Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1169/2021 02.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu- Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı Aysu İsmayılovanın atalıq qeydinin etibarsız hesab edilməsi, ata adı qrafasında X1 göstərilməsini və müvafiq qeydin aparılmasının Maraqlı şəxsnə həvalə edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 306.1-ci məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 339.1-ci maddsəinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Sadalanan xüsusata əsasən məhkəmə hesab edir ki, ərizəçinin ərizəsində göstərdiyi və xahiş etdiyi halla bağlı hüquq haqqında mübahisə vardır. Belə ki, atalığın müəyyən olunması haqqında şəhadətnamə əsasında Aysu İsmayılovanın doğum haqqında şəhadətnaməsində ata qrafasında atası Zamin İsmayılov kimi qeyd olunmuşdur. Lakin hal-hazırda ərizəçi qızı Aysunun akt qeydinin etibarsız hesab edilməklə doğum haqqında şəhatədnamədə ata adı qrafasında atasının Zamin İsmayılov deyil, X2 olmasını göstərilməsini xahiş etmişdir ki, bununlada artıq hüquqa aid ümumi mübahisə yaranmışdır. Belə ki, artıq qanunvericilyin tələblərinə əsasən atalığın müəyyən edilməsi haqqında şəhadətnamə əsasında aparılmış qeydiyyatın qanuniliyi mübahisələndirilir ki, belə olan halda Ərizəçi mövcud ərizəsinə xüsusi icraat qaydasında baxıla bilməz. Odur ki, Aysu Abdullayevanın atalıq qeydinin atalıq qeydinin etibarsız hesab edilməsi, ata adı qrafasında X1 adının göstərilməsinə dair məhkəməyə aid hüquq haqqında mübahisə yarandığından, iddianın yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilərək, ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Qeyd edilən Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq qərara a l d ı m: Ərizəçi - qızı Aysu İsmayılovanın atalıq qeydinin etibarsız hesab edilməsi, atasının adı qrafasında X1 adının göstərilməsi və müvafiq qeydin aparılmasının Maraqlı şəxsnə həvalə edilməsi barədə ərizəsi, yolverilməzliyə görə qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1169/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1169/2021
02.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver