Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1060/2024 27.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı SOCAR-ın "Azneft" İstehsalat Birliyinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı SOCAR-ın "Azneft" İstehsalat Birliyinin Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı SOCAR-ın "Azneft" İstehsalat Birliyinin Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş SOCAR-ın "Azneft" İstehsalat Birliyinin nümayəndəsi X2 iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş və bu barədə xx.xx.2024cü il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-in 25*.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Məhkəmə, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25*.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı SOCAR-ın "Azneft" İstehsalat Birliyinin Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 25*-260, 263 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı SOCAR-ın "Azneft" İstehsalat Birliyinin Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-1060/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1060/2024
27.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver