Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1089/2020 02.11.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı və vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh1 və nümayəndəsi və vəkili X8, Cavabdeh X5 nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X9 qarşı kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi, evdən çıxarılma və evin boşaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailəsi ilə birlikdə Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Qasımov küçəsi 31a ünvanında olan evdən istifadə hüquqlarına xitam verilməsi, onların istifadə etdikləri evdən çıxarılması və evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnaməçıxarılmasınıxahişetmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 “a” (köhnə Bolşevik küçəsi “a”) ünvanda yeləşən mülk Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 30/20698 nömrəli xx xxxxxx 1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mərhum atası X1 mülkiyyətində olmuşdur. Atası xx xxxxxxxx 2017-ci il tarixdə dünyasını dəyişdikdən sonra mülkiyyətində olmuş ünvan 2 “a” ünvandakı ev onun mülkiyyətinə keçmiş və xx.xx.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətində ******* nömrəsi ilə qeydiyyata alınmışdır. ünvan 2 “a” ünvandakı ev onun xüsusi mülkiyyətimdə olmasına baxmayaraq cavabdehlər Məqsəliyev Gülcöhrə Əhməd qızı və oğlu X13 ailəsi ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Cavabdehlərin Bakı şəhərinin ərazisində mülkiyyətlərində evlərinin olmasına baxmayaraq onun mülkiyyətində olan evdə yaşamağı davam etdirirlər ki, bu da aralarında mübahisələrin və xoşagəlməz söz söhbətə səbəb olur. Dəfələrlə mübahisələri müxtəlif məhkəmə instansiyalarında araşdırılmış və qərarlar qəbul olunmuşdur. Bütün bunlara baxmayaraq cavabdehlər onun xüsusi mülkiyyətində olan evdən çıxmaq istəmirlər. Əksinə onun mülkiyyətində olan evin həyətində və zəbt etdikləri otaqlarda tikinti işləri aparırlar. Onların onun mülkiyyətində olan evdə əsassız və qeyriqanuni tikinti işləri aparmaları və onlarla qəsdən dava-dalaş salmaları barədə dəfələrlə Xəzər rayon Prokurorluğuna, Xəzər rayon Polis İdarəsinə, Xəzər rayon İcra Hakimiyyətinə ərizələrlə müraciət olunaraq məlumat verilmişdir. Ancaq müraciətləri müsbət həll olunmamışdır. Ona görə də, cavabdehlərin onun şəxsi mülkiyyətində olan Mərdəkan qəsəbəsi R.Qasımov küçəsi ev 31 “a” ünvanda yerləşən evindən istifadə hüququnun itirilməsi, onların istifadə etdikləri evdən çıxarılaraq, evin mülkiyyətçiyə təhvil verilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, qeyd olunmuş evə onlar istifadə hüquqlarını itirmələrinə baxmayaraq, cavabdehlər onun mülkiyyətində olan evdə pasport qeydiyyatında qalaraq, yaşamalarını davam etdirirlər. Cavabdehin ünvan 4 ünvanda mülkiyyətində mənzili və torpaq sahəsində inşa etdirdikləri evləri mövcuddur. Cavabdehlərin onun mülkiyyətində olan evdə qalıb yaşamaları bir mülkiyyətçi kimi onun hüquqlarımı pozur. Mülkiyyətimdə olan evdən istifadə edə bilmir. Evinə dair mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X5 ailəsi ilə birlikdə Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Qasımov küçəsi 31a ünvanında olan evdən 6000 manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi, onların istifadə etdikləri evdən çıxarılması və evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnaməçıxarılmasınıxahişetmişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X5 ailəsi ilə birlikdə Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Qasımov küçəsi 31a ünvanında olan evdən 10000 manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi, onların istifadə etdikləri evdən çıxarılması və evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnaməçıxarılmasınıxahişetmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh1 onun əmisi arvadı, Cavabdeh2 isə əmisi oğludur. Mübahisəli mənzil ona məxsus olmasına baxmayaraq uzun müddətdir yaşayırlar, bununla da aralarında mübahisələrə səbəb olur. Cavabdehlər onun icazəsi olmadan evin həyətində təmir-tikinti işləri aparıblar. Odur ki, iddianın təmin ounmasını xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, o, mübahisəli evdə anadan olmuş, bu günədək həmin evdə anasından başqa, həyat yoldaşı və uaşgı ilə yaşayır. Bu uzun illər ərzində yaşadıqları evdə tikinti aparmışlar, ayrıca telefon, qaz və işıq xətləri çııkilmiş, səki düzəltmişlər, həyətin abadlığı uçun xərc çəkmişdir. Onun ailəsi olduğundan, evdən çaxacaqları təqdirdə anası ilə birlikdə yaşamaları mümkün olmayacaq. Odur ki, təklif olunan 10000 manat kompensasiyya məbləği 2 ailə üçün yetərli deyildir. Cavabdehlərin nümayəndəsi və vəkili X16 etirza uyğun izahat verərək, iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Həmçinin cavabdehlər məhkəməyə iddia tələbinə qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, ona 62000 manat kompensasiya ödənilməsini xahiş etmişdir. Belə ki, o, 1983-cü ildən mübahiəsli evdə pasport qeydiyyatındaydır, oğlu Maklisəliyev Tərlan 1987-ci ildən, nəvəsi isə 2020-ci ildən pasport qeydiyyatındadır. Oğlu və nəvəsi də qeydiyyatı bu ünvandadır. Yaşadığı evdə tikinti işləri aparmışlar. Yaşdıqları evdə səki, pilləkan, mətbəx tikmişlər. Mənzil darısqal olduğundan nənə və babasının razılığı ilə anası özünə 1 otaq tikdirmişdir, otağın sahəsi 20 kvadratmetrdir. Mətbəxində ölçüsü 5 kvadratmetrdir. İddiaçı, yəni doğma əmisi onları qaz və işıqdan məhrum etdiyi üçün onlar 2000 (iki min manata qaz, 1000 (bir min) manata işıq, 600 (altı yüz) manata telefon, 300 (üç yüz) manata isə su xətti çəkdirmişlər. Evin daxilində 450 manatlıq qapı qoydurmuşlar, hasarı təmir etdirmişlər, beton və su xəttlərin xərcini çəkmişlər. 150 ədəddən çox ağac və yanlarında gül-kolları alıb əkmişlər. 11 ildir ki, yaşıllıq işləri aparırıq, rəng, işləri görmüşlər. İddiaçının iddia tələbinin R.Rüstəmov küçəsindəki 16 saylı evin 13 saylı mənzilə münasibətdə, qeyd edir ki, həmin mənzil onun xalasınındır ailə problemi olduğundan anasının adına sənədləşdirilib. Cavabdeh X6 yoldaşı X2 1 ildən çoxdur ki, qeydiyyatı yoxdur, R.Rüstəmov küçəsi ev 16, mənzil 13 anasının olsaydı yoldaşını pasport qeydiyyatına alardı. Onun və yaşlı, ahıl anasının başqa yerdə yaşamağa evi yoxdur. Qeyd etdiyi ünvan bü müddət ərzində 62000 (altımış iki min) manat pul xərcləmişik. Məhkəmə iclasında şahid qismində ifadə verən X10 ifadəsində bildirdi ki, iddiaçının bibisidir, Cavabdeh1 o evə gəlin gəlmiş və bu günədək orda yaşayır, oğlu Məqsəliyev Tərlan da o evdə doğulmuş bu günədək yaşayır. Əvvəllər cavabdehlərlə münasibəti yaxşı olub. Atası Bəyəli qanunsevər insan olub. O, evdə və ya həyətdə qanunsuz tikinti işlərinin aparılmasına heç vaxt icazə verməyib. Cavabdehlər tərəfindən tikilmiş mətbəx 1997-ci ildə inşa edilmişdir. İddiaçı Vaqif hazırda orda yaşamır. Məhkəmə iclasında şahid qismində ifadə verən X17 ifadəsində bildirdi ki, iddiaçının bibisidir, mübahisəli ünvanda qeydiyyatda olsa da faktiki olaraq ev 66 ünvanında yaşayır. Cavabdeh1 o evə gəlin gəlmiş və bu günədək orda yaşayır, oğlu Məqsəliyev Tərlan da o evdə doğulmuş bu günədək yaşayır. Əvvəllər cavabdehlərlə münasibəti yaxşı olub. Atası Bəyəli qanunsevər insan olub, evdə və ya həyətdə qanunsuz tikinti işlərinin aparılmasına heç vaxt icazə verməyib. 1997-ci ildə isə qardaşı həmin ünvanda mətbəx tikib. Başqa tikinti işləri aparılmayıb. İddiaçı 12-15 ildir ki, mübahisəli evdə yaşamır, gediş-gəlişi yoxdur. Cavabdehlərlə qarşılaşmaq istəmir. Həyətdə mətbəxdən başqa əlavə heç nə tikilməyib. Həyətdə çoxlu ağac olub. Məhkəmə iclasında şahid qismində ifadə verən X11 bildirdi ki, Cavabdeh1 bacısıdır. Bacısı 1983-cü ildən mübahisəli evə köçərək yaşaymış, qeyd olunan ünvanda 1997-ci ilə qədər köhnə tikili olub, daha sonra isə təxmini 25-30 kv.m olan bir mətbəx tikilib. Daha sonra evin qarşısı təmir ediblər, səkini böyüdüblər. Digər evin tikilməsinə o, özü də cavabdehlərə maddi köməklik göstərmişdir. Mikayılın özü də təmir-tikinti işlərinə köməklik edib, heç vaxt etiraz etməyib. Məhkəməişdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya RX ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 “a” İddiaçı mülkiyyətindədir. İş materiallarında olan X4 adına olan ünvan 5 “a” ünvanına dair ev dəftərindən görünür ki, Məmmədova Gülçöhrə Əhməd qızı 1983-cü il tarixdən, oğlu X14 1987-ci il tarixdən qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbəsi nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 372 nömrəli arayışından görünür ki, X14 ünvan 2 “a” ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbəsi nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 372 nömrəli arayışından görünür ki, Cavabdeh1 ünvan 2 “a” ünvanında qeydiyyatdadır. İş materiallarında olan X31 xx.xx.2020-ci il tarixli ƏEM/M 26-235/20 nömrəli daşınmaz əmlakın orta aylıq kirayə haqqının müəyyən edilməsi barədə arayışda qeyd edilmişdir ki, ünvan 2 “a” ünvanı və yaxın ərazidə faktiki 0,1 ha. torpaq sahəsi üzərində yerləşən zəif təmirli, 2 otaqlı, ümumi sahəsi təxminən 30,0 m2 təşkil edən fərdi yaşayış evinin orta aylıq kirayə haqqı xx xxx 2020-ci il tarixinə 150,0 manat təşkil edir. İş materiallarında olan (VÖEN ********** nömrəli) X19 tərəfindən verilmiş arayışda Mərədəkan qəsəbəsi Ramin Qasımov küçəsində 3 otaqlı təmirli evlərin kirayə haqqının 350 manat civarında olduğu qeyd edilmişdir. İş materiallarında olan 5 saylı Bakı “ASAN Xidmət” mərkəzndə qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 3070 nömrəli arayışda X7 ailə tərkibi xx.xx.1993cü il təvəllüdlü arvadı X12 və uşağı xx.xx.2015-ci il təvəllüdlü X3 ibarət olduğu qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh1 və X14 arasında bağlanmış Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə 03/188 nömrəli xx.xx.2016-cı il tarixli müqavilədən görnür ki, ünvan 2 “a” ünvanına qazın verilməsi ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbəsi nümayəndəliyinin məktubunda görünür ki, Cavabdeh1 Mərdəkan qəsəbə nümayəndəliyinin təsərrüfüt kitablarına əsasən xx.xx.1983-cü il tarixdən, X15 isə xx.xx.1987-ci il tarixdən ünvan 2 “a” ünvanında qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********11 nömrəli məktubda qeyd edilmişdir ki, Məmmədova Gülçöhrə Əhməd qızının adına Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi ev 16, 13 saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinəəsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, cavabdehlərə təklif olunan kompensasiyanın məbləği müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Məhkəmə hesab edir ki, cavabdehlərə yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən 10000 manat kompensasiya, onlara davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ deyildir. İddiaçı məhkəməyə sübut qismində həmin ərazidə kirayə haqqının 150 manat təşkil etdiyinə dair sübut təqdim etsə də, məhkəmə həmin sübutu mötəbər hesab etmir. Belə ki, iddiaçının məhkəməyə təqdim etmiş olduğu arayışda ünvan 2 “a” ünvanı və yaxın ərazidə faktiki 0,1 ha. torpaq sahəsi üzərində yerləşən zəif təmirli, 2 otaqlı, ümumi sahəsi təxminən 30,0 m2 təşkil edən fərdi yaşayış evinin orta aylıq kirayə haqqının 150,0 manat təşkil etiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli Plenumunun qərarına əsasən yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsini ehtiva edir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən İddiaçı mülkiyyətində olan daşınmaz əmlakın ümumi sahəsi 217,20 m2 olduğu qeyd edilmişdir. İddiaçının təqdim etmiş olduğu arayışda isə 30,0 m2 təşkil edən fərdi yaşayış evinin orta aylıq kirayə haqqı müəyyən edilmişdir. Qanunverici isə mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanın verilməsini şərtləndirilmişdir. Beləliklə məhkəmə təklif olunan kompensasiyya məbləğini işin faktiki halları ilə müqayisə edərək, yəni cavabdehlərin 30 ildən artıq müddətddə mübahisəli evdə yaşamasını, onlar tərəfindən bu müddət ərzində həmin evdə ayrı bir otaq tikildiyini, evin və həyaətyanı sahəsnin təmiri üçün müəyyən xərclər çəklməsini, bundan başqa X13 ailəli və bir uşağıni olması faktını, habelə mübahisəli fərdi yaşayış evindən köçürüləcəyi təqdirdə Məqsəlieva Gülçöhrə Əhməd qızının digər Cavabdeh2 ailə üzvləri ilə birlikdə təklif olan məbləğ müqabilində əvvəlki mənzildə ona xas olmuş şəraitə uyğun yaşamalarının mümkünsüz olacağını nəzərə alaraq hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10000 manat kompensasiya ödənilməklə ailə üzvləri ilə birlikdə istifadə hüquqlarına xitam verilməsi, evdən çıxarılma və evin boşaldılması tələbinə dair iddia rədd edilsin.. Qətnamə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1089/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1089/2020
02.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver