Məhkəmə qərarları › İş №2(003)-1045/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1045/2022

04.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1045/2022 04.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m üə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X4 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.Vahid küçəsi, döngə 13, 8 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.Vahid küçəsi döngə 13, 8 saylı fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayır. Qeyd olunan yaşayış evini onun atası X8 dostu - Əli Bakı şəhərində qeydiyyatda olduğu üçün yuxarıda qeyd edilən fərdi yaşayış evinin Əlinin adına sənədləşdirmişdir. Atası rəhmətə getdikdən sonra iddiaçı atasının dostu Əli ilə həmin fərdi yaşayış evini alğısatqı yolu ilə evin tam mülkiyyətçi olaraq adına keçirmişdir. Atası sağ olanda bibisi Cavabdeh həmin evdə müvəqqəti (bibisi öz evini inşa edənədək) yaşamağa icazə vermişdir. Atası rəhmətə getdikdən sonra bibisi həmin evdən çıxmayıb. Bu günədək həmin evdə heç bir hüququ olmadan yaşayır və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquqlarını pozur. Onun qanunvericiliklə müəyyən olunmuş hüquqlarını məhdudlaşdırır. Ona görə cavabdehin həmin evdən çıxarılması barədə məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Məhkəmənin iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, evi onun əri alıb və bunu təsdiq edəcək şahidləri də var. Belə ki, qeyd olunan mənzili onlar alanda öz adlarına ala bilmədiyindən qohumları X15 adına almışlar. Həmin mənzil alınan gündən onun istifadəsindədir. İdiaçının həmin mənzilə hər-hansı aidiyyatı yoxdur. İddiaçıı Əli Hüseynovla formal müqavilə bağlamaqla həmin mənzili öz adına rəsmiləşdirmişdir. İddia təmin olunmamasını xahiş etdi. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, X23 faktiki olaraq ona məxsus olan - Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.Vahid küçəsi, döngə 13-də yerləşən 8 nömrəli fərdi yaşayış evini, özünün qohumu İddiaçı formal olaraq satmaqla, etibardan sui-istifadə yolu ilə dələduzluq cinayəti nəticəsində mənimsəmişdir. Bildirir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.Vahid küçəsi, döngə 13-də yerləşən 8 nömrəli fərdi yaşayış evini və evin yerləşdiyi torpaq sahəsini həyat yoldaşı X16, 12 iyul 2005-ci il tarixdə Binə qəsəbəsində, “Binə Ticarət Mərkəzinin ərazisində yerləşən “Cıdır Düzü” kafesində şahidlər X5, X6, X11 və X1 iştirakları ilə 18000,0 (on səkkiz min) manat ödəməklə X3 almışdır. Bu barədə, X12 tərəfindən şəxsən icra olunmaqla, müvafiq qəbz tərtib edilmişdir. Cavabdeh, ailə üzvləri və yaxın qohumları Şuşa şəhərindən məcburi köçkün olduqları üçün evi öz adına rəsmiləşdirə bilmədilər. Xəzər (həmin vaxt Əzizbəyov) Rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbəsi İnzibati Dairəsi üzrə Nümayəndəliyində onlara bildirdilər ki, həmin evin heç bir sənədi olmadığı üçün, evin özəlləşdirilməsi üçün tələb olunan ilkin sənədləri, yəni evin tikintisi və istismara qəbulu haqqında aktı yalnız Binə qəsəbəsində qeydiyyatı olan hər hansı şəxsin adına vermək olar. Belə olan halda qaynı X19 öz yeznəsi (bacısının əri) X15 etibarlı şəxs kimi məsləhət gördü və onlar da razılaşdılar. Əlinin özü də razılığını bildirdi və bu iş üçün ona 200,0 (iki yüz) manat məbləğində “şirinlik” verdilər. Həmin vaxt qohumların məsləhəti ilə adlarını yuxarıda qeyd etdiyi şəxslərin iştiraki ilə elə həmin kafedə 15 iyul 2005-ci il tarixdə bu hal da aktlaşdırılmışdır. Bundan sonra aldıqları yarıtikili evi tam təmir edib ailə üzvləri ilə birlikdə oraya köçdülər. Artıq 2 aydan sonra, 2005-ci ilin sentyabr ayında X13 adına, Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış aldıq və Əli həmin ev üzərində sərəncam vermək hüququna dair həyat yoldaşı Tahir Nəsirova etibarnamə verdi. Evə qaz, işıq, su xətləri və telefon çəkdirdilər və həyat yoldaşı Tahir Nəsirovun adına müvafiq sayğacları quraşdırdıq. Hətta 2006-cı ildə həmin evi girov qoyaraq, "xxxx" QSC-dən kredit götürdülər. Bundan sonra Əli həyat Tahir Nəsirova dedi ki, ev sənəd üzərində onun adında olduğu üçün evlə bağlı hər hansı məsələ həll olunarkən müxtəlif idarə və təşkilatlara gedib-getməkdən bezib və bildirdi ki, evi öz adınıza keçirin. Biz sənədləri hazırlayan zaman Əli, evi Tahir Nəsirovun adına keçirmək üçün ondan 10000,0 (on min) manat pul tələb etdi. Onlar etiraz etdilər. Nəticədə onunla aralarında narazılıq yarandı, bu barədə Əlinin qaynı Musaya və digər qohumlara bildirdik, lakin onlar da ona təsir göstərə bilmədilər və sonradan onlara məlum oldu ki, Əli həmin evə dair yeni sənəd alaraq onlardan xəbərsiz İddiaçı formal olaraq satmışdır. Qeyd edir ki, nə X23, nə də ki İddiaçı heç vaxt həmin evdə olmamışlar. Sadəcə, ona pul vermədiyinə görə onunla aralarında narazılıq yarandığından, eləcə də Nərgizlə müəyyən səbəblərdən narazılıq olduğundan, Əli, Nərgizlə evə dair formal olaraq, alqı-satqı müqaviləsi bağlamışdır. Bildiyinə görə ev guya ki, 7000 (yeddi min) manata satılmışdır, halbuki evin dəyəri ən azı 40000 (qırx min) manatdır. Həmçinin Əli həmin ev üzərində sərəncam vermək hüququna dair həyat yoldaşı Tahir Nəsirova etibarmamə vermişdir. Qeyd olunan etibamamə ilə Tahir Nəsirov həmin evi sata bilərdi. X33 məxsus olsaydı, onda Əli cavabdehin həyat yoldaşına belə bir etibarnamə verməzdi. Bütün kommunal xidmətlər həyat yoldaşı Tahir Nəsirovun adına gəlməzdi. Bunları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında bildirdi ki, o cavabdehin qardaşı, iddiaçının isə əmisidir. Sözügedən evi bacısının əri Tahirin aldığını eşidib. Həmin evdə alındığı gündən cavabdeh yaşayır. Həmin evlə idiaçının hər-hansı bağlılığı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X7 izahatında bildirdi ki, o cavabdehin qardaşı, iddiaçının isə əmisidir. Sözügedən ev Cavabdehdır. Məhkəmə iclasında şahid qismində dindirilən X16 izahatında bildirdi ki, evi Məmmədov Elman adlı şəxsdən 2005-ci ildə 18000,0 manata o alıb.Sənədi olmadığından Bakı qeydiyyatında olan adamın adına almalı olub. Məhkəmə iclasında şahid qismində dindirilən X17 izahatında bildirdi ki, o, Azadə ilə quda olub. 2005-2006-ci illərdə Nərgizin atası onun yanında 15000,0 manat pulunu verib o evi alıb. Ev tam hazır idi. Həmin evə qonşuluqda yaşayıb. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 188853 saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.Vahid küçəsi döngə 13, ev 8 ünvanı 06.01.2022-ci ildə İddiaçı adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 28.12.2021-ci il tarixli 04/8859 saylı X2 Yaşayış evinin Texniki Pasportunun sürətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.Vahid küçəsi döngə 13, ev 8 ünvanı 06.01.2022-ci ildə İddiaçı məxsusdur. İş materiallarında olan AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən” görünür ki, İddiaçı X9 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.Vahid küçəsi döngə 13, ev 8 ünvanında yerləşən fərdi evi satın almışdır. İş materiallarında olan AA № 202783 saylı “Məcburi Köçkün” vəsiqəsindən görünür ki, İddiaçı Şuşa şəhərindən köçkün düşərək Xəzər (Əzizbəyov) rayonunda məskunlaşıb. Beləliklə, iş materiallarından müəyyən olundu ki, evin tam mülkiyyətçisi İddiaçıdır. Cavabdeh iddiaçıya məxsus olan mübahisəli evdə yaşayır. Cavabdeh həmin mənzildə qeydiyyatda deyildir. Mübahisəli ev 06.01.2022-ci ildə İddiaçı adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.Vahid küçəsi döngə 13, ev 8 ünvanında olan mnzilinə hər hansı bir hüquqları mövcud olmayan cavabdehin bu mənzildə yaşaması iddiaçının mənzilə olan mülkiyyət hüquqlarını məhdudlaşdıran hal olduğundan iddia tələbi əsaslıdır və cavabdeh həmin mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh mübahisəli mənzildən çıxarılmalıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdeh mübahisəli mənzildən könüllü olaraq çıxmaması nəticəsində İddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli mənzildən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Cavabdeh tərəfindən mübahisə predmeti olan mənzilin onun qanuni sahibliyində və istifadəsində olması halı ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə Azərbaycan Respublikası MM-in 157.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olduğundan, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.Vahid küçəsi döngə 13, ev 8 ünvanında yerləşən fərdi evdən çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddia tələbi təmin olunsun . Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.Vahid küçəsi döngə 13, ev 8 ünvanında yerləşən fərdi-yaşayış sahəsindən çıxarılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar