Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1048/2023 25.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs X3 iştirakları ilə, Ərizəçi – hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun *8.05.2020-ci il tarixdə ev şəraitində doğulmuş övladı X4 atasının X*0, anası Ərizəçi, milliyəti azərbaycanlı, doğum tarixinin *8.05.2020-ci il, doğum yeri Bakı şəhəri olmaqla doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək *8.05.2020-ci il tarixdə ev şəraitində doğulmuş övladı X4 atasının X*0, anasının Ərizəçi, milliyəti azərbaycanlı, doğum tarixinin *8.05.2020-ci il, doğum yeri Lerik rayonu, Orand kəndi olmaqla doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, *5.*2.*996-cı il təvəllüdlü X*0 ilə 20*8-ci ildə faktiki nikaha daxil olaraq ailə qurmuşlar. Sonradan 08.*0.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur və nikahları 5 saylı Bakı “Asan” Xidmət mərkəzi Qeydiyyat şöbəsində 4482 nömrə ilə qeydə alınmışdır. Faktiki nikahlarından *8.05.2020-ci il təvəllüdlü X*2 adlı övladları dünyaya gəlmişdir. O, ailəsi ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozu ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşayır. Maddi imkanları çox aşağı olması ilə əlaqədar xəstəxana xərclərini ödəyə bilmədiklərinə görə həkim qeydiyyatına durmamışdır. Bacısının nişanı ilə əlaqədar olaraq Lerik rayonu Orand kəndində yerləşən atası evinə getmişdir. Bir muddət orada qalmışdır. Bacısının nişan günü anidən sancılar başlamışdır. Uşağın doğuşu evdə qaynanasının, digər qohumların və qonşuların iştirakı və köməyi ilə həyata keçirilmişdir. Hazırda övladı Ü.R.Təhməzov 29 saylı Birləşmiş şəhər Xəstəxanasında qeydiyyatdadır və tam sağlam uşaqdır. Belə ki, həmin uşaq ev şəraitində doğulduğundan doğum haqqında şəhadətnaməsi yoxdur və buna görə də uşaq bağçasına getmək yaşı yetişsə də sənədi olmadığından heç bir uşaq bağçasına onu göndərə bilmir. Sənədinin olmaması digər dövlət orqanlarına müraciət etmək hüququnu da məhdudlaşdırır. Onun övladının doğum haqqında şəhadətnaməsinin verilməməsi onun və övladının dövlətdən sosial yardım almaq, qeydiyyata düşmək, övladının bağçaya və məktəbə getmək və sair hüquqlarını pozduğundan doğum faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında maraqlı şəxs R.X.Təhməzov məhkəmədə göstərmişdir ki, Ərizəçi ilə 20*8-ci il tarixdə qeyri-rəsmi nikaha daxil olmuşlar. *8.05.2020-ci il tarixində baldızının nişan mərasimi ilə əlaqədar olaraq Lerik rayonu Orand kəndinə qonaq getmişdir. Nişan məclisi bitdikdən biraz sonra yoldaşının sancıları başlamışdır. Həmin kənd xəstəxanadan uzaq olduğundan vaxtında çata bilməyəcəklərini anlayıb doğuşu evdə həyata keçirmişlər. Uşağın doğuşu evdə anasının, bacılarının və qonşuların iştirakı və köməyi ilə həyata keçirilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X** ifadəsində bildirdi ki, o, ərizəçinin qardaşıdır. Hal-hazırda Lerik rayonunda yaşayır. X*3 20*8-ci ildə el adəti ilə ailə qurmuşlar. Lakin rəsmi nikaha girməmişlər. Digər bacısının nişan məclisi rayonun Orand kəndində olmuşdur. *8.05.2020-ci il tarixdə nişan günü bacısı doğum həyata keçirmiş və övladı X*2 dünyaya gəlmişdir. Doğuşa bacısının qaynanası, baldızları və qonşuları kömək etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 ifadəsində göstərdi ki, o, ərizəçinin baldızıdır. Ərizəçi ilə Rəşad Təhməzov 20*8-ci ildə el adəti ilə ailə qurmuşlar. Tez-tez ərizəçinin evinə gedib ziyarət etmişdir. Onu hamilə olan vaxt görmüşdür. *8.05.2020-ci il tarixdə nişan günü baldızı doğum həyata keçirmiş və övladı X*2 dünyaya gəlmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində bildirdi ki, o, ərizəçinin baldızıdır. Səbinənin bacısının nişan mərasimi ilə əlaqədar qohumlarla birlikdə *8.05.2020ci il tarixində Lerik rayonu Orand kəndinə getmişlər. Səbinənin atasıgilin yaşadıqları yer ucqar kənd olduğundan xəstəxanaya getmək üçün çox vaxt tələb olunur. Bu səbəbdən doğum ev şəraitində olmuşdur. Doğum zamanı o, da evdə olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 ifadəsində bildirdi ki, hal-hazırda Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yaşayır. Ərizəçi ilə qonşudurlar və gündəlik ünsiyyətdə olurlar. Eyni zamanda uzaq qohumdurlar. 5-6 ildir ki, Səbinə bura gəlin köçmüşdür. Kənddə yığıncaqda iştirak etmişdir. Onu hamilə olan vaxtı tez-tez görmüşdür. *8.05.2020-ci il tarixdə olan nişan mərasimində də iştirak etmişdir. Nişan məclisi olandan sonra doğum olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində bildirdi ki, o, ərizəçinin qaynanasıdır. Ərizəçinin bacısının *8.05.2020-ci il tarixdə olan nişan mərasimində iştirak etmişdir. Mərasim bitdikdən sonra axşam gəlini doğum həyata keçirmiş və onun oğlan övladı olmuşdur. Əvvəllər tibb bacısı kimi işlədiyindən doğum zamanı o, da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X* ifadəsində bildirdi ki, o, taksi sürücüsü kimi fəaliyyət göstərir. Ərizəçi ilə qonşudur. Onu və ailəsini xeyli müddətdir ki tanıyır. Doğum olan vaxt ölkədə karantin rejimi var idi. Onu hamilə olan vaxt görmüşdür. Bir neçə dəfə onu və ailə üzvlərini öz maşınında kəndə aparmışdır. Məhkəmə ərizəçinin, maraqlı şəxsin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 5 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən 08.*0.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 536299 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X*0 ilə Ərizəçi nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2022-ci ilin oktyabr ayının 08-də 4482 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Təhməzov, arvada Təhməzova soyadı verilmişdir. - “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 24.0*.2023-cü il tarixli 37 saylı arayışdan görünür ki, Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozu ünvanında yaşayan *8.05.2020-ci il təvəllüdlü X*2 hal-hazırda sağ-salamatdır və 29 saylı BŞX-nin uşaq poliklinika şöbəsində qeydiyyatdadır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3*.0*.2023-cü il tarixli 05/*5-*38 saylı məktubdan görünür ki, “evdə” doğulmuş * oğlan uşağınızın doğumunun qeydə alınması haqqındakı müraciətə əsasən bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat Qaydası”-nın 2.5.4-cü bəndinə uyğun olaraq uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin verdiyi müvafiq sənəd təqdim edilməlidir. Həmin qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bu səbəbdən Maraqlı şəxs bu qaydada nəzərdə tutulan əsaslar olmadığı üçün doğumu qeydə almaqdan imtina etmişdir. Beləliklə, ərizəçi tərəfin izahatı və işin materialları ilə X4 *8.05.2020-ci il tarixində Lerik rayonunun Orand kəndində anadan olması, milliyyətinin azərbaycanlı olması, atasının X*0, anasının Ərizəçi olması tam sübuta yetirildi. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.3-cü bəndində göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin oğlunun şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin uşağın doğumunu qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, X4 *8.05.2020-ci il tarixdə Azərbaycan Respublikasının Lerik rayonu Orand kəndində doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydində adı “Ümüd”, soyadı “Təhməzov”, ata adı “Rəşad oğlu”, doğum tarixi “*8.05.2020-ci il”, doğum yeri “Lerik rayonu Orand kəndi”, anası qrafasında “Ərizəçi”, anasının milliyəti qrafasında “azərbaycanlı”, atası qrafasında “X*0”, atasının milliyəti qrafasında “azərbaycanlı” göstərilməklə doğum faktı qeydə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 2*6-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X4 *8.05.2020-ci il tarixində Lerik rayonunun Orand kəndində doğulması, milliyyətinin azərbaycanlı olması, atasının *5.*2.*996-cı il təvəllüdlü X*0, anasının xx.xx.2002-ci il təvəllüdlü Ərizəçi olması qeyd edilməklə doğum faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-1048/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1048/2023
25.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver