Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-108/2021 15.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X7 və X9 qarşı kooperativin ləğv edilməsi və payçılardan pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X7 və X9 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin ləğv edilməsi və kooperativin payçıları Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 12.559.285,16 manat məbləğində pul vəsaitinin tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(103)-12486/2018 saylı qətnaməsi ilə 10.726.791,60 (on milyon yeddi yüz iyirmi altı min yeddi yüz doxsan bir manat altmış qəpik) manat və 1.832.493,56 (bir milyon səkkiz yüz otuz iki min dörd yüz doxsan üç manat əlli altı qəpik) manat faiz borcu X1 və Cavabdeh1 MTK-dən İddiaçı xeyrinə tutulmalıdır. Ali Məhkəmənin 18 iyul 2019-cu il tarixli, 2(102)-2946/2019 saylı Qərarı ilə X8 və Cavabdeh1 MTK tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icra edilməsi üçün X3 yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh1 MTK-nin olduğu yer üzrə Binəqədi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən Cavabdeh1 MTK-dən 12.559.285,16 manat məbləğində pulun tutularaq, İddiaçı ödənilməsinə dair 09 sentyabr 2019-cu il tarixində “İcraata Başlamaq Haqqında” Qərar qəbul etmişdir. Lakin, həmin tarixdən 8 aydan da artıq müddət keçməsinə baxmayaraq, bu günə qədər İddiaçı heç bir ödəniş edilməmişdir. Cavabdehlər Cavabdeh1 MTK-nin fəaliyyəti ilə əlaqədar X5 pul vəsaiti verilən dövrdə Cavabdeh1 MTK-nin üzvləri olmuşlar və hal-hazırda da kooperativin üzvləridirlər. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş şəxslər isə sonradan kooperativə üzv olmuşlar. Qeyd olunanlara əsasən, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin ləğv edilməsi və kooperativin payçıları Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 12.559.285,16 manat məbləğində pul vəsaitinin tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi etiraz ərizələri ilə məhkəməyə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, hazırda kooperativ üzvləri tərəfindən MTK-nın illik balansı təsdiq edilməyib. İşdə belə bir sənəd yoxdur. MTK-nın fəaliyyəti nəticəsində hər hansı zərər əmələ gəlməyib. Qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilib ki, İddiaçı zərəri İ.Qasımov vurmuşdur və buna görə də İ.Qasımov məsuliyyətə cəlb olunub. Hazırkı iddia üzrə məhkəmənin qərarı var və o qərar qanuni qüvvəsini almışdır. Məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata götürməkdən imtina etməli idi. Bundan əlavə, hazırkı işin baxılmamış saxlanılması xahiş edərək ona istinad etmişdir ki, məhkəmədən öncə iddiaçı MTK-nın özünə müraciət etməli idi. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı və cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinin nümayəndəsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X7 və X12 məhkəməyə gəlməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2016-cı il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ******* manat məbləğində pul vəsaitinin, habelə dövlət rüsumunun əvəzi qismində 10 manatın Cavabdeh1 MTK-dan, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 tutularaq X6 ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh1 MTK-ya aid edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2(103)-12486/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2016-cı il tarixli qətnaməsi Cavabdeh1 MTK-ya münasibətdə, eləcə də gecikdirilmiş 3 il 5 ay müddət üçün illik 5 faiz olmaqla 1832493.56 manat faiz borcunun tutulmasının rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmuş, Cavabdeh1 MTK-dan İddiaçı xeyrinə 10.726.791.60 manat, 1832493.56 manat faiz borcu X1 və Cavabdeh1 MTK-dan İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(102)-2946/2019 saylı Qərarı ilə X8 və Cavabdeh1 MTK tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icra olunması üçün X3 yaşayış yeri üzrə Beyləqan rayon icra və probasiya şöbəsinə və Cavabdeh1 MTK-nın olduğu yer üzrə Binəqədi rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən Cavabdeh1 MTK-dan 12.559.285,16 manat məbləğində pulun tutularaq, İddiaçı ödənilməsinə dair 09 sentyabr 2019-cu il tarixində “icraata başlamaq haqqında” Qərar qəbul edilmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, qeyd olunan qərar üzrə MTK tərəfindən İddiaçı heç bir ödəniş edilməmişdir. İş materiallarına əlavə edilmiş məktubdan müəyyən olunur ki, iddiaçı tərəfindən MTKya və onun payçılarına borcun qaytarılması ilə bağlı müraciət edilmiş, borcun 3 gün ərzində qaytarılması xahiş olunmuş, əks təqdirdə borcun onlardan tutulması ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Daha sonra iddiaçı MM-nin 110.4 maddəsinə istinad edərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırkı iddia tələbinin borc tələbi ilə bağlı olan işin davamı kimi qiymətləndirərək işə baxılmasını mümkün hesab etmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, Cavabdeh1 MTK-dan 12.559.285,16 manat məbləğində pulun tutularaq, İddiaçı ödənilməsi qərara alınmışdır. Lakin Cavabdeh1 MTKnın balansında pul vəsaiti olmadığından, həmin borc ödənilməmiş, hazırda iddiaçı məhkəməyə müraciət edərək, qeyd olunan pul vəsaitinin MTK-nın payçılarından tutulmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 109-4.4.3-cü maddəsinə əsasən, Kooperativin üzvlərinin bu Məcəllənin 110.4-cü maddəsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativdə əmələ gəlmiş zərərin ödənilməsində iştirak etmək hüquqları vardır. Həmin Məcəllənin 110-3.1-ci maddəsinə əsasən, kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir. Həmin Məcəllənin 110.4-cü maddəsinə əsasən, koooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində subsidiar məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 110-3.3-cü maddəsinə əsasən , kooperativ yaradıldıqdan sonra ona üzv olan şəxs üzv olmasından əvvəl kooperativin götürdüyü öhdəliklərə görə məsuliyyət daşıyır, bir şərtlə ki, nizamnamədə ayrı qayda nəzərdə tutulmasın. Kooperativə üzv olmaq istəyən şəxsə bu barədə bütün zəruri məlumatlar verilməlidir. Həmin Məcəllənin 110-3.4-cü maddəsinə əsasən, kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir. İş materiallarından görünür ki, Cavabdeh1 MTK-nın pay fondunda kooperativin üzvlərinin pay haqqları X10 25 faiz, Cavabdeh4 1 faiz, Cavabdeh3 19 faiz, X7 45 faiz, X11 10 faiz pul şəklində təşkil edir. MTK-nin fəaliyyəti barədə məlumat almaq üçün məhkəmə tərəfindən sorğu ilə Vergilər Nazirliyinə müraciət olunmuş və məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə edilmiş Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 06.07.2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən Cavabdeh1 Mənzil Tikinti Kooperativinin 2019-2021-ci illər üzrə ƏDV və mənfəət vergi bəyannamələrinin göstəricisiz olması qeyd olunmuşdur. Halbuki iş materiallarından da bəlli olduğu kimi Kooperativin hazırda Apellyasiyanın 11 dekabr 2018-ci tarixli qətnaməsi ilə İddiaçı xeyrinə 10.726.791.60 manat, X8 ilə birlikdə 1832493.56 manat faiz borcu vardır. Və bu qətnamə hazırda da qüvvədədir. Belə olan halda isə məhkəmə Kooperativin fəaliyyətinin formal xarakter daşıdığı qənaətinə gəlir. Məhkəmə iddia tələbinin kooperativin ləğvi hissəsinə dair qeyd edir ki, bununla bağlı qanunvericilikdə xüsusi qayda nəzərdə tutulmuşdur. “Kooperasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən, Kooperativ 1) kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağının qərarı ilə, o cümlədən nizamnamədə göstərilən fəaliyyət müddəti başa çatdıqda və üzvlükdə qalanların sayı bu Qanunla müəyyən edilmiş kooperativin təsis edilməsi üçün zəruri olan fiziki və hüquqi şəxslərin sayından az olduqda; 2) kooperativ yaratmaq barəsində təsis aktları məhkəmənin qərarı ilə qeyri qanuni sayıldıqda; 3) qanunla müəyyən olunmuş qaydada kooperativ iflas elan olunduqda; 4) kooperativin qanunla qadağan olunmuş fəaliyyət növü ilə məşğul olduğu və qanunvericiliyin tələblərini dəfələrlə və ya kobud surətdə pozduğu hallarda məhkəmənin qərarı ilə; 5) Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda ləğv edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, kooperativin ləğvinə dair hissədə iddia tələbi təmin edilməməlidir. “Kooperasiya haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, Kooperativ dövlət qeydiyyatından keçdikdən sonra ona daxil olmaq istəyən fiziki və hüquqi şəxs ərizə ilə kooperativin idarə heyətinə (kooperativin sədrinə) müraciət edir. Kooperativə üzvlüyə qəbul edilmə nizamnamədə nəzərdə tutuları qaydada həyata keçirilir. Kooperativin üzvlüyünə qəbul olunma ilə bağlı mübahisələr kooperativin ümumi yığıncağında baxılıb həll edilir. “Kooperasiya haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən, kooperativ götürdüyü öhdəliklərə görə ona məxsus əmlakı ilə cavabdehdir, öz üzvlərinin kooperativin fəaliyyəti ilə əlaqədar olmayan öhdəliklərinə görə məsuliyyət daşımır. Əvvəl yaradılmış kooperativə üzv daxil olan şəxs onun bu kooperativə üzv daxil olmasından qabaq kooperativin götürdüyü öhdəliklərinə (əgər bu hal nizamnamə ilə nəzərdə tutulmuşsa) məsuliyyət daşıyır. Üzv kooperativə daxil olarkən həmin öhdəliklərlə tanış olmalıdır. Kooperativ üzvü kooperativin öhdəliklərinə görə kooperativdə olan payı həcmində məsuliyyət daşıyır. Kooperativ nizamnaməsi ilə kooperativ üzvünə verdiyi pay haqqının üçqat mislindən çox olmayan həcmdə yüksək məsuliyyət müəyyən edilə bilər. Məhkəmə işin yuxarıda göstərilən hallarını, qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq hesab edir ki, hazırkı halda iddiaçıya ödənilməli olan pul vəsaiti kooperativin payçılarından onların paylarının həcminə mütənasib olaraq tutulmalıdır. Belə ki, 12.559.285,16 manat məbləğində pulun X4 3139821.29 manat, Cavabdeh4 125592.8516 manat, Cavabdeh3 2386264.1804 manat məbləğinin tutulmasını işin hallarına uyğun sayır. Digər payçı X2 pulun tutulması iddia tələbində tələb olunmadığından və bundan əlavə Ş.Rüstəmovanın iddiaçının həyat yoldaşı olmasını və eyni mövqe və mənafeyə aid olmasını nəzərə alaraq, məhkəmə tərəfindən məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək, cavabdeh X4 3139821.29 manat, Cavabdeh4 125592.8516 manat, Cavabdeh3 2386264.1804 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin eidlməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddia tələbi qismən təmin edilsin. Cavabdeh X4 3.139.821,29 (üç milyon yüz otuz doqquz min səkkiz yüz iyirmi bir manat iyirmi doqquz qəpik) manat, Cavabdeh4 125.592,8516 (bir yüz iyirmi beş min beş yüz doxsan iki manat səksən beş qəpik) manat, Cavabdeh3 2.386.264,1804 (iki milyon üç yüz səksən altı min iki yüz altmış dörd manat on səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-108/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-108/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver