Məhkəmə qərarları › İş №2(003)-102/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-102/2021

06.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-102/2021 06.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi ilə aralarında bağlanmış 04 sentyabr 2006-cı il tarixli 182/06 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən ona icarəyə verilmiş Buzovna kəndinin Qızılqum sahəsindəki Dənizkənarı küçədə 600 kv.m torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsi üzərində onun sahiblik və istifadə hüquqlarının bərpa edilməsi, torpaq sahəsinin onun sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Bakı şəhəri, Xəzər rayonu, Buzovna Bələdiyyəsi arasında bağlanmış 04 sentyabr 2006-cı 1l tarixli 182/06 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Buzovna kəndinin Qızılqum sahəsindəki Dənizkənarı küçədə 600 kv.m torpaq sahəsi ona kənd təsərrüfatı məqsədilə 50 il müddətinə icarəyə verilmişdir. Həmin vaxtdan başlayaraq torpaq sahəsi icarə hüququ ilə onun sahibliyində və istifadəndə olmuş, torpağa dair müvafiq vergi və icarə haqqı onun tərəfindən hər il vaxtlı-vaxtında Buzovna Bələdiyyəsinə ödənilmişdir. Lakin bu yaxınlarda o torpaq sahəsinə gedərkən məlum olmuşdur ki, Cavabdeh icarəsində olan həmin torpaq sahəsinə özbaşına girərək torpaq sahəsinin böyük bir hissəsini, yəni 400 kv.m hissəsini zəbt etmişdir. Cavabdeh zəbt etdiyi torpağın həmin sahəsini mişar daşı (kubik) ilə hasarlamış, bundan sonra həmin torpaq sahəsində ev tikməyə, evin beton bünovrəsini tökməyə başlamışdır. Lakin hayküyü, təkidləri nəticəsində cavabdeh evi tikməyi dayandırmışdır. Müraciətləri əsasında aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, cavabdeh həmin torpaq sahəsini zəbt etmişdir. Belə ki, polis orqanında təhqiqat araşdırması zamanı hal şahidlərinin iştirakı ilə torpaq sahəsinə baxış keçirilmiş və protokol tərtib edilmiş, baxış zamanı fotoşəkillər çəkilərək toplanmış materiala əlavə edilmişdir. Baxış zamanı ətrafda yaşayanlar şifahi olaraq bildirmişdirlər ki, 2006-cı il tarixdə həmin torpaq sahəsi ona ayrılmış, 2006-cı ildən etibarən onun tərəfindən torpaq sahəsinin ətrafı mişar daşı ilə hasarlanmış və mütəmadi olaraq torpaq sahəsinə nəzarət edilmişdir Lakin həmin işin mülki xarakterli olduğu əsas gətirilərək Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı polis kapitanı Kamandar Ələsgərov tərəfindən cinayət işinin rədd edilməsi barədə 21.09.2019-cu il tarixli Qərar qəbul olunmuşdur. Cavabdehin heç bir hüququ olmadan və əlində torpaq sahəsinə dair heç bir sənəd olmadan qeyd olunan torpaq sahəsini özbaşına tutmuşdur. Həmin şəxsin göstərilən torpağa dair hər hansı bir sənədi də ola bilməz. Çünki yuxarıda göstərdiyi kimi torpaq sahəsi qanuni müqavilə əsasında 2006-cı ildən bəri onun icarəsindədir. Lakin buna baxmayaraq cavabdeh daha da irəliyə gedərək qanunsuz tutduğu, zəbt etdiyi həmin torpaq sahəsini yuxarıda göstərdiyi kimi hasarlayaraq həmin torpaq sahəsində ev tikməyə çalışır. Cavabdeh hal-hazırda da həmin qanunsuz hərəkətlərini açıqaşkar surətdə, nümayişkar şəkildə davam etdirir və heç kimə məhəl qoymur. Buna görə də, cavabdehin həmin torpaq sahəsindən çıxarılması və mənim torpaq sahəsinə sahiblik və istifadə hüquqlarımın bərpa edilməsi barədə qətnamə qəbul olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 04.09.2006-cı il tarixli 182/06 nömrəli torpaq sahəsinin icrayə verilməsi haqqında müqavilədən görünür ki, Buzovna bələdiyyəsi tərəfindən 600 kv/m torpaq sahəsi İddiaçı icraəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Reyestrdən verilmiş 17.02.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 83A saylı bağ sahəsi X2 mülkiyyətindədir. İş materiallarında olan 15.02.2020-ci il tarixli A 475137 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədindən görünür ki, 0,12 ha. torpaq sahəsinə dair hüquqi sahibi kimi X2 adına olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 83A saylı bağ sahəsnin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin **********56 saylı, 023.12.2020-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Buzovna bələdiyyəsinin 04.09.2006-cı il tarixli, 182/06 nömrəli torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləyə əlavə edilmiş torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən, mübahisəli torpaq sahəsinin, Bakı şəhəri Xəzər rayonu Buzovna bələdiyyəsinin 04.09.2006-cı il tarixli, 182/06 nömrəli torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləyə əsasən icarəyə verilmiş Buzovna kəndinin Qızılqum sahəsindəki Dənizkənarı küçəsi 600 m2 torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Elektron baza məlumatlarına əsasən müəyyən olundu ki, iddia olunan torpaq sahəsinin bir hissəsi, Reyestr nömrəsi **********04 olub, Cavabdeh adına verilmiş plan-ölçü sənədində göstərilən və koordinatları məlum olan yer ilə üst-üstdə düşür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.02.2021-ci il tarixli, 10/550 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna bələdiyyəsinin 04.09.2006-cı il tarixli, 182/06 nömrəli torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləyə əlavə edilmiş torpaq sahəsinin yerləşmə sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən, mübahisəli torpaq sahəsinin, Bakı şəhəri, Xəzər rayonu, Buzovna bələdiyyəsinin 04.09.2006-cı il tarixli, 182/06 nömrəli torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləyə əsasən icarəyə verilmiş Buzovna kəndinin Qızılqum sahəsindəki Dənizkənarı küçəsi 600 m2 torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. İddia olunan torpaq sahəsinin bir hissəsinin, Reyestr nömrəsi **********04 olub Cavabdeh adına verilmiş plan-ölçü sənədində göstərilən və koordinatları məlum olan yer ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. İş materiallarında olan Mərdəkan qəsəbə inzibati ərazi dairsə nümayəndəliyinin 23.04.2021-ci il tarixli 105 nömrəli məktubunda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitesi yanında DƏDRX tərəfindən verilən 15.02.2020-ci il və 20.06.2018-ci il tarixli müvafiq olaraq A 475137 saylı və A 300921 saylı torpaq sahələrinin planı və ölçüsünə əsasən vətəndaş X3 vənlən 83A saylı və vətəndaş X4 verilən 83B saylı bağ sahələri Mərdəkan qəsəbəsinin inzibati ərazisində yerləşir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə tərəfindən təyin edilmiş ekspertza tədqiqatının nəticəsi olaraq müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Buzovna bələdiyyəsinin 04.09.2006-cı il tarixli, 182/06 nömrəli torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləyə əsasən icarəyə verilmiş Buzovna kəndinin Qızılqum sahəsindəki Dənizkənarı küçəsi 600 m2 torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Elektron baza məlumatlarına əsasən müəyyən olundu ki, iddia olunan torpaq sahəsinin bir hissəsi, Reyestr nömrəsi **********04 olub, Cavabdeh adına verilmiş plan-ölçü sənədində göstərilən və koordinatları məlum olan yer ilə üst-üstdə düşür. Məhkəmə həmçinin müəyyən etdi ki, A 475137 saylı və A 300921 saylı torpaq sahələrinin planı və ölçüsünə əsasən vətəndaş X3 vənlən 83A saylı və vətəndaş X4 verilən 83B saylı bağ sahələri Mərdəkan qəsəbəsinin inzibati ərazisində yerləşir. Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçı ona icarəyə verilən torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş olduğunu iddia etsə də, bu halının mövcudluğunu sübut edə bilməmişdir. Belə olan təqdirdə məhkəmə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi ilə aralarında bağlanmış 04 sentyabr 2006-cı il tarixli 182/06 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən ona icarəyə verilmiş Buzovna kəndinin Qızılqum sahəsindəki Dənizkənarı küçədə 600 kv.m torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsi üzərində onun sahiblik və istifadə hüquqlarının bərpa edilməsi, torpaq sahəsinin onun sahibliyinə və istifadəsinə verilməsi barədə iddia tələbini əsassız sayır və belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssisslərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 100 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutulmalıdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində hazırlanmış mütəxəssiss rəyinin verilməsinə dair çəkilən xərclərin dəyəri 88,20 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 100 manat və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində hazırlanmış mütəxəssiss rəyinin verilməsinə dair çəkilən xərclərin dəyəri 88,20 manat İddiaçı tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi ilə aralarında bağlanmış 04 sentyabr 2006-cı il tarixli 182/06 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən ona icarəyə verilmiş Buzovna kəndinin Qızılqum sahəsindəki Dənizkənarı küçədə 600 kv.m torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsi üzərində onun sahiblik və istifadə hüquqlarının bərpa edilməsi, torpaq sahəsinin onun sahibliyinə və istifadəsinə verilməsi barədə iddia rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə aparılmış mütəxəssiss tədqiqatının dəyəri olan 88,20 manat məbləğində pul İddiaçı tutulub Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” ASC-nin Xətai filialı, Kod: 200071, VÖEN: (bank) **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, SWİFT:AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, hesab N: AZ23AİİB******************** hesabına köçürülsün Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar