Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-990/2023 06.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi və etibarnamə üzrə səlahiyyəli nümayəndəsi X3 iştirakı ilə, Ərizəçinun Maraqlı şəxsnə qarşı doğum akt qeydinin bərpa olunması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum akt qeydinin bərpa olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx 1982-ci il tarixdə Ermənistan Respublikası, Ararat (Vedi) rayonu, Çiman kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilməklə doğum akt qeydinin bərpa edilməsi, doğum şəhadətnaməsi verilərkən adı “Elnarə”, soyadı “Məmmədova”, ata adı “Zahid”, doğum tarixi “xx xxxx 1982-ci il”, doğum yeri “Ermənistan Respublikası, Ararat (Vedi) rayonu, Çiman kəndi”, ata qrafasında “X8”, ana qrafasında “X7”, milliyyətləri “azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, xx xxxx 1982-ci il tarixdə Ermənistan Respublikası, Ararat (Vedi) rayonunda doğulmuşdur və bu barədə Ermənistan Respublikası, Ararat (Vedi) rayonunun Çiman kəndində doğum aktı barədə qeydiyyat aparılmışdır. Məlum hadisələrlə əlaqədar onlar Ermənistan Respublikasından qaçqın olmaqla Qaradağ rayonu, Lökbatan qəsəbəsində məskunlaşmışlar. Doğum şəhadətnaməsinə əsasən Qaradağ RPİ tərəfindən şəxsiyyət vəsiqəsi almışdır. Hazırda doğum haqqında şəhadətnaməsini müəyyən səbəblər üzündən itirmişdir, doğum akt qeydi Ermənistan Respublikasında aparıldığından yeni doğum haqqında şəhadətnamə ala bilmir. Bu barədə ərizə ilə Qeydiyyat şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Həmin şəhadətnamə ərizəçiyə bəzi hüquqi sənədləşmə aparılması üçün lazımdır. Ərizəçinin kiçik bacısı X9 1992-ci ildə doğulmuş və onun doğum haqqında şəhadətnaməsində ata qrafasında “X8”, ana qrafasında “X7” qeyd edilmişdir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq ərizə ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı ərizəçinin etibarnamə üzrə səlahiyyəli nümayəndəsi X8 ərizəçinin izahatına uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X15 ifadə verərək bildirdi ki, ərizəçinin ailəsi ilə 1985-ci ilə qədər qonşu olmuşlar. Ərizəçi xx xxxx 1982-ci il tarixdə Ermənistan Respublikası, Ararat (Vedi) rayonu, Çiman kəndində anadan olmuşdur. X1, anası X4r, hər ikisi azərbaycanlıdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X16 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşı qızıdır. Ərizəçi 1982-ci ildə Ermənistan Respublikası, Ararat (Vedi) rayonu, Çiman kəndində anadan olmuşdur. X1, anası X4r. X14 iki övladı Ermənistanda, bir övladı Azərbaycanda anadan olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, izahatları və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, 3cü massiv, ev 50-də qeydiyyatdadır. Həmin mənzildə ondan başqa digər şəxslər də qeydiyyatdadırlar. İş materiallarında olan 204/69 saylı nikah haqqında arayışdan görünür ki, X8 ilə X11 xx.xx.1982-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Nikahları Maraqlı şəxs tərəfindən rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan İV-SL seriyalı, 416327 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1984-cü il tarixdə Ermənistan, Stepanavan rayonunda anadan olmuşdur. Məmmədov Zaurun anası X11, X1dur. İş materiallarında olan XVİİ-JQ seriyalı, 290614 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Məmmədova Aytənin anası X7, X1dur. İş materiallarında olan İİ-SL seriyalı, 314527 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 1956-cı il tarixdə Ermənistan, Stepanavan rayonunda anadan olmuşdur. Hacıyev Martikin anası X6, atası X13r, milliyyətləri azərbaycanlıdır. İş materiallarında olan İİ-SL seriyalı, 158242 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1958-ci il tarixdə Ermənistan, Ararat rayonunda anadan olmuşdur. Məmmədov Zahidin atası X17, anası X2r, milliyyətləri azərbaycanlıdır. İş materiallarında olan AZE seriyalı, 07647007 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1958-cı il tarixdə Ermənistan, Ararat rayonu, Çiman kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 09603186 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1961-ci il tarixdə Ermənistam, Stepanavan rayonu, Gülaqarağ kəndində anadan olmuşdur. İş materiallarında olan PP seriyalı P4098821 saylı pasportun surətindən görünür ki, X7 xx.xx.1961-ci il tarixdə Ermənistan, Stepanavan rayonunda anadan olmuşdur. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və “Elektron məhkəmə” İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.1-ci bəndinə əsasən, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Beləliklə, iş üzrə sübutlara, o cümlədən izahatlara və şahidlərin ifadələrinə, iş materiallarında olan yazılı sübutlara əsasən Ərizəçi xx xxxx 1982-ci il tarixdə Ermənistan Respublikası, Ararat (Vedi) rayonu, Çiman kəndində anadan olması faktı müəyyən olunur. Ona görə də ərizə əsaslı hesab olunaraq təmin edilməli, Ərizəçinun doğum faktı müəyyən edilərək, doğum aktı qeydinin aparılması və onun adına yeni doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1982-ci il tarixdə Ermənistan Respublikası, Ararat (Vedi) rayonu, Çiman kəndində anadan olması faktı müəyyən edilsin. xx xxxx 1982-ci il tarixdə Ermənistan Respublikası, Ararat (Vedi) rayonu, Çiman kəndində anadan olmuş Ərizəçi adı “Elnarə”, soyadı “Məmmədova”, ata adı “Zahid”, doğum tarixi “xx xxxx 1982-ci il”, doğum yeri “Ermənistan Respublikası, Ararat (Vedi) rayonu, Çiman kəndi”, ata qrafasında “X8”, ana qrafasında “X7”, milliyyətləri “azərbaycanlı” qeyd olunmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-990/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-990/2023
06.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver