Məhkəmə qərarları › İş №2(003)-1112/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1112/2025

11.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1112/2025 11.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs - Bakı şəhəri Maraqlı şəxs) doğum faktının müəyyən edilməsi barədə ərizəsinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2024-cü il təvəllüdlü X5 adlı uşağının doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 26 yanvar 2004-cü ildə rəsmi olaraq evlənmişdir. Bizim birgə yaşayışlarından bir neçə dəfə uşağı olmuş, lakin onlar tələf olmuşlar. xx.xx.2024-cü il təvəllüdlü X** adlı qızı anadan olmuşdur. Qızının doğum haqqında şəhadətnaməsi yoxdur. Həyat yoldaşı ilə mənim maddi imkanları olmadığından o, ev şəraitində dünyaya gələrək doğulmuşdur. Başı uşağa qarışdığından uşağın sənədlərini qaydaya sala bilməmişdir. Uşaq doğulduqdan sonra onu həkim şəraitində saxlayırlar və o, hal-hazırda sağlam olmaqla Bakı şəhəri, Xəzər rayonu 26 saylı Birləşmiş şəhər xəstəxanasında (indiki Bakı Baş Səhiyyə Mərkəzi Publik hüquqi şəxsi 45 saylı şəhər poliklinikası) həkim nəzarətindədir, lakin doğum haqqında şəhadətnaməsi olmadığından hələki qeydiyyata ala bilməmişlər. Hazırda onun uşağı böyüyür və ondan uşağın doğum haqqında şəhadətnaməsi olmadığından ona uşaq pulu, yardım ala bilmir. Uşağının evdə doğulması faktını məhkəmədə şahidlər təsdiq edə bilərlər. Ərizəçi ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X5 adlı uşağının Bakı şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X3 ərizəçi uşağın doğulmasını təsdiq edən tibbi sənəd təqdim edə bilməməsi səbəbindən ona doğum haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərizənin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, o, Leylanın anasıdır. Leylanın qız uşağı xx.xx.2024-cü ildə Mərdəkan qəsəbəsində saat 2*:00-22:00 radələrində dünyaya gəlmişdir. Leylanın yanında əri Abbas və bisi Gülnara və o olmuşdur. Məhkəmədə şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, o, Ərizəçi bibisidir. Leylanın ərinin adı Abbasdır. Onların xx.xx.2024-cü ildə Mərdəkan qəsəbəsində ev şəraitində, saat 22:00 radələrində qız uşağı anadan olmuşdur. Leylanın yanında onun anası və əri Abbas olmuşdur. Məhkəmədə şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, o, Ərizəçi əridir. Onların ev şəraitində bir qız uşaqları anadan olmuşdur. Leylanın yanında o, Leylanın anası və bibisi olmuşdur. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X* Leyla Elman qızı ilə 26.0*.2004-cü il tarixdə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 36 saylı qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Qurbanov, arvada Verdiyeva soyadı verilmişdir. İş materiallarında olan 4 nömrəli şəhər poliknikasının arayışından görünür ki, Ərizəçi tərəfindən gətirilən qız uşağı 07.0*.2025-ci il tarixində müayinə olunmuş, sağlamdır, gözlə görünən patologiya aşkar olunmamış, poliknikada tibbi qeydiyyatı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayonu Qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı 09.0*.2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Maraqlı şəxs Sizin “evdə” doğulmuş * qız uşağının doğumunun qeydə alınması haqqındakı müraciətinizə əsasən bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.5.4. bəndinə uyğun olaraq uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş həkimin verdiyi müvafiq sənəd təqdim edilməlidir. “Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir”. Ona görə də Maraqlı şəxs bu Qaydada nəzərdə tutulan əsaslar olmadığı üçün doğumu qeydə almaqdan imtina edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə müvafiq olaraq nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. MPM-ə müvafiq olaraq məhkəmə xüsusi icraat qaydasında, həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.*.*). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının, habelə qanunverilciliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların da müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.3,). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (maddə 308). Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsində doğumun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin siyahısı əksini tapmışdır. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə MPM-in 88-ci və 2*7.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçi tərəfindən lazımi sənədi başqa qaydada ala bilməməsi təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin doğum faktının müəyyən edilməsini xahiş etdiyi oğlu xx.xx.2024-cü il tarixdə ev şəraitində dünyaya gəlmişdir. Uşaq tibb müəssisəsindən kənarda, yəni ev şəraitində dünyaya gəldiyi üçün ona doğum haqqında şəhadətnamə verilməsindən Maraqlı şəxs imtina etmişdir. Hazırda ərizəçi onun xx.xx.2024-cü il tarixdə Bakı şəhərində bir oğlan uşağını dünyaya gətirməsi faktının məhkəmə qaydasında müəyyən edilməsini tələb edir. İş materialları, ərizəçinin izahatı və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadəsi ilə müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.2024-cü il tarixdə Bakı şəhərində bir qız uşağı dünyaya gətirməsi faktı öz təsdiqini tapmışdır. Həmçinin o da müəyyən edilmişdir ki, hazırda həmin uşaq sağlamdır və odur ki, uşağın doğum faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi xx.xx.2024-cü il tarixdə Bakı şəhərində bir qız uşağı doğması hüquqi əhməiyyətli faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. Ərizəçi xx.xx.2024-cü il tarixdə Bakı şəhərində bir qız uşağı doğması hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar