Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-116/2024 01.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Müstəqil tələb irəli sürən üçüncü şəxs X8 etibarnamə üzrə nümayəndəsi X9 iştirakları ilə İddiaçı Cavabdeh1 qarşı “iddiaçının mülkiyyətində olan və bitişik torpaq sahəsindən cavabdehin çıxarılması, cavabdeh tərəfindən torpaq sahəsinin boşaldılaraq iddiaçıya geri qaytarılması, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi və sair” tələbinə dair iddia ərizəsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X8 cavabdehlər Cavabdeh3, İddiaçı, Cavabdeh2, 2 Saylı Bakı “ASAN xidmət” Mərkəzinin notariat ofisinə, 6 Saylı Bakı “ASAN xidmət” Mərkəzinin notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı İldirım oğlu Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0434 ha olan torpaq sahəsi və ona bitişik olan 10 sot torpaq sahəsi üzərində özbaşına inşa edilmiş tikilinin Cavabdeh1 vəsaiti hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, cavabdehin həmin torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən qeyd edilən torpaq sahəsinin boşaldılaraq iddiaçıya geri qaytarılması, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə və sui-istifadə edərək qanunsuz olaraq torpaq sahəsini zəbt etdiyi və qanunsuz sahibkarlıqla məşğul olduğu üçün Cavabdeh1 barəsində hazırki xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0434 ha olan torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmış, torpaq üzərində İddiaçı mülkiyyət hüququ 10 oktyabr 2022-ci il tarixli, ********** saylı çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. İddiaçı bildirir ki, qeyd edilən torpaq sahəsinə bitişik və hasara alınmuş 10 sot torpaq sahəsi də ona göstərilərək özünə satılmışdır. 0.0434 ha olan torpaq sahəsinin planı və ölçüsü İddiaçı adına tərtib edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı ərazi idarəsi tərəfindən təsdiq edilərək, həmin torpaq sahəsi və ona bitişik sahə naturada ona göstərilmişdir. Qeyd olunan torpaq sahəsi hər tərəfdən daş hasara alınmışdır. Torpaq sahəsi hazırki iş üzrə Cavabdeh1 tərəfindən zəbt edilərək, üzərində olan tikili qanunsuz olaraq digər şəxslərə sex kimi icarəyə verilmişdir. Cavabdeh həmin əraziyə itləri buraxmış və bu səbəbdən iddiaçı torpaq sahəsinə daxil ola bilmir, cavabdehdən torpaq sahəsinin boşaldılması dəfələrlə tələb edilsə də, o torpaq sahəsini boşaltmamışdır. Hazırda Cavabdeh1 zəbt etmiş olduğu torpaq sahəsini könüllü olaraq ona qaytarmır, ona görə də torpaq sahəsinə dair mübahisə olduğundan iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı cavabdehin hüquqları bu və ya digər formada pozması aşkardır, torpaq sahəsindən heç bir hüquqi əsasları olmadan, qanunsuz olaraq iddiaçının istifadəsinə müdaxilə etməkdədir. Qüvvədə olan qanunvericilik iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının mövcudluğuna və bu hüquqlarının tanınmasına, onun əmlaka sahiblik və istifadə imkanları məhdudlaşdırıldığı, pozulduğu üçün, bu hüquqlarının bərpa və təmin edilməsinə, əmlakının ona qaytarılmasına hüquqi əsas verir. Bununla da iddiaçının qanuni mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikili onun tərəfindən sökülərək torpaq sahəsinin əvvəlki vəziyyəti bərpa edilməklə, zəbt edilmiş torpaq sahəsi boşaldılaraq iddiaçıya qaytarılmalıdır. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş, 10 oktyabr 2022-ci il tarixli, ********** saylı çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0434 ha olan torpaq sahəsi və ona bitişik olan 10 sot torpaq sahəsindən Cavabdeh1 çıxarılması, cavabdeh tərəfindən qeyd edilən torpaq sahəsinin boşaldılaraq iddiaçıya geri qaytarılması, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehden tutulması barədə qətnamə və sui-istifadə edərək qanunsuz olaraq torpaq sahəsini zəbt etdiyi və qanunsuz sahibkarlıqla məşğul olduğu üçün Cavabdeh1 barəsində hazırkı xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı müstəqil tələb irəli sürən üçüncü şəxs X14 cavabdehlər Cavabdeh3, Cavabdeh2 2 Saylı Bakı “ASAN xidmət” Mərkəzinin notariat ofisinə, İddiaçı, 6 Saylı Bakı “ASAN xidmət” Mərkəzinin notariat ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Orxan oğlunun etibarnamə üzrə nümayəndəsi X13 ilə Cavabdeh3 arasında 2 saylı Bakı ASAN xidmət Mərkəzinin Notariat Ofisində bağlanmış 14 mart 2022-ci il tarixli 4Ə-450 reyestr nömrəli alğı-satqı müqaviləsinin və Cavabdeh3 ilə İddiaçı arasında 6 saylı “Bakı ASAN xidmət” Mərkəzinin Notariat Ofisində bağlanmış 03 oktyabr 2022-ci il tarixli 4Ə-2150 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı Daşınmaz Əmlakın dövlət reyestrindən İddiaçı adına aparılmış qeydiyyat yazısı və onun adına verilmiş **********89 reyestr nömrəli, 10 oktyabr 2022-ci il tarixli çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X14 iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0,10 hektar hesabı ilə 50 ailə üçün 5 hektar torpaq fondu, 1,5 hektar küçə altına olmaqla cəmi 6.5 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsindən fərdi yaşayış evi tikmək üçün ona da verilmişdir. Ona məxsus qeyd olunan torpaq sahəsinə dair Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı Notariat Ofisində X4 ilə atası Cavabdeh2 arasında 18 fevral 2021-ci il tarixli formal alqı-satqı müqaviləsi bağlanmış və ona məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsi Cavabdeh2 adına rəsmiləşdirilmiş və Dövlət Reyestrində onun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1611/2023 saylı, 16 mart 2023-cl il tarixli qətnaməsi ilə etibarnamə üzrə nümayəndəsi X4 ilə Cavabdeh2 arasında Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı Notariat Ofisində bağlanmış 18 fevral 2021-ci il tarixli, 40-139 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı Daşınmaz Əmlakın dövlət reyestrindən Cavabdeh2 adına aparılmış qeydiyyat yazısının və onun adına verilmiş **********89 reyestr nömrəli, 06 mart 2021-ci il tarixli çıxarışın ləğv olunması qət edilmişdir. Qeyd olunan məhkəmə aktı qanuni qüvvəsini almış, icra olunması üçün aidiyyəti üzrə göndərildikdən sonra ona məlum olmuşdur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında İddiaçı İldrım oğlunun Cavabdeh1 qarşı “torpaq sahəsinin boşaldılması" tələbinə dair mülki iş vardır. Məhkəmənin icraatında qeyd olunan mülki işin mövcud olması ona məlum olduqdan sonra tərəfindən verilmiş sorğular əsasında məlum olmuşdur ki, ona məxsus sözügedən torpaq sahəsi Cavabdeh2 adına dövlət reyestrdən qeydiyyatdan keçdikdən sonra onun etibarnamə üzrə nümayəndəsi X13 ilə Cavabdeh3 arasında 14 mart 2022-ci il tarixdə formal alqı-satqı müqaviləsi bağlanmış, bundan sonra isə 03 oktyabr 2022-ci il tarixdə Cavabdeh3 ilə İddiaçı İldrım oğlu arasında eyni qaydada formal olaraq alqı-satqı müqaviləsi bağlanmışdır. Hesab edir ki, qeyd olunan alqı-satqı müqavilələri etibarsız hesab edilməli, İddiaçı İldrım oğlunun adına aparılmış qeydiyyat yazısı və onun adına verilmiş **********89 reyestr nömrəli, 10 oktyabr 2022-ci il tarixli çıxarış ləğv olunmalıdır. Belə ki, işin müəyyən olunmuş həqiqi halları ondan ibarətdir ki, ona məxsus sözü gedən torpaq sahəsinə dair X4 ilə atası Cavabdeh2 arasında 18 fevral 2021-ci il tarixli, 4Ə-139 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmçinin torpaq sahəsinə dair 14 mart 2022-ci il tarixdə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X13 ilə Cavabdeh3 arasında 2 saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat Ofisində 40-450 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Eyni torpaq sahəsi ilə bağlı Cavabdeh3 ilə İddiaçı İldrım oğlu arasında 6 saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat Ofisində 03 oktyabr 2022-ci il tarixli, 40-2150 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1611/2023 saylı, 16 mart 2023-cü il tarixli qətnaməsi ilə etibarnamə üzrə nümayəndəsi X4 ilə Cavabdeh2 arasında 18 fevral 2021-ci il tarixli, 40-139 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilmiş, Cavabdeh2 adına aparılmış qeydiyyat yazısının və onun adına verilmiş **********89 reyestr nömrəli, 06 mart 2021-ci il tarixli çıxarışın ləğv olunması qət edilmişdir. Etibarnamə üzrə nümayəndəsi X4 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edildiyi üçün hesab edir ki, ondan sonra aparılmış bütün hərəkətlər etibarsız hesab edilməlidir. Başqa sözlə əqd etibarsız hesab edildikdə aparılmış bütün hərəkətlər əvvəlki vəziyyətə qaytarılmalı, əvvəlki vəziyyət bərpa olunmalıdır. Qeyd olunduğu kimi mübahisə predmeti olan olan torpaq sahəsi ona ayrılmış və həmin torpaq sahəsi uzun müddətdir ki, istifadəsindədir. Həmin torpaq sahəsinə dair qeyd olunan alqı-satqı müqavilələri bağlanan zaman alıcıların heç biri torpaq sahəsinə baxmamış, ümumiyyətlə torpaq sahəsinin hüdudlarını ayıran hasarın içərisindəkilərindən tam məlumatsız olmuşlar. Bu onu deməyə əsas veririk ki, torpaq sahəsinə dair bağlanmış bütün alqı-satqı müqavilələri formal xarakter daşımış, alqı-satqı müqavilələrinin bağlanılmasında məqsəd “vicdanlı alıcı” görüntüsü yaratmaqdan ibarət olmuşdur. Alqı-satqı müqaviləsinin formal xarakterli olmasını sübut edən digər hal ondan ibarətdir ki, iddiaçı Cavabdeh2 07 yanvar 2022-ci il tarixdə Cavabdeh1 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. İşə məhkəmə icraatında baxıldığı zaman Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X13 ilə Cavabdeh3 arasında 14 mart 2022-ci il tarixli, 40-450 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin iş üzrə qəbul olunmuş yekun məhkəmə aktı qanuni qüvvəsini almadan sözügedən torpaq sahəsi ilə bağlı yenidən Cavabdeh3 ilə İddiaçı İldrım oğlu arasında 03 oktyabr 2022-ci il tarixli, 40- 2150 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Buradan üç sual sual meydana gəlir: əmlak iddiaçının mülkiyyətində olmadığı halda o, hansı əsasla torpaq sahəsinin boşaldılmasını tələb edir; işə məhkəmə icraatında baxıldığı zaman iddiaçının torpaq sahəsinin tələm-tələsik satmasına kim və ya nə məcbur edirdi; və torpaq sahəsinə dair iki dəfə alqı-satqı müqaviləsi bağlanana qədər alıcıların heç biri nə üçün torpaq sahəsinə baxmamış, həmin torpaq sahəsinin vəziyyəti ilə maraqlanmamışdırlar. Bütün bunlar onu deməyə əsas verir ki, torpaq sahəsinə dair bağlanmış müqavilələrin hər ikisi formal xarakter daşımış, sadəcə görüntü məqsədi ilə bağlanmışdır. Başqa sözlə bağlanmış əqdlərin hər ikisi yalan əqddir. Alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi üçün daha bir əsas torpaq sahəsin alqı-satqı müqavilələrində göstərilən qiymətləri ilə real bazar qiymətindən arasında kəskin fərqin olmasıdır. Belə ki, ona məxsus qeyd olunan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaq sahəsinin (daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçən torpaq sahəsinin) qiyməti müqavilədə göstərildiyindən dəfələrlə çoxdur. Bu bir daha alqı-satqı müqavilələrinin formal bağlanmasını və alqı-satqı müqavilərinin ona məxsus torpaq sahəsinə dair mülkiyyət hüququnun ələ keçiritmək məqsədi daşıdığını sübut edir. Beləliklə, işin müəyyən olunmuş həqiqi hallarından göründüyü kimi Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X13 ilə Cavabdeh3 arasında 14 mart 2022-ci il tarixdə, 40-450 reyestr nömrəli alqı-satqı müqaviləsi və Cavabdeh3 ilə İddiaçı İldrım oğlu arasında 03 oktyabr 2022-ci il tarixdə 40-2150 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlamaqda əsas məqsəd “vicdanlı alıcı” görüntüsu yaratmaqdan ibarət olmuşdur. Bu alqı-satqı müqavilələri əsasında onun mülkiyyəti ələ keçirilmiş, bununla da mülkiyyətindən əsassız olaraq məhrum olmuşdur. Bu isə Milli və Beynəlxalq qanunvericilikdə təsbit olunmuş normaların tələblərinə ziddir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2023/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qərardadı ilə iddiaçı X8 cavabdehlər Cavabdeh2, Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alğı-saqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək hazırki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2023/2023 nömrəli, 13 noyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraatın dayandırılmasına səbəb olan hallar aradan qalxdığından icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə tərəflərindən verilmiş iddia ərizəsinin dəlillərinə uyğun izahat verməklə əlavə olaraq bildirdi ki, müstəqil tələb irəli sürən üçüncü şəsx tərəfindən mübahisləndirilən müqavilələr qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmış və həmin müqavilələrin etibarsızlığı üçün hər hansı əsas yoxdur. Həmçinin mübahisəli torpaq sahəsi İddiaçı mülkiyyətindədir və Cavabdeh1 tərəfindən zəbt olunmuşdur. Müstəqil tələb irəli sürən üçüncü şəxs X8 etibarnamə üzrə nümayəndəsi X15 tərəflərindən verilmiş iddia ərizəsinin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahəsində dair bağlanmış mübahisələndirilən alqı-saqı müqavilələri yalan əqd olmaqla, formal olaraq görünütü üçün bağlanmışdır. Həmin müqavilələrlə təmsil etdiyi şəxsin mülkiyyət hüquqları pozulmuşdur. Həmçinin hesab edir ki, İddiaçı iddiası əsassız olmaqla işin faktiki halları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinə dair bağlanmış hər iki alqı-satqı müqaviləsi formal olaraq bağlanmışdır. Belə ki, dostu Vüsal Səlimzadənin xahişi ilə onun üçün İddiaçı hissə-hissə borc pul götürülməsinə görə alqı-satqı müqaviləsində tərəf olmuşdur. Bildiyinə görə Vüsal və Xəyyam torpaq sahəsini şərikli əldə etmişlər. Vüsal da öz növbəsində borc pulun qarşılığında torpaq sahəsini İddiaçı adına keçirtmək istəyib və müqavilə onun (Cavabdeh3) iştirakı ilə bağlanmışdır. O, nə Xəyyamdan torpaq almış, nə də Elsevərə torpaq satmışdır. Torpağın onun adına keçirilib sonra isə adından çıxarılmasına dostu Vüsalın xahişi ilə razılıq vermişdir. Göründüyü kimi hər iki alğı-satqı müqaviləsinin bağlanmasında onun iştirakı formal olmuşdur. Məhkəmə iclasının 14 dekabr 2023-cü il tarixli qərarı ilə iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X13 izahatında bildirmişdir ki, hazırda sözügedən torpaq sahəsini X5 Cavabdeh2lə şərikli olaraq 45.000 manata almışlar. Torpağın alınmasına görə təxminən 14.000 manat pul ödəmişdir. Alqı-satqı müqaviləsi Cavabdeh3lə bağlansa da, faktiki olaraq bunu həyata keçirən özü olmuşdur, yəni alqı-satqı müqaviləsində Cavabdeh3 formal olaraq iştirak etmişdir. Ona pul lazım olduğundan hissəhissə İddiaçı borca pul almış, həmin borcun sığortası kimi isə İddiaçı və Cavabdeh3 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı dostu Cavabdeh3 görə ona borca pul vermiş və onlar belə danışmışlar ki, torpaq sahəsi satıldıqdan sonra İddiaçı aldığı borcu qaytaracaq və qalanını Cavabdeh2 ödəyəcək. Bundan başqa alqı-satqı müqaviləsi bağlandıqdan sonra İddiaçıla torpağa baxmağa getdikdə Əlvan Ağayevin atası Cavabdeh1 orada olmuş və aralarında mübahisə yaranmışdır. Bununla yanaşı bildirmişdir ki, torpaq sahəsini satmaqda əsas məqsəd Cavabdeh2lə birlikdə qazanc əldə etmək olmuşdur. Hətta sözügedən torpaq sahəsini Malik adlı şəxsə 50.000 manata satmağa sövdələşsələr də, yenidən torpaq sahəsinə baxmağa getdikdə Əlvan Ağayevin atası Cavabdeh1 onların üzərinə hücum çəkmiş və həmin şəxs də torpaq sahəsini almaqdan imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən hər iki iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 06 mart 2021-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2-0074 nömrəli sahə ünvanında yerləşən, ümumi sahəsi 0.0434 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olmuşdur. İş materiallarında olan satıcı Cavabdeh2 (əvəzinə X13) ilə alıcı Cavabdeh3 arasında 14 mart 2022-ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2-0074 nömrəli sahə ünvanında yerləşən, ümumi sahəsi 0.0434 ha olan torpaq sahəsini alıcıya 12 000 manat satılması haqqında bağlanılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 25 mart 2022-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2-0074 nömrəli sahə ünvanında yerləşən, ümumi sahəsi 0.0434 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olmuşdur. İş materiallarında olan satıcı Cavabdeh3 ilə alıcı İddiaçı arasında 03 oktyabr 2022ci il tarixdə bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2-0074 nömrəli sahə ünvanında yerləşən, ümumi sahəsi 0.0434 ha olan torpaq sahəsini alıcıya 14 000 manat satılması haqqında bağlanılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 25 mart 2022-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2-0074 nömrəli sahə ünvanında yerləşən, ümumi sahəsi 0.0434 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(003)-718/2022 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı Cavabdeh2 ilk iddia üzrə Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddiasının təmin edilməsi, ilk iddia üzrə Cavabdeh1 Cavabdeh2 mülkiyyətində olan Binə qəsəbəsi Atçılıq massivində yerləşən torpaq sahəsindən çıxarılması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə Cavabdeh2 qarşı torpaq sahəsinə verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddianın rədd edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun Cavabdeh1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7655/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(003)-718/2022 nömrəli qətnaməsi ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş, ilk iddia üzrə iddiaçı Cavabdeh2 ilk iddia üzrə Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması tələbi üzrə ərizəsi baxılmamış saxlanılmışdır. Qeyd olunan qərardaddan görünür ki, “İşin araşdırılan hallarından görünür ki, ilkin iddia ərizəsi iddiaçı Cavabdeh2 nümayəndəsi qismində qeyd olunmuş X13 tərəfindən imzalansa da, onun iddiaçı Cavabdeh2 ilə qohumluq əlaqəsini təsdiq edən sənəd və ya onun vəkillər kollegiyasının üzvü olması barədə sənəd iş materillarına əlavə olunmamışdır. X1 adına verilmiş etibarnamədə iddia ərizəsinin imzalanması səlahiyyəti xüsusi göstərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, etibarnamədə yalnız «imzalamaq» səlahiyyətinin göstərilməsi X6 ikin iddia ərizəsini iddiaçı Cavabdeh2 nümayəndəsi qismində imzalamasına hüquqi əsas yaratmırdı. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən bu hala diqqət yetirilməyərək iddia ərizəsinin buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmasına qiymət verilməyərək ilkin iddia tələbi üzrə məhkəmə qətnaməsi çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, ilkin iddia tələbi baxılmamış saxlanılmalıdır”. Eyni zamanda həmin tarixli (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7655/2022 saylı xx.xx.2022-ci il tarixli) qətnamə ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(003)-718/2022 nömrəli qətnaməsi qismən ləğv edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, 2(003)-718/2022 nömrəli qətnaməsi qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yuxarıda qeyd olunan 2(003)-718/2022 nömrəli mülki iş məhkəmənin arxivində götürülmüşdür. Həmin işin materiallarından görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamına əsasən Cavabdeh1 0,10 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin kənd təsərrüfatı müəssisəsinin xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışdan görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilk- südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin kənd təsərrüfatı müəssisəsi) Həmkarlar Təşkilatının xx.xx.2003-cü il tarixli 02 saylı protokolunu nəzərə alaraq, Cavabdeh1 0,10 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 - 0.434 ha torpaq sahəsi X16 mülkiyyətindədir. İş materiallarında olan daşınmaz əmlakın alqı-saqısı barədə xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli müqavilənin surətindən görünür ki, X14 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,0434 ha. olan torpaq sahəsini Cavabdeh2 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan (qanuni qüvvəsini almış) Bakı Şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1611/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X8 cavabdehlər Cavabdeh2, Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, iddiaçıya məxsus olmuş ünvan 1 ünvanında yerləşən 0,0434 ha torpaq sahəsi ilə bağlı iddiaçının etibarnamə üzrə nümayəndəsi X4 ilə Cavabdeh2 arasında Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı Notariat Ofisində bağlanmış 18 fevral 2021-ci il tarixli, 4Ə-139 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı Daşınmaz Əmlakın dövlət reyestrindən Cavabdeh2 adına aparılmış qeydiyyat yazısı və onun adına verilmiş **********89 reyestr nömrəli, 06 mart 2021-ci il tarixli Çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki: “Cavabdeh iddiaçının etibarından sui-istifadə edərək onun iradəsinə zidd olaraq alğı-satqı müqaviləsini öz xeyrinə bağlanmasına nail olmuşdur. Belə ki, iş materiallarında və araşdırmanın nəticəsindən bunun əksini aşkar etmək mümkün olmamışdır. Cavabdeh məhkəmənin gedişatından xəbardar olmuş, məhkəmə iclaslarında iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və iddiaçının iddiasını təkzib edəcək hər hansı dəlil, sənəd, sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması nəticəsində iddiaçının verdiyi etibarnamə əsasında iddiaçının maraqları daxilində əqd bağlanması halı aşkar edilməmiş, bunun əksi olaraq cavabdehin maraqları daxilində hərəkət etməsi müəyyən edilmişdir. Bu hal isə birbaşa məcəllənin tələblərinin pozulması deməkdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi bildirmişdir ki, iddiaçıya aid torpaq sahəsi onun ata-anasına məxsus torpaq sahəsi ilə həmsərhəddir. İddiaçı 2022-ci ilin əvvəllərində atasının evində olduğu zaman cavabdeh polislə birlikdə həmin ünvana gələrək iddiaçının torpaq sahəsindən çıxmasını tələb etmişdir. Əsas olaraq da alğı-satqı müqaviləsini gətirmişdir. İddiaçı yalnız bu məsələdən sonra aldandığını bilmişdir. Bundan sonra o, dəfələrlə cavabdehlə əlaqə saxlamağa çalışsa da, cavabdeh bu günə qədər də onunla görüşməkdən imtina etmişdir. Buna görə də o, məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, 18 fevral 2021-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsi etibarsızdır. Belə olan halda iddia tələbi təmin edilməli, iddiaçıya məxsus olmuş ünvan 1 ünvanında yerləşən 0,0434 ha torpaq sahəsi ilə bağlı iddiaçının etibarnamə üzrə nümayəndəsi X4 ilə Cavabdeh2 arasında Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı Notariat Ofisində bağlanmış 18 fevral 2021-ci il tarixli, 4Ə139 reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı Daşınmaz Əmlakın dövlət reyestrindən Cavabdeh2 adına aparılmış qeydiyyat yazısı və onun adına verilmiş **********89 reyestr nömrəli, 06 mart 2021-ci il tarixli Çıxarış ləğv olunmalıdır”. Beləliklə işin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, ünvan 3 - 0.0434 ha torpaq sahəsi X16 mülkiyyətində olmuş, Ə.Ağayev (əvəzinə X4) həmin torpaq sahəsinə dair Cavabdeh2 ilə alğı-satqı müqaviləsi bağlamış və torpaq sahəsini Cavabdeh2 satmışdır və alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 sözügedən torpaq sahəsinə dair Çıxarış əldə etmişdir. Bundan sonra Ə.Ağayev Cavabdeh2lə bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirmiş və (qanuni qüvvəsini almış) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1611/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qətnaməsi ilə həmin alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Həmin iş üzrə müəyyən edilmişdir ki, 15 fevral 2021-ci il tarixdə Bakı şəhəri 40 saylı Notariat Ofisində iddiaçı X14 Cavabdeh2 etibarnamə vermiş, etibarnamə əsasında iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzərində sərəncam vermək, satmaq, bağışlamaq daxil olmaqla bir sıra səlahiyyətlər cavabdehə verilmişdir. Daha sonra 17 fevral 2021-ci il tarixdə Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisində iddiaçı X14 Cavabdeh2 oğlu X3 eyni məzmunda etibarnamə vermişdir. 18 fevral 2021-ci il tarixdə satıcı X8 əvəzinə X4 ilə alıcı Cavabdeh2 arasında Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı Notariat Ofisində daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi Cavabdeh2 satılmış, 06 mart 2021-ci il tarixli Çıxarışa əsasən torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına rəsmiləşdirilmişdir. İddiaçı bu alğı-satqı müqaviləsini mübahisələndirmişdir. Məhkəmənin qeyd olunan iş üzrə mövqeyi isə ondan ibarət olmuşdur ki, həmin alğısatqı müqaviləsi etibarsızdır. Belə ki, Mülki Məcəlləyə əsasən məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Hazırkı işdən görünür ki, cavabdeh iddiaçının etibarından sui-istifadə edərək onun iradəsinə zidd olaraq alğı-satqı müqaviləsini öz xeyrinə bağlanmasına nail olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 (əvəzinə X13) ilə alıcı Cavabdeh3 arasında sözügedən torpaq sahəsinə dair 14 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, sonuncu da öz növbəsində torpaq sahəsini 03 oktyabr 2022-ci il tarixli alğısatqı müqaviləsi ilə İddiaçı satmışdır və nəhayət hazırda mübahisəsi gedən torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Hazırda İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0434 ha olan torpaq sahəsi və ona bitişik olan 10 sot torpaq sahəsindən Cavabdeh1 çıxarılması, cavabdeh tərəfindən qeyd edilən torpaq sahəsinin boşaldılaraq iddiaçıya geri qaytarılması iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehden tutulması barədə qətnamə və sui-istifadə edərək qanunsuz olaraq torpaq sahəsini zəbt etdiyi və qanunsuz sahibkarlıqla məşğul olduğu üçün Cavabdeh1 barəsində hazırkı iş üzrə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Xəyyam Orxan oğlunun etibarnamə üzrə nümayəndəsi X13 ilə Cavabdeh3 arasında 2 saylı Bakı ASAN xidmət Mərkəzinin Notariat Ofisində bağlanmış 14 mart 2022-ci il tarixli 4Ə-450 reyestr nömrəli alğı-satqı müqaviləsinin və Cavabdeh3 ilə İddiaçı arasında 6 saylı “Bakı ASAN xidmət” Mərkəzinin Notariat Ofisində bağlanmış 03 oktyabr 2022-ci il tarixli 4Ə-2150 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı Daşınmaz Əmlakın dövlət reyestrindən İddiaçı adına aparılmış qeydiyyat yazısı və onun adına verilmiş **********89 reyestr nömrəli, 10 oktyabr 2022-ci il tarixli çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddiasına münasibətdə bildirir ki, iddia tələbi - Cavabdeh2 Orxan oğlunun etibarnamə üzrə nümayəndəsi X13 ilə Cavabdeh3 arasında 2 saylı Bakı ASAN xidmət Mərkəzinin Notariat Ofisində bağlanmış 14 mart 2022-ci il tarixli 4Ə-450 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsaslı olmuşdur və həmin müqavilə ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi 324.1, 324.2, 324.4 və 324.5cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 404-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin Maddə 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Göründüyü kimi hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əqdin etibarsızlığı ilə bağlı iddia tələbinə qiymət verilərkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). İşin qeyd olunan hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi ilk öncə Ə.Ağayevin mülkiyyətində olmuş və X4 Ə.Ağayevin ona verdiyi etibarnamə əsasında həmin torpaq sahəsini Cavabdeh2 satmış, o da öz növbəsində 14 mart 2022-ci il tarixli 4Ə-450 reyestr nömrəli alğı-satqı müqaviləsi ilə Cavabdeh3 satmışdır. 14 mart 2022-ci il tarixli 4Ə-450 reyestr nömrəli alğı-satqı müqaviləsindən isə görünür ki, Cavabdeh2 adından - etibarnamə üzrə nümayəndəsi X13 çıxış etmişdir. Məhkəmə tərəfindən X13 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş və V.Səlimzadə izahatında bildirmişdir ki, hazırda sözügedən torpaq sahəsini X5 Cavabdeh2lə şərikli olaraq 45.000 manata almışıar. Torpağın alınmasına görə təxminən 14.000 manat pul ödəmişdir. Alqı-satqı müqaviləsi Cavabdeh3lə bağlansa da faktiki olaraq bunu həyata keçirən özü olmuşdur, yəni alqı-satqı müqaviləsində Cavabdeh3 formal olaraq iştirak etmişdir. Ona pul lazım olduğundan hissəhissə İddiaçı borca pul almış, həmin borcun sığortası kimi isə İddiaçı və Cavabdeh3 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı dostu Cavabdeh3 görə ona borca pul vermiş və onlar belə danışmışlar ki, torpaq sahəsi satıldıqdan sonra İddiaçı aldığı borcu qaytaracaq və qalanını Cavabdeh2 ödəyəcək. Bundan başqa alqı-satqı müqaviləsi bağlandıqdan sonra İddiaçıla torpağa baxmağa getdikdə Əlvan Ağayevin atası Cavabdeh1 orada olmuş və aralarında mübahisə yaranmışdır. Bununla yanaşı bildirmişdir ki, torpaq sahəsini satmaqda əsas məqsəd Cavabdeh2lə birlikdə qazanc əldə etmək olmuşdur. Hətta sözügedən torpaq sahəsini Malik adlı şəxsə 50.000 manata satmağa sövdələşlər də, yenidən torpaq sahəsinə baxmağa getdikdə Əlvan Ağayevin atası Cavabdeh1 onların üzərinə hücum çəkmiş və həmin şəxs də torpaq sahəsini almaqdan imtina etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 bildirdikləri iş üzrə Cavabdeh3 izahatı ilə üst-üstə düşmüşdür. Belə ki, Cavabdeh3 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinə dair bağlanmış hər iki alqı-satqı müqaviləsi formal olaraq bağlanmışdır. Belə ki, dostu Vüsal Səlimzadənin xahişi ilə onun üçün İddiaçı hissə-hissə borc pul götürülməsinə görə alqı-satqı müqaviləsində tərəf olmuşdur. Bildiyinə görə Vüsal və Xəyyam torpaq sahəsini şərikli əldə etmişlər. Vüsal da öz növbəsində borc pulun qarşılığında torpaq sahəsini İddiaçı adına keçirtmək istəyib və müqavilə onun (Cavabdeh3) iştirakı ilə bağlanmışdır. O, nə Xəyyamdan torpaq almış, nə də Elsevərə torpaq satmışdır. Torpağın onun adına keçirilib sonra isə adından çıxarılmasına dostu Vüsalın xahişi ilə razılıq vermişdir. Göründüyü kimi hər iki alqı-satqı müqaviləsinin bağlanmsında onun iştirakı formal olmuşdur. Həmçinin qanuni qüvvəsini almış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1611/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qətnaməsindən görünür ki, 17 fevral 2021 tarixli etibarnamənin mətnindən görünür ki, iddiaçıya aid torpaq sahəsinə birinci etibarnamə verilən tarixdə, yəni 15 fevral 2021-ci il tarixdə iddiaçının adına ünvan 1 ünvanında yerləşən 0,0434 ha torpaq sahəsinə dair çıxarış verilmişdir. Cavabdeh2 iddiaçının adına çıxarış aldıqdan sonra iddiaçını yenidən notariat kontoruna apararaq bu dəfə oğlu X21 adına etibarnamə verilməsinə nail olmuşdur. Bundan sonra o, 18 fevral 2021-ci il tarixdə iddiaçıya məxsus torpaq sahəsinə dair oğlu ilə (iddiaçının adından) özü arasında alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsinə nail olmuşdur. Göründüyü kimi Cavabdeh2 Ə.Ağayevin etibarından sui-istifadə edərək onun iradəsinə zidd olaraq alğı-satqı müqaviləsini öz xeyrinə bağlanmasına nail olmuş, bundan sonra isə həmin torpaq sahəsini 14 mart 2022-ci il tarixli 4Ə-450 reyestr nömrəli alğısatqı müqaviləsi ilə Cavabdeh3a satmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 Ə.Ağayevin etibarından suiistifadə etməklə torpaq sahəsinə dair bağladığı müqavilə etibarsız hesab edildiyindən, Cavabdeh2lə Cavabdeh3 arasında bağlanmış 14 mart 2022-ci il tarixli 4Ə-450 reyestr nömrəli alqı-satqı müqaviləsi də uydurma əqd olmaqla, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmışdır, çünki işin faktiki halları ilə müəyyən edilmişdir ki, həmin müqaviləni Cavabdeh2 əvəzinə nümayəndə qismində imza etmiş X10 pul lazım olduğu üçün formal olaraq torpaq sahəsini Cavabdeh3 satılmış kimi göstərilmiş və nəticədə iş üzrə iddiaçının verdiyi pul vəsaiti məhz V.Səlimzadəyə çatmışdır. Göründüyü kimi tərəflər arasında, yəni X10 borcun verilməsi üçün Cavabdeh3 müqavilənin tərəfi kimi çıxış etmiş, Cavabdeh3 məqsədi həmin torpaq sahəsini almaq olmamışdır. Halbuki müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. (Mülki Məcəllə 404-cü maddə). Hazırda mübahisələndirilən 14 mart 2022-ci il tarixli AN -İ ******* saylı reyestrdə 40- 450 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinə qədərki danışıqlar, eləcə də tərəflərin qarşılıqlı münasibətləri mübahisəli torpaq sahəsinin Cavabdeh2 tərəfindən Cavabdeh3 satılması niyyətinin olmamasını deməyə əsas verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 14 mart 2022-ci il tarixli 4Ə-450 reyestr nömrəli alğı-satqı müqaviləsi ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olduğundan etibarsız hesab edilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X14 tələbində həmçinin Cavabdeh3 ilə İddiaçı arasında 6 saylı “Bakı ASAN xidmət” Mərkəzinin Notariat Ofisində bağlanmış 03 oktyabr 2022-ci il tarixli 4Ə-2150 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı Daşınmaz Əmlakın dövlət reyestrindən İddiaçı adına aparılmış qeydiyyat yazısı və onun adına verilmiş **********89 reyestr nömrəli, 10 oktyabr 2022-ci il tarixli çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə əsassız olmuşdur. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Ə.Ağayevə məxsus torpaq sahəsi ilk öncə onun etibarından sui-istifadə edilərək onun iradəsinə zidd olaraq alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına satılmış, o da öz növbəsində Vüsal Səlimzadə vasitəsi ilə (etibarnamə üzrə nümayəndə qismində) Cavabdeh3 satmışdır ki, bu zaman tərəflər arasında alqı-satqı müqaviləsinə uyğun hüquqi nəticələr niyyəti olmamışdır. Bununla belə Cavabdeh3 həmin torpaq sahəsini İddiaçı satan zaman sonuncu vicdanlı alıcı olmuşdur. Bununla bağlı olaraq məhkəmə bildirir ki, Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Qanunvericiliyin qeyd edilən normalarından mənasından göründüyü kimi, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. «Qladışevanın Rusiyaya qarşı» işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 06 dekabr 2011-ci il tarixli qərarında göstərmişdir ki, mənzil üzərində mülkiyyət hüququnun əldə edilməsinin qanuniliyinə nəzarət edən orqan mövcud olduğu halda ərizəçi və yaxud mənzili alan hər hansı digər şəxs bunun üçün xüsusi olaraq nəzərdə tutulmuş prosedur qaydaların icrası zamanı aradan qaldırılmalı olan, lakin aradan qaldırılmayan səhvlər üzündən mülkiyyət hüququndan məhrum olunmaq təhlükəsini əvvəlcədən görməli deyillər. Orqanın diqqətsizliyi gələcəkdə mübahisəli əmlakı vicdanlı əldə edən şəxsin cəzalandırılması üçün əsas olmamalıdır. Mülki işin materiallarından həmçinin iddia tələblərinin dəlillərindən görünür ki, 03 oktyabr 2022-ci il tarixli 4Ə-2150 reyestr nömrəli alğı-satqı müqaviləsi üzrə alıcı (cavabdeh – İddiaçı) torpaq sahəsini əvəzi ödənilməklə almış, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Buna gorə də hazırki işin hallarından, mülki qanunvericiliyin vicdanlı alıcı ilə bağlı normalarından çıxış edərək məhkəmə hesab edir ki, həmin alqı-satqı müqaviləsi üzrə alıcı vicdanlı əldə edən olduğundan, mübahisə obyekti olan torpaq sahəsinin əldə edilməsi ilə bağlı bağlanmış alqı-satqı muqaviləsi və onun əsasında verilmiş çıxarış (reyestrdəki qeyd) etibarsız hesab edilə bilməz. Müstəqil tələb irəli sürən üçüncü şəxs isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, müstəqil tələb irəli süürən üçüncü şəxs tələbində cavabdeh İddiaçı vicdanlı alıcı olmasını istisna etməmiş, sadəcə torpaq sahəsinin ilkin olaraq Cavabdeh2 adına sənədləşdirilməsinin qanunsuz olmasını, məhz bu səbəbdən də cavabdeh – İddiaçı da aid sənədlərin də etibarsız olmasını bildirmişdir. Eyni zamanda, iş materiallarında da torpaq sahəsini əldə etmiş cavabdeh – İddiaçı müvafiq əqdlər bağlanan zamanı vicdanlılığını istisna edən hər hansı mötəbər sübut mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası - Cavabdeh3 ilə İddiaçı arasında 6 saylı “Bakı ASAN xidmət” Mərkəzinin Notariat Ofisində bağlanmış 03 oktyabr 2022-ci il tarixli 4Ə-2150 reyestr nömrəli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı Daşınmaz Əmlakın dövlət reyestrindən İddiaçı adına aparılmış qeydiyyat yazısı və onun adına verilmiş **********89 reyestr nömrəli, 10 oktyabr 2022-ci il tarixli çıxarışın ləğv olunması hissəsində rədd edilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələbində həmçinin qeyd etmişdir ki, torpaq sahəsinin alğı-satqı müqavilələrində göstərilən qiymətlər ilə real bazar qiyməti arasında kəskin fərq olmuşdur. Məhkəmə qeyd olunan dəlilləri əsassız hesab edir, belə ki, mübahisəli torpaq sahəsinə dair bağlanmış 14 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsində torpaq sahəsinin dəyərinin 12000 manat, digər 03 oktyabr 2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsində isə torpaq sahəsinin 14000 manat olması göstərilmişdir. Göründüyü kimi qeyd olunan alqı-satqı müqavilələrində mübahisəli torpaq sahəsinin dəyərinin kəskin fərqlə olması müəyyən edilməmişdir. Həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X14 alqı-satqı müqavilələrində göstərilən qiymətlər ilə real bazar qiyməti arasında kəskin fərq olması barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Həmin halın müəyyən edilməsi üçün isə məhkəmə ekspertizanın təyin edilməsinə zərurət görməmişdir, çünki müstəqil tələb irəli sürən üçüncü şəxs X8 dəlilləri işin araşdırılmış halları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə İddiaçı iddia tələbinə münasibətdə isə qeyd edir ki, həmin iddia tələbi - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş, 10 oktyabr 2022-ci il tarixli, ********** saylı çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0434 ha olan torpaq sahəsindən Cavabdeh1 çıxarılması, cavabdeh tərəfindən qeyd edilən torpaq sahəsinin boşaldılaraq iddiaçıya geri qaytarılması iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehden tutulması hissəsində əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-ci maddəsinin İİ bəndinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə, hesab edir ki, iddiaçı cavabdehə qarşı hazırki tələbi irəli sürməkdə haqlıdır. Çünki işin mübahisəsiz hallarından göründüyü kimi iddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0434 ha torpaq sahəsinin mülkiyyətçisidir, bununla yanaşı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən həmin torpaq sahəsi qanunsuz olaraq istifadə edilir. Belə ki, məhkəmə iclasında araşdırılmış 2(003)-718/2022 nömrəli mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/2582 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Cavabdeh2 ayrılmış torpaq sahəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən X11 ayrılmış torpaq sahəsinin eyni sahə olduğu, həmin torpaq sahəsinin bütövlüklə mübahisə predmeti olan və Cavabdeh1 faktiki istifadəsində olan 0,15 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Göründüyü kimi qeyd olunan mülki iş üzrə məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq, müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Cavabdeh2 ayrılmış torpaq sahəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən X11 ayrılmış torpaq sahəsinin eyni sahə olduğu, həmin torpaq sahəsinin bütövlüklə mübahisə predmeti olan və Cavabdeh1 faktiki istifadəsində olan 0,15 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bununla yanaşı Cavabdeh1 mübahisəli torpaq sahəsinin onun istifadəsində olan torpaq sahəsi ilə fərqli olduğunu mübahisələndirməyərək sahənin Elsevərə deyil, məhz oğlu Əlvana aid olduğunu bildirmişdir. Bununla da müəyyən edilir ki, hazırki mülki üzrə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0434 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən faktiki olaraq istifadə edilir və sonuncunun həmin torpaq sahəsinə dair hər hansı hüquqları olmamışdır. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, Cavabdeh1 iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadə etməklə qanunla iddiaçının mülkiyyət hüquqlarını həyata keçirə bilməməsinə gətirib çıxarır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi ilə eyni olması qeyd olunan mülki işin araşdırılması zamanı təyin edilmiş ekspertizanın nəticələri ilə müəyyən edildiyindən, hazırki iş üzrə həmin halın müəyyən edilməsi üçün ekspertiza təyin edilməsinə zərurət olmamışdır. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumiprinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmin qərarda qeyd edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. “İnsan hüquqları haqqında Ümumi Bəyannamənin” 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş, 10 oktyabr 2022-ci il tarixli, ********** saylı çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0434 ha olan torpaq sahəsindən Cavabdeh1 çıxarılması, cavabdeh tərəfindən qeyd edilən torpaq sahəsinin boşaldılaraq iddiaçıya geri qaytarılması iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehden tutulması hissəsində iddia tələbi əsaslı olmuşdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddia tələbi ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0434 ha olan torpaq sahəsinə bitişik olan 10 sot torpaq sahəsindən cavabdehin çıxarılması hissəsində əsassız olmuşdur, belə ki, İddiaçı 0.0434 ha torpaq sahəsində bitişik olan 10 sot torpaq sahəsinin onun mülkiyətində olması barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin qeyd olunan 10 sot torpaq sahəsinin cavabdehin mülkiyyətində (sahibliyində) olması işin faktiki halları ilə müəyyən edilməmişdir. Bundan başqa İddiaçı tələbində - Cavabdeh1 sui-istifadə edərək qanunsuz olaraq torpaq sahəsini zəbt etdiyi və qanunsuz sahibkarlıqla məşğul olduğu üçün onun barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə iclasında hazırki iş üzrə xüsusi qərardadın qəbul edilməsi üçün əsaslar müəyyən edilməmişdir, bununla yanaşı məhkəmə izah edir ki, İddiaçı ona məxsus torpaq sahəsinin zəbt edilməsi zamanı cinayət əlamətlərinin mövcud olmasını iddia etdiyi halda araşdırılma aparılması üçün hüquq mühafizə orqanlarına müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM 76.2) Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0434 ha olan torpaq sahəsindən Cavabdeh1 çıxarılmalı, həmin torpaq sahəsi Cavabdeh1 tərəfindən boşaldılaraq iddiaçıya geri qaytarılmalı, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququ bərpa edilməli, İddiaçı iddiası qalan hissədə təmin edilməməli, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı xeyrinə verilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddiasının qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında 2 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat ofisində bağlanmış 14 mart 2022-ci il tarixli AN -İ ******* saylı reyestrdə 4Ə-450 nömrə ilə qeydə alınmış alqısatqı müqaviləsinin etibarsiz hesab edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddiası qalan hissədə təmin edilməməsi və müstəqil tələb irəli sürən üçüncü şəxs X14 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq X8 xeyrinə ödənilsin, qalan 50 manatın isə X8 özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı iddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.0434 ha olan torpaq sahəsindən Cavabdeh1 çıxarılsın. Həmin torpaq sahəsi Cavabdeh1 tərəfindən boşaldılaraq İddiaçı geri qaytarılsın və İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququ bərpa edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı xeyrinə verilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında 2 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat ofisində bağlanmış 14 mart 2022-ci il tarixli AN -İ ******* saylı reyestrdə 4Ə-450 nömrə ilə qeydə alınmış alğı-satqı müqaviləsi etibarsiz hesab edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddiası qalan hissədə təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X14 tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun 50 (əlli) manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq X8 xeyrinə ödənilsin, qalan 50 (əlli) manat isə X8 özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(003)-116/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-116/2024
01.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver