Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1202/2021 05.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X9 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, azyaşlı övladı xx xxxxxxx 2011-ci il təvəllüdlü X12 ilə birlikdə ünvan 1 ünvanında yerləşən gəlin köçdüyü evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxx 2011-ci il tarixdə rəsmi nikah qeyd etdirib ailə qurmuşdur. Birgə nikahdan xx xxxxxxx 2011-ci il tələllüdlü X12 anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra ünvan 2 ünvanına cehiz əşyaları ilə birlikdə gəlin köçmüş və uşaq da həmin evdə doğulmuşdur. Ev 3 otaqdan ibarətdir və bütün kommunal şəraiti vardır. Qeyd olunan evdə o, cavabdehlə tək yaşayıb. Cavabdehlə bir ailə üzvü kimi birgə ümumi təsərrüfat apararaq birlikdə yaşamış, lakin o, xəstələndiyi üçün bir müddət qardaşına məxsus evdə yaşamışdır. Aralarında olan münasibət pisləşdiyi üçün o, Xəzər rayon məhkəməsində nikahın pozulması və alimentin sabit pul məbləğində tutulmasına dair iddia qaldırmış və Bakı şəhəri Xəzər Rayon Məhkəməsi 2(003)- 396/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin olunmuşdur. Belə ki, aralarında olan nikah pozularaq, birgə nikahdan anadan olan övladının onun yanında qalması və onların saxlanılması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Onlara məxsus bütün şəxsi əşyalar gəlin getdiyi evdə qalmışdır, cavabdehlər onu qovmuş və könüllü buraxmırlar. Cavabdehlər ona məxsus əmlakın həmin evdə olmasına baxmayaraq, evə köçüb yaşamağına imkan vermir. Halbuki onun həmin evdən başqa yaşayış yeri yoxdur, hazırda uşağı ilə birlikdə qardaşının evində yaşasa da, daimi olaraq yaşamağı mümkün deyil. Bütün bunlara görə də, gəlin köçdüyü mübahisəli evə köçmək istəyir, cavabdehlərin buna maneçilik törətməsi və bununla da qanunla qorunan hüquq və mənafelərinin pozulması səbəbindən və hüquqlarının bərpası məqsədilə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bununla əlaqədar olaraq, hesab edir ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsi, M.Əliyev küçəsi, dalan 1, döngə 2, ev 4-də yerləşən yaşayış evi özəlləşdirilməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməli və o, gəlin köçdüyü Bakı şəhəri, Xəzər rayonu, Şümali DRES qəsəbəsi, Bağlar küçəsi, ev 4A, mənzil 2-də yerləşən yaşayış evinə köçürülməlidir. Qeyd olunanlara əsasən, azyaşlı övladı xx xxxxxxx 2011-ci il təvəllüdlü X12 ilə birlikdə ünvan 1 ünvanında yerləşən gəlin köçdüyü evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh X13 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Lerik rayonu, Veri ərazi dairəsi, Küsəkəran kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 396/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, X5 ilə Cavabdeh arasında xx xxxx 2011-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan olan uşağın iddiaçı X2 yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat alimentin cavabdehdən iddiaçının xeyrinə ödənilməsi qərara alınmışdır. Məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1 ünvanına dair bağlanmış sonuncu, yəni xx xxxxxx 2018-ci il tarixli AN-İ ******* saylı mənzilin alqı-satqısı müqaviləsinə əsasən, X14 tərəfindən X1. Məhkəmə, işin məhkəmə iclasında araşdırılan hallarını, tədqiq edilən sənədləri, o cümlədən iddiaçının izahatında öz əksini tapan bu və ya digər halları məhkəmə iclasında tədqiq edərək belə nəticəyə gəlmişdir ki, İddiaçı X13 ilə nikahda olduğu dövrdə onların mübahisəli fərdi yaşayış evində yaşayaraq birgə təsərrüfat aparmasını əsas gətirərək həmin evdə yaşamaq hüququ olduğunu iddia etməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı öz tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan halları ilə iddia tələbi öz təsdiqini tapmamışdır. Müəyyən edilmişdir ki, iddiaçı köçürülməsini tələb etdiyi ev cavabdehin anası X7 tərəfindən alqı-satqı müqaviləsinə əsasən əldə olunmuş və onun sahibliyindədir. Bundan əlavə, iddiaçı ilə cavabdeh arasında olan nikah qeydi ləğv edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (30.1). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (30.2). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır (30.4). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu ilin oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar" ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Məhkəmə işin müəyyən edilmiş hallarına yuxarıda qeyd edilən maddi hüquq normalarını tətbiq edərək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında ifadə edilmiş hüquqi mövqelərə istinad edərək hesab edir ki, baxılan iş üzrə iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, onun Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək hüququ yoxdur. Ona görə də iddia təmin oluna bilməz. Belə ki, mübahisəli ev xx xxxxxx 2018-ci il tarixli AN-İ ******* saylı mənzilin alqı-satqısı müqaviləsinə əsasən X7 tərəfindən əldə edilmişdir. Hal-hazırda da evin sahibi X4r. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Beləliklə, qanunvericiliyin tələblərinə və işin hallarına əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı evə köçürülmə tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1202/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1202/2021
05.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver