Məhkəmə qərarları › İş №2(003)-1111/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1111/2024

15.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1111/2024 15.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı Ərizəçi oglunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Pubik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi idarəsinə qarşı mirasın qəbul üçün müəyyənləşdirilmiş müddətin bərpası və mirasın qəbulu faktının təsdiq edilməsi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi oglunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Pubik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi idarəsinə qarşı mirasın qəbul üçün müəyyənləşdirilmiş müddətin bərpası və mirasın qəbulu faktının təsdiq edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhumə anası X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 12 kv.metr torpaq sahəsinin onun tərəfindən miras əmlakı kimi qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpası və mirasın qəbulu faktının təsdiq edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X2 onun doğma anasıdır. Anası xx.xx.2006-cı 41 tarixdə vəfat etmişdir. Onun adına ölüm haqında şəhadətnamə verilmişdir, anası vəfat etdiyi günədək Bakı şəhəri, yasamal rayonu, Həmid Sultanov küçəsi, ev 75-də qeydiyyatda olmaqla orada yaşamışdır. Xəzər rayonu, Şağan qəsəbəsində anasının adına 12 kv.m. torpaq sahəsi vardır. Bildirmişlər ki, o, həmin torpaq sahəsinə vərəsəlik şəhadətnaməsi almaq üçün nəzərdə tutulmuş müdddəti üzürlü səbəblərdən buraxmışdır. Belə ki, o, hüquqi cəhətdən savadsızdır, vərəsəliyin qəbul etməyilə əlaqədar müddətin olmasından xəbəri olmamışdır. Bakı şəhəri 25 saylı Xüsusi Notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə onun mərhumənin vərəsəsi olmağı barədə məlumat verilmişdir. Ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Çünki o, üzürlü səbəblərdən vaxtında müraciət etməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, mülki-prosessual qanunvericilikdə məhkəməyə müraciətin müxtəlif prosessual formalarını (iddia ərizəsi, ərizə, vəsatət, apellyasiya şikayəti və s.) nəzərdə tutulur. İddia icraatı qaydasında məhkəməyə müraciətin prosessual forması kimi isə iddia ərizəsi ilə müraciət göstərilmişdir. Hazırkı iddia ərizəsindən görünür ki, Ərizəçi oglu iddiaçı qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Pubik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi idarəsi isə cavabdeh qismində göstərərək, mirasın qəbul üçün müəyyənləşdirilmiş müddətin bərpasını və mirasın qəbulu faktının təsdiq edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-in 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki-prosessual qanunvericiliyə əsasən isə tərəflər (iddiaçı və cavabdeh) iddia icraatında (MPM-nin 12-23-cü fəsilləri) mövcuddurlar. Xüsusi icraat qaydasında baxılan işlər (MPM-nin 30-40-1-ci fəsilləri) üzrə isə əsas iştirakçılar ərizəçi və maraqlı şəxslərdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinə dair hüquqi əhəmiyyəti olan fakta dair ərizəyə baxır. Göründüyü kimi, iddiaçı hüquqi əhəmiyyəti olan faktın (mirasın qəbul edilməsi faktının) müəyyən edilməsi barədə tələblə məhkəməyə xüsusi icraat qaydasında deyil, iddia ərizəsi ilə ümumi qaydada müraciət etmişlər. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi oglunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Pubik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi idarəsinə qarşı mirasın qəbul üçün müəyyənləşdirilmiş müddətin bərpası və mirasın qəbulu faktının təsdiq edilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar