Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1070/2023 03.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) “nikahın bağlanması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X15 ilə X1 arasında olan nikahın qeyd edilməsi faktının müəyyən edilməsi və bununla bağlı nikah haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla Ağdam rayonu, Əlimədədli kənd ərazi nümayəndəliyində X15 ilə X1 arasında 02.11.199*-ci il tarixdə nikahın bağlanması və nikah bağlandıqdan sonra ərə “Orucov”, arvada “Orucova” soyadının verilməsinin göstərilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 02.11.199*-ci il tarixdə X15 ilə nikaha daxil olmuşdur. Nikah bağlanandan sonra ərə “Orucov”, arvada “Orucova” soyadı verilmişdir. Sözügedən nikah 02.11.199*-ci il tarixdə Ağdam rayonu, Əlimədədli Kənd Ərazi nümayəndəliyində 33 saylı nikah qeydi ilə rəsmiləşdirilmiş, bu barədə ərizəçiyə 02.11.199*-ci il tarixli, Vİ-JQ № 451039 seriya və nömrəli nikahın bağlanması haqqında şəhadətnamə təqdim edilmişdir. Birgə nikahdan 3 (üç) övladları 25.11.199*-ci il təvəllüdlü X16, xx.xx.1999-cu il təvəllüdlü X1* və 25.0*.2010-cu il təvəllüdlü X13 dünyaya gəlmişdir. eyni zamanda Daxili İşlər Nazirliyi tərəfindən 26.0*.201*-ci il tarixli AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, o, ər soyadı, yəni “Orucova” soyadını daşıyır, ailə vəziyyəti qrafasında “evli" yazılmışdır. Həyat yoldaşı X15 xx.xx.2022-ci il tarixdə ölmüşdür, bu barədə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022- ci il tarixli, **8 saylı ölüm haqqında akt qeydi tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə yuxarıda qeyd olunan məzmunda izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X14 ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Bacısı mərhum Səyyafla rəsmi nikaha girmişdir. Toyları Binə qəsəbəsi, Südçülük sovxozunda olmuşdur. Mehribanla birinci toyları oldu. Sonradan Ağdam rayonu, Əlimədədli İcra Nümayəndəliyində nikah girmişlər. Bacısının soyadı ailə qurmamışdan əvvəl “Abbasquliyeva” olsa da, ailə qurduqdan sonra öz ərinin soyadını qəbul etmiş onun soyadı “Orucova” olmuşdur. Bacısının həmin nikahda 3 üç övladı vardır. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, ərizəçi onun mərhum qardaşı Səyyafın arvadıdır. Mehribanla qardaşı 199*-ci ilin yanvar ayında ailə qurublar. Lakin onları nikahı toydan bir müddət sonra 199*-ci ilin noyabr ayında Ağdam rayonu, Əlimədədli İcra Nümayəndəliyində rəsmiləşdirildi. Bacısının soyadı ailə qurmamışdan əvvəl “Abbasquliyeva” olsa da, ailə qurduqdan sonra öz ərinin soyadını qəbul etmiş onun soyadı “Orucova” olmuşdur. Onların Xaliq, Namiq və Yağmur adında üç övladları vardır. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə izahatını, habelə şahidlərin ifadələrini, dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan, 26.0*.201*-ci il tarixdə ASAN1 tərəfindən verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ailə vəziyyəti “Evli” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Bakı şəhər Xəzər Rayonu üzrə Sektoru tərəfindən verilmiş 01/21 saylı xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Ərizəçi Ağdam rayonundan məcburi köçgün düşmüş və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 09- 05/15 saylı xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, Ərizəçi xx.xx.2022-cü il tarixli müraciətinə cavab olaraq bildirilir ki, onun mərhum həyat yoldaşı X15 ilə ona 02.11.199*-ci il tarixində Ağdam rayonu, Əlimədədli İ/N-yi tərəfindən verilmiş nikah haqqında şəhadətnamə və nikah haqqında akt qeydi Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X15 ilə Ərizəçi nikahı barədə rəsmi heç bir məlumat aşkar edilməmişdir. Ərizəçi nikah faktının bərpa edilməsinə əsas verən zəruri sənədlər təqdim edə bilmədiyi üçün qanunvericiliyin tələbinə uyğun olaraq birbaşa səlahiyyətlərinə aid olmadığından ona aidiyyəti üzrə məhkəməyə etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-5/4-13-2242/23 saylı məktubundan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, 33 nömrəli nikah haqqında akt qeydi və Vİ-ЖГ seriyalı 421039 nömrəli nikah haqqında şəhadətnamə 02.11.199*-ci ildə adıçəkilən Ağdam rayonu, Əlimədədli İcra Nümayəndəliyi tərəfindən başqa şəxslərin adına tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 198-05/14 saylı məktubundan görünür ki, 1*.0*.1999-cu ildə 51 Ağdam rayonu, Əlimədədli İ/N-də doğumu qeydə alınmış X8 doğum haqqında akt qeydini və xx.xx.2010-cu ildə 6* nömrə ilə Ağdam rayonu, Əlimədədli İ/N-də doğumu qeydə alınmış X6 doğum haqqında akt qeydinin təsdiq olunmuş surəti əlavə olunsa da xx.xx.1998-ci ildə Ağdam rayonu, Əlimədədli İ/N tərəfindən doğumu qeydə alınmış X9 doğum haqqında akt qeydi şöbənin arxivində aşkarlanmamışdır. İş materiallarında olan 1*.06.1999-cu il tarixli 51 №-li doğum haqqında akt qeydinin surətindən görünür ki, xx.xx.1999-cu il tarixdə Ağdam rayonu, Əlimədədli kəndində doğulmuş X8 atası X15, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2010-cu il tarixli 6* №-li doğum haqqında akt qeydinin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuş X6 atası X15, anası Ərizəçidır. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 04.01.19*2-ci il təvəllüdlü X15 ilə xx.xx.1981-ci il təvəllüdlü X2 02.11.199*-ci il tarixdə rəsmi nikaha daxil olmuş və nikah aktlarının qeydiyyatı kitabında 33 nömrə ilə qeyd olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Orucov, qadına Orucova soyadı verilmişdir. İş materiallarında olan AZİİ № 302265 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2022-ci il tarixdə “ürəyin digər travmaları” səbəbi ilə ölmüş və ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə **8 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 25.11.199*-ci il təvəllüdlü X9, xx.xx.1999-cu il təvəllüdlü X10 və 25.0*.2010-cu il təvəllüdlü X6 atası X15, anası Ərizəçidır. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, mərhum X15 ilə Ərizəçi arasında 02 noyabr 199*-ci ildə Ağdam rayonu, Əlimədədli kənd ərazi nümayəndəliyində nikah bağlanmış, nikahdan sonra sonuncu “Orucova” soyadını qəbul etmişdir. Həmin nikahdan onların Xaliq, Namiq və Yağmur adında 3 uşaqları anadan olmuşdur. Ərizəçiyə ona məxsus nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətini məhkəməyə təqdim etmişdir. Ərizəçi nikah qeydinin bərpa edilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, lakin bu qurum həmin nikah haqqında qeydi həmin qeydə əsas olmuş sənədlər olmadığı üçün bərpa edilməsinin qeyri-mümkün olduğunu bildirərək ərizəçiyə məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Hazırda ərizəçiyə sənədləşmə işlərinin aparılması üçün nikahın qeyd edilməsi faktının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 21*.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 30*.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 30*.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 30*.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmçinin, həmin Məcəllənin *6.1-ci və *6.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 30*.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin qərarın 4.5-ci bəndinə əsasən nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ər-arvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüyü kimi, ərizəçi nikah qeydinin bərpası ilə bağlı qeydiyyat şöbəsinə müraciət etsə də, qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər olmadığından bərpa etmək mümkün olmamışdır. Ərizəçinin nikah haqqında qeydinin bərpası başqa qaydada mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli olduğu üçün məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Orucov Səyyaf oğlu ilə Ərizəçi arasında olan nikahın qeyd edilmə faktı müəyyən edilməli və bununla bağlı nikah haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, Ağdam rayonu, Əlimədədli kənd ərazi nümayəndəliyində X15 ilə Ərizəçi arasında 02.11.199*-ci il tarixdə nikahın bağlanması və nikah bağlandıqdan sonra ərə “Orucov”, arvada “Orucova” soyadının verilməsi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 22*, 233, 30*-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. X15 ilə Ərizəçi arasında olan nikahın qeyd edilmə faktı müəyyən edilsin və bununla bağlı nikah haqqında akt qeydləri kitabında müvafiq qeyd aparılmaqla, Ağdam rayonu, Əlimədədli kənd ərazi nümayəndəliyində X15 ilə Ərizəçi arasında 02.11.199*-ci il tarixdə nikahın bağlanması və nikah bağlandıqdan sonra ərə “Orucov”, arvada “Orucova” soyadının verilməsi göstərilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli.
Məhkəmə qərarları › İş №2(003)-1070/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1070/2023
03.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver