Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1030/2023 25.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iki azyaşlı övladı ilə cavabdehə məxsus Bakı şəhəri, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsindəki 51A nömrəli evə köçürülməkləri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 07 sentyabr 2011-ci il tarixdə faktiki və rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Bu nikahdan xx.xx.2013-cü ildə Quliyeva Mələk və xx.xx.2015-ci ildə Quliyeva Nigar adında iki övladları anadan olub. Əvvəllər münasibətləri normal olsa da, sonradan münasibətləri pisləşmiş və Xəzər rayon Məhkəməsinin qətnaməsi ilə nikahlarına xitam verilib. O, cavabdehin valideyinlərinə məxsus evin Bakı şəhəri, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsindəki 51A nömrəli evə gəlin gəlmiş və həyətdə cavabdehlə birlikdə inşa etdirdikləri mənzildə yaşamış və hazırda pasport qeydiyyatdadır və ona və övladlarına aid bütün əşyalar oradadır. Onun qeydiyyatda olduğu və əşyalarının yerləşdiyi mənzilə qayıtmağına əngəl olunur. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 2 saylı evin həyətində tikilmiş 5 otaq və 1 mətbəxli mənzilə iki azyaşlı övladı ilə köçürülməkləri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə verdiyi izahatında iddianı etiraf edərək bildirdi ki, o, İddiaçı ilə 2011-ci ilin sentyabr ayında ailə quraraq, iddiaçını ünvan 1 ünvanında yerləşən, valideynlərinə məxsus həyətdə valideynləri tərəfindən, o ailə quranadək inşa və təmir edilmiş fərdi yaşayış evinə gəlin gətirmişdir. Onların iddiaçı ilə birgə nikahından iki övladı vardır, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7. İddiaçı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, nikahın pozulmasının əleyhinə olmağına , eyni zamanda ailənin qorunması üçün israr və təkidinə baxmayaraq, iddiaçının iddia tələbinə əsasən nikahları Xəzər rayon məhkəməsi tərəfindən pozulmuşdur. Nikahın pozulmasına baxmayaraq, o, bu günə qədər ailənin yenidən bərpa olunmasını və həyat yoldaşı ilə, övladları ilə birlikdə xoşbəxt yaşamaq istəyir. Eyni zamanda, iddiaçının onun yaşadığı mənzilə köçüb yaşamasına heç zaman maneə törətməmişdir. Əksinə, bu günə qədər həyat yoldaşı İddiaçı və övladlarının evə geri qayıtmasını səbirsizliklə gözləyir. Bu səbəbdən hazırkı iddia tələbini qəbul edir və həyat yoldaşı İddiaçı övladları Mələk və Nigarla birlikdə ünvan 2 saylı evin həyətində tikilmiş 5 otaq və 1 mətbəxli mənzilə köçməsinə tam razıdır. Məhkəmədə şahid qismində iştirak edən X10 ifadəsində göstərdi ki, cavabdehin atasıdır. İddiaçı 2011-ci ildə mübahisəli evə gəlin gəlib. Mübahisəli ev ona məxsus torpaq sahəsində tikilib. Həmin torpaq sahəsində iki ev vardır. Həmin evi biri köhnədən olmaqla ona məxsusdur. Həmin evdə arvadı ilə birlikdə yaşayır. Torpaq sahəsində olan digər özbaşına tikilidə isə oğlu. Gəlini və nəvələri yaşayıb. İddiaçı 2011-ci ildə həmin özbaşına tikiliyə gəlin gəlib. Gəlin gəldiyi gündən həmin özbaşına tikilidə yaşamışdır. Digər şahid X1 ifadəsində göstərdi ki, cavabdehin anasıdır. ünvan 2 ünvanında həyətdə iki ev vardır. İddiaçı və cavabdeh həmin həyətdəki 5 otaq və 1 mətbəxli mənzildə yaşamışlar. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X2 ilə xx.xx.2011-ci ildə nikaha daxil olmuş, arvada Quliyeva soyadı verilmişdir. İş olan doğum haqqında şəhadətnamələrin surətindən və elektron portal çıxarışından görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 doğulmuşdur. İşdə olan Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2036/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsində 951 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X3 İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193,0 manat olmaqla, cəmi 386,0 manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh xx.xx.2011-ci ildə nikaha daxil olaraq, cavabdehin valideynlərinə məxsus ünvan 2 saylı evin həyətində tikilmiş 5 otaq və 1 mətbəxli mənzildə yaşamışlar. Tərəflər arasında ailə münasibətlərinin pozulması səbəbindən, iddiaçı uşaqları xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 ilə birlikdə həmin mənzili tərk etmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək, uşaqları xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 2 saylı evin həyətində tikilmiş 5 otaq və 1 mətbəxli mənzilə köçürülmələrini xahiş etmiş, Cavabdeh iddianı qəbul edərək iddiaçının uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçmələrinə etiraz etməmişlər.Eyni zamanda, məhkəmə iclasında müəyyən olunur ki, mübahisəli ev müvafiq icazə sənədləri alınmadan inşa edilmişdir və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Həmin evin hər hansı bir hüquqmüəyyənedici sənədi olmadığından özbaşına tikili sayılır. Belə ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Hazırki mübahisə isə özbaşına tikiliyə köçürülmə və ondan istifadə hüququnun tanınması ilə bağlı tələblərdir ki, Mülki Məcəllənin qeyd edilən normasında həmin münasibətləri tənzimləyən normalar yoxdur. Özbaşına tikilidən bir iqtisadi dəyər kimi yararlanmanı tənzimləyən norma(lar)ın mövcud olmadığına istinad etməklə, iddiaçının qeyd edilən evə köçürülməsi tələbinin rədd edilməsi mübahisə predmeti olan fərdi yaşayış evində yaşamış, həmin evdə faktiki sahibi ilə birlikdə təsərrüfat işləri aparmış və həmin evə münasibətdə artıq iqtisadi marağı formalaşmış İddiaçı münasibətdə ədalətli məhkəmə araşdırması hüququnu məhdudlaşdıra bilər. Bu hal isə qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır və yolverilməzdir. Mübahisə, dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Analoji mübahisələrin həlli ilə bağlı vahid məhkəmə təcrübəsinin yaranmasına zərurət var və Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2. maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3. maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4. maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin iddianı tam etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, cavabdehin etirafının qəbul edilməsi işin hallarına uyğundur, odur ki, iddianın təmin edilərək İddiaçı ünvan 2 saylı evin həyətində tikilmiş 5 otaqlı və 1 mətbəxdən ibarət özbaşına tikiliyəköçürülməlidir. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. İddiaçının həmin evə köçürülməsi qərara alındığından və onun 14 yaşına çatmamış uşaqları da iddiaçının himayəsində olduğundan iddiaçının uşaqları xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 iddiaçı ilə birlikdə həmin evə köçürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı uşaqları xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 2 saylı evin həyətində tikilmiş 5 otaqdan və 1 mətbəxdən ibarət özbaşına tikiliyə köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1030/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1030/2023
25.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver