Məhkəmə qərarları › İş №2(003)-10/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-10/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-10/2024 10.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, X4 Vasilyevnanın iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17.050 ABŞ dolları məbləğində borcun, borc məbləğini gecikdirdiyinə görə 1705 ABŞ dolları faizin və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh yanvar 2015-ci il tarixdən başlayaraq məndən borc götürüb onun mülkiyyətinə olan və Bakı şəhəri, Haçıbəyli küçəsi, 21 saylı evin 14 saylı mənzilinin satlmasından sonra qaytaracağını vəd etmişdir. Onun etibarını qazanmaq üçün isə mülkiyyətində olan həmin mənzilin sənədini ona vermişdir. Həmin mənzilin satılmasına və ya digər bir formada onun mülkiyyətindən çıxmasına Cavabdeh ona olan borcunu qaytarmaqdan imtina etmişdir. Son olaraq isə o, pulunun qaytarılmasının çətinliyini hiss edib ondan rəsmi qəbz də almışdır. Beləliklə də, xx.xx.2018-ci il tarixdə cavabdehin şəxsən imzalayaraq təsdiq etdiyi qəbzə əsasən o, ümumilikdə cəmi 17.050 ABŞ dolları məbləğində borclu olduğunu bir daha etiraf etmişdir. Lakin, bu günə qədər həmin borc məbləği ona qaytarmamış, cavabdeh onunla görüşməkdən imtina etmişdir. Qeyd olunan borc məbləğinin qaytarılmadığından isə bununla bağlı aidiyyətı üzrə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab etmişdir ki, Cavabdeh 17.050 ABŞ dolları məbləğində pul vəsaiti məhkəmə qaydasında tutularaq ona ödənilməlidir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17.050 ABŞ dolları məbləğində borcun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-353/2021 saylı, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilərək Cavabdeh 17.050 (on yeddi min əlli) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü qüvvədə olan manatla məzənnədə Azərbaycan Respublikası Manatı ilə alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3468/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən yuxarıda qeyd olunan qiyabi qətnamənin ləğv edilməsi və işin mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, cavabdeh borca pulu götürdükdə özünə məxsus evin çıxarışını ona girov kimi vermiş və bildirmişdir ki, həmin evin söküntüsünd’n sonra veriləcək kompensasiyadan borcunu ödəyəcəkdir. Lakin sonra kürəkəninin həmin mənzilə pasport qeydiyyatına düşməsi üçün çıxarışı qısa müddətə geri istəmişdir. Cavabdehin kürəkəni çıxarışı ondan almış və bir müddətdən sonra qaytarmışdır. Daha sonra isə müəyyən etmişdir ki, ona qaytarılmış çıxarış, əslinə oxşar surətidir. Cavabdeh pulu qəbzi imzaladığı gün ondan almış, borca almışdır. Belə ki, cavabdeh 2014-cü il tarixdən faizini ödəmək şərtilə hissə-hissə ondan borca pul almışdır. Cavabdeh 2015-ci ildə Əhmədli qəsəbəsində yeni ev almış və həmin evi satdıqdan sonra borcunu qaytarcağını bildirmiş, lakin qaytarmamışdır. Götürülmüş 17.050 ABŞ dolları məbləğində borcdan ona heçnə qaytarılmamışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, cavabdeh tərəfindən iddiaçıdan borca pul götürülməmişdir. İş materiallarında olan qəbzdəki imza cavabdehə məxsus deyil. Həmin sənəddə qeyd olunan tarixdə cavabdeh Türkiyə Respublikasında olmuş, ona görə həmin tarixdə cavabdeh tərəfindən sənədin imzalanması da mümkün deyil. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -Bakı şəhər Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin təhqiqatçısı Ruslan Əfəndiyev tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, o, uzun illərdir İddiaçı tanıyır və onunla birlikdə Dəmiryol İdarəsində işləmişdir. 2013-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Əlfiyədən 2000 manat borcu pul istəmiş və sonuncu ona həmin pulu vermişdir. Lakin ayda 200 manat faiz ödəməli olmuşdur. Bir neçə ay onun faizlərini ödəyə bilməmiş, son ayda faiz borcunu ödəyə bilməmişdir. 2014-cü ilin aprel ayında evini satıb Əlfiyəyə olan əsas borc 20000 manat vermiş və girov qoyduğu evin sənədlərini ondan götürmüşdür. Lakin 500 manat faiz borcuna görə girov olaraq qızıl-zinət əşyalarını qoymuşdur. Bundan sonra müəyyən maliyyə çətinlikləri ilə üzləşmiş və bu səbəbdən ona olan borcunu ödəyə bilməmişdir. 2 ay bundan əvvəl Əlfiyə ilə danışıb qızıl əşyalarını ona verməsini, birlikdə aparıb satıb ona olan 500 manat faiz borcunu qaytarmasını demişdir. Lakin Əlfiyə onda qızıl əşyaların olmasını danaraq ona hədə-qorxular gəlmişdir. X1 barəsində yazdıqları həqiqətə uyğun deyil, tam yalan və böhtandır. Əlfiyə qızıl əşyalarını qaytardığı halda onun borcunu qaytaracaqdır. -Tərcüməsi notarial qaydada təsdiq edilmiş xx.xx.2015-ci il tarixli qəbzdən görünür ki, Hacıbəyli küçəsi, ev 21, mənzil 14 ünvanda yaşayan Cavabdeh onun İddiaçı olan 12 000 ABŞ dolları məbləğində borcunun hamısını yuxarıda göstərilən ünvanda yerləşən mənzilinin sökülməsindən sonra pulu aldıqda ödəməyi öhdəsinə götürmüşdür. Girov kimi o, mənzilin çıxsarışını qoyur. -Tərcüməsi notarial qaydada təsdiq edilmiş xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, Hacıbəyli küçəsi, ev 21, mənzil 14 ünvanda yaşayan Cavabdeh İddiaçı olan 17050 ABŞ dolları məbləğində borc almış, həmin borcu öz mənzilini satdıqdan sonra ödəməyi öhdəsinə götürür. Girov kimi o, mənzilin çıxsarışını qoyur. İş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/346 nömrəli ekspert rəyindən görünür ki, mülki işin 39A vərəqəsində olan 5.04.2018-ci il tarixli qəbzdə (распика) “5.04.2018” rəqəmləri və “гафарова M.” yazıları önündəki imza – Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 125 manat təşkil edir. Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, iş üzrə Cavabdeh xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası sərhəd hüdudlarından İstanbul şəhəri istiqamətində kənara çıxmış, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasına daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 17.050 ABŞ dolları məbləğində pulun borca verilməsi öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh borca pulun alınmasını etiraf etməsə də, iş materiallarından (xx.xx.2018-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan) görünür ki, iş üzrə tərəflər arasında borca pulun verilməsi ilə bağlı münasibətləri olmuş və iddiaçı tərəfindən cavabdehə müəyyən vaxtlarda borca pul verilmişdir. Həmçinin məhkəmə, “5.04.2018” rəqəmləri və “гафарова M.” yazıları önündəki imza olan və cavabdeh tərəfindən icra edilməsi ekspert rəyi ilə müəyyən edilmiş qəbzi iş üzrə sübut kimi qəbul etməklə müəyyən edir ki, iddiaçı tərəfindən cavabdehə 17.050 ABŞ dolları məbləğində borca pul verilmişdir. Eyni zamanda həmin qəbzin cavabdeh tərəfindən imzalanmaması və cavabdehin ölkə hüdudlarında olmaması səbəbindən imzalanmasının mümkün olmaması barədə cavabdeh tərəfin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, işin araşdırılmış hallarından görünür ki, qəbzdə qeyd olunan tarixdə, yəni 2018-ci ilin aprel ayında cavabdeh ölkə hüdudları daxilində olmuşdur. Qəbzin cavabdeh tərəfindən imzalanmasının mümkün olmaması və ya iş üzrə keçirilmiş ekspertiza tədqiqatının gəldiyi nəticənin yalnış olmasına dair hallarla bağlı isə cavabdeh tərəfindən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu zaman həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən borca pulun verilməsi ilə bağlı həmin qəbzdə olan yalnız imza mübahisələndirilmiş, lakin həmin qəbzin məzmunu mübahisələndirilməmişdir. Bu hal isə ona istinad edir ki, həmin qəbzin məzmunu cavabdehə aydın olmaqla imzalanmış, hazırda imzanın ona məxsus olmaması dəlili ilə çıxışı isə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikdən (borcun qaytarılmasından) yayınmaq cəhdindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. -739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. -Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Qeyd olunan qanunvericiliyin tələblərinə və işin müəyyən edilmiş hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 17.050 ABŞ dolları məbləğində borca pul verilməsi müəyyən edildiyindən və həmin borcun qaytarılması müəyyən edilmədiyindən iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh 17050 ABŞ dolları ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddia tələbinin təmin edilməsini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 125 manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 17050 ABŞ dolları ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə pul alınaraq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 125 manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar