Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1/2024 12.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, İddiaçı «Bank VTB (Azərbaycan)” ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, X3, X1, X5 və X2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı «Bank VTB (Azərbaycan)” ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1, X3, X1, X5 və X2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-4331/2016 saylı qərardadı ilə Cavabdeh1 hüquq varisi müəyyən edilənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(003)-1/2024 saylı qərardadı ilə iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İddiaçı «Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, X3, X1, X5 və X4 işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki Prosessual Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığına görə dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: İddiaçı «Bank VTB (Azərbaycan)” ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, X3, X1, X5 və X2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul (xx.xx.2016-cı il tarixli ********* saylı ödəniş tapşırığı) iddiaçı «Bank VTB (Azərbaycan)” ASC-yə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-1/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1/2024
12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver