Məhkəmə qərarları › İş №2(003)-118/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-118/2024

26.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-118/2024 26.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi, eyni zamanda İddiaçı1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sərhədlərinin müəyyən edilməsi, torpaqdan istifadə edilməsində maneçiliyin törədilməməsinə cavabdehin üzərində öhdəlik qoyulması, torpağın boşaldılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sərhədlərinin müəyyən edilməsi, torpaqdan istifadə edilməsində maneçiliyin törədilməməsinə cavabdehin üzərində öhdəlik qoyulması, torpağın boşaldılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 101 saylı torpaq ölçüsünə uyğun olaraq sərhədlərin müəyyənedilməsi, torpaqdan istifadə edilməsində maneçiliyin aradan qaldırılması, mülkiyyətində olan torpaq sahəsindən istifadə etmələrində maneçiliyin törədilməməsi öhdəliyinin cavabdehlərin və digər şəxlərin üzərinə qoyulması, cavabdehlər Cavabdeh2, Cavabdeh1 onlara məxsus torpaq sahəsindən çıxarılması, cavabdehlər tərəfindən çəkilmiş hasarın cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılması, torpaq sahəsinə tökülmüş zibillərin cavabdehin hesabına təmizlənilməsi, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi, vurulmuş mənəvi ziyana görə cavabdehlərdən 17000 (on yeddi min) manat pul vəsaitinin onların xeyrinə tutulması, vurulmuş maddi ziyana görə cavabdehlərdən 30000 (otuz min) manat pul vəsaitinin tutulması və ödənilmiş 261 (iki yüz altmış bir) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq onlara ödənilməsi” barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi, eyni zamanda İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh tərəfindın ona ilkin olaraq 300 manat ödənilmiş, qalan 1200 manatı alqı-satqı zamanı ödəməsini öz öhdəsinə götürmüşdür. Bu səbəbdən, alqı-satqı zamanı cavabdehin mülkiyyətinə 337 kv.m sahəni mülkiyyətlərinə verilməsinə dair öhdəlik götürmüşdürlər. İddiadan imtina edir və imtina etməsinin nəticələri ona aydındır. Cavabdehə qarşı hər hansı tələblərinin olmamasını nəzərə alaraq, iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddiaçılar ilə məhkəmədən kənar razılığa gəldiklərini, iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi, eyni zamanda İddiaçı1 ilə razılığa gəldiklərini, ona 300 manat ödən iş edilmiş, 1200 manatı alqı-satqı zamanı ödəməsini öz öhdəsinə götürmüşdür. İddiaçılar isə 337 kv.m sahəni hüquqlarını təmsil etdiyi cavabdehin mülkiyyətlərinə verilməsinə dair öhdəlik götürmüşdürlər. Odur ki, iddiaçıların iddiadan imtina etməsi barədə ərizəsini qəbul edərək, iş üzrə icraata xitam verilməsini məhkəmədə xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən, iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsində qeyd edilir ki, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçının iddiadan imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina etməsi özünün subyektiv hüququ olub, onun iddiadan imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Eyni zamanda cavabdeh də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Buna görə də iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci iddiaçıdan və cavabdehlərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğindədir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən, iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə xərcinə aid olan ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 tutulmasına etiraz etməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli olduğundan, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ********************, SWİFTBİK CTREAZ 22) hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sərhədlərinin müəyyən edilməsi, torpaqdan istifadə edilməsində maneçiliyin törədilməməsinə cavabdehin üzərində öhdəlik qoyulması, torpağın boşaldılması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Ekspertiza xərci kimi məhkəmə tikinti-texniki ekspertizasının xərci 50,0 (əlli) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ********************, SWİFTBİK CTREAZ 22) hesabına ödənilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar