Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-120/2022 23.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, İlk idddia üzrə cavabdeh X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tikinti işlərinin dayandırılması və yaranmış maneələrin aradan qaldırılması tələbinə dair ilk, Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı torpaq sahələrinə verilmiş şəhadətnamələrin etibarsız sayılması barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlk İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsində aparılan tikinti işlərinin dayandırılması, aparılan tikintinin cavabdehin hesabına sökülməsi və cavabdeh tərəfindən ona yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.1149 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Buna dair AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Məlumat üçün bildirir ki, həmin ərazidə bir hasara alınmış 50 sot torpaq sahəsinin içərisində ona və cavabdehə məxsus 12 sot torpaq sahəsi vardır. Cavabdeh hazırda apardığı tikinti işləri isə ona məxsus olan torpaq sahəsi içərisində aparılır. Cavabdehə bu barədə narazılığını bildirərək ona məxsus olan torpaq sahəsində apardığı tikinti işlərini dayandırmasını istəsə də, cavabdeh buna məhəl qoymamışdır. Cavabdeh həmçinin, qanuni mülkiyyətimdə olan torpaq sahəsindən istifadəsinə mane olur. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı adına verilmiş ********** nömrəli çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Şüvəlan qəsəbəsindəki bağlar sahəsində 51 saylı BTK nəzdində 0,12 şektar torpaq sahəsi X1 adına verilmiş torpaq sahsi idi. Torpaq sahəsinə baxış keçililən zaman müəyən olunmuşdur kı, bu torpaq sahəsi və ətrafında olan digər 3 torpaq sahəsi başqa adamların adına rəsmiləşdirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, bu torpağa verilmiş çıxarış saxta sənədlərinə əsında verimişdir və həmin çıxarış da ləğv olundu və bu torpaq sahəsini o alqı-satqı yolu ilə əldə etdi. Digər iki torpaq sahəsi də çox çəkişmələrdən sonra X5 adına qanuni əsaslarla rəsmiləşdirilmişdir. Digər torpaq sahəsi ilə əlaqədar Əmlak komitəsindən aldıqları cavabda bildirilir ki, həmin torpaq sahəsi ilə əlaqədar həmin torpaq sahəsi dövlət reyesri xidmətində qeydiyyata alınmamışdır. Yəni iddiaçının iddia etdiyi torpaq sahəsi onlar torpaq sahəlrinin hasara alındığı yerdə deyil başqa bir yerdədir. Bu torpaq sahələri ilə əlaqədar cavabdehdən əvvəl də polis orqanlarına digər şəxslər müraciət etmişlər və araşdırma zamanı müəyyən olunmuşdur ki, bizə məxsus olan torpaqlar bizim istifadəmizdədir. Cavabedin iddia etdiyi torpaq isə qeydiyyata alınmamışdır. İlk əvvəl bu torpaqın yanıdakı torpaq sahəsi yəni 1135 saylı torpaq sahəsi ilə ləaqədar müraciət etdikdə məlum oldu ki, guya bu torpaq sahəsi X11 adına qeydiyyatdan keçmişdir. Lakin sonradan araşdırma zamanı onun da adına olan çıxarış bu torpağa aidiyyəti olmadığı müəyyən olundu və torpaq sahəsi X2 vərəsəsinin adına rəsmiləşdirilmiş və sonradan X6 adına rəsmiləşdirilmidir. Üçüncü 1334 saylı torpaq sahəsi də onun mülkiyyətçisindən alqısatqı yolu ilə X6 adına rəsmiləşdirilmidir. Bu əməliyyatlar aparıldıqdan sonra bu torpaq sahəsinin guya X7 adına olduğu iddia etmişlər. Lakin sonrdan məlum olmuşdur ki, bu torpaq sahəsi də başqa yerdədir. İş üzrə polis araşdırması da olmuş və nəticədə onların qanunsuz olaraq bu torpaqa iddia etdikləri məlum olmuşdur. Hazırki ilkin iddia ərizəsində göstərilən torpaq sahəsinin hansı yolla alınması və koordiratlarına görə harda yerləşməsi müəyyən olunduqdan sonra məlum olacaq ki, ya bu çıxarış saxta yolla əldə olunmuşdur və ya torpaq sahəsi başqa ərazidə yerləşir. Bu səbəbdən də o qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ilk iddianın təmin edilməsini qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh X9 ilk iddianın rədd edilməsini qarşılqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ilk iddia və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 0,1149 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi idarəsinin xx.xx.2020-ci il tarixli AA 506585 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən bağ sahəsinə dair İddiaçı adına plan ölçü sənədi tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 1337 saylı bağ sahəsinin 0,117655 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi idarəsinin xx.xx.2012-ci il tarixli AA 043596 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 1337 saylı bağ sahəsinə dair Cavabdeh adına plan ölçü sənədi tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, X12 ona məxsus olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,1149 ha olan torpaq ahəsini İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysetri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin **********19 nömrəli xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçı tərəfin iddiasına əsasən Cavabdeh tərəfindən inşa edilmiş tikili (cavabdeh tərəf baxış zamanı onun tərəfindən tikilinin inşa edilmədiyini şifahi şəkildə bildirmişdir) ilk iddia üzrə İddiaçı məxsus olan torpaq sahəsinin hüdudları daxilində yerləşmir. İddiaçı tərəfin iddiasına əsasən Cavabdeh tərəfindən inşa edilmiş tikili (cavabdeh tərəf baxış zamanı onun tərəfindən tikilinin inşa edilmədiyini şifahi şəkildə bildirmişdir) ilk iddia üzrə İddiaçı torpaqdan istifadəsinə maneə yaratmır. Torpaq sahəsi ümumi hasara alınmış 0.50 ha torpaq sahəsi daxilində yerləşir. Ərazinin şimal və cənub tərəfində ümumi istifadədə olan yol mövcuddur. İlk iddia üzrə İddiaçı torpaq sahəsinin naturada yerləşməsi çıxarışla eynilik təşkil edir. Cavabdeh tərəfindən aparıldığı iddia olunan tikinti X8 məxsus olan torpaq sahəsində inşa edilmişdir. İş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertiza Mərkəzinin 10/5653 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçı tərəfin iddiasına əsasən Cavabdeh tərəfindən inşa edilmiş tikili (cavabdeh tərəf baxış zamanı onun tərəfindən tikilinin inşa edilmədiyini şifahi şəkildə bildirmişdir) ilk iddia üzrə İddiaçı məxsus olan torpaq sahəsinin hüdudları daxilində yerləşmir. İddiaçı tərəfin iddiasına əsasən Cavabdeh tərəfindən inşa edilmiş tikili (cavabdeh tərəf baxış zamanı onun tərəfindən tikilinin inşa edilmədiyini şifahi şəkildə bildirmişdir) ilk iddia üzrə İddiaçı torpaqdan istifadəsinə maneə yaratmır. Torpaq sahəsi ümumi hasara alınmış 0.50 ha torpaq sahəsi daxilində yerləşir. Ərazinin şimal və cənub tərəfində ümumi istifadədə olan yol mövcuddur. İlk iddia üzrə İddiaçı torpaq sahəsinin naturada yerləşməsi çıxarışla eynilik təşkil edir. Cavabdeh tərəfindən aparıldığı iddia olunan tikinti X8 məxsus olan torpaq sahəsində inşa edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 0,1149 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin torpaq sahəsinə plan ölçü sənədi tərtib edilmişdir. Həmçinin məhkəmə müəyyən etdi ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 1337 saylı bağ sahəsinin 0,117655 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və həmin torpaq sahəsinə plan ölçü sənədi tərtib edilmişdir. Hazırda ilk iddia üzrə iddiaçının tələbi Cavabdeh tərəfindən ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsində aparılan tikinti işlərinin dayandırılması, aparılan tikintinin cavabdehin hesabına sökülməsi və cavabdeh tərəfindən ona yaradılmış maneənin aradan qaldırılmasıdır. Lakin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiatının nəticəsi olaraq müəyyən edilmişdir ki, ilk iddia üzrə cavabdeh tərəfindən inşa edilən tikili ilk iddia üzrə İddiaçı məxsus olan torpaq sahəsinin hüdudları daxilində yerləşmir. İddiaçı tərəfin iddiasına əsasən Cavabdeh tərəfindən inşa edilmiş tikili (cavabdeh tərəf baxış zamanı onun tərəfindən tikilinin inşa edilmədiyini şifahi şəkildə bildirmişdir) ilk iddia üzrə İddiaçı torpaqdan istifadəsinə maneə yaratmır. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Hazırki halda iddiaçı iddianın əsaslığını sübut edən dəllilləri təqdim etmədiyindən iddia təmin edilə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsində aparılan tikinti işlərinin dayandırılması, aparılan tikintinin cavabdehin hesabına sökülməsi və cavabdeh tərəfindən ona yaradılmış maneənin aradan qaldırılması barədə iddiası rədd edilməlidir. Qarşılıqlı iddia ərizəsindən görünür ki, iddiaçının tələbi cavabdeh İddiaçı adına verilmiş ********** nömrəli çıxarışın etibarsız hesab edilməsidir. Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1 və 339.2-ci maddələrinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında aldatma ilə bağlı qeyd edilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədi ilə bilə-bilə yalan məlumatlar verməklə, onda əqd barəsində yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Bundan başqa iddia tələbi üzrə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İşin hallarından göründüyü kimi qarşılıqlı iddia üzrə İddiaçı adına verimiş çıxarışın etibarsız hesab edilməsini xahiş etsə də, həmin çıxarışın onun hansı hüquqlarını pozulduğunu sübuta yetə bilməmişdir. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Göründüyü kimi, dövlət qeydiyyatının hüquqi əhəmiyyəti yalnız dövlət tərəfindən tanınma və təsdiq etmədən ibarətdir, yəni hüququn əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və hüquqa xitam verilməsi dövlət tərəfindən tanınır və təsdiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdeh İddiaçı adına verilmiş ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə iddiası rədd edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssisslərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 50 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat ilk iddia üzrə İddiaçı tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsində aparılan tikinti işlərinin dayandırılması, aparılan tikintinin cavabdehin hesabına sökülməsi və cavabdeh tərəfindən ona yaradılmış maneənin aradan qaldırılması barədə iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdeh İddiaçı adına verilmiş ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə iddiası rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul ilk iddia üzrə İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-120/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-120/2022
23.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver