Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1028/2022 15.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi, ev 2, 3 saylı mənzilində istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi, ev 2, 3 saylı mənzili 13 may 1983-cü il tarixli order əsasında ona verilmişdir. Cavabdehlər onun qızlarıdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər həmin ünvanda qeydiyyatdadır. ünvan 1ylı arayışdan görünür ki, Cavabdeh1 18.12.2002-ci il tarixdən həmin ünvanda yaşamır. ünvan 2yışdan görünür ki, Cavabdeh2 11.03.2018-ci il tarixdən həmin ünvanda yaşamır. Cavabdeh Təvəkgüli X2 ərə gedib və İstanbul şəhərində yaşayır. Bu barədə müvafiq sənədi ərizəsinə əlavə edilmişdir. Cavabdehlər 1983-cü ildən etibarən ailə üzvü kimi mübahisəli mənzildə yaşadığından və daha sonra Cavabdeh1 18.12.2002-ci il tarixdən, Cavabdeh2 11.03.2018-ci il tarixdən evdən köçərək yaşamaq üçün daimi olaraq başqa ünvana getdiyindən istifadə hüququnun yaranması və itirilməsi ilə bağlı məsələlər də məhz həmin vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun həll edilməlidir. Qeyd olunanlara əsasən, cavabdehin onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi, ev 2, 3 saylı mənzilində istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X3 ifadəsində göstərmişdir ki, iddiaçını 6 ildir tanıyır. Mübahisəli evdə iddiaçının oğlu, gəlini, nəvələri və həyat yoldaşı yaşayır.İddiaçı Ofeliya 4 ildir, Aynurə 20 ildir ailə qurub həmin ünvandan gedib. Digər şahid X1 ifadəsində göstərmişdir ki, iddiaçı 1983-cü ildən onun qonşusudur. O, digər şahidin ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə, iddiaçının izahatını, eləcə də şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi, ev 2, 3 saylı mənzili 13 may 1983-cü il tarixli 212487 nömrəli order əsasında İddiaçı verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon MKTB-nın 131 saylı MKİS-nin 21 yanvar 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadır, lakin 11.03.2018-ci il tarixdən orada yaşamır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon MKTB-nın 131 saylı MKİS-nin 21 yanvar 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında qeydiyyatdadır, lakin 18.12.2002-ci il tarixdən orada yaşamır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, iddiaçının qızları olan cavabdehlər ünvan 3 ünvanında müvafiq olaraq qeydiyyatda olsalar da, Cavabdeh2 2018, Cavabdeh1 2002-ci il tarixdən orada yaşamır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırki iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri 2009-cu ilədək yarandığından məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt, yəni 2009cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Beləliklə, məhkəmə, şərh olunanları, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə almış və belə nəticəyə gəlmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının ailə üzvü kimi ona məxsus yaşayış sahəsindən istifadə hüququna malik olsa da, lakin müvafiq olaraq 2002 və 2018-ci ildən həmin ünvandan köçərək başqa ünvanda daimi yaşamağa başlamasını nəzərə alaraq, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi, ev 2, 3 saylı mənzilində istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Əhmədov küçəsi, ev 2, 3 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1028/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1028/2022
15.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver