Məhkəmə qərarları › İş №2(002)-995/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-995/2023

07.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-995/2023 07.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə «doğum akt qeydinin bərpa olunması» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «doğum akt qeydinin bərpa olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü ildə Ermənistan Respublikasının İcevan rayonunda doğulmuşdur.1981-ci il tarixdə şəxsiyyət vəsiqəsini aldıqdan sonra doğum haqqında aktını atasının evində saxlamışdır. Sonralar nə qədər axtarsa da tapa bilməmişdir.Hal-hazırda doğum akt qeydinin bərpa olunması üçün Maraqlı şəxsnə də müraciət etsə də, qeydiyyat şöbəsi itmiş sənədin həqiqətən olduğunu təsdiqləyən sənəd olmadığından məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Ərizəçi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, onun- Ərizəçi xx.xx.1963-cü ildə Ermənistan Respublikası İcevan rayonu doğumun qeyd edilmə faktını müəyyən edilməklə doğum akt qeydinin bərpa edilməsi, doğum şəhadətnaməsi verilərkən adı Müsəllim, soyadı Şahmarov, ata adı Kamran, doğum tarixi xx.xx.1963-cü il, doğum yeri Ermənistan Respublikası İcevan rayonu,ata qrafasında ata adı "X7", ana qrafasında ana adı "X2", milliyyətləri azərbaycanlı kimi qeyd olunması barədə qətnamə xahiş etmişdir. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizəyə oxşar, eyni məzmunlu izahat verdi. Məhkəmədən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı 000***** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-cı il tarixdə Ermənistan Respublikasının İcevan rayonunda doğulduğu qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/7-15-187/2023 saylı məktubundan görünür ki, Ərizəçi bildirilmişdir ki, VVAQ qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda qeydiyyat şöbəsi tərəfindən, bu mümkün olmadıqda məhkəmə qətnaməsi əsasında bərpa edilir. Ərizəçi doğum qeydinin Ermənistan Respublikasında aparıldığına görə ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ailə məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş İ-ЗЖ seriyalı 020082 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X6 arasında xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikasının İcevan rayonun Polad kənd sovetliyində 2 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Şahmarova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə verilmiş 3-16-5/8-Ş-965/2023 nömrəli Ölüm haqqında arayışdan görünür ki, X7 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 127 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş İ-ЗЖ seriyalı 799412 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X3 Ermənistan Respublikasının İcevan rayonunda doğulmuş, atası X7, anası X1r. Milliyyəti azərbaycanlıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İV seriyalı 313487 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü X4 Ermənistan Respublikasının İcevan rayonunda doğulmuş, atası X7, anası X1r. Milliyyəti azərbaycanlıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş İİİ-СЛ seriyalı 257303 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü X5 Ermənistan Respublikasının İcevan rayonunda doğulmuş, atası X7, anası X1r. Milliyyəti azərbaycanlıdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Ərizəçinin izahatından və iş materiallarından göründüyü kimi, Ərizəçin ondan asılı olmayan səbəblərdən doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir, bu faktı başqa qaydada təsdiq edə bilmir. Doğum haqqında şəhadətnaməsi ərizəçidən asılı olmayan səbəblərdən itmişdir. Hal-hazırkı vəziyyətdə ərizəçi doğum haqqında şəhadətnaməsinin bərpası üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutları araşdıraraq hesab edir ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikasının İcevan rayonunda doğulması, atasının “X7”, anasının “X2” olması barədə doğum akt qeydinin mövcud olması, onun itməsi, lakin həmin doğum akt qeydinin Ermənistan Respublikasında qeydə alınması faktı iş materialları, sənədlər ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikasının İcevan rayonunda doğulması, atasının “X7”, anasının “X2” olması, milliyətinin azərbaycanlı olması təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikasının İcevan rayonunda anadan olmasına dair doğum aktı qeydi bərpa edilməli, doğum akt qeydində ərizəçinin valideynləri- atası qrafasında “X7”, ana qrafasında “X2”, milliyyəti qrafasında “azərbaycanlı” kimi göstərilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 285, 296-300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikasının İcevan rayonunda anadan olmasına dair doğum aktı qeydi bərpa edilsin. Doğum akt qeydində ərizəçinin valideynləri qrafasında atası qrafasında “X7”, ana qrafasında “X2”, milliyyəti qrafasında “azərbaycanlı” qeyd edilsin. Ödənilən 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar