Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1144/2024 06.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi (Yeni qaydalarla: Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 138-ci Binə 4-cü döngə 17) ünvanında yerləşən 0.02 ha torpaq sahəsindən çıxarılmaları, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi (Yeni qaydalarla: Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 138-ci Binə 4-cü döngə 17) ünvanında yerləşən 0.02 ha torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülərək ərazidən çıxarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5000 (beş min) manat məbləğində mənəvi zərərin tutularaq ona ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 ilə qohumluq münasibətləri olmuş, sonuncu mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.08 ha torpaq sahəsinin 0.02 ha hissəsini bir neçə il əvvəl ona satmış və buna görə tərəfindən K.B.İsmayılova beh verilmişdir. Lakin, qohum olduqlarından, eyni zamanda K.B.İsmayılovun torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından həmin vaxt torpaq sahəsinin alqı-satqısını rəsmiləşdirmək mümkün olmamışdır. O, torpaq sahəsinin behini verərək aldıqdan sonra oranı hasara alaraq darvaza qoymuş, mütəmadi olaraq torpaq sahəsinə gəlib-getmişdir. xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsini rəsmiləşdirmişlər. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra torpaq sahəsinə gələn zaman sonradan adlarını bildiyi Cavabdeh1 və Cavabdeh2 ona məxsus torpaq sahəsini zəbt edərək orada tikinti işləri apardıqlarını görmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, K.B.İsmayılov mülkiyyətində olan torpaq sahəsinin onun torpaq sahəsinə bitişik digər 0.02 ha hissəsini onunla alqı-satqı müqaviləsinin bağlanmasından əvvəl, yəni xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmış, sonuncu aldığı torpaq sahəsinə dair adına çıxarış almışdır. K.B.İsmayılovun ona satdığı 0.02 ha torpaq sahəsinin Cavabdeh1 heç bir aidiyyətinin olmamasına baxmayaraq sonuncu və qardaşı Cavabdeh2 ona məxsus torpaq sahəsinə qanunsuz daxil olaraq oranı zəbt etmişlər. O, dəfələrlə K.B.İsmayılova müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ona satdığı torpaq sahəsindən çıxarmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bundan sonra o və X5 iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 X3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin zəbt edilmiş 0.02 ha hissəsindən çıxarılması, həmin 0.02 ha torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3386/2021 No-li 20 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbinin rədd edilməsi qət edilmişdir. Məhkəmə ona aid hissədə qətnaməni onunla əsaslandırmışdır ki, «İddiaçı münasibətdə iddia ona görə rədd olunmalıdır ki, cavabdehin hazırda faktiki istifadəsində olan və sökülməsi tələb olunan evin məhz ona satılmış torpaq sahəsində yerləşməsini sübuta yetirə bilməyib. Belə ki, məhkəmə öz təşəbbüsü ilə İddiaçı mülkiyyətində olan 0.02 ha torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməsi üçün sorğu versə də, həmin sahənin plan-cizgisinin olmadığı müəyyən olunub». O və X5 qətnamədən apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 885/2022 No-li 07 fevral 2022-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayətinin təmin edilməməsi, X3 apellyasiya şikayətinin isə qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3386/2021 No-li 20 sentyabr 2021-ci il tarixli qətnaməsinin qismən, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin zəbt edilmiş 0.02 ha hissəsindən çıxarılmasının rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin zəbt edilmiş 0.02 ha hissəsindən çıxarılmaları, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, «...birinci instansiya məhkəməsi digər İddiaçı münasibətdə iddianı rədd etməklə düzgün nəticəyə gəlsə də, Kərəm İsmayılova münasibətdə gəldiyi qənaət düzgün olmamışdır. Belə ki, Kərəm İsmayılovun Cavabdeh2 xx.xx.2020-ci ildə verdiyi etibarnaməyə xx.xx.2021-ci ildə, xx.xx.2020-ci ildə verdiyi ərizəyə isə xx.xx.2021-ci ildə xitam verilmişdir (bax.i.v.109-110). Demək, qətnamə çıxarılan vaxt mübahisəli torpaq sahəsinin mülkiyyətçisi Kərəm İsmayılov olmaqla yanaşı, torpaq sahəsinin hansısa hissəsinə dair cavabdehə verilən etibarnamə yaxud ərizənin hüquqi qüvvəsi olmamışdır. Ancaq məhkəmə mülkiyyətin toxunulmazlığı barədə Konstitusiya normalarına istinad etsə də Kərəm İsmayılovun iddiasını da rədd etmişdir. Yəni, Kərəm İsmayılov məhkəmənin qənaətinə görə bu iddianı digər iddiaçıya satdığı 0.02 ha torpaq sahəsini üçüncü şəxslərin hüququndan azad şəkildə vermək öhdəliyindən irəli gələn tələb etmə hüququndan istifadə edərək irəli sürsə də, bu halın həqiqiliyi belə iddanın rədd edilməsi üçün əsas ola bilməzdi...İddia tələbinin həmin 0.02 ha torpaq sahəsinin İddiaçı təhvil verilməsi hissəsi isə qeyri-müəyyən və qətnamə ilə həll edilməli məsələ olmadığından təmin edilə bilməz. Çünki, Kərəm İsmayılov mübahisəli ünvanda mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin 0.02 ha hissəsini İddiaçı notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən satsa da, 0.02 ha hissənin 0.06 ha torpaq sahəsinin hansı hissəsi olması müqavilədə göstərilməmiş, bunun göstərilməsi də mümkün ola bilməzdi. Çünki, bu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıldıqdan sonra müəyyənləşən bir məsələdir. Başqa sözlə İddiaçı satılmış 0.02 ha torpaq sahəsinin, mübahisə predmeti olan torpaq sahəsi olması hələlik bəlli deyil. Eyni zamanda cavabdehlərin zəbt olunmuş torpaq sahəsindən çıxarılacağı təqdirdə, mülkiyyətçinin həmin torpaq sahəsini istənilən şəxsə satmaq, bağışlamaq, vermək və.s hüququları vardır. Ona görə də bu məsələ məhkəmə qətnaməsi ilə həll edilən tələb ola bilməz» Bakı Apellyasiya Məhkəməsinin 2(103)-885/2022 No-li 07 fevral 2022-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. X1 xx.xx.2022-ci il tarixdə ərizə ilə icra şöbəsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 qarşı heç bir tələbinin olmadığını bildirmiş və icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Ruslan Əsgərovun xx.xx.2022-ci il tarixli “icraata xitam verilməsi” haqqında qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-885/2022 No-li 07 fevral 2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bu səbəbdən də Cavabdeh1 və Cavabdeh2 ona məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etməkdə və onu torpaq sahəsinə buraxmamağa davam etmişlər. Cavabdehlər ona məxsus torpaq sahəsindən çıxmadıqlarından, aldığı torpaq sahəsinə dair plan-sxemin çəkilməsi və torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Ona görə də o cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və X4 qarşı “torpaq sahəsinin ölçülərək təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-4029/20221 No-li 07 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən İddiaçı satdığı 0.02 ha hissəsinin ölçülərək İddiaçı təhvil verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi (Yeni qaydalarla: Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 138-ci Binə 4-cü döngə 17) ünvanında yerləşən 0.02 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Cavabdehlər ona məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etməklə yanaşı, orada tikili inşa etmişlər. Cavabdehlərin qeyriqanuni hərəkətləri nəticəsində o mülkiyyətində olan torpaq sahəsinə daxil ola bilmir. Belə ki, cavabdehlər onu torpaq sahəsinə buraxmırlar, tərəfindən qoyulmuş darvazanı sökmüşlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o uzun müddətdir ki, mülkiyyət hüquqlarını həyata keçirə bilmir, onların hüquqazidd hərəkətlərinin qarşısının alınması üçün dəfələrlə məhkəmələrdə iddialar qaldırmaq məcburiyyətində qalmışdır. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında adıçəkilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun olması öz təsdiqini tapsa da, cavabdehlər öz qanunsuz əməllərindən əl çəkmirlər və o məcburiyyət qarşısında qalaraq yenidən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlərin bu hüquqazidd hərəkətləri nəticəsində o və ailə üzvləri əsəb-stres keçirmişlər, bundan başqa, öz torpağından məhrum olmuş, hüquqlarının bərpası məqsədilə məhkəmələrdə iddia qaldırmaq üçün məhkəmə xərcləri ödəməli olmuşdur. Bu səbəbdən cavabdehlərin ona vurduqları mənəvi zərəri 5000 (beş min) manat məbləğində qiymətləndirir və hesab edir ki, həmin məbləğ cavabdehlərdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Ç.M.Məmmədov iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, tərəflər arasında torpaq sahəsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi mövcuddur və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi qət edilmişdir. X7 icra şöbəsinə ərizə təqdim edərək icra işinin icraatına xitam verilməsini xahiş etmişdir. Kərəm İsmayılov tərəfindən torpaq sahəsi iki şəxsə satılmışdır. İddiaçının bundan xəbəri olmuş, lakin o, buna etiraz etməmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, torpaq sahəsində tikinti işləri Cavabdeh2 tərəfindən deyil, onun tərəfindən aparılmışdır. Həmin tikilidə Cavabdeh2 ilə birlikdə yaşasalar da, Ceyhun hazırda müvəqqəti olaraq başqa yerə getmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatın dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X5 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0,02 ha hissəsini 4000 manata İddiaçı satmışdır. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-3386/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X5 və İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-885/2022 saylı qətnaməsindən görünür ki, İddiaçılar İddiaçı apellyasiya şikayəti təmin edilməsin, X3 apellyasiya şikayəti isə qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli 2(010)-3386/2021 saylı qətnaməsi qismən, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı X3 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin zəbt edilmiş 0.02 ha hissəsindən çıxarılmasının rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı X3 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin zəbt edilmiş 0.02 ha hissəsindən çıxarılması qət edilmişdir. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-4029/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən X3 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən İddiaçı satdığı 0.02 ha hissəsi ölçülərək İddiaçı təhvil verilməsi qət edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK DƏDKR PHŞ tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi (Yeni qaydalarla: Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 138-ci Binə 4-cü döngə 17) ünvanında yaşayış məntəqələrinin torpaqları təyinatlı sahəsi 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2013 saylı ekspert rəyindən görünür ki, tədqiq olunan ünvanda baxış zamanı aparılan ölçü işləri nəticəsində əldə edilmiş koordinatlar ilə mülki iş materiallarında olan (səh.41), mübahisə predmeti olan torpaq sahəsinə dair tərtib edilmiş "Torpaq sahəsinin planı və ölçüsü❞ sənədində qeyd olunan koordinatlar müqayisələndirilən zaman cavabdehlər tərəfindən inşa edilmiş tikilinin (mişarlanmış əhəg daşından inaş edilmiş fərdi yaşayı evi) **********96 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.02 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. - X5 tərəfindən icra şöbəsinə verilmiş ərizədən məlum olur ki, sonuncu Bakı Apellyasiya Məhkəməsinin 2(103)-885/2022 saylı icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X5 tərəfindən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin 0,02 ha hissəsi İddiaçı, digər 0,02 ha hissəsi isə Cavabdeh2 satılmışdır. Sonradan Cavabdeh1 tərəfindən ərazidə tikinti işləri aparılmış və tikili İddiaçı məxsus torpaq sahəsinin hüdudları daxilinə keçmişdir. Cavabdehlərin ünvan 5 ünvanında yerləşən torpaq sahəsinin 0,02 ha hissəsindən çıxarılmaları ilə bağlı məhkəmə qətnaməsi mövcud olmuş, bunun əsasında icra vərəqəsi verilmişdir. Lakin tələbkarın ərizəsi əsasında həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Qeyd olunan qanunvericiliyin tələbindən göründüyü kimi hazırki halda İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır və 158.4-cü maddəyə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1- ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iclasında, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2013 saylı ekspert rəyi iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilərək hesab edilmişdir ki, mübahisə predmeti olan tikilinin iddiaçının torpaq sahəsinin daxilində yerləşib-yerləşməməsi, yerləşirsə hansı hissədə yerləşməsi və dolayısı ilə oranın sökülüb-sökülməməsi məsələsi məhz ekspert rəyi əsasında müəyyən edilməlidir. Bu səbəbdən həmin ekspert rəyi əsas götürülməli və mübahisə predmeti olan tikili iddiaçının torpaq sahəsinin daxilində yerləşdiyindən iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinin daxilində tikili Cavabdeh1 tərəfindən tikilmişdir. Həmin tikilidə cavabdehlərin hər ikisi yaşadıqlarından torpaq sahəsindən onların hər ikisi çıxarılmalıdır. Lakin, tikili Cavabdeh1 tərəfindən tikildiyinə görə onun sökülərək ərazidən çıxarılması da onun üzərinə qoyulmalıdır. Bu səbəbdən həmin tikili Cavabdeh1 tərəfindən öz hesabına sökülərək ərazidən çıxarılmalıdır. Məhkəmə iddia tələbinin 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbinin bu hissəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı həmin hissədə mənəvi sarsıntılar keçirməsini, stress, əzab və əziyyətlər çəkməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçı mənəvi zərəri cavabdehlərin hərəkətləri ucbatından məhkəməyə dəfələrlə müraciət etməsi və xərcinin çıxması ilə əlaqələndirir. Lakin, məlum məsələdir ki, məhkəmə xərcləri qəbul edilən qərar zamanı məhkəmə tərəfindən öz həllini tapan məsələlərdən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddə isə müəyyən edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır." Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində 138-ci Binə 4cü döngə 17 ünvanında yerləşən 0,02 ha torpaq sahəsindən çıxarılmalı, İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində 138-ci Binə 4-cü döngə 17 ünvanında 0,02 ha hissədə Cavabdeh1 tərəfindən inşa edilmiş tikili Cavabdeh1 hesabına sökülərək ərazidən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu müştərək qaydada cavabdehlərdən tutulmalıdır. Həmçinin Məhkəmə ekspertiza xərcinin tərəflərdən tutulması ilə bağlı qeyd edir ki, 50 manat məbləğində ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində 138-ci Binə 4-cü döngə 17 ünvanında yerləşən 0,02 ha torpaq sahəsindən çıxarılsınlar. İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində 138-ci Binə 4-cü döngə 17 ünvanında 0,02 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş tikili Cavabdeh1 hesabına sökülərək ərazidən çıxarılsın. Ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcinə görə 50 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-1144/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1144/2024
06.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver