Məhkəmə qərarları › İş №2(003)-1075/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1075/2021

06.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1075/2021 06.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı əmək müqaviləsinin 2017-ci il tarixdə xitam verilmiş hesab edilməsi və bu barədə məlumatın X2 daxil edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2016-cı ildə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əmək müqaviləsi bağlayıb və 2017-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 2019-cu ilin may ayında işə düzəlmək üçün müraciət edən zaman məlum olmuşdur ki, əvəllər işlədiyi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş X2 daxil edilməyib. İddiaçı 09.09.2019-cu il tarixli **********7 nömrəli ərizə ilə Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında X6 Xidmətinə müraciət edib. Lakin Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında X6 Xidmətinin 1 saylı region üzrə X6 10.10.2019-cu il tarixli məktubla cavab verərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə rəsmi qaydada müraciət edilməsinə baxmayaraq, müraciətə cavab verilməmiş, müraciətə cavab verilmədiyi üçün tam araşdırma mümkün olmamışdır. Bu səbədən də məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Hazırda Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bu barədə məlumatın X2 daxil edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələriə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 17.06.2021-ci il tarixli iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə hər biri ayrı-ayrılqda iddianı müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmənin 27.05.2021-ci il tarixli iclasında Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1 bildirdi ki, mübahisələndirilən əmək müqaviləsinin bağlanması bildirişinin etibarsız hesab edilməsi barədə rəsmi qaydada iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X6 Xidmətinə müraciət etmişdir. Təmsil etdiyi xidmət tərəfindən cavabdehə rəsmi məktub göndərilsə də, həmin məktuba cavab verilməmişdir, Buna görə də əmək müqaviləsinə xitam verilməsi bağlı əmək müqaviləsi bildirişinin elektron sistemə daxil edilməsi üçün cavabdehə və ya etibarsız hesab olunması üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş üzrə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi kommersiya qurumlarının dövlət reyestri məlumat haqqında elektron portaldan çıxarışdan görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan sosial arayışdan görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında 07.01.2016-cı il tarixdə əmək müqaviləsi bağlanmış və şirkət katibi kərgüzar vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti 1 saylı region üzrə X4 İddiaçı ünvanladığı 10.10.2019-cu il tarixli **********3 saylı məktubunda qeyd edilmişdir ki, Cavabdeh MMCnın (VÖEN:**********) rəhbərliyinə rəsmi məktubla müraciət olunmuşdur. Lakın Cavabdeh MMC rəhbərliyi müraciətə cavab verməmişdir. Cavabdeh MMC rəhbərliyi sənədlərin təqdim olunması üçün 1 saylı region üzrə X6 tərəfindən ünvanlanan rəsmi müraciətə cavab vermədiyi üçün müracitinizə baxılmış, lakin tam araşdırılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı X2 gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmış əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinın “h" bəndinə əsasən əmək müqaviləsi bildirişini X2 gücləndiırılmış elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Əmək Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar 6 iyun 2014-cü ildə Nazırlər Kabinetinin 183 nömrəli qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasıya sıstemınə daxıl edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilmişdir. Həmin qaydaların 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin X2 daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş "Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin X2 daxil edilməsi üçün işəgötürənə müraciət edilməsi məqsədəuyğundur. Əks təqdirdə iddia ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququnuz vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri X2 gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin məcəllənin 81-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. Həmin məcəllənin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi fərdi əmək mübahisələri hesab edilir. Həmin Məcəllənin 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı mülki iş üzrə iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı "xxxx" MMC-də şirkət katibi kərgüzar vəzifəsinə təyin edilmişdir. İddiaçı əmək müqaviləsinin ləğvi ilə bağlı cavabdeh cəmiyyətə müraciət etsə də, əmək müqaviləsinin ləğvi mümkün olmamışdır. Bu səbəbdən də iddiaçı əmək müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən əmək münasibətləri işçi ilə işəgötürən arasında bağlanmış olan əmək müqaviləsi ilə tənzimlənir. Müqavilə tərəflərin iradə ifadəsini etiva etdiyi üçün, həmçinin əmək qanunvericiliyində bir başa qeyd edildiyi üçün tərəflər arasında əmək müqaviləsi mövcud olmalı və tərəflərin hüquq və vəzifələri məhz əmək müqaviləsində öz əksini tapmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 07.01.2016-cı il tarixli əmək müqaviləsinin ləğv hesab edilməli və bu barədə məlumat X2 daxil edilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 07.01.2016-cı il tarixli əmək müqaviləsi ləğv edilsin və bu barədə məlumat X2 daxil edisin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar