Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1164/2022 20.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun Bakı şəhərində 25.0*.2022-ci il tarixdə oğlan uşağının doğmağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, *7 noyabr 2020-ci ildə X4 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 25.0*.2022-ci il təvəllüdlü Əbəlfəz kimi adlandırdıqları oğlan uşaqları anadan olmuşdur. 25.0*.2022-ci il təvəllüdlu Əbəlfəz kimi adlandırdıqları oğlan uşağı yaşadıqları evdə ev şəraitində doğulduğundan, hazırkı vaxtadək uşağına doğum haqqında şəhadətnamə ala bilməmişdir. Uşağın ev şəraitində doğulmasına səbəb maddi imkansızlıq ucbatından olmuşdur. Oğlu ev şəraitində doğulduğundan ona doğum haqqında şəhadətnamə ala bilməmişlər. Uşağı doğulduğu vaxtdan 7 nömrəli uşaq poliklinikasında tibbi qeydiyyatdadır və hazırda sağ-salamatdır. Bundan başqa uşaq anadan olduğu günün səhəri 26 yanvar 2022-ci il tarixdə Tibbi yardım stansiyasının sahə həkimi evə gəlmiş və xəstəni müayinə edərək bu barədə xəbərdarlıq vərəqəsi də vermişdir. Uşağına doğum haqqında şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə mürəciət etməli olduöu bildirilmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin ərizəçiyə ünvanladığı *8.02.2022-ci il tarixli 05/*5-200 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X* X2 təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü ilin *45 №-li Qərarının 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün müvafiq sənədlərin olmadığı üçün ona məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X6 *7.**.2020-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Həmidli soyadı verilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmədə şahid qismində ifadə vermiş X3 bildirmişdir ki, ərizəçi onun gəlinidir. Onun mamaça kimi təcrübəsi var. Uşaq doğuşunda iştiak etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X4 bildirmişdir ki, o, ərizəçinin əridir. Doğum evdə olmuşdur. Doğum zamanı onun anası mamaça olduğundan evə şəraitndə doğulmasında hər hansı bir narahatçılıq olmamışdır. Onların oğlan uşaqları olmuşdur. Uşaq hazırda sağlamdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44-cü maddəsinin tələbinə görə, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 saylı qərarı ilə təsdiq edilmiş X* X2 2.5.4-cü bəndinin tələbinə görə doğumun qeydə alınması üçün digər sənədlərlə yanaşı uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə əsasən qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarda həmçinin göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, doğum faktının müəyyən edilməsinin doğum haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmədə ərizəçinin izahatı, şahidlərin ifadələri, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq olundu ki, xx.xx.*996-cı il təvəllüdlü Bakıda doğulmuş, milliyəti azərbaycanlı olan Ərizəçi 25.0*.2022-ci il tarixdə Bakı şəhərində bir oğlan uşağı doğmuşdur. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.*996-cı il təvəllüdlü Bakı şəhərində doğulmuş, milliyəti azərbaycanlı olan Ərizəçi 25.0*.2022-ci il tarixdə Bakı şəhərində bir oğlan uşağı doğmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.*996-cı il təvəllüdlü Bakı şəhərində doğulmuş, milliyəti azərbaycanlı olan Ərizəçi 25.0*.2022-ci il tarixdə Bakı şəhərində bir oğlan uşağı doğmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Xəzər rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1164/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1164/2022
20.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver