Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1130/2024 11.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X1rşı əmək müqaviləsinin xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla CavabdehMMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsinin X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, işəgötürən, Cavabdeh tərəfindən onun barəsində xx.xx.2019-cu il tarixdə vaxtamuzd olmaqla ekspeditor kimi işə qəbul edilməyilə bağlı əmək müqaviləsi bağlanmış və əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmişdir. Onun barəsində əmək müqaviləsinin təsdiq edilməsi, bildirişin informasiya sisteminə daxil edilməsi barədə məlumatı olmamışdır, ümumiyyətlə o, bu hüquqi şəxsi tanımır, işlə bağlı müraciət etməmişdir, həmin işdə işləməmiş və bu məlumatların sistemə hansı əsasla daxil edilməsi, onun hansı əsasla işə qəbul edilməsi barədə heç bir məlumatı yoxdur. O, başqa bir işəgötürənə müraciət edərək işə qəbul edilməyini xahiş etmiş və ona bildirilmişdir ki, qüvvədə olan əmək müqaviləsi vardır. Bu zaman ona məlum olmuşdur ki, onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməmişdir və əmək müqaviləsi aktivdir. Bununla bağlı o, başqa işəgötürənlə əsas iş yeri olaraq əmək müqaviləsi bağlaya bilmir. Səbəb onun əmək müqaviləsi bildirişinin sistemdə aktiv olmasıdır. Elektron informasiya sistemi işəgötürənin məlumatları əsasında prosesləri tənzimləyən proqram təminatıdır. O, işəgötürən tərəfindən ləğvetmə prosesinin elektron informasiya sistemində həyata keçirilməsinə nail ola bilməmiş, o, işəgötürəni tapa bilmir, bu səbəbdən də əmək müqaviləsinə xitam verilməsi mümkün olmamışdır. O, işdən çıxarılmağı sənədləşdirilməmiş və bu barədə bildiriş sistemə yerləşdirilməmişdir və onunla bağlanmış əmək müqaviləsi aktiv qalmışdır. Bu səbəbdən də o, işə qəbul edilə bilmir, əmək müqaviləsinin aktiv olması onu işsiz qalmağına səbəb olur. Göründüyü kimi bağlanmış əmək müqaviləsinə başqa qaydada xitam verilməsi mümkün deyildir və həmin əmək müqaviləsinə xitam verilməsi onun hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Onun hüquqlarının həyata keçirilməsi üçün onunla işəgötürən, Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməli və bu barədə əmək müqaviləsi bildirişi informasiya sisteminə yerləşdirilməlidir. Göründüyü kimi cavabdeh tərəfindən qanunvericliyin tələbləri kobud şəkildə pozulmuşdur, işləmədiyi halda əmək müqaviləsinə xitam verilməmişdir. Cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməmişdir və xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Onunla CavabdehMMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsinin X4 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, bu şirkəti tanımır, ümumiyyətlə bu şirkətdə işləməmiş, xəbəri yoxdur. Müqavilənin nə vaxt bağlanması ilə bağlı məlumatı yoxdur. O, şirkətin hüquqi ünvanında olmuş, həmin ünvnda ev olmuş, şirkət olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı qarasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış və sonuncu agent, ekspeditor vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyinintabeliyində olan X6 Fondunun elektron müraciətə cavab məktubundan qeyd edilmişdir ki, adınıza aktiv əmək müqaviləsinin olması barədə müraciətinizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətində baxılmışdır. Müraciətdə qeyd olunan məsələyə münasibət bildirilməsi və qanunverilicikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı hüquqi şəxs Cavabdeh MMC-nin ünvanına (ünvan 1il 66) tərəfimizdən rəsmi məktub göndərilmiş, lakin bugünədək cavab verilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldığından müraciətdə göstərilən halın yerində araşdırılması mümkün olmamışdır. Məlum edirik ki, əmək müqaviləsi bildirişinin etibarsız edilməsi X4 Xidmətinin səlahiyyətləri xaricindədir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1130/2024 saylı 11 mart 2024-cü il tarixli qərardaddan görünür ki, İddiaçı Cavabdehnə və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X1rşı əmək müqaviləsinin xitam verilməsi tələbinə dair mülki iş üzrə icraata “əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsinin X4 Xidmətinə həvalə edilməsi” hissəsində xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin məcəllənin 81-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. Həmin məcəllənin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi fərdi əmək mübahisələri hesab edilir. Həmin Məcəllənin 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı mülki iş üzrə xx.xx.2019-cu il tarixdə iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı ekspedior vəzifəsinə qəbul edilmiş, lakin onun bu müqavilədən məlumatı olmamışdır. İddiaçı əmək müqaviləsinin ləğvi ilə bağlı cavabdeh cəmiyyətə müraciət etsə də, cəmiyyət faktiki olaraq fəaliyyət göstərmədiyindən və direktorun yeri müəyyən edilmədyindən əmək müqaviləsinin ləğvi mümkün olmamışdır. Bu səbəbdən də iddiaçı əmək müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən əmək münasibətləri işçi ilə işəgötürən arasında bağlanmış olan əmək müqaviləsi ilə tənzimlənir. Müqavilə tərəflərin iradə ifadəsini etiva etdiyi üçün, həmçinin əmək qanunvericiliyində bir başa qeyd edildiyi üçün tərəflər arasında əmək müqaviləsi mövcud olmalı və tərəflərin hüquq və vəzifələri məhz əmək müqaviləsində öz əksini tapmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı xx.xx.2019-cu il tarixli müddətsiz əmək müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müddətsiz əmək müqaviləsi ləğv edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1130/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1130/2024
11.03.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver