Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-101/2023 17.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı SOCAR-ın “Azneft” İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı SOCAR-ın “Azneft” İB-nin Cavabdeh və Maraqlı şəxsnə qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna- Maştağa yolunun solunda 3********.44*4*93 koordinatlarda yerləşən SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) H.Z.Tağıyev adına NQÇİ-sinin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş tikilinin Cavabdehin hesabına sökülməsi, ərazinin H.Z.Tağıyev adına NQÇİ-nin istifadəsinə qaytarılması və dövlət rüsumu qismində ödənilmiş 100,40 (yüz manat qırx qəpik) manat məbləğində cavabdehdən alınaraq İB-nin xüyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı SOCAR-ın “Azneft” İB-nin nümayəndəsi X* iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh və Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehlərin iştiakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə məhkəmə texniki-tikinti ekspertizası təyin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci madddasinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 97.4-cü maddəsinə görə ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. Həmin Məcəllənin 99.*-ci maddəsinə görə ekspertiza ekspert idarələrinin işçiləri və ya məhkəmə tərəfindən tapşırılan digər mütəxəssislər tərəfindən keçirilir. Ekspertizasının keçirilməsi bir neçə ekspertə tapşırıla bilər. Həmin Məcəllənin *55.0.5-ci maddəsinə görə məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Həmin Məcəllənin *5*.*-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə obyektiv qərar qəbul edilməsi üçün məhkəmə texniki-tikinti ekspertizasının təyin edilməsi zəruridir, buna görə də iş üzrə məhkəmə texniki-tikinti ekspertizası təyin olunmalı və ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1, *54-*5*, *63-*64, *66-*6*-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Cavabdeh və Maraqlı şəxsnə qarşı Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa yolunun solunda 3********.44*4*93 koordinatlarda yerləşən SOCAR-ın “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına NQÇİ-nin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin H.Z.Tağıyev adına NQÇİ-nin istifadəsinə qaytarılması və dövlət rüsumu qismində ödənilmiş 100,40 (yüz manat qırx qəpik) manat məbləğin cavabdehdən alınaraq İstesalat Birliyinə ödənilməsi tələbinə dair tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsin. Ekspert qarşısında aşağıdakı suallar qoyulsun:
1. Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa yolunun solunda 3********.44*4*93 koordinatlarda yerləşən torpaq sahəsi SOCAR-ın “Azneft” İB-nin H.Ztağıyev adına NQÇİnin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəyə ayrılmış sənaye təyinatlı torpaq sahəsidirmi ?
2. Cavabdeh tərəfindən tikilmiş olan tikili SOCAR-ın “Azneft” İB-nin H.Ztağıyev adına NQÇİ-nin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəyə ayrılmış sənaye təyinatlı torpaq sahəsi hüdudları daxilindədirmi ?
3. Mübahisəli torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş tikili nədən ibarətdir ? Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunsun. Ekspertizaya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə aparılsın. Ekspertə qərardadın surəti, *(003)-101/*0*3 saylı mülki iş təqdim olunsun. Ekspertə «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunun 1*-ci maddəsinə əsasən, qoyulmuş suallardan əlavə məhkəmə ekspertizasının predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları da öz rəyində göstərməsi təklif olunur. Tədqiqat obyektləri ekspert tərəfindən tərəflərin iştirakı ilə yerində müayinə edilərək tədqiqat aparılsın. Ekspertizanın keçirilməsi və rəyin verilməsi 1 (bir) ay müddətində təmin edilsin. Ekspertə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 63-cü maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri elan edilsin. Ekspert qəsdən yalan rəy verməyə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin *97-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdar olunsun. Ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılsın. Tərəflər qərardadın iş üzrə icraatın dayandırılması hissəsindən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verə bilərlər.
Sədrlik edən Zaur Tağıyev