Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-991/2023 18.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi nümayəndəsi(həyat yoldaşı)-X2 iştirakı ilə Ərizəçi «doğum akt qeydinin bərpa olunması» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Bakı şəhəri Qaradağ rayonu Qeydiyyat şöbəsini maraqlı şəxs qismində qeyd etməklə, «doğum akt qeydinin bərpa olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun Ərizəçi Sayad qızının xx xxx 1961-ci ildə Ermənistan Respublikası Stepanavan rayonu Gülaqarağ kəndində doğumun qeyd edilmə faktını müəyyən edilməklə doğum akt qeydinin bərpa edilməsi, doğum şəhadətnaməsi verilərkən adı Marine, soyadı Hacıyeva, ata adı Sayad, doğum tarixi 05 may1961-ci il, doğum yeri Ermənistan Respublikası Stepanavan rayonu Gülaqarağ kəndi,ata qrafasında ata adı "X12", ana qrafasında ana adı "X3", milliyyətləri azərbaycanlı kimi qeyd olunması barədə qətnamə xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi Sayad qızı xx.xx.1961-ci ildə Ermənistan Respublikası Stepanavan rayonunda doğulmuşdur və bu barədə Ermənistan Respublikası Stepanavan rayonun Gülaqarağ kəndində doğum aktı barədə qeydiyyat aparılmışdır. Məlum hadisələrlə əlaqədar onlar Ermənistan Respublikasından qaçqın olmaqla Qaradağ rayonu Lökbatan qəsəbəsində məskunlaşmışdılar. Doğum şəhadətnaməsinə əsasən Qaradağ RPİ tərəfindən o, 2012-ci il tarixdə şəxsiyyət vəsiqəsi almışdır. Onun qızlıq soyadı Hacıyeva olmuş, 19 may 1982-ci ildə ailə qurmuşdur və ərinin soyadını "Məmmədova" soyadını qəbul etmişdir. Hazırda o, doğum haqqında şəhadətnaməm müəyyən səbəblər üzündən itirmişdir, doğum akt qeydi Ermənstanda Respublikasında aparıldığından yeni doğum şəhadətnaməsi ala bilmir. Bu barədə ərizə ilə qeydiyyat şöbəsinə müraciət etsə də, məhkəməyə müraciət etməyini bildirmişlər. Hazırda həmin şəhadətnamə ona bəzi hüququ sənədləşmə aparılması üçün lazımdır. Ondan böyük qardaşı X8 1956-cı ildə doğulmuş və onun doğum akt qeydi Ermənimstan Respublikası Stepanavan rayonunda qeydiyyata alınmışdır. Onun doğum haqqında şəhadətnaməsində ata qrafasında "X12", ana qrafasında "X3" kimi qeyd edilmişdir.Beləliklə məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi(həyat yoldaşı)-X6 məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizəyə oxşar, eyni məzmunlu izahat verdi. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirir və təsdiq edir ki, Ərizəçi xx xxx 1961-ci il tarixdə Ermənistan Respublikası Stepanavan rayonu Gülaqarağ kəndində doğulmuş, atasının adı "X12", anasının adı "X3" olmuşdur. Əlavə etdi ki, o, ərizəçinin valideynləri ilə Stepanavan rayonunda qonşu olmuşur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirir və təsdiq edir ki, Ərizəçi xx xxx 1961-ci il tarixdə Ermənistan Respublikası Stepanavan rayonu Gülaqarağ kəndində doğulmuş, atasının adı "X12", anasının adı "X3" olmuşdur. Eyni zamanda Kirov kəndində o ərizəçiyə dərs demiş, onun valideynlərini tanıyır və ailədə iki qardaş və üç bacı idilər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1961-cı il təvəllüdlü Ərizəçi doğulduğu yeri Ermənistan Respublikasının Stepanavan rayonu qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/7-15-196/2023 saylı məktubundan görünür ki, Ərizəçi bildirilmişdir ki, Məmmədova (Hacıyeva) Marine Sayad qızının doğumu haqqında akt qeydinin bərpa edilməsinə dair Maraqlı şəxsnə daxil olmuş ərizənizə baxılmışdır. Ərizənizdə doğum yerinin "Ermənistan, Stepanavan rayonu, Gülaqarağ kendi"olduğunu qeyd etmisiz. Bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.Göstərilənlərlə bağlı nəzərinizə çatdırır ki, itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyinizdən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildi.. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə verilmiş 204/69 nömrəli nikahın bağlanması haqqında aktdan görünür ki, X7 ilə X6 arasında xx.xx.1982-ci il tarixdə Maraqlı şəxsndə 153 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.1979-cu il tarixli 406809 nömrəli diplomun sürətindən görünür ki, X7 1976-cı ildən -1979-cu ilədək Ermənistan SSRİ-nin Stepanavan rayonunda lobarant-bakterioloq oxumuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş İİ-СЛ seriyalı 314527 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 1956-cı il təvəllüdlü X5 Ermənistan Respublikasının Stepanavan rayonunda doğulmuş, atası X12, anası X1r. Milliyyəti azərbaycanlıdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Ərizəçinin izahatından və iş materiallarından göründüyü kimi, Ərizəçi ondan asılı olmayan səbəblərdən doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir, bu faktı başqa qaydada təsdiq edə bilmir. Doğum haqqında şəhadətnaməsi ərizəçidən asılı olmayan səbəblərdən itmişdir. Hal-hazırkı vəziyyətdə ərizəçi doğum haqqında şəhadətnaməsinin bərpası üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutları araşdıraraq hesab edir ki, Ərizəçi xx.xx.1961-cı il tarixdə Ermənistan Respublikasının Stepanavan rayonu Gülaqarağ kəndində doğulması, atasının “X12”, anasının “X3” olması barədə doğum akt qeydinin mövcud olması, onun itməsi, lakin həmin doğum akt qeydinin Ermənistan Respublikasında qeydə alınması faktı iş materialları, sənədlər, şahid ifadəsi ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi xx.xx.1961-cı il tarixdə Ermənistan Respublikasının Stepanavan rayonu Gülaqarağ kəndində doğulması, atasının “X12”, anasının “X3” olması, milliyətinin azərbaycanlı olması təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1961-cı il tarixdə Ermənistan Respublikasının Stepanavan rayonu Gülaqarağ kəndində anadan olmasına dair doğum aktı qeydi bərpa edilməli, doğum akt qeydində ad qrafasında-Marine,soyad qrafasında-Hacıyeva, ata adı Səyad, doğum tarixi -xx.xx.1961-ci il, doğum yeri-Ermənistan Respublikasının Stepanavan rayonu, Gülaqarağ kəndi, valideynləri- atası qrafasında “X12”, anası qrafasında “X3” milliyyəti qrafasında “azərbaycanlı” kimi göstərilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 285, 296-300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1961-cı il tarixdə Ermənistan Respublikasının Stepanavan rayonu Gülaqarağ kəndində anadan olmasına dair doğum aktı qeydi bərpa edilsin. Doğum akt qeydində ad qrafasında-Marine,soyad qrafasında-Hacıyeva, ata adı Səyad, doğum tarixi-xx.xx.1961-ci il, doğum yeri-Ermənistan Respublikasının Stepanavan rayonu, Gülaqarağ kəndi, valideynləri- atası qrafasında “X12”, anası qrafasında “X3” milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilsin. Ödənilən 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-991/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-991/2023
18.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver