Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1146/2022 17.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Ərizəçi Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4, Maraqlı şəxs* nümayəndəsi X* iştirakı ilə Ərizəçi Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının doğum faktının təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası doğum faktının təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət, edərək Zəhra Həsənovanın doğum faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs* XC-nin rəhbəri Xəzər Rayon İcra Hakimiyyətinə 30 dekabr *0**-ci il tarixli, 407 saylı məktubla müraciət edərək sığınacaqda küçə həyatından uzaqlaşdırılaraq müvəqqəti məskunlaşmış Zəhra Həsənovaya doğum şəhadətnaməsinin alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Müraciət onunla əsaslandırılmışdır ki, *0*9-cu ildə X3 müraciəti əsasında azyaşlı Zəhra sığınacağa qəbul edilmişdir. Ə.Səmədova bildirmişdir ki, əvvəllər iş yerindən Fatimə adı ilə tanıdığı bir qadın müvəqqəti olaraq saxlamaq üçün azyaşlı qızını onun himayəsində qoymuşdur. Lakin sonradan uşağın dalınca gəlmədiyinə və onunla maraqlanmadığına görə Əfsanə Səmədova azyaşlı Zəhranı Maraqlı şəxs* sığınacağına təhvil vermişdir. Valideynləri onu öz himayələrinə götürsələr də *3.**.*0*0-ci ildə daimi yaşayış və iş yerinin olmaması səbəbindən uşağa lazımi qayğı və diqqəti verə bilməmələrini əsas göstərərək onu yenidən sığınacağa təhvil vermiş və həmin vaxtdan bu günə kimi onunla maraqlanmamışlar. Azyaşlı Zəhranın doğum haqqında şəhadətnaməsi yoxdur. Uşağın təxmini yaşı Məhkəmə Tibbi Ekspertiza və X9 tərəfindən müəyyən edilmişdir (müayinə edilən müddətə təqribən 7- 8 yaş). Zəhra Həsənovanın adına doğum haqqında şəhadətnamənin alınması üçünMaraqlı şəxs* XC-nin rəhbərliyi tərəfindən Maraqlı şəxs*nə müraciət olunmuşdur. Lakin Qeydiyyat şöbəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.*003-cü il tarixli *45 saylı Qərarı ilə təsdiq edilmiş “X* dövlət qeydiyyatı Qaydasının *.5-ci bəndinə müvafiq olaraq doğumun qeydə alınması üçün tələb olunan sənədlər tam şəkildə təqdim olunmadığına görə azyaşlının doğum faktının qeydiyyata alınmasından imtina edilərək məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Məhkəmə iclasında ərizəçi Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Rövşən Əhmədov ərizəni müdafiə etdi və məzmununa oxşar izahat erməklə təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs* nümayəndəsi X5 izahatında bildirdi ki, Zəhra 4-5 ildir ki, Maraqlı şəxs* Xeyriyyə Cəmiyyətinə yerləşdirilmişdir. Uşağın anası olan Fatimə Həsənova aradabir uşağı ilə maraqlanır, lakin onun özünündə şəxsiyyət sənədi yoxdur və imkanı pis olduğundan uşağın tələbatlarını ödəyə bilmir. Zəhra ilə Fatimə Həsənovanın qohumu olan Yeganə Cəfərzadə maraqlanır və lazım olanda müvafiq tələbatlarının ödənilməsində köməklik edir. Hazırda Zəhranın doğum haqqında sənədi olmadığından doğum faktının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs*nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, iş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs* nümayəndəsinin işitrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X*0 bildirmişdir ki, Zəhranın anası onun xalası Səidənin qızı Fatimə Həsənovanın qızıdır. Belə ki, Fatimənin atası onun uşaqlıq vaxtında ölmüş və Fatimə, anası Səidə ilə birlikdə “Sovetskidə” anasının yaşadığı evdə yaşamışlar və onlara anası baxmışdır. Fatimənin anası *0**-ci ölmüşdür. Bundan sonra Fatimə bir şəxslə qeyri-rəsmi nikah münasibətlərində olmuş və həmin münasibətlərindən təxminən 8 il əvvəl Zəhra doğulmuşdur. O, uşağın saxlanılmasında Fatiməyə köməklik etmişdir. Daha sonra Fatimə uşağa baxa bilmədiyindən uşağa bir müddət onun Rəfiqəsi baxmış, daha sonra isə Maraqlı şəxs*nə yerləşdirilmişdir. Hazırda da Zəhra ilə görüşür, ünsiyyət edir. Zəhra onu xalası kimi tanıyır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X** bildirmişdir ki, X*0 onun arvadıdır. Zəhra isə arvadının xalası qızı Fatimə Həsənovanın qızıdır. Belə ki, Fatiməyə və onun anasına arvadının anası baxmışdır. Fatimə anası öləndən sonra bir şəxslər ər-arvad münasibətlərində olmuş və həmin münasibətlərindən Zəhra doğulmuşdur. X*6 baxa bilmədiyinə görə sığınacaq evinə yerləşdirilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan *4.**.*0*9-cu il tarixli Əfsanə Səmədovanın Maraqlı şəxs* Uşaq Sığınacağına ünvanladığı ərizənin surətindən görünür ki, * ay əvvəl işdən tanıdığı qadın müvəqqəti saxlamaq üçün onun öhdəsinə qoyduğu qızının arxasınca gəlmədiyi üçün və həmin uşağı daha saxlaya bilmədiyindən uşağı sığınacağa qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan *9.03.*0*0-ci l tarixli aktın surətindən görünür ki, həmin tarixdə X*3 qızı Həsənova Zəhranı öz himayəsinə götürür. İş materiallarında olan *3.**.*0*0-ci il tarixli aktın surətindən görünür ki, Maraqlı şəxs* Uşaq Sığınacağının əməkdaşları Fatma Heydərova və İsmayılov Əbdülhüseyn aktı imza etməklə təsdiq etmişdirlər ki, *3.**.*0*0-ci ildə ata X*4 övladı **.09.*0**-ci il təvəllüdlü X7 daimi yaşayış və iş yeri olmadığına görə övladına lazımi qayğı və qulluq göstərə bilmədiyini əsas gətirərək Maraqlı şəxs* Uşaq Sığınacağına təhvil vermişdir. İş materiallarında olan Maraqlı şəxs* tərəfindən **.06.*0**-ci il tarixdə verilmiş *33 saylı qızı uşaq fotosu əks olunmuş arayışdan görünür ki, şəkildəki şəxs X8r və Maraqlı şəxs* Uşaq Sığınacağında yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X9” Publik Hüquqi şəxsin *7.03.*0**-ci il tarixli **5 saylı canlı şəxsin ekspert rəyindən görünür ki, Zəhra Həsənovanın yaşı 7-8 ilə uyğun gəlməsi müəyyən edilmişdir. İş materiallarında olan uşaq haqqında məlumatda X6 təvəllüdlü **.09.*0**-ci il, sığınacağa düşmə tarixi *4.**.*0*9-cu il, ikinci dəfə *3.**.*0*0-ci il, sığınacağa Əfsanə Səmədova tərəfindən gətirilməsi, habelə uşağın valideynləri haqqında məlumatda isə atası – X*3, anası isə Fatimə kimi qeyd olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs* Maraqlı şəxs* XC İstimai Birliyinə ünvanlanmış **.0*.*0**-ci il tarixli məktubundan görünür ki, təxmini yaşı 7-8 olan uşağın (X**) doğumunun qeydə alınması ilə bağlı müraciətlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.*003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “X* Dövlət qeydiyyatı Qaydası”nın *.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadığından uşağın doğulması faktının müəyyən edilməsi üçün aidiyyəti məhkəməyə müraciət olunması bildirilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.*-ci maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Məhkəmə iclasında müəyyən edildi ki, Zəhra Həsənova **.09.*0**-ci il tarixdə Maraqlı şəxs* Uşaq Sığınacağına yerləşdirilmiş, sığıncağa yerləşdirilərkən şəxsiyyətini təsdiq edən sənəd olmamışdır. *9.03.*0*0-ci il tarixdə özünü uşağın atası kimi qeyd edən X*3 onu himayəsinə götürmüş, *3.**.*0*0-ci il tarixdə isə daimi yaşayış və iş yeri olmadığına görə övladına lazımi qayğı və qulluq göstərə bilmədiyini əsas gətirərək Maraqlı şəxs* Uşaq Sığınacağına təhvil vermişdir. Zəhra Həsənova hazırda Maraqlı şəxs* uşaq sığınacağında yaşayır, bundan sonra onun yaşaması, təhsili, sosial inkişafı üçün onun sənədə ehtiyac vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X9” Publik Hüquqi şəxsin *7.03.*0**-ci il tarixli **5 saylı canlı şəxsin ekspert rəyinə əsasən Zəhra Həsənovanın yaşı 7-8 ilə uyğun gəlməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.*-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.*003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının dövlət qeydiyyatı qaydası”nın *.5.3-cü bəndinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edilməlidir. Həmin Qaydaların *.6-cü bəndinə əsasən bu Qaydaların *.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.*-ci maddəsin əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** aprel *0*9-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarda həmçinin göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, doğum faktının müəyyən edilməsinin doğum haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda qeyd olunan qanunvericliyin tələblərini nəzərə alaraq, işin araşdırılmış halları ilə müəyyən edilmiş faktları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli Zəhra Həsənovanın *0*3-cü ildə Bakı şəhərində doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin **6-**0, 305-3**-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Zəhra Həsənovanın *0*3-cü ildə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-1146/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1146/2022
17.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver