Məhkəmə qərarları › İş №2(003)-1015/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1015/2024

28.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1015/2024 28.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi, Ərizəçi vəkili Nümayəndə, Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X* iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 20.05.*965-ci il təvəllüdlü, Azərbaycan Respublikasının Şamaxı rayonunda anadan olmuş, milliyyətcə azərbaycanlı olan, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxs X5 03.08.*992-ci il tarixdə Bakı şəhərində doğulmağı barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o - Ərizəçi 03.08.*992-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonunun ərazisində evdə doğulmuşdur. 0*.09.2002-ci il tarixdən 05.0*.2008-ci il tarixədək Şüvəlanda yerləşən “Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Respublika yardımçı intenat məktəbində (indiki Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbi) təhsil almış, daha sonra təhsilini davam etdirməmiş, 2008-ci ildən etibarən anası ilə birlikdə Bakı şəhəri Xəzər rayonunun ərazisində kirayədə yaşayır. X4 20.05.*965-ci il tarixdə Azərbaycan Respublikasının Şamaxı rayonunda anadan olub. Anası Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxsdir. Anası sonuncu dəfə verilmiş “Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün *6 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi”nin etibarlılıq müddəti 20.05.20*5-ci il tarixdə bitmişdir. Həmin vaxtdan sonra o, şəxsiyyət vəsiqəsinin müddətinin uzadılması üçün aidiyyəti orqana müraciət etməyib, 2022-ci ilin sonlarında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən anama zəng edərək Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunması üçün sənədlərini təqdim etməsini təklif etmişlər. Lakin anası tələb olunan sənədləri tam toplaya bilmədiyi üçü “Azərbaycan, Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün müraciət edə bilməyib. Anası 25.02.*986-cı il tarixdə X9 ilə nikaha daxil olub, bildiyi qədərilə həmin nikah pozulmayıb. Onu da qeyd etmək istəyir ki, o, doğulan zaman anası X9 ilə nikahda olsa da, anasının verdiyi məlumata əsasən onun atası anasının nikahda olduğu Təhməzov Şahin deyil, onun atası İntiqam adlı şəxsdir. Lakin o, İntiqamı heç vaxt görməmişdir və onun barəsində heç bir məlumatı yoxdur. Anası onun doğumunun dövlət qeydiyyatına alınması və doğum haqqında şəhadətnamə ilə təmin edilməyi üçün heç vaxt müvafiq orqana müraciət etməyib. Doğum haqqında şəhadətnaməsı olmadığı üçün o, heç vaxt şəxsiyyəti təsdiq edən sənədlə də təmin edilməmişdir. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi, Bakı şəhəri Maraqlı şəxs, X** tərəfindən verilmiş arayışlardan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X2 Reyestri Xidməti tərəfindən verilmiş cavab məktubundan da görünür ki, onun doğumu dövlət qeydiyyatına alınmayıb. Artıq onun 3* yaşı var, lakin doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşəm. BMT QAKın himayə sənədi əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən olduğu yer üzrə qeydiyyata alınmışdır. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi mümkün olmur. Şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmaq üçün ona doğum haqqında şəhadətnamə lazımdır. Hazırda, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi, ev 0/** ünvanında yaşayır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən də həmin ünvanda olduğum yer üzrə qeydiyyata alınmışdır. Bu səbəbdən də *7.**.2023-cü il tarixdə Bakı şəhəri Maraqlı şəxsnə müraciət edərək onun — Ərizəçi 20.05.*965-ci il təvəllüdlü, Azərbaycan Respublikasının Şamaxı rayonunda anadan olmuş Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxs X5 03.08.*992-ci il tarixdə Bakı şəhərində doğulmağı faktının qeydə alınmasını və onun doğum haqqında şəhadətnamə ilə təmin etmələrini xahiş etmişdir. Bakı şəhəri Maraqlı şəxs cavab məktubu ilə aidiyyəti məhkəmə muraciət etməyi tövsiyyə etmişdir. BMT QAK-ın himayəsində olan şəxs Ərizəçi xx.xx.2024-cü il tarixədək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi, ev 0 ** ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Ərizəçi 0*.09.2002-ci il tarixdən 05.0*.2008-ci il tarixədək Azərbaycan Respublikası Təhsil Nazirliyi (indiki Elm və Təhsil Nazirliyi) Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi intenat məktəbində təhsil almışdır. Göründüyü kimi, o, “Ərizəçi kimliyi”lə formalaşmış bir şəxsiyyəti mövcuddur. Lakin onun doğulmağı faktını təsdiq edən heç bir sənədin olmadığı üçün onun şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi mümkün olmur, bu səbəbdən də, o, vətəndaşsızlıq vəziyyətinə düşmüşdür. Belə ki,o, 03.08.*992-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində anadan olsa da, onun doğum faktını, şəxsiyyətini və hər hansı bir ölkəyə vətəndaşlığının təsdiq edən sənədi yoxdur. Şəxsiyyəti təsdiq edən sənədi olmadığı üçün o, həm də vətəndaşsızlıq vəziyyətinə düşmüş və heç bir dövlətin himayəsindən effektiv istifadə edə, şəxsi və sosial münasibətlərə daxil ola və vətəndaş kimi hüquqlarımdan yararlana bilmir. Onun doğumu dövlət qeydiyyatına alınmayıb. Onun vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi üçün doğum faktının qeydə alınması və doğum haqqında şəhadətnamə ilə təmin olunmağı vacibdir. Belə ki, o, Azərbaycan Respublikasının ərazisində doğulmuş və 3* yaşı olmağına baxmayaraq, yuxarıda qeyd etdiyi səbəbdən bu vaxta qədər şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Buna görə də onun şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi üçün ilk öncə vətəndaşlıq mənsubiyyəti müəyyən edilməlidir. Bunun üçün də o, Dövlət Miqrasiya Xidmətinə doğum haqqında şəhadətnaməni təqdim etməlidir. O, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün doğum haqqında şəhadətnaməsini qeyd etdiyi səbəblərdən təqdim edə bilmədiyi üçün “onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” ilə əlaqədar icraatın aparılması mümkün olmur. Belə ki, o, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətimin müəyyənləşdirilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də, doğum haqqında şəhadətnaməsi olmadığı üçün onun müraciətilə bağlı icraat aparılması mümkün olmamışdır. Göründüyü kimi, şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi üçün onun doğum faktının qeydə alınması və doğum haqqında şəhadətnamə ilə təmin olunmağı vacibdir. Bunun üçün o, Bakı şəhəri Maraqlı şəxsnə doğulmağı faktını, vaxtını və yerini təsdiq edən sənəd təqdim etməlidir. Lakin yuxarıda qeyd etdiyi səbəblərdən hazırda o, Qeydiyyat Şöbəsinə belə bir Sənəd təqdim edə bilmir. Bu səbəbdən də onun doğum faktının həmin fakt məhkəmə qaydasında müəyyən olunduqdan sonra məhkəmənin qətnaməsi əsasında Qeydiyyat Şöbəsi tərəfindən qeydə alına bilər. Onun - Ərizəçi 20.05.*965-ci il təvəllüdlü, Azərbaycan Respublikasının Şamaxı rayonunda anadan olmuş, milliyyətcə azərbaycanlı olan, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxs X5 03.08.*992-ci il tarixdə Bakı şəhərində doğulmağı faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X3 ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*2 ifadə verərək bildirmişdir ki, o Şamaxıda anadan olmuşdur. Onun pasportu olmuş, lakin itmişdir. Onun həyat yoldaşının adı İntiqam olmuşdur. Şirxan onun oğludur. Ərizəçi 03.08.*992-ci il tarixdə doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirmişdir ki, Ərizəçi onun uşaqlıq dostudur. O, Şirxanla bir internatda oxumuşlar. Şirxan Mərdəkanda o isə Buzovnada yaşayır. Məhkəmə ərizəçi izahatını və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 23.**.2023-cü il tarixli, 3-*6-5/8-*5- *76*/2023 saylı məktubundan görünür ki, Ərizəçi aşağıdaki məzmunda cavab verilmişdir: “Maraqlı şəxsnə daxil olmuş ərizənizə əsasən bildirirsiz ki, 03.08.*992-ci il tarixdə ev şəraitində anadan olmusunuz. Sizin doğumunuzun qeydə alınması ilə bağlı ərizənizə cavab olaraq qeyd edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2008-cü il tarixdə *45 saylı Qərarı ilə təsdiq edilmiş “X2 dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndinə müvafiq olaraq doğumun qeydə alınması üçün aşağıdakı sənədlər qeydiyyat şöbəsinə təqdim edilməlidir: 2.5.* valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2 valideynlərin nikah haqqında şəhadətnamələri; 2.5.3 doğum faktı vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd (əsli); 2.5.4 uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; Göstərilən Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadığından uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərlə əlaqədar aidiyyəti məhkəməyə müraciət edə bilərsiniz.” İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin *7.07.2023-cü il tarixli, 3-37/2-Ş-6078-*8-07- *8682/2023 saylı arayışından görünür ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, 03.08.*992-ci il təvəllüdlü Shirkhan Shabaniyə (himayə sənədi N-982-*02*804*4) ondan ötrü ki, o, Dövlət Miqrasiya Xidməti tərəfindən 23 iyun 2023-cü il tarixindən 3* yanvar 2024-cü il tarixinədək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi, ev 0/** ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan Şamaxı Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ İİİ 053*40 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*2 20.05.*965ci il tarixdə Şamaxıda doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-37/2-Ş-48*5-26-*-08- *4397/2023 saylı məktubundan görünür ki, Ərizəçi aşağıdaki məzmunda cavab verilmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin *8.03.20*5-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.5-ci yarımbəndinə əsasən şəxsin doğum haqqında şəhadətnaməsinin (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd) surətinin əlavə olunması nəzərdə tutulur. Odur ki, qeyd olunan sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təqdim olunduqdan sonra Sizin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinizin müəyyənləşdirilməsi ilə əlaqədar icraat davam etdirilə bilər. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinin 26.*0.2023-cü il tarixli arayışından görünür ki, 20 may *965-ci ildə Şamaxı rayonunda anadan olmuş X*8 QiZlnın 03.08.*992-ci il tarixində doğulmuş oğlunun doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq” vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 26.*0.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs *8.*0.2023-cü il tarixli arayışından görünür ki, 20 may *965-ci ildə Şamaxı rayonunda anadan olmuş X*8 QiZlnın 03.08.*992ci il tarixində doğulmuş oğlunun doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq” vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə *9.*0.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Şamaxı rayon qeydiyyat şöbəsinin 25.*0.2023-cü il tarixli arayışından görünür ki, X5 03.08.*992-ci il tarixdə anadan olan qız və oğlan uşağı barəsində Şamaxı rayon qeydiyyat şöbəsinin akt qeydi kitablarından doğum haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları *990-*995-ci illər Şamaxı rayon qeydiyyat şöbəsinin akt qeydləri üzrə yoxlanılmışdır. İş materiallarında olan X2 Reyestri Xidmətinin 25.*0.2023-cü il tarixli məktubundan görünür ki, X*0 aşağıdaki məzmunda cavab verilmişdir: “Oğlunuzun doğumunun qeydə alınmadığı barədə arayışın istənilməsinə dair Ədliyyə Nazirliyinə daxil olmuş şikayətiniz araşdırılmışdır. Muraciətdə 03.08.*992-ci ildə ev şəraitində doğulmuş oğlunuzun doğum faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək istədiyinizi bildirərək onun doğumunun dövlət qeydiyyatına alınmadığı haqqında arayışın verilməsini xahiş edirsiniz. Sizinlə əlaqə saxlanılarkən ərizənizdə qeyd olunanlarla yanaşı oğlunuzun İntiqam Məhərrəmov adlı şəxslə faktiki nikah münasibətindən doğulduğunu və 4 nömrəli xüsusi internat məktəbində Ərizəçi adı ilə təhsil aldığını vurğulamısınız. Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən oğlunuz Ərizəçi (şərti adı ilə) doğumu haqqında hər hansı bir məlumat aşkar olunmamışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci və 2.6-cı bəndinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilir. Göstərilən əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yaranmış vəziyyətlə bağlı Sizə “oğlunuzun doğum faktının müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edilməsinə köməklik göstərilməsi təklif olunmuş, lakin siz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan nümayəndəliyindəki hüquqşunasın məsələ ilə məşğul olacağını bildirmisiniz. Qeyd edirik ki, məsələ ilə əlaqədar məhkəmənin müvafıq qərarından asılı olaraq müraciətinizə baxılacaqdır.” İş materiallarında olan *3.**.2023-cü il tarixli, 70/23 saylı arayışdan görünür ki, Ərizəçi həqiqətən 0*.09.2002-ci il tarixli 0*N-li əmrlə Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Respublika yardımçı internat məktəbinin (indi 4N-li İnternat tipli xüsusi ümumtəhsil məktəbi adlanır) *-ci sinfinə daxil olmuş, 05.0*.2008-ci il tarixli 3N-li protokola əsasən məktəbin 6-cı sinfindən valideyninin ərizəsi əsasında öz valideyninə qaytarılmışdır. İş materiallarında olan X*5 X*6 *5.*0.2023-cü il tarixli məktubunun surətindən görünür ki, 06.*0.2023-cü il tarixli ərizənizə cavab olaraq “X*5” X*6 rəhbərliyi bildirir ki, 03.08.*992-ci il tarixində kişi cinsindən olan uşağınızla birlikdə *992-ci ilin avqust ayında 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilməyiniz və stasionar müalicə almağınız haqqında *992-ci ilin doğum şöbəsinə xəstələrin qəbulu jurnalından hər hansı məlumat tapılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi Azərbaycan Respublikası ərazisində cinayət təqibi və ya məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. Bununla yanaşı qeyd edirik ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kollegiyasının 20*9-cu il *6 yanvar tarixli Q**-00*-*9 nömrəli qəran ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alınmış Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair təlimatın 8.6 bəndinə və 8.6.*. yarımbəndinə müvafiq olaraq şəxsin məhkumluğunun olub-olmaması barədə sorğu elektron rabitə kanalları və ya kağız daşıyıcıları vasitəsi ilə yoxlanılır. Tələbnamələr bu Təlimatla müəyyən olunmuş formada (9 nömrəli əlavə) tərtib edilir və hər bir yoxlanılan şəxsə dair ayrıca tələbnamə doldurulur, onun soyadı, adı, ata adı adlıq halda çap hərfləri ilə yazılır. Bu növ sorğuların icra prosesində operativliyi təmin etmək məqsədilə Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarında “Elektron tələbnamə” sorğu sistemi istismara verilmişdir. Gələcəkdə müvafiq məlumatların qısa müddətdə əldə olunması üçün ərazi polis orqanına müraciət etməyiniz tövsiyə olunur. İş materiallarında olan *3.03.2024-cü il tarixli, *8/24 saylı arayışdan görünür ki, həqiqətən də şəkildə olan şəxs 2002-2008-ci illərdə Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Respublika yardımçı internat məktəbində (indi 4N-li İnternat tipli xüsusi ümumtəhsil məktəbi adlanır) təhsil almış Ərizəçidır. Beləliklə, ərizəçi tərəfin izahatı və işin materialları ilə Ərizəçi 03.08.*992-ci il tarixində Bakı şəhərində anadan olması, milliyyətinin Azərbaycanlı olması, atasının “İntiqam”, anasının X*2 olması tam sübuta yetirildi. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bu müvafiq sənədlər olunmadığına görə onun doğum akt qeydinin verilməsində imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X2, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X2 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X2 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.*-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X2 dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən Azərbaycan Respublikası MPMnin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi ərizəçinin doğum akt qeydinin bərpa etməkdən və ona doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək məhkəmə hesab edir ki, ərizəçinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Şirxanın doğum akt qeydinin aparılmasından imtina etməsi nəticəsində Şirxannin adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə “Məhərrəmov İntiqam” la X8 birgə nikahından 03.08.*992-ci il tarixdə Bakı şəhərində oğlan uşağının doğulması ərizəçi tərəfin izahatı və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 20.05.*965-ci il təvəllüdlü, Azərbaycan Respublikasının Şamaxı rayonunda anadan olmuş, milliyyətcə azərbaycanlı olan, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxs X5 03.08.*992-ci il tarixdə Bakı şəhərində oğlan uşağının doğulması, soyadının “Şabani”, adının “Şirxan”, ata adının “İntiqam”, anasının X*2 -milliyyətinin Azərbaycanlı kimi olması faktının müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar