Məhkəmə qərarları › İş №2(003)-1220/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1220/2020

18.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1220/2020 18.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri RamiləHəşim qızınınsədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı və onun vəkili Vəkil, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququ tanınmaqla mənzilə köçürülmə tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh2 İddiaçı qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, azyaşlı övladı xx xxxxxx 2014-cü il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 51 V saylı 3 otaqdan ibarət fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması və həmin evə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı məxsus cehiz əşyalarının onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 51 V saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında qarşılıqlı iddia tələbini qəbul etməmiş, ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 51 “V” saylı 3 otaqdan ibarət evə gəlin köçmüşdür. Evdə yaşadığı müddətdə birgə nikahlarından 1 övladı olmuşdur: xx.xx.2014-cü il təvəllüdlü X5. Ailə həyatı qurduqdan sonra əvvəllər münasibətləri normal olmuş, sonradan isə münasibətləri pisləşmişdir. O, ailəni qoruyub saxlamağa çalışsa da, bu, mümkün olmamış, əri Cavabdeh1 iddia tələbi əsasında Tovuz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, azyaşlı övladları Yusifin onun yanında qalması qət edilmişdir.xx xxxx 2017-ci il tarixdə gecə saat 12:00 da Cavabdeh1 aralarında yaranmış münaqişə nəticəsində xəstə övladı ilə birlikdə onu evdən qovmuşdur. O, məcburiyyət qarşısında qalıb atası evində məskunlaşmışdır. Cehiz əşyaları isə hazırda həmin evdədir. Bu vaxta kimi evə köçürmə tələbinə dair iddia qaldırmamağının səbəbi Cavabdeh1 onunla barışmaq istədiyi üçün olmuşdur. Lakin sonradan ona Cavabdeh2 tərəfindən cehiz əşyalarının evdən çıxarılması ilə bağlı məktub göndərməsi əslində Rafiqin onunla barışmaq niyyətinin olmadığını göstərmişdir. O, həmin evə qayıdıb orada yaşamaq istəsə də, cavabdehlər buna mane olurlar. Cehiz əşyalarının da həmin evdə qalması onu həmin evi daimi tərk etmədiyini göstərir.Cavabdehlər faktiki olaraq bu cür qanunsuz hərəkətlər nəticəsində onu və övladını son vaxtlara qədər yaşadıqları və ona məxsus cehiz əşyalarının da yerləşdiyi yaşayış evinə buraxmamaqla faktiki olaraq yeganə olan yaşayış yerindən məhrum etməyə çalışırlar. O, həmin evə gəlin köçdüyü zaman evin heç bir hüquq müəyyənedici sənədi olmamışdır, yəni həmin ev xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir.Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcud olmuş və tərəfindən yaşayış sahəsi kimi istifadə olunmuşdur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, həmin evdən istifadə hüququ yaranmışdır.Cavabdeh onu evdən qovduqdan sonra isə mübahisəli ev xx.xx.2020-ci il tarixdə həmin evdə yaşamayan və başqa ünvanda qeydiyyatda olan baldızı Cavabdeh2 adına özəlləşdirilmişdir. Onun həmin evə istifadə hüququ ola-ola ev xx.xx.2020-ci il tarixdə özəlləşdirilmişdir. O, dəfələrlə həmin evə qayıtmaq istəsə də, cavabdehlər buna imkan verməmişlər. Odur ki, cavabdehlərin özbaşına müdaxiləsinin qarşısı məhkəmə tərəfindən alınmalıdır. Qeyd olunanlara əsasən, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdehin vəkili Vəkil ilkin iddia tələbini müdafiə etmiş, qarşılıqlı iddia tələbini qəbul etməmiş, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 51 “V” saylı fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Qardaşı Cavabdeh1 cavabdeh İddiaçı ilə xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Qardaşı Cavabdeh1 ilə cavabdehin nikah münasibətləri 2017-cı ilin yay aylarında pozulmuş, həmin vaxtdan cavabdeh ona məxsus evi tərk edib getmişdir. Qardaşı ilə cavabdeh arasında bağlanmış rəsmi nikah Tovuz Rayon Məhkəməsinin 2(062)-108/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. 2014-cü ildə ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 51 “V” saylı fərdi yaşayış evində qardaşına müvəqqəti yaşamaqları üçün icazə vermiş, cavabdeh öz cehiz əşyalarını onun evinə gətirərək orada yaşamağa başladılar. Lakin çox keçmədi qardaşının ailəsində problemlər yaşandı, qardaşı Cavabdeh1 cavabdeh İddiaçı ilə boşanmağa məcbur oldu. Qardaşı cavabdehdən 2018-ci ilin fevral ayında boşandı. Bundan sonra bugünə kimi də həmin əşyalar onun evində qalmışdır, bu isə ona maneəçilik törədir və dəfələrlə cavabdehə deməyinə baxmayaraq, əşyalarını onun evindən götürmür. Cavabdehin isə əmlakını insanlıq xatirinə çölə ata bilmir. Cavabdehə hətta xx.xx.2020-ci il tarixdə rəsmi məktubla müraciət edərək əşyalarını evindən çıxarılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən, Cavabdeh İddiaçı məxsus: Yataq dəsti: 1 ədəd 5 qapılı, güzgülü Şifoner, 1 ədəd 2 nəfərlik yataq, 2 ədəd tumba (şkar balaca), ədəd güzgülü termo, 1 ədəd 5 çaşqalı çilçıraq (lüstur),1 ədəd içində 3 ədəd gül olan künc üçün böyük güldan, 1 ədəd Tül pərdə, ütlüklü və karniz, 2 ədəd qadın çiyin çantası, 2 ədəd sindifon yorğan, 5 ədəd döşəkcə, 3 ədəd böyük yastıq və 2 ədəd balaca yastıqca, 3 ədəd tək nəfərlik və 1 ədəd iki nəfərlik yorğan, 1 ədəd iki nəfərlik döşək, 1 ədəd tək nəfərlik döşək, 1 ədəd ağ tüklü yataq üçün pokrıval və 2 ədəd yastıqça, 1 ədəd iki nəfərlik taxt üçün buxovu odeyal, 1 ədəd tək nəfərlik yataq üçün buxovu odeyal, 1 ədəd tək nəfərlik yataq, 1 ədəd ütü altı, 2 ədəd 1x1,5 metrlik xalça, 3 ədəd solfetkalı stol süfrəsi, 1 ədəd solfetkasız stol süfrəsi, 1 cüt yastıq üzü yeni, 2 ədəd tək nəfərlik pastel dəsti, 2 paçka 3 dənəli qab dəsmalı, 1 paçka 5 dənəli qab dəsmalı, 4 ədəd bədən dəsmalı, 12 ədəd əl-üz dəsmalı, 2 ədəd qab dəsmalı işlənmiş, 2 ədəd iki nəfərlik pastel dəsti işlənmiş, 3 ədəd tək nəfərlik pastel dəsti işlənmiş, 5 ədəd tək yastıq üzü işlənmiş, 2 ədəd tək nəfərlik yorğan üzü, 5 ədəd şampan bakalı, 6 ədəd araq rumkası, 1 ədəd qaşlı su qrafini və 6 ədəd bakal, 6 ədəd xrustal stəkan, 1 ədəd su qabı və 5 ədəd bakaldan ibarət kompot dəsti, 1 ədəd bohema konfet qabı, 2 ədəd gəlinlik şamdanı, 1 ədəd toy güzgüsü və toy çırağı, 1 ədəd böyük aş buludu 1 ədəd balaca aş buludu 1 ədəd sup qabı 6 ədəd qaşıqlı salat kasası 2 ədəd qaşıqlı nar şərab qabı və 1 ədəd bozbaş üçün boşqabdan ibarət nahar dəsti, 1 ədəd çaydan 1 ədəd şəkər qabı 2 ədəd duz qabı 1 ədəd solfetka qabı 5 ədəd nəlbəkili fincan 6 ədəd kofe fincanı və 1 ədəd limon qabından ibarət çay dəsti, 1 ədəd güldan, 1 ədəd 4x3 metrlik xalça, 1 ədəd divar saatı, 3 ədəd qulplu padnos, 1 ədəd televizor, 1 ədəd video, 1 ədəd iki qapılı uqlavoy qorka 1 ədəd tək qapılı uqlavoy qorka və 1 ədəd güzgülü kamotdan ibarət mebel dəsti, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd 12 şamdanlı çilçıraq (lüstur), 2 ədəd üç metrlik karniz, 1 ədəd iki pəncərəlik 10 mter uzunluğu olan ağ tül pərdə və üstlüyü, 1 ədəd içi uşaq paltarı ilə dolu olan qırmızı rəngli çamodan, 2 ədəd buxovu uşaq odeyalı, 1 ədəd uşaq döşəyi, 1 ədəd uşaq yorğanı, 1 ədəd uşaq üçün bədən dəsmalı, 1ədəd uşaq yatağı, 1 ədəd 5 çaqalı çilçıraq (lüstur), 1 ədəd 3 çaşqalı çilçıraq (lüstur), 1 ədəd tül pərdə və karniz, 6 ədəd qazan 1 ədəd vedrə 1 ədəd çaynik 3 ədəd balaca ləyən və 1 ədəd kruşqadan ibarət şirəli qab dəsti, 3 ədəd açıq mavi rəngli şirəli ləyən, 1 ədəd sarı rəngli şirəli ləyən, 1 ədəd böyük nerjavika çaynik, 4 ədəd qazan və 1 ədəd tavadan ibarət nerjavika qazan dəsti, 1 ədəd çuqun qazan və 1 ədəd çuqun tava, 1 ədəd çörək qabı və 1 ədəd plastmas ləyən, 1 ədəd böyük aliminium qazan, 1 ədəd aşsüzən, 4 ədəd nerjavika padnos, 1 ədəd ətçəkən maşın, 1 ədəd kartof qızardan cihaz, 1 ədəd stolüstü taxta, 1 ədəd asılqanlı stölüstü çömçə-bıçaq dəsti, 1 ədəd blendr, 2 ədəd dəmir banka ağzıaçan dəsti, 1 ədəd kampot qabı və 11 ədəd stəkandan ibarət su qabı dəsti, 1 ədəd kampot qabı və 11 ədəd stəkandan ibarət su qabı dəsti, 2 ədəd su stəkanı, 1 ədəd ayaqlı tort qabı, 1 ədəd ləbləbi qabı, 7 ədəd ayaqlı balaca qənd qabı, 1 ədəd ayaqlı konfet qabı,2 ədəd şəkər qabı, 1 ədəd dəm çayniki, 1 ədəd rəndə (tvyorka), 1 ədəd platmas üç mərtəbəli qab (kartov, soğan yıqmaq üçün), 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd stolüstü soba (duxovka), 1 ədəd mebelüstü 4 gözlü soba (peç), 1 ədəd plastmas zibil qabı, 1 ədəd oxlov və duvax, 1 ədəd tozsoran, 1 ədəd ütü, 20 ədəd bir nəfərlik dərin boşqab 6 ədəd dərin bulud 2 ədəd aş üçün böyük boşqab 18 ədəd balaca pendir boşqabı 14 ədəd tək nəfərlik aç boşqabı 20 ədəd salat boşqabı 12 əsəs sup kasası və 6 ədəd balaca kasadan ibarət 8 parçalı boşqab dəsti, 6 ədəd göy rəngdə balaca kasa, 12 ədəd qaşıqlı və gül şəkilli balaca kasa, 5 ədəd aş qaşığı, 23 ədəd yemək qaşığı, 16 ədəd çay qaşığı, 1 ədəd taxta qaşıq, 23 ədəd çəngəl, 6 ədəd stəkan, 6 ədəd nəlbəki, 8 ədəd mürəbbə qabı (razetka)dan ibarət cehiz əşyalarının onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 51 “V” saylı fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili X3 ilkin iddia tələbini qəbul etməmiş, qarşılıqlı iddia tələbini müdafiə etmiş, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdhelərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsibarədə qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarına əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin 2(062)-108/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx xxxxxx 2014-cü il təvəllüdlü Yusif adlı uşağın İddiaçı yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh1 İddiaçı xeyrinə hər ay 120 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbə X7 üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Yusifov X4 qəsəbəsi, ev 51 V ünvanında qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiq eidlmiş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 51 V Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixli xəbərdarlıq göndərilərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 51 V ünvanından cehiz əşyalarının 10 gün müddətində çıxarılması tələb edilmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, ilkin iddia tələbi üzrə İddiaçı 2014-cü ildə Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq, mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 51 V saylı evə gəlin köçmüş, xx xxxx 2017-ci il tarixədək həmin ünvanda faktiki olaraq yaşamışdır. Hazırda mübahisəli fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir. İddiaçı ilkin iddia tələbi ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 51 V saylı evə istifadə hüququ tanınmaqla, həmin evə köçürülməyini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında olan münasibət 2014-cü ildə yarandığı üçün mübahisənin həllinə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq olunmaqla, mübahisə həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh1 arasında nikah münasibətlərinə xitam verildiyi üçün məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evə dair istifadə hüququ itirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə hesab edir ki, Cavabdeh2 yaşayış sahəsinin mülkiyyətçisi olmaqla, İddiaçı Tapdıq qızı ondan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs deyildir və ona görə də, iddiaçı cavabdeh olan mülkiyyətçinin ailə üzvü və digər qohumu hesab edilmədiyindən, onun həmin evə istifadə hüququ itirilmiş hesab edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu”- nun 2-ci maddəsinin İİİ bəndinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi üzrə İddiaçı mübahisəli fərdi yaşayış evindən istifadə hüququnu itirdiyi müəyyən olunduğundan, onun həmin yaşayış evinə istifadə hüququ tanınmaqla köçürülməsi tələbi əsassızdır və ilkin iddia tələbi rədd edilməlidir. Eyni zamanda, Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı məxsus cehiz əşyalarının onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 51 V saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq qarşılıqlı iddia tələbi üzrə belə nəticəyə gəlir ki, qarşılıqlı iddia tələbi üzrə cavabdehin əmlaklarının iddiaçıya məxsus evdə saxlanması, onun evə dair hüquqlarını pozduğundan, həmin əşyaların iddiaçıya məxsus evdən çıxarılması barədə qətnamə qəbul edilməlidir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilərək, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 51 V saylı fərdi yaşayış evindən cavabdeh İddiaçı aid əşyalar çıxarılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İlkin ddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 51 V saylı fərdi yaşayış evindən cavabdeh İddiaçı aid Yataq dəsti: 1 ədəd 5 qapılı, güzgülü şifoner, 1 ədəd 2 nəfərlik yataq, 2 ədəd tumba (şkar balaca), ədəd güzgülü termo, 1 ədəd 5 çaşqalı çilçıraq (lüstur),1 ədəd içində 3 ədəd gül olan künc üçün böyük güldan, 1 ədəd Tül pərdə, ütlüklü və karniz, 2 ədəd qadın çiyin çantası, 2 ədəd sindifon yorğan, 5 ədəd döşəkcə, 3 ədəd böyük yastıq və 2 ədəd balaca yastıqca, 3 ədəd tək nəfərlik və 1 ədəd iki nəfərlik yorğan, 1 ədəd iki nəfərlik döşək, 1 ədəd tək nəfərlik döşək, 1 ədəd ağ tüklü yataq üçün pokrıval və 2 ədəd yastıqça, 1 ədəd iki nəfərlik taxt üçün buxovu odeyal, 1 ədəd tək nəfərlik yataq üçün buxovu odeyal, 1 ədəd tək nəfərlik yataq, 1 ədəd ütü altı, 2 ədəd 1x1,5 metrlik xalça, 3 ədəd solfetkalı stol süfrəsi, 1 ədəd solfetkasız stol süfrəsi, 1 cüt yastıq üzü yeni, 2 ədəd tək nəfərlik pastel dəsti, 2 paçka 3 dənəli qab dəsmalı, 1 paçka 5 dənəli qab dəsmalı, 4 ədəd bədən dəsmalı, 12 ədəd əl-üz dəsmalı, 2 ədəd qab dəsmalı işlənmiş, 2 ədəd iki nəfərlik pastel dəsti işlənmiş, 3 ədəd tək nəfərlik pastel dəsti işlənmiş, 5 ədəd tək yastıq üzü işlənmiş, 2 ədəd tək nəfərlik yorğan üzü, 5 ədəd şampan bakalı, 6 ədəd araq rumkası, 1 ədəd qaşlı su qrafini və 6 ədəd bakal, 6 ədəd xrustal stəkan, 1 ədəd su qabı və 5 ədəd bakaldan ibarət kompot dəsti, 1 ədəd bohema konfet qabı, 2 ədəd gəlinlik şamdanı, 1 ədəd toy güzgüsü və toy çırağı, 1 ədəd böyük aş buludu 1 ədəd balaca aş buludu 1 ədəd sup qabı 6 ədəd qaşıqlı salat kasası 2 ədəd qaşıqlı nar şərab qabı və 1 ədəd bozbaş üçün boşqabdan ibarət nahar dəsti, 1 ədəd çaydan 1 ədəd şəkər qabı 2 ədəd duz qabı 1 ədəd solfetka qabı 5 ədəd nəlbəkili fincan 6 ədəd kofe fincanı və 1 ədəd limon qabından ibarət çay dəsti, 1 ədəd güldan, 1 ədəd 4x3 metrlik xalça, 1 ədəd divar saatı, 3 ədəd qulplu padnos, 1 ədəd televizor, 1 ədəd video, 1 ədəd iki qapılı uqlavoy qorka 1 ədəd tək qapılı uqlavoy qorka və 1 ədəd güzgülü kamotdan ibarət mebel dəsti, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd 12 şamdanlı çilçıraq (lüstur), 2 ədəd üç metrlik karniz, 1 ədəd iki pəncərəlik 10 mter uzunluğu olan ağ tül pərdə və üstlüyü, 1 ədəd içi uşaq paltarı ilə dolu olan qırmızı rəngli çamodan, 2 ədəd buxovu uşaq odeyalı, 1 ədəd uşaq döşəyi, 1 ədəd uşaq yorğanı, 1 ədəd uşaq üçün bədən dəsmalı, 1ədəd uşaq yatağı, 1 ədəd 5 çaqalı çilçıraq (lüstur), 1 ədəd 3 çaşqalı çilçıraq (lüstur), 1 ədəd tül pərdə və karniz, 6 ədəd qazan 1 ədəd vedrə 1 ədəd çaynik 3 ədəd balaca ləyən və 1 ədəd kruşqadan ibarət şirəli qab dəsti, 3 ədəd açıq mavi rəngli şirəli ləyən, 1 ədəd sarı rəngli şirəli ləyən, 1 ədəd böyük nerjavika çaynik, 4 ədəd qazan və 1 ədəd tavadan ibarət nerjavika qazan dəsti, 1 ədəd çuqun qazan və 1 ədəd çuqun tava, 1 ədəd çörək qabı və 1 ədəd plastmas ləyən, 1 ədəd böyük aliminium qazan, 1 ədəd aşsüzən, 4 ədəd nerjavika padnos, 1 ədəd ətçəkən maşın, 1 ədəd kartof qızardan cihaz, 1 ədəd stolüstü taxta, 1 ədəd asılqanlı stölüstü çömçə-bıçaq dəsti, 1 ədəd blendr, 2 ədəd dəmir banka ağzıaçan dəsti, 1 ədəd kampot qabı və 11 ədəd stəkandan ibarət su qabı dəsti, 1 ədəd kampot qabı və 11 ədəd stəkandan ibarət su qabı dəsti, 2 ədəd su stəkanı, 1 ədəd ayaqlı tort qabı, 1 ədəd ləbləbi qabı, 7 ədəd ayaqlı balaca qənd qabı, 1 ədəd ayaqlı konfet qabı,2 ədəd şəkər qabı, 1 ədəd dəm çayniki, 1 ədəd rəndə (tvyorka), 1 ədəd platmas üç mərtəbəli qab (kartov, soğan yıqmaq üçün), 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd stolüstü soba (duxovka), 1 ədəd mebelüstü 4 gözlü soba (peç), 1 ədəd plastmas zibil qabı, 1 ədəd oxlov və duvax, 1 ədəd tozsoran, 1 ədəd ütü, 20 ədəd bir nəfərlik dərin boşqab 6 ədəd dərin bulud 2 ədəd aş üçün böyük boşqab 18 ədəd balaca pendir boşqabı 14 ədəd tək nəfərlik aç boşqabı 20 ədəd salat boşqabı 12 əsəs sup kasası və 6 ədəd balaca kasadan ibarət 8 parçalı boşqab dəsti, 6 ədəd göy rəngdə balaca kasa, 12 ədəd qaşıqlı və gül şəkilli balaca kasa, 5 ədəd aş qaşığı, 23 ədəd yemək qaşığı, 16 ədəd çay qaşığı, 1 ədəd taxta qaşıq, 23 ədəd çəngəl, 6 ədəd stəkan, 6 ədəd nəlbəki, 8 ədəd (razetka) mürəbbə qabından ibarət cehiz əşyalarının çıxarılaraq İddiaçı təhvil verilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar