiaçının ərinin olsa idi, onların ora köçmək hüququ tanına bilərdi,həmin ev özbaşına tikili olduğundan, evə dair heç bir sənədlər olmadığından, iddiaçının azyaşlı uşağı ilə birlikdə həmin evə köçmək hüququnun olmasını əsas gətirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul etməyərək, iddia tələbinə etiraz verərək, mübahisə predemti olan yaşayış sahəsinin ona məxsus olduğunu, iddiaçının həmin evə gəlin köçdüyünü, o evdə 1995-ci ildən yaşadıqlarını, torpaqla bağlı sənədinin olduğunu, lakin evə dair sənədi almadığını, həmin evin oğlu ilə gəlinin evlənməmişdən çox əvvəldən mövcud olduğu u, gəlinin həmin evə 2015ci ildə köçdüyünü, sonra özünün çıxıb getdiyini bildirərək, iddia tələbinin rədd olunmasını xahiş etdi. Cavabdehin vəkili məhkəmə iclasında cavabdehin izahatının məzmununa uyğun izahat veərək, iddia tələbini qəbul etməyərək, iddia tələbini etiraz verərək, mübahisə predmeti olan yaşayış sahəsinin Cavabdeh1 məxsus olduğunu, həmin evdə 1995-ci il tarixdən yaşadıqlarını, həmin evin yerləşdiyi torpaq sahəsinə dair müvafiq sərəncam alınsa da, evə dair sənədin alınmadığını, ümumiyyətlə mübhaisə premeti olan yaşayış sahəsi rəsmi nikahdan əvvəl mövcud olmuşdur, iddiaçının həmin yaşayış sahəsinin tikintisi, mövcudluğu ilə heç bir bağlılığı olmamışdır, sadəcə iddiaçı 2015-ci ildə həmin evə gəlin köçüb ayrıldıqları vaxta kimi həmin evdə ailə kimi yaşamışlar, hazırda tərəflər arasında rəsmi nikah pozulmuşdur, onlar arasında ailə münasibətlərinə xitam verilmişdir, iddiaçı özü evi tərk edərək artıq uzun müddətdir ki, azyaşlı qızı ilə birlikdə atasının evində yaşayır, hətta həmin mənzil cavabdehə məxsus olmuş olsa idi belə, iddiaçının həmin yaşayış sahəsinə istifadə hüququ mövcud deyildir, qanunvericiliyin tələbinə əsasən onun mübahisə predmeti olan mənzilə dair istifadə hüququ saxlanılmır, bütün bu halların nəzərə alınaraq, iddianın rədd olunmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat veərək, iddia tələbini qəbul etməyərək, iddia tələbinə etiraz verərək, mübahisə predmeti olan mənzilin atasına məxsus olduğunu, torpağa aid sənədin olduğunu, lakin evə dair sənədin hazır olmadığını, həmin yaşayış sahəsində 1995-ci ildən yaşadıqlarını, iddiaçı ilə 2015-ci ildə nikaha daxil olduqdan sonra həmin evdə birlikdə yaşadıqlarını, həmin ev rəsmi nikahdan əvvəl mövcud olmuşdur, habelə iddiaçı ayrıldıqdan sonra azyaşlı uşaqları ilə birlikdə həmin evdən köçüb getdiyini, artıq rəsmi nikahlarının pozulduğunu, ailə münasibətlərinə xitam verildiyini əsas gətirərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Beə ki, iş materiallarına əlavə edilmiş AZ-İİİ 920833 saylı doğum haqqında şahadətnamənin surətindən görünür ki, X6xx.xx.2017-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh2, anası X3r. İş materiallarına əlavə olunmuş Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 07.02.200-ci il tarixli 95 nömrəli sərəncamının surətindən görünür ki, Cavabdeh1 fərdi yaşayış evinin tikilməsi üçün Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində 600,km torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Qızıldaş qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilinə verilmiş xx xxxx 2020-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh2, icra nümayəndəliyinin təsərrüfat kitabında 1995-ci ildən atası Cavabdeh1, anası-X7, bacısı-X10 ilə birlikdə həmin evdə qeydiyyatdadırlar. Qəsəbə İcra nümayəndəliyində Cavabdeh2 adına hər hansı ev və ya torpaq sahəsi qeydiyyatda yoxdur. İş materiallarına mübahisəli mənzilin foto şəkilləri əlavə olunmuşdur. Məhkəmədə tədiqiq olunmuş sənədlər əsasında müəyyən edilmişdir ki, hazırki iş üzrə mübahisə predmeeti olan yaşayış sahəsinin özbaşına tikili olması, həmin yaşayış sahəsinin cavabdehlərə məxsus olması, həmin yaşayış sahəsinin tərəflərin rəsmi nikahda olduğu vaxtdan əvvəl olması, iddiaçı ilə Cavabdeh2 ilə 2015-ci ildə rəsmi nikaha daxil olması, həmin tarixdən iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə gəlin köçərək, həmin evdə yaşaması, xx.xx.2020-ci il tarixdə müvafiq məhkəmə qətnaməsi əsasında iddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış rəsmi nikah pozulması və birgə nikahdan olan azyaşlı uşağın iddiaçının himayəsində saxlanılması halını hər iki tərəf təsdiq etməklə işin mübahisəsiz hallarıdır. Hazırki iş üzrə tərəflər arasında mövcud mübahisənin predmetini iddiaçının özbaşına tikili olan yaşayış sahəsinə köçürülmə və həmin yaşayış sahəsinə dair istifadə hüququnun tanınması tələbinin olması, cavabdehlərin isə həmin tələbə etiraz etməsi halı təşkil edir. Bununla əlaqədar məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddia tələbi özbaşına tikili olan yaşayış sahəsinə köçürülmə və özbaşına tikili olan yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə aid olduğundan və özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından, hazırki mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 2015-cı il tarixində yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının xx xxxx 2009-cu il tarixli, 845-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş) müddəaları tətbiq olunmalıdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hazırki iş üzrə aşağıdakı bir sıra hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən,hər bir in-san tək-ba-şı-na və ya baş-qa-la-rı ilə bir-lik-də əm-la-ka sa-hib ol-maq hü-qu-qu-na malik-dir. Heç kim öz əm-la-kın-dan öz-ba-şı-na-lıq-la məh-rum edil-mə-mə-li-dir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli Qəraraına əsasən mülkiyyət hüququ mütləq hüquq deyil və məhdudlaşdırıla bilər. Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi).Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Qəraraına əsaən yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun x xxxxxxx 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə mübahisə ilə bağlı ilk növbədə onu qeyd edir ki, şəxsin başqasının mülkiyyətində olan mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsinin qanunvericilikdə iki halı nəzərdə tutulmuşdur: 1) Şəxsin, mənzilin mülkiyyətçisinin ailə üzvü olması; 2) Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış istifadə hüquqları olan digər şəxs kimi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində və Mənzil Məcəlləsinin 30.1-ci maddəsində isə qanunvericilik ailə üzvlərinin dairəsini müəyyən etmiş və bura - əri, arvadı, valideynləri, uşaqları aid etmişdir. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Yuxarıda sadalananlar nəzərə alındıqda, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddiaçı mübahisə predemeti olan özabaşna tikilinin cavabdehlərdən hansı birinə məxsus olması halını mübahisələndirdiyindən, məhkəmə bununla əlaəqdar iddiaçının cavabdehlərlə arasında olan mübahisəli hüquq münasibətlıəri ilə bağlı halların hər iki cavabdehə münasibətdə ayrı-ayrılıqda qeyd edilməsini zəruri hesab edir. Məhkəmə ilk növbədə mübahisə predmeti olan yaşayış sahəsi ilə bağlı iddiaçı ilə Cavabdeh1 aarsında olan mübahisəli hüquq münasibətinin tənzimlənməsi ilə bağlı onu qeyd etməyi zəruri hesab eidr ki, məhkəmə araşdırması zamanı məüyyən ediulmişdir ki, iddiaçı Cavabdeh1 keçmiş gəlinidir. Bu halda Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd olunan normalara əsasən iddiaçı Cavabdeh1 keçmiş gəlini olmaqla, onun ailə üzvi hesab edilmədiyindən, mənzil qanunvericiliyinin tələbinə əsasən onun həmin yaşayış sahəsindən Cavabdeh1 ilə birlikdə ona məxsus yaşayış sahəsindən birlikdə istifadə etməsi üçün hüquqi əsas mövcud deyildir. Digər tərəfdən mülki qanunvericiliyinin tələbinə əsasən iddiaçının Cavabdeh1 məxsus olan yaşayış sahəsində istifadə etməsi üçün onların arasında həmin yaşayış sahəsindən istifadə etmək imkanının tanınmasına dair razılaşma mövcud olmalıdır. Lakin məhkəmə araşdırması zamanı, tərəflər arasında belə bir məzmunu razılaşmanın olması halı aşkar edilməmişdir. Ona görə də, məhkəmə qeyd olunan halları nəzərə alaraq, mənzil, ailə və mülki qanunvericiyiliyin normalarını rəhbər tutaraq, iddiaçının cavabdeh X4 ailə üzvi qismində çıxış etməməsi halını, habelə onlar arasında yaşayış sahəsində istifadə imkanının tanınmasına dair hər hansı razılaşmanın olmaması halını əsas götürərək, hesab edir ki, iddiaçının Cavabdeh1 münasibətdə həmin yaşayış sahəsinə köçürülməsi və istifadə hüququnun tanınmasının heç bir hüquqi əsası olmadığından, iddia tələbi Cavabdeh1 münaisbətdə əsassız olmaqla, təmin edilməməldiir. Həmçinin, məhkəmə mübahisə predmeti olan yaşayış sahəsi ilə bağlı iddiaçı X11 arasında olan mübahisəli hüquq münasibətləri ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Cavabdeh2 keçmiş arvadı olmaqla, müvafiq məhkəmə qətnaməsi əsasında onlar arasında rəsmi nikah pozulmuş, ailə münasibətlərinə xitam verilmişdir. Bu halda isə mənzil qanunvericiliyinin tələbinə əsasən iddiaçının Cavabdeh2 məxsus yaşayış sahəsində istifadə hüququ saxlanılmır.Deməli hazırki iş üzrə tərəflər arasında rəsmi nikah pozulduğundan, onlar arasında ailə münasibətlərinə xitam verildiyindən, iddiaçının Cavabdeh2 mnasibətdə mübahisə predmeti olan yaşayış sahəsinə dair istifadə hüququ saxlanılmır. Həmçinin, mənzil qanunvericiliyin tələbinə əsasən keçmiş ailə üzvinin yaşayış sahəsindən istifadə hüququ yalnız o halda saxlanıla bilər ki, bununla əlaqədar onlar arasında razılaşma olsun vəya keçmiş ailə üzvinin həmin yaşayış sahəsinə ehtiyacının olması əsasları müəyyən edilmiş olsun. Məhkəmə araşdırması zamanı tərəflər arasında belə bir məzmunlu razılaşmanın olması halı aşkar edilməmişdir. Bu halda məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki,digər halın, yəni həmin yaşayış sahəsinə ehtiyacının olması əsaslarının sübut edilməsi öhdəliyi məhz iddiaçı tərəfəfinn üzərinə düşür. Belə ki, məhkəmə hesab edir ki, hazırki halda iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi həmin mübahisə predmeti olan yaşayış sahəsinə ehtiyacının olması, yaşamaq üçün başqa yaşayış sahəsinə malik olma imkanının olmaması kimi hallarını sübut etmək vəzifəsi məhz onun üzərinə düşür. Lakin buna baxmayaraq, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi qeyd olunan hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə araşdırması çərçivəsində, iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə ehtiyacının olması hallarını və əsaslarını müəyyən etmək mümkün olmamışdır. Bu halda məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddiaçının Cavabdeh2 münasibətdə mübahisə predmeti olan yaşayış sahəsinə köçürülməsi üçün də heç bir hüquqi əsas mövcud deyildir. Ona görə də məhkəmə hesba eid rki, iddia tələbi cavabdeh X9 münasibətədə də təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin iddiaçının azyaşlı qızı ilə birlikdə mübahisə predmeti olan yaşayış sahəsinə köçürülməsi hissəsi ilə bağlı hesab edir ki, hazırki iş üzrə iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə köçüürlmə və istifadə hüququnun tanınmasına dair iddia tələbi təmin edilmədiyindən və tərəflərin birgə nikahdan olan övladları X1 müvafiq məhkəmə qətnaməsi əsasında iddiaçının himayəsində və yanında saxlanıldığından, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüququnun tanınması» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüququnun tanınması» tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-990/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-990/2020
05.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver