Məhkəmə qərarları › İş №2(003)-102/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-102/2022

14.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-102/2022 14.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı, İlk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılması tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı müvafiq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi və çəkilmiş xərclərin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı övladları xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010cu il təvəllüdlü X6 əşyaları ilə birlikdə ona məxsus ünvan 1 ünvanından çıxarılmalarını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, ev 1, 29 saylı mənzil 24 may 2002-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Cavabdeh 2006-cı ildə mənim oğlu X9 ilə nikaha daxil olaraq həmin evə cehiz əyyaları ilə gəlin gəlmişdir. Onların birgə nikahdan 2 övladı anadan olmuşdur. 2021-ci ilin 3 may tarixində Cavabdeh onun oğlu ilə aralarında olan nikah pozulmuşdur. Cavabdeh ona məxsus evdən çıxmır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 5000 manat məbləğində kompensasiya ödənilməklə məxsus ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzilin təmiri üçün çəkdiyi 8000 manat xərclərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırlmışdır ki, o, 2006-cı ildə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlu X10 rəsmi qaydada nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X11 adlı iki övladları anadan olmuşdur. O, cavabdehin oğlu və 2 azyaşlı övladı cavabdehin razılığı ilə həmin mənzilə rəsmi qaydada qeydiyyiyata düşmüş və hazırda da həmin mənzildə yaşayırlar. Onlar ailə qurandan 2 il sonra cavabdeh mənzildən köçüb digər övladının evində yaşamışdır. Mübahisəli mənzil köhnə təmirli olduğundan istismar müddətində yararsız vəziyyətə düşmüşdür. Bu səbəbdən o 2016-2019-cu illər ərzində mənzilin təmirini öz hesabına həyata keçirmiş və həmin məqsəd üçün ümumilikdə 8000 manat xərci çıxmışdır. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etdi və iddia ərizənin məzmununa oxşar izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbini etiraf etməyərək, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti texniki invertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin xx.xx.2002-ci il tarixli seriya ÖM 110147 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, ev 1, 29 saylı mənzil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Bakİelektromarşın ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 07 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, ev 1, 29 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan Bakİelektromarşın ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 06 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, ev 1, 29 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7829/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Xəzər Rayon Polsi İdarəsinə qarşı Cavabdeh və azyaşlı övladları xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 əşyaları ilə birlikdə ona məxsus ünvan 1 ünvanından çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7829/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarının təsviri hissəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********19 nömrəli məktubundan görünür ki, X2, X3 və X1 mənzildə istifadə hüquqlarının qeydə alınması ilə bağlı məlumat aşkar edilmədiyi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, ev 1, 5 b saylı mənzilin sakini X12, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, ev 1, 37 saylı mənzilin sakini X8 və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, ev 1, 22 saylı mənzilin sakini X13 tərəfindən tərtib edilmiş aktda Cavabdeh, X5 və X14 həqiqətən xx.xx.2021-ci il tarixdən evdə yaşamırlar. İş materiallarında olan Bakİelektromarşın ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 09 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı Daskirəli qızı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, ev 1, 29 saylı mənzildə qeydiyyatdadır və gəlini Cavabdeh və onun nəvələri X5 və X14, qonşular tərəfindən tərtib olunmuş, təsdiqlənmiş xx.xx.2022-ci il akt əsasən bu mənzildə xx.xx.2021-ci il tarixdən yaşamırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, ev 1, 29 saylı mənzil İddiaçı mülkiyyətindədir. İlk iddia üzrə cavabdeh 2021-ci il tarixdə mübahisəli mənzildə yaşamırlar. Hazırda ilk iddia üzrə iddiaçı Cavabdeh azyaşlı övladları xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 əşyaları ilə birlikdə ona məxsus ünvan 1 ünvanından çıxarılmalarını xahiş edir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələblərindən göründüyü kimi mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Hazırda həmin mübahisəli evdə Cavabdeh məxsus əmlakın olması İddiaçı mülkiyyətindən maneəsiz istifadə etmək hüquqlarını məhdudlaşdır ki, bu da onun konstitusion hüquqlarının pozulması ilə nəticlənir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçının iddiası təmin edilməli Cavabdeh azyaşlı övladları xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 əşyaları ilə birlikdə ona məxsus ünvan 1 ünvanından çıxarılmalarıdırlar. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd edir ki, qarşıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı 5000 manat məbləğində kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzilin təmiri üçün çəkdiyi 8000 manat xərclərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilkin olaraq qarşılıqlı iddia üzrə iddiaçının cavabdeh İddiaçı 5000 manat məbləğində kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi hissəsinə münasibətdə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7829/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarının təsviri hissəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********19 nömrəli məktubundan görünür ki, X2, X3 və X1 mənzildə istifadə hüquqlarının qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi mülki qanunvericiliyin tələblərinə əsasən mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və məhz qeydə alınmış hüququn xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Məhz hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış şəxsin yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İşin faktiki hallarından göründüyü kimi ilk iddia üzrə cavabdeh kompensassiya ödənilməklə istifadə hüququna xitam verilməsini tələb etsə də, hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması halı aşkar edilməmişdir. Həmçinin də məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə cavabdehoin subeyektiv hüququ müəyyən edilmir. Belə təklif subyektiv hüquq baxımından ancaq mülkiyyətçıyə məxsusdur. İstifadə hüququ olsa bələ şəxsin kompensasiya ödənilməklə onun istifadə hüququna xitam verilməsi tələbi ilə çıxış etməyə subyektiv hüququ çatmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona 5000 manat məbləğində kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilə bilməz. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin təmiri üçün çəkdiyi 8000 manat xərclərin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında izahat vermiş Cavabdeh evin təmiri ilə bağlı 8000 manat xərc çəkildiyini bildirsə də, buna dair sübut təqdim edə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin təmiri üçün çəkdiyi 8000 manat xərclərin ödənilməsi hissəsinə münasibətdə də rədd edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ilk iddia təmin edilməli, qarşılqlı iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia təmin edilsin. Cavabdeh azyaşlı övladları xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 əşyaları ilə birlikdə ona məxsus ünvan 1 ünvanından çıxarılsınlar. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı cavabdeh İddiaçı 5000 manat məbləğində kompensasiya ödənilməklə məxsus ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzilin təmiri üçün çəkdiyi 8000 manat xərclərin ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar